Mövzu İqtisad elminin meydana qəlməsi və onun inkişafının əsas



Yüklə 319,32 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix04.11.2017
ölçüsü319,32 Kb.
#8212
1   2   3   4   5   6   7   8   9   10   11

 

21 


 

 

Mövzu 8. Bazarın sistem yaradan elementləri. 

 

8.1.

 

Nemət və xidmətlər. Əmtəə və onun xassələri. İstehlak dəyəri. 

Mübadilə dəyəri. 

 

Bazar  təsərrüfatı  nəzəriyyəsinin  əsas  kateqoriyası  əmtəə  olsa  da,  bundan  öncə 

tarixi və məntiqi olaraq “nemət kateqoriyası” gəlmişdir. 

Nemət  dedikdə  insanların  müəyyən  tələbatını  ödəyən  əşyalar  daha  doğrusu 

şeylər nəzərdə tutulur. Nemətlər təbii və iqtisadi nemətlərə ayrılır. Təbii nemətlər 

dedikdə  hava,  su,  günəş,  külək  və  s.  başa  düşülür.  İqtisadi  nemətlər  dedikdə  isə 

təbii  nemətlər  vasitəsi  ilə  insanların  fəaliyyəti  nəticəsində  istehsal  olunmuş  madii 

nemət  və  xidmətlər  nəzərdə  tutulur.  Xidmət  də  insan  əməyinin  nəticəsidir,  lakin 

onlar  əsasən  maddiləşmirlər.  Əmtəə-mübadilə  üçün  nəzərdə  tutulmuş  və  insanın 

hər  hansı  tələbatını  ödəyə  bilən  əmək  məhsuludur.  Əmtəə  bir  tərəfdən  istehlak 

dəyəri,  digər  tərəfdən  isə  mübadilə  dəyəri  xassəsinə  malikdir.  İstehlak  dəyəri 

dedikdə  əmtəənin  faydalılığı,  insanın  bu  və  ya  digər  tələbatını  ödəməsi  başa 

düşülür. Mübadilə dəyəri xassəsi dedikdə müxtəlif istehlak dəyərlərinin bir-biri ilə 

mübadilə oluna bilmək qabiliyyətidir. 

 

8.2. Dəyər, dəyərlilik, faydalılıq. 

 

Dəyər əmtəə istehsalçılarının əmtəədə maddiləşmiş əməyidir. Dəyər kəmiyyəti 

isə  əməyin  sərf  olunduğu  vaxtla  (iş  vaxtı  ilə)  ölçülür.  Dəyərin  kəmiyyəti  əməyin 

fədi deyil, ictimai zəruri məsrəfləri ilə müəyyən edilir. 

Əmtəənin  dəyəri  müəyyən  konkret  tarixi  şəraitdə  iqtisadi  qiymətliliyin 

(dəyərlilik)  təzahürünü  xüsusi  izahıdır.  Bəşəriyyət  iqtisadi  fəaliyyət,  iqtisadi 

fəaliyyət  isə  məqsəd  və  vasitənin  vəhdəti  kimi  iqtisadi  qiymətlilik  olmadan 

mövcud  ola  bilməz.  Qiymətliliyin  mahiyyəti  onun  məqsədi  və  vasitələri  özündə 

təcəssüm edən müəyyən iqtisadi fəaliyyətdir. 

Nemətlərin  faydalılığı  onların  məhdudluğu,  tələbatların  təmin  edilmə 

dərəcəsindən  asılı  olduğu  üçün  nemətlərin  istehsalının  artması  onların  iqtisadi 

faydalılığının  artmasına  düz  mütənasib  deyil,  belə  ki,  bu  nemətlərin  mövcud 

miqdarının  artması  ilə  onlar  qiymətdən  düşür,  məhdudluğunu  itirir,  nisbətən  az 

faydalı olurlar. 

 

8.3. Dəyər formalarının inkişafı. 

 

Müasir  cəmiyyətin  həyatında  mühüm  rol  oynayan  pulun  meydana  gəlməsi 

prosesi dəyər formalarının inkişafı ilə əlaqədardır. 

Cəmiyyətin  inkişafının  aşağı  mərhələsində  sadə  və  ya  təsadüfi  dəyər  forması 

mövcud  olmuşdur.  Bu  zaman  natural  təsərrüfatlar  arasında  mübadilə  təsadüfi 

xarakter  daşıyırdı.  Mübadilə  edilən  məhsulların  biri  nisbi,  digəri  isə  ekvivalent 

formada olmuşdur. Cəmiyyətin və mübadilənin inkişafı ilə əlaqədar olaraq sonralar 



 

22 


dolğun  və  ya  geniş  dəyər  forması  meydana  gəlmişdir.  Bu  formanın  xarakterik 

cəhəti  ondan  ibarətdir  ki,  müəyyən    bir  əmtəə  nisbi  dəyər  formasında,  bir  neçə 

əmtəə isə ekvivalent dəyər formasında olmuşdur. 

Əmtəə  istehsalı  və  mübadiləsinin  sonrakı  inkişafı  ümumi  dəyər  formasının 

meydana gəlməsinə səbəb olmuşdur. Bu forma əvvəlkilərə nisbətən mütərəqqi olsa 

da,  əmtəə  mübadiləsinin  inkişafına  maneçilik  törədirdi.  Belə  bir  şəraitdə  bütün 

bazarlarda ümumi ekvivalent rol oynayan pul meydana gəldi. 

 

8.4. Pulun funksiyaları. 

 

Pul  ümumi  ekvivalent  rolu  oynayan  əmtəədir.  O  əmtəələrin  dəyərini  ölçür  və 



onların    mübadiləsində  vasitəçi  rolunu  oynayır.  Pulun  mahiyyəti,  öz  əksini  onun 

funksiyalarında tapır. Bunlar aşağıdakılardan ibarətdir. 

1)

 

Pul  dəyər  ölçüsüdür.  Bu  o  deməkdir  ki,  pul  tədavül  dairəsində  olan 



əmtəələrin dəyərini ölçür. 

2)

 



Pul tədavül vasitəsidir. Pul bu vəzifəni yerinə yetirərkən əmtəə ilə öz yerini 

dəyişir. 

3)

 

Pul  tədiyyə  vasitəsidir.  Pulun  bu  vəzifəsi  əmtəələrin  möhlətlə  satılması 



zərurəti ilə əlaqədardır. 

4)

 



Pul yığımdır. Yığım dedikdə pulun tədavüldən götürülməsi ilə əlaqədardır. 

5)

 



Pul  dünya  puludur.  Bu  öz  əksini  qızılda  və  dollarda  tapır.Ölkələr  arası 

mübadiləyə xidmət edir. 

 

 

 

 

8.5. Pul sistemləri və onların təkamülü. 

 

Pul  sistemi  ölkədə  tarixən  yaranan  və  mili  qanunvericiliklə  təsbit  edilən  pul 



tədavülünün təşkili formasıdır. Pul sistemlərinin aşağıdakı tipləri mövcuddur. 

a)

 



pul əmtəəsinin bilavasitə tədavül etdiyi və pulun bütün funksiyalarını yerinə 

yetirdiyi, kredit pulların isə metala dəyişdirilə bildiyi metal tədavülü sistemləri 

b)

 

qızılın  tədavüldə  sıxışdırılıb  çıxarıldığı  kredit  və  kağız  pulların  tədavül 



sistemidir. 

Ölkədə ümumi ekvivalent və pul tədavülü bazası kimi qəbul olunmuş metaldan 

asılı olaraq bimetalizm və monometalizm fərqləndirilir. 

Bimetalizm  ümumi  ekvivalent  rolunu  iki  nəcib  metalın  (qızıl  və  gümüş) 

oynadığı tədavlü nəzərdə tutulan pul sistemidir. 

Bazarın  inkişafı  sabit  pul,  vahid  ümumi  ekvivalent  tələb  edirdi.  Ona  görə  də 

bimetalizm yerini monometalizmə verdi. 

Monometalizm  bir  metalın  (qızıl  və  ya  gümüş)  ümumi  ekvivalent  və  pul 

tədavülünün əsası olduğu pul sistemidir. 

 

Mövzu 9. Bazar mexanizmi: mahiyyəti, əsas elementləri və qanunlar 

 



 

23 


9.1.

 

Bazar mexanizmi və onun elementləri. 

 

Bazar  iqtisadiyyatı  sistemində  özütənzimlənən  mexanizm  kimi,  bazar 

mexanizmindən  istifadəsiz  bazar  mümkün  deyil.  Bazar  mexanizmi  bazar 

subyektləri  və  onların  məhsul  istehsalı  və  satışında,  həmçinin  kapital  qoyuluşu 

sahəsində  maraqlarının  qarşılıqlı  əlaqəsini  və  qarşılıqlı  təsirini  təmin  edir. 

Məlumdur  ki,  istənilən  təsərrüfat  mexanizmi  qarşılıqlı  əlaqədə  olan  elementlərin 

məcmusudur,  elementlərin  hərəkət  dinamikasını,  həmçinin  iqtisadi  sistemin 

təşkilati quruluşunu müəyyənləşdirən iqtisadi qanunlar sistemidir. 

Bazar  mexanizmi  bazarın  əsas  elementlərinin  və  bazarın  əsas  iqtisadi 

qanunlarının  qarşılıqlı  əlaqə  və  s.  qarşılıqlı  təsir  mexanizmidir.  Bazarın  əsas 

elementləri, ünsürləri dedikdə tələb, təklif, qiymət, rəqabət, inhisar nəzərdə tutulur. 

Bunlar  bir-biri  ilə  sıx  bağlı  olan,  biri  digərini  tələb  edən,  bəzən  isə  biri  digərini 

məhdudlaşdıran tənzim edən iqtisadi kateqoriyalardır. 

 

9.2.



 

Dəyər qanunu, mahiyyəti və funksiyaları. 

 

Dəyər  qanunu  əmtəə,  istehsalının  ümumi  iqtisadi  qanunudur.  Bu  qanuna  görə 

əmtəə  istehsalı  və  mübadiləsi  və  deməli  iqtisadiyyatın  nisbətlərinin 

müəyyənləşdirilməsi  ictimai  zəruri  əmək  sərfinə  müvafiq  olaraq  həyata  keçirilir. 

Dəyər qanununun mahiyyəti onun funksiları vasitəsilə reallaşır. 

a)

 



istehsal  sahələri  və  dairələr  arasında  əmək,  kapital  və  təbii  resursların 

bölgüsü.  Bu  o  deməkdir  ki,  dəyər  qanunu  kortəbii  olaraq  istehsal 

vasitələri  və  işçi  qüvvəsinin  iqtisadiyyatın  müxtəlif  sahələri  araında 

yenidən bölgüsünü həyata keçirir. 

b)

 

əmək  məhsuldarlığının  artması  və  elmi  texniki  tərəqqinin 



həvəsləndirilməsi. Bu o deməkdir ki, dəyər qanunu məhsuldar qüvvələri 

inkişaf etdirir. 

c)

 

Əmtəə  istehsalçılarının  təbəqəşməsi.  Bu  funksiyanın  mahiyyəti  o 



deməkdir ki, əmtəə istehsalçıları arasında təbəqələşmə baş verir. 

 

 



9.3.

 

Bazar mexanizmi sistemində rəqabət və onun növləri. 

 

Rəqabət  əmtəə  istehsalı  və  realizə  edilməsinin  (alış  və  satışının)  ən  yaxşı 

şəraitləri  uğrunda  bazar  təsərrüfatının  ayrı-ayrı  subyektləri  arasında  mübarizədir. 

İstehsal  vasitələri  üzərində  mülkiyyət  müxtəlifliyi  istehsalçılar  və  həmçinin 

istehlakçılar arasında rəqabətin baş verməsinə səbəb olur. Rəqabət bazar təsərrüfatı 

sisteminin ağırlıq mərkəzi, bazarda qiymətlərin və təklif olunan əmtəələrin həcmini 

müəyyənləşdirmək  istiqamətində  istehsalçılar  arasında  olan  münasibətləri  əks 

etdirir.  İnsani  rəqabət  mübarizəsinə  girməyə  sövq  edən  amil  bşqalarına  üstün 

gəlmək arzusudur. 

Rəqabət  iqtisadi  tərəqqinin  hərəkətverici  qüvvəsidir.  Marksizmə  görə  rəqabət 

iqtisadi  bəhsləşmənin  antoqonist  cəmiyyətə  xas  olan  formasıdır.  Bu  da  öz  əksini 

sahələrarası və sahələrdaxili rəqabət növlərində tapır. 




 

24 


Müasir nəzəriyyəçilərə görə isə rəqabət, istehsalçı və istehlakçıların bazara azad 

surətdə  daxil  olmalarını  və  çıxmalarını  nəzərdə  tutur.  Bu  da  öz  əksini  azad 

(mükəmməl) və inhisarçı (qeyri mükəmməl) rəqabət növlərində tapır. 

 

9.4.



 

İqtisadiyyatda inhisarçılıq və onun növləri. 

 

İstehsalın  təmərküzləşməsi  və  mərkəzləşdirilməsi  sonda  inhisarların 

yaranmasına gətirib çıxarır. 

Bu  rəqabətə  əks  olan  bir  kateqoriyadır.  İnhisar  hər  hansı  bir  təsərrüfat 

fəaliyyətinin  həyata  keçirilməsi  dövlətin,  müəssisənin,  təşkilatın  müstəsna 

hüququnu ifadə edir. 

İnhisarların aşağıdakı növləri vardır. 

a)

 



kartel  “Bu  elə  bir  inhisar  formasıdır  ki,  onun  iştirakçıları  xüsusi 

mülkiyyət  hüququnu  saxlayır,  istehsal  və  satış  proseslərini  müstəqil 

həyata keçirirlər. Lakin onlar müəyyən şərtlər üzrə razılığa gəlirlər. 

b)

 



Sindikat – şərtlər karteldə olduğu kimidir. Lakin onun iştirakçıları istehsal 

etdiyi  əmtəələrin  satışı və  istehsalı  üçün  lazım  olan  istehsal  vasitələrinin 

alınması müəyyən bir təşkilat tərəfindən həyata keçirilir. 

c)

 



Trestdə isə istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüquqi itirilir. 

d)

 



Konserndə  -  isə  təkcə  istehsal  müəssisələri  deyil,  nəqliyyat,  sığorta, 

ticarət və s. iştirak edir. 

 

 

 



 

9.5.

 

Tələb və təklif. 

 

Tələb ayrı-ayrı şəxslərin, cəmiyyət üzvlərinin müəyyən dövr ərzində məhsul və 



xidmətlərdən  müəyyən  qiymətdə,  müəyyən  kəmiyyədə  əldə  etmək  arzusudur. 

Onların tələblərinin yerinə yetirilməsi, malik olduqları pulun miqdarından asılıdır. 

Tələbin  həcmi  dedikdə  konkret  zaman  kəsiyində  alıcının  müəyyən  qiymətə 

almaq istədiyi əmtəənin həcmi nəzərdə tutulur. 

Təklif  dedikdə  bazarda  mövcud  olan  və  ya  bazara  çıxarıla  biləcək  məhsul  və 

xidmətlərin  məcmusunəzərdə  tutulur.  Təklif  satıcının  müəyyən  dövr  ərzində  hər 

hansı  bir  əmtəəni  müəyyən  qiymətə,  müəyyən  miqdarda  satmaq  arzusu  və 

imkanıdır.  Təklif  bazarın  maddi  əsasını  təşkil  etməklə,  təkrar  istehsal  prosesinin 

fasiləsizliyini təmin edir. 

 

Mövzu 10. Bazar iqtisadiyyatında ev təsərrüfatı. 

 

10.1.

 

Ev təsərrüfatı və ailənin iqtisadi fəaliyyəti. 

 

Ailə  və  ev  təsərrüfatı  bazar  iqtisadiyyatında  bir  və  ya  bir  neçə    şəxsdən  ibarət 



olan, müstəqil surətdə qərarlar qəbul edən tələbatlarını maksimal ödəməyə çalışan 


 

25 


və onlara müəyyən üstünlük verən, hər hansı bir istehsal amilinin sahibi olan insan 

kapitalının istehsalını və təkrar istehsalını təmin edən iqtisadi vahiddir. 

Ailə-həyat  fəaliyyəti  fərdin,  ailənin  və  ümumilikdə  cəmiyyətin  sosial,  iqtisadi 

və mənəvi tələbatını ödəməyə yönəldilmiş bir qayda olaraq dərk edilmiş qohumluq 

əlaqələrinə  və  məişətin  ümumiliyinə  əsaslanan  şüurlu  təşkil  olunmuş  kiçik  insan 

qruplarına deyilir. 

Hər bir cəmiyyətdə ailə əmtəə və xidmətlər istehsalı və bölgüsündə həmişə əsas 

qüvvə  olub.  Üzvlərinin  təmiz    adının  zəmanətçisi  kimi,  ailə  xüsusilə  uşaqların 

dünyaya  gətirilməsi  və  onlara  qulluq  edilməsi  və  onların  tərbiyyə  olunması,  qida 

ilə təminatında, xəstəliklər və başqa təhlükələrdən qorunmasında vacibdir. 

 

10.2.

 

Ev təsərrüfatı, onun modelləri və bazar iqtisadiyyatında onun rolu. 

 

Ailənin  bazar  münasibətlərində  iqtisadi  rolu  olduqca  mürəkkəbdir.  Ailə  ev 

təsərrüfatının  müxtəlif  problemlərini,  ailə  biznesinin  idarə  olunması,  işçi 

qüvvəsinin  istehsalı,  istehlak  tələbatımım  lazımi  səviyyəsinin  təmin  edilməs, 

investisiya potensialının yaradılması və digər məsələlər həll edir. 

Tarixin  müxtəlif  dövrlərində  və  ictimai-münasibətlərin  xarakterindən  asılı 

olaraq  ailə  onun  cəmiyyətdə  yeri  və  rolu,  həcmi  və  sabitliyi,  mövqeyi,  sosial-

iqtisadi statusu dəyişmişdir. 

Ailənin  sosial-iqtisadi  statusu  ailə  münasibətlərində  dövlətin  sosial-siyasi 

quruluşunun xüsusiyyətlərini, onun hüquqi əsaslarını, iqtisadiyyatın, mədəniyyətin, 

ictimai özünüdərkin inkişaf səviyyəsini əks etdirən inteqral göstəricisidir. 

 

 



 

10.3.

 

Ev təsərrüfatının funksiyaları: sosial və iqtisadi funksiyalar. 

 

Ailənin funksiyaları müxtəlifdir. Onlar cəmiyyətin fəaliyyətinin ən vacib sahə-

lərinə toxunurlar və ümumilikdə onda baş verən sosial-iqtisadi prosesləri müəyyən-

ləşdirirlər. Bazar iqtisadiyyatı şəraitində ailə insan kapitalının formalaşması və top-

lanmasında  əsas  rol  oynayır.  “İnsan  kapitalının”  formalaşmasının  və  fəaliyyətinin 

müxtəlif  mərhələlərində  ailənin  funksiyaları  qarşılıqlı  əlaqəlidirlər.  Məsələn,  do-

ğum funksiyasının aşağı düşməsi, ailənin əmək potensialını azaldır, onun istehsal 

imkanlarını zəiflədir və tərbiyəvi rola mənfi təsir göstərə bilər. 

İctimailəşmə funksiyası insanın dövlətin köməkliyi ilə təhsil, səhiyyə xidmətlə-

ri, uşaqların tərbiyyələndirilməsi, mədəniyyətin və s. vasitəsilə ictimai sistemə qo-

şulması deməkdir. 

Cəmiyyətin  müasir  inkişaf  mərhələsində  rekreasiya  funksiyasının  əhəmiyyəti 

artır, gərgin əməklə işləyən insan iş qabiliyyətini bərpa etmək üçün çox imkanlara 

malik olmalıdır. 

 

10.4.

 

Ev təsərrüfatının gəlirləri və xərcləri. 

İnsan  amilinin  istehsalı  üçün  normal  şəraitin  yaradılması  ailə  büdcəsinin  for-

malaşdırılmasını tələb edir. 



 

26 


Ailə büdcəsi iki hissəyə bölünür: gəlir və xərclər. 

Gəlirlərə daxildir: 

1)

 

əmək haqqı 



2)

 

sahibkar gəliri 



3)

 

şəxsi mülkiyyətdən əldə olunan gəlir 



4)

 

dövlət transfert ödənişləri 



5)

 

digər mənbələrdən əldə olunan gəlirlər 



Xərclərə daxildir: 

1)

 



sosial sığorta 

2)

 



vergilər 

3)

 



mənzil-kommunal xərclər 

4)

 



nəqliyyat 

5)

 



ictimai təşkilatlara könüllü ianə və pul köçürmələri. 

 

10. 5. Əhalinin pul gəlirləri və istehlak səbəti. 

Gəlirlər içərisində əhalinin pul gəlirləri xüsusi əhəmiyyət kəsb edir. 

Əhalinin pul gəlirləri nominal, sərəncamda qalan və real gəlirlərə ayrılır. 

Nominal  gəlirlər  dedikdə  ayrı-ayrı  şəxslərin,  ev  təsərrüfatların  müxtəlif 

mənbələrdən əldə etdikləri pul nəzərdə tutulur. Sərəncamda qalan gəlir isə nominal 

gəlirlərdən,  vergiləri  və  digər  məcburi  ödəmələri  çıxdıqdan  sonra  yerdə  qalan 

hissəsidir. Bu hissə ev təsərrüfatının şəxsi istehlakına və yığımına sərf olunur. 

Real  gəlirlər  isə  sərəncamda  qalan  gəlirlər  hesabına  mövcud  qiymətlərlə  əldə 

etdiyi  əmtəələrin  miqdarında  ifadə  olunan  gəlirlərdir.  Real  gəlirlər  əhalinin  həyat 

səviyyəsini  əks  etdirən  əsas  göstəricisidir.  Real  gəlirlərin  miqdarı,  nominal 

gəlirlərin,  vergi  və  digər  məcburi  ödəmələrin  və  qiymətlərin  səviyyəsindən 

asılıdır.Bu da öz əksini istehlak səbəti anlayışında tapır.   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yüklə 319,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə