Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

 

 

Katibliyin fəaliyyəti Nizamnamənin XV fəsli ilə tənzimlənir. Maddə 97-yə görə, Katiblik 



Baş Katibdən və Təşkilat üçün tələb olunan ştatdan ibarətdir. Baş Katib Təhlükəsizlik Şurasının 

tövsiyəsi əsasında  Baş Məclis tərəfindən təyin olunur. Baş Katib Təşkilatın baş inzibati vəzifəli 

şəxsidir. 

Maddə  98-də  qeyd  olunur  ki,  Baş  Katib  bu  keyfiyyətdə  Baş  Məclisin,  Təhlükəsizlik 

Şurasının, İqtisadi və Sosial Şuranın və Qəyyumluq Şurasının bütün iclaslarında fəaliyyət göstərir 

və bu orqanlar tərəfindən ona həvalə olunan digər funksiyaları icra edir. Baş Katib Təşkilatın işi 

barədə Baş Məclisə illik məruzə təqdim edir. 

Maddə 99-a əsasən, Baş Katib beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, 

onun  fikrincə,  təhlükə  törədə  bilən  istənilən  məsələni  Təhlükəsizlik  Şurasının  nəzərinə  çatdıra 

bilər. 


Maddə  100-ə  görə,  öz  vəzifələrini  icra  edərkən  Baş  Katib  və  Katibliyin  heyəti  hər  hansı 

hökumətdən  və  ya  Təşkilat  üçün  kənar  olan  hər  hansı  digər  orqandan  göstərişlər  istəməməli  və 

almamalıdır. Onlar, yalnız Təşkilat qarşısında məsuliyyət daşıyan beynəlxalq vəzifəli şəxslər kimi 

onların statusuna təsir göstərə bilən hər hansı hərəkətdən daşınmalıdırlar. BMT-nin hər bir Üzvü 

Baş  Katibin  və  Katibliyin  heyətinin  vəzifələrinin  sırf  beynəlxalq  xarakterinə  hörmət  etməyi  və 

onlara öz vəzifələrini yerinə yetirərkən təsir göstərməyə cəhd etməməyi öz öhdələrinə götürürlər. 

Maddə 101-də vurğulanır ki, Katibliyin heyəti Baş Katib tərəfindən Baş Məclisin müəyyən 

etdiyi qaydalara əsasən təyin olunur. Müvafiq heyət daimi əsasda işləmək üçün İqtisadi və Sosial 

Şuraya, Qəyyumluq Şurasına və buna lüzum oluqda, Təşkilatın digər orqanlarına ayrılır. Bu heyət 

Katibliyin bir hissəsini təşkil edir. Heyəti işə qəbul edərkən və xidmət şərtlərini müəyyən edərkən 

yüksək iş qabiliyyəti səviyyəsinin, səlahiyyətliliyin və təmizliyin təmin edilməsinin zəruriliyi ön 

plana çəkilir. Heyətin mümkün qədər geniş coğrafi əsasda seçilməsinin vacibliyinə lazımi diqqət 

yetirilməlidir. 

Beləliklə, Katibliyə Baş Katib rəhbərlik edir və Təhlükəsizlik Şurasının tövsiyəsinə əsasən, 

Baş  Məclis  tərəfindən  5  il  müddətinə  təyin  edilir.  Baş  katib  dövlətlər  arasında  mübaqişlərin 

tənzimlənməsi üzrə səy göstərir və onun fikrincə beynəlxalq sülhə və təhlükəsizliyə təsir göstərə 

biləcək mübahisələr barəsində məlumatları Təhlükəsizlik Şurasında çıxarmaq hüququna malikdir. 

O  həmçinin,  BMT  Katibliyinin  departamentlərinə,  idarələrinə  və  digər  təşkilatı  bölmələrinə 

direktiv göstərişlər verir və BMT sisteminin bütün işini koordinasiya edir. BMT-nin əsas vəzifəli 



 

şəxsi  kimi  baş  katib  Baş  Məclisin,  Təhlükəsizlik  Şurasının  bütün  iclaslarında  iştirak  edir  və  bu 

orqanlar tərəfindən onun üzərinə qoyulan digər funksiyaları yerinə yetirir. 

Baş  katib  həmçinin  BMT  sistemi  rəhbərlərinin  Koordinasiya  Şurasının  sədridir.  Bu  şura 

geniş diapazonlu problemlərin həllində üzv-dövlətlərin qarşılarına qoyduqları ümumi məqsədlərin 

əldə  edilməsi  üzrə  fəaliyyətin  koordinasiyasını  təmin  etmək  üçün  ildə  iki  dəfə  görüşür.  Onun 

tərkibinə 27 təşkilatın icraçı rəhbərləri daxildir. 

 

BMT-nin ilk baş katibi 1946-1952ci illərdə Tryüqve Li (Norveç) olub. 1953-1961-ci illərdə 



bu vəzifəni Daq Hammarşeld (İsveç), 1961-1971-ci illərdə U Tan (Myanma), 1972-1981-ci illərdə 

Kurt Valdhaym (Avstriya), 1982-1991-ci illərdə Havyer Peres (Peru), 1992-1996-cı illərdə Butros 

Butro Qali (Misir) yerinə yetirib. Hazırda baş katib vəzifəsini 1997-ci ildən etibarən Kofi Annan 

(Qana) tutur. 

 

Hazırda  Katiblik  14  departament  və  idarədən  ibarətdir  və  orada  dünyanın  təxminən  170 



ölkəsindən 7500 nəfər çalışır. Nyu-Yorkda  yerləşən mərkəzi ofislə yanaşı, BMT-nin Cenevrədə, 

Vyanada və Nayrobidə şöbələri vardır. 

 

BMT-nin  aşağıdakı  funksional  komissiyaları  və  onların  tərkibinə  daxil  olan  alt 



komissiyaları vardır: 

1.

 



Statistika komissiyası. 

2.

 



Əhalinin yerləşdirilməsi və inkişaf üzrə komissiya. 

3.

 



Sosial inkişaf komissiyası. 

4.

 



İnsan haqları komissiyası. 

 

Üçlər  Qrupu  (aparteid  cinayətlərinin  qarşısının  alınması  və  ona  görə  cəzalandırma 



haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq yaradılıb). 

 

Zorakı və ya qeyri-könüllü yoxaçıxmalar üzrə İşçi Qrupu. 



 

İnsan  haqlarının  daim  kobud  surətdə  pozulması  hallarının  öyrənilməsi  üzrə  İşçi 

Qrupu. 

 

Özbaşına saxlamar üzrə İşçi Qrupu. 



 

İnkişaf hüququ üzrə açıq tərkibli İşçi Qrupu. 

 

İşgəncə  əleyhinə  Konvensiyanın  fakultativ  protokol  layihəsinin  işlənməsi  üzrə  açıq 



tərkibli İşçi Qrupu. 


 

 

Yerli  xalqların  haqları  haqqında  bəyannamə  layihəsinin  işlənməsi  üzrə  açıq  tərkibli 



İşçi Qrupu. 

 

Struktur yenidənqurma proqramlarına və iqtisadi, sosial, mədəni hüquqlara qid rəhbər 



baza prinsiplərinin işlənməsi üçün açıq tərkibli İşçi Qrupu. 

 

İnsan haqlarının dəstəklənməsi və müdafiəsi üzrə altkomissiya. 



 

Milli, etnik, dini və dil azlıqlarına aid şəxslərin hüquqları məsələsi üzrə İşçi Qrupu. 

 

Quldarlığın müasir formaları üzrə İşçi Qrupu. 



 

Yerli xalqlar üzrə İşçi Qrupu. 

 

Altkomissiyaların iş metodları üzrə Sessiya İşçi Qrupu. 



 

Transmilli şirkətlərin iş metodları və fəaliyyəti üzrə Sessiya İşçi Qrupu. 

 

Rabitə üzrə İşçi Qrupu. 



5.

 

Qadınların vəziyyəti üzrə komissiya. 



6.

 

Narkotik vasitələr üzrə komissiya. 



 

Yaxın  və  Orta  Şərqdə  narkotiklərin  qeyri-qanuni  dövriyyəsi  və  bununla  əlaqədar 

məsələlər üzrə altkomissiya. 

 

Narkotika  haqqında  qanunlara  əməl  edilməsinin  təmin  edilməsi  üzrə  milli  təşkilat 



rəhbərlərinin Məclisi. 

7.

 



Cinayətkarlığın xəbərdar edilməsi üzrə komissiya. 

8.

 



Elm və texnika komissiyası. 

9.

 



Dayanıqlı inkişaf komissiyası. 

 

Açıq tərkibli xüsusi işçi qrupları. 



 

Energetika və dayanıqlı inkişaf üzrə ekspertlərin açıq tərkibli xüsusi hökumətlərarası 

qrupu. 

10.


 

BMT-nin meşələr üzrə Forumu. 

BMT-nin daimi komitələrinə aşağıdakılar daxildir: 

1.

 



Proqramlar və koordinasiya Komitəsi. 

2.

 



Əhali məntəqələri üzrə komissiya. 

3.

 



Qeyri-hökumət təşkilatları Komitəsi. 

4.

 



Hökumətlərarası təşkilatlrla danışıqlar Komitəsi. 

BMT-nin ekspert orqanlarına aşağıdakılar aiddir: 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə