Mövzu Aqrar hüquq hüququn bir sahəsi kimi. Plan: Aqrar hüququn predmeti. Aqrar hüquqda hüquqi tənzimləmə metodları


Kənd təsərrüfatı kooperativlərinin hüquqi vəziyyəti



Yüklə 0,81 Mb.
səhifə4/11
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#5781
1   2   3   4   5   6   7   8   9   10   11

3.Kənd təsərrüfatı kooperativlərinin hüquqi vəziyyəti

Kənd təsərrüfatı kooperativi fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvliyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Kooperativin üzvü MM-in üzvü tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəniş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüquqi olan fiziki və (və ya) hüquqi səxsdir.

Kooperativ qanunla qadağan olmayan istənilən sahədə sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak, qarışıq (istehsal-istehlak) və digər növlərdə ola bilər.

Dövlət orqanları,bələdiyyələr,digər fiziki və hüquqi şəxslər kooperativlə münasibətlərini müqavilə əsaəında qururlar.Dövlət orqanları və bələdiyyələr Az.Res.nın qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla koperativlərin təsərrüfat,maliyyə,təşkilati(idarəetmə orqanlarının formalaşdırılması)və digər fəaliyyətinə müdaxilə etmirlər.

Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcimdə üzvlər tərəfindən ödənilən daşınar və ya daşınmaz əmlakdan,habelə pulla qiymətləndirilən əmlak haqqlarından ibarıt olan pay haqqıdır.Əmlak pay haqqı mütləq və əlavə ola bilər.

Mütləq əmlak pay haqqı üzv tərıfindən mütləq qaydada ödənilən,kooperativin fəaliyyətində iştirak etmək,səs vermək və əsas kooperativ ödənişlərini almaq hüquqi verən əmlak payıdır.

Əlavə əmlak pay haqqı üzv tərəfindən mütləq pay haqqından əlavə öz arzusu ilə ödənilir və kooperativ ödənişlərindən başqa,həmçinin divident(əlavə kooperativ ödənişlərin) almaq hüquqi verən paydır.

Üzüvkük haqqı içtirakçının kooperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir.Kooperativ üzvünün kooperativ ödənişləri(əsas kooperativ ödənişləri)almaq hüququ vardır.

Əsas kooperativ ödənişləri üzvlərin mütləq əmlak pay haqqına,kooperativdə şəxsi əməyin və digər növ fəaliyyətinə mütənasib surətdə onlara ödənilən kooperativ fəaliyyətinin bir hissəsidir.

Divident (əlavə kooperativ ödənişləri)yalnız səs hüququna malik olan üzvlərə onları əlavə əmlak pay haqqlqrına mütənasib surətdə ödənilən kooprativ məfəətin bir hissəsidir.

Kooperativin nizamnaməsində onun adı,olduğu yer ,fəaliyyətinin idarə edilməsi qaydası .habelə onun ləvği qaydası müəyyənləşdirilir.Kooperativin nizamnaməsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqqlarının verilməsi qaydası və onların verilməsi öhtəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında;kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti,onların qərarlar qəbul etməsi,o cümlədən barəsində qərarların yekdilliklə vəya şərtləndirilmiş səs çoxluğu ilə qərar qəbul etməsi qaydası haqqında kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri,sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun,üzvlərin siyahasını və pay haqqlarının qəbulunun rəsmiləşdirilməsi.kooperativ üzvlərinin ümumi yiğıncağını və digər idarəetmə rqanlarının protokollarının tərtibi və s.)göstərilir.

Kooperativ öz üzvləri ilə onların istehsal etdiyi məhsulları kooperativə satmaq,işlər görmək və xidmətlər göstərmək barədə müqavilələr bağlaya bilər.

Kooperativdə maliyyə-təsərrüfat fəaliyyətinin operativ və maliyyə uçotu,stastistika hesabatı Az.Res.ı qanunvericiliyinə uyğun qaydada aparılır.

KOOPERATİVİN YARADILMASI.

Kooperativ 5dən az olmayan fiziki və ya hüquqi şəxslər tərəfindən yaradılır.

Kooperativ yaratmaq məqsədi ilə fiziki və ya hüquqi şəxslər təşəbbüs qrupu yaradırlar.Təşəbbüs qrupunun vəzifələrinə aşağıdkılar aiddir:

-pay haqqı fondunun həcmi və onun yaranma mənbələri göstərilməklə kooperativin nəzərdə tutulan fəaliyyətinin əsaslandırılması;

-kooperativin nizamnamə layihəsinin hazırlanması;

-kooperativin üzvlüyünə daxil olmaq barədə fiziki və ya hüquqi şəxslərdən ərizələrin qəbul edilməsi;

-kooperativin təsis yığıncağının hazırlanması və keçirilməsi.

Kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə daxil olma barədə qərar qəbul edir,kooperativin nizamnaməsini təsdiq edir,kooperativin idarəetmə orqanlarını formalaşdırır.

Kooperativin üzvləri öz aralarında təsis müqaviləsi bağlayırlar.

Kooperativin təsis yığıncağının qərarı protokolla rəsmiləşdirilir.

Kooperativin nizamnaməsinin qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvkük və əmlak pay haqqı ödəyən və 16yaşına çatmış fiziki şəxslər və hüquqi şəxslər kooperativin üzvü ola bilərlər.

Kooperativin nizamnaməsində ayrı hal nəzərədə tutulmayıbsa,kooperativin üzvü başqa kooperativində üzvü ola bilər.

Kooperativin üzüvlüyünə qəbul üzvü olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir.Kooperativin üzvünə üzvlük kitabçası verilir.Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirir.

Kooperativin üzvlərinin aşağıdakı göstərilən hüquqları vardır:

-kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq;

-kooperativin idarə olunmasında və fəaliyyətində iştirak etmək,kooperativin orqanlarını seçmək və onlara seçilmək;

-kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə və eləcə də digər sənədləri ilə tanış olmaq;

-kooperativin fəaliyyətini yaxşılaşdırılması,onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanlarının aradan qaldırılması barədə təkliflər vermək;

-mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq;

-kooperativ ləvğ edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissəsinin dəyərini almaq;

-kooperativ üzüvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən isifadə etmək və s.

Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür.Kooperativin əmlakı (vəsaitləri)onun əsas fondlarından,dövrüyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir.Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər.Kooperativin öz vəsaiti onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqqları,sahibkarlıq fəaliyyətindən,öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında,qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər,kreditlər,fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır.Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi koperativin ümumi vəsaitinin(əmlakının) 50%dən çox olmamalıdır.Kooperativin əmlakı onun xüsusi mülkiyyətidir.

Əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa kooperativin üzvü kooperativ qeydə alınanadək pay haqqı tamamilə verməyə borcludur.


KOOPERATİVDƏ İDAƏETMƏ.

Kooperativin ali idarəetmə orqanı onun üzvləri nin ümumi yığıncağıdır.Üzvlərinin sayı 50dən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər.Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur.Kooperativin icra orqanları idarə heyəti və ya sədridir.Onlar kooperativin cari rəhbərliyi həyata keçirir,müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər.Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri,habelə kooperativin sədri yalnız kooperativin üzvlərində ola bilər.Müşahidə şurasının və ya icra orqanını üzvü oxşar kooperativin üzvü ola bilməz.Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sadri ola bilməz.

Kooperativin üzvlərinin ümumi yığincağının müstəsna səlahiyyətləri vardır ki,bunlar əsasən aşağıdakılardır:

-kooperativin nizamnaməsinin dəyişdirmək;

-kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək,icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək,bir şərtlə ki,kooperativin nizamnaməsinə görə bu hüquq müşahidə şurasına verilmiş olmasın;

-kooperativ üzvlərini qəbul etmək və çıxarmaq;

-kooperativin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək və zərəri bölüşdürmək;

-kooperativin yenidən təşkili və ləvği haqqında qərar qəbul etmək;

Kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər.

Kooperativin ümumi yığıncağının və ya müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri onlar həll edilmək üçün kooperativin icra orqanlarına verı bilməzlər.

Üzvlərinin sayı 200dən çox olan kooperativlərdə kooperativ üzvlərinin ümumi yığıncağı kooperativin nizamnaməsinə uyğun olaraq müvəkkillərin yığıncağı şəkilində keçirilə bilər.Müvəkkillərin sayi kooperativ üzvlərinin sayı nəzərə alınmaqla müəyyənləşdirilir.Müvəkkillər kooperativin nizamnaməsində aşağıdakəlar da daxil olmaqla,nəzərdə tutulmuş qaydada açiq vəya gizli səsvermə yolu ilə seçilir.Müvəkkil seçilən kooperativ üzvlərinin sayı,müvəkkillərin səlahiyyət müddəti,onların seşilmə qaydası.

Kooperativin nizamnaməsinin kooperativ üzvlərinin ümumi yığıncağı barədə müddəaları müvəkkillərin yiğincağıına da şamil edilir.

Kooperativ üzvlrinin ümumi yığıncağı üzvlərin(yaxud müvəkkillərin)yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr)tərəfindən ildə 1dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlər də və qaydada ancaqmaliyyə ilinin başa çatmasından ən geci 3ay keçmədən çağırılır.Kooperativ üzvlərinin növbədən kənar ümumi yığıncağı idarə heyətinin(sədrin),müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin)təşəbbüsü,yaxud səs hüququna malik olan üvlərin 1/4nin tələbi ilə çağrılır.


4.K/tı səhmdar cəmiyyətlərinin,məhdud və əlavə məsuliyyətli cəmiyyətlərin hüquqi vəziyyəti.

K/t da aqrar islahatlar neticesinde k/t muessiselinin 2/5 –sinden coxunu sehmdar cemiyyetleri ve MMC-ler teskil edir.

Nizamname kapitali mueyyen sayda sehimlere bolunmus cemiyyet sehmdar cemiyyeti sayilir.Sehmler buraxmaga yalniz sehmdar cemiyyetlerinin huququ vardir.

Səmdar cəmiyyətinin iştiraçıarıın (səhmdarlar) onun öhdelikləri uçun cavabdeh deyildirler və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər uçun onlara mənsub səhmlərn dəyəri həddində risk daşıyırlar.

Səhmdar cəmiyyəti bir şəxs tərəfindən yaradıla bilər və ya cəmiyyətin bütün səhmlərinibir səhmdarın əldə etdiyi halda bir şəxsdən ibarət ola bilər.

Səhmdar cəmiyyətin firma adında onun adı habelə “açıq səhmdar cəmiyyəti” və ya “qapalı səhmdar cəmiyyəti” sözləri göstərilməlidir.

Səhmdar cəmiyyətin iştirakçıları onlara məsub səhmləri digər səhdarların razılığı olmadan özgəninlkiləşdirə bildikdə o açıq səhmdar cəmiyyəti sayılar.Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışıbı həyata keçire bilər.

Açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il etməyə borcludur.

Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şexslər dairesində yayılan səhmdar cəmiyyəti qapqlı səmdar cəmittəti sayılır.Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmek üçün şəxslərin qeyri-məhdud dairesinə təklif edə bilməz.

Səhmdar cəmiyyətinin nizamnaməsində onun adı olduğu yer,fəaliyyətinin idarəedilməsi qaydası ilə yanaşı,cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları,onların nominal dəyəri və miqdarı haqqında,cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında,səhmdarların hüquqları haqqında,cəmiyyətin idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri,onların qərarlar qəbul etməsi,o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləndirmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.

Səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur.Cəmiyyətin nizamnamə kapitalı cəmiyyətin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdaını müəyyənləşdirir.

Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərə aşağıdakılardır:

1.Cəmiyyətin nizamnaməsinin və nizamnamə kapitalının dəyişdirilməsi;

2.Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi)seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;

3.Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək(1 şərtlə ki,cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının)səlahiyyətinə aid edilməsin);

4.Cəmiyyətlərin illik hesabatını ,mühasibat balanslarını,məənfətini və zərərini bölüşdürmək;

5.Cəmiyyətin yenidən təşkili və ya ləvği haqqında qərar qbul etmək.

MƏHDUD MƏSULİYYƏTLİ K/T CƏMİYYƏTLƏRİ.

Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən ,nizamnamə kapitalı nizamnamə ilə müşyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət adlanır.Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhtəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.

Məhdud məsuliyyətli cəmiyyətin firma adında cəmiyytin adı,habelə “məhdud məsuliyyətli cəmiyyət”sözləri göstərilir.

Məhdud məsuliyyətli cəmiyyətin iştirakşılarını sayı qanunvericiliklə müəyyənləşdirilmiş həddi keçməməlidir.Əks halda o,1il ərzində səhmdar cəmiyyətinə çevirməli,bu müddət bitdikdən sonra isə,əgər onun iştirakçılarının sayı azaldılıb qanunla müəyyənləşdirilmiş həddə endirilməzsə məhkəmə qaydasında ləvğ edilməlidir.

Məhdud məsuliyyətli cəmiyyətin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrufat cəmiyyəti ola bilməz.

MMCin nizamnaməsində onun adı,olduğu yer,fəaliyyətinin idarəedilməsi qaydası,habelə ləvği qaydası müəyyən edilir.Nizamnamədə həmçinin iştirakçılardan hər birinin payının miqdarı haqqında;onların qoyduqları mayaların tərkibi və maya qoyması barədə,maya qoyulması üzrə öhtəlikləri pozmağa görə iştirakçıların məsuliyyəti haqqında;idarəetmə orqanlarının tərkibi və səlahiyyəti,onların qərarlar qəbul etməsi,o cümlədən barəsində yekdilliklə və ya şərtləndirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilir.

MMC-nin nizamnaməsinə kapitalı onun iştirakçılarınin mayalarının dəyərindən təşkil olunur.Cəmiyyətin nizamnamə kapitalı onun rediktorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir.cəmiyyətin nizamnamə kapitalının miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş məbləğdən az ola bilməz.

MMC-nin təsisçiləri cəmiyyət qeydə alınanadək nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar.

Əgər 2ci vəya hər bir növbəti maliyyə ili başa çatarkən MMC-in xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa cəmiyyət öz nizamnamə kapitalının azadlığını elan etməlidir.Əgər cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olan cəmiyyət ləvğ edilməlidir.

MMC-in ali orqanı onun iştirakçilarının ümumi yığıncağıdır.MMC də onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçıların ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır.Cəmiyyət təkbaşçı idarəetmə orqanı onun iştirakçılarının olmayanlardanda seçilə bilər.

Cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətləri,onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası Mülki məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir.

ƏLAVƏ MƏSULİYYƏTLİ CƏMİYYƏT.

Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən,nizamnamə kapitalı nizamnamə ilə müayyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət əlavə məsuliyyətli cəmiyyət sayılır.Belə cəmiyyətin iştirakçıları onun öhtəlikləri üzrə oz mayalarının dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilən ,hamısı üçün eyni olan misli miqdarında özlərinin əmlakı ilə birgə subsidia məsuliyyət daşıyırlar.İştirakçılardan biri müflis olduqda cəmiyyətin öhtəlikləri üzrə onun məsuliyyəti qalan iştirakçılar arasında onların mayalarını mütənasib surətda bölünür.

Əlavə məsuliyyətli cəmiyyətin firma adından cəmiyyətin adı,habelə MMC sözləri göstərilməlidir.

Əlavə məsuliyyətli cəmiyyətə MMC haqqında qaydalar tətbiq edilir.



5.K/t birliklərinin (şirkətlərinin)hüquqi vəziyyəti.
Az.Res.nın mülki qanunvericiliyində təsbit edilən təsərrüfatçilıq təşkilati hüquqi forması tam ortaqlıq(şərikli)və kommandit ortaqlığıdır.

Ortaqlıq o halda tam ortaqlıq sayılır ki,onun iştirakçıları (tam ortaqlıqları)nizamnaməyə uyğun surətdə ortaqlıq adndan sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhtəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar.

Şəxs yalnız 1 tam ortaqlığın iştirakçısı ola bilər.

Tam ortaqlığın firma adından onun bütün iştirakçılarının adları və “tam ortaqlıq”sözləri dail edilməli və ya “və ortaqları”və “tam ortaqlıq sözləri”əlavə edilməklə bir və ya bir neçə iştirakçının adı daxil edilməlidir.

Tam ortaqlığın nizamnaməsində onun adı,olduğu yer,fəaliyyətinin idarə edilməsi qaydası,onun ləvği qaydasıilə yanaşı ortaqlığın şərikli kapitalının miqdarı və tərkibi ;hər bir iştirakçının şərikli kapitalındakı payının miqdarı və dəyişdirilməsi qaydası haqqında;onların mayalarının tərkibi və maya qoyması qaydası haqqındda;maya qoyulması üzərində vəzifələrin pozulmasına görə iştirakçıların məsuliyyəti haqqında şərtlər göstərilməlidir.

Tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir.

Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçılarının səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilər.

Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərini aparmağa vəlik edilib edilmədiyindən asılı olmayaraq işlərin aparılmaına dair bütün sənədlərlətanış ola bilər.

Əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri irlikdə aparması müəyyənləşdirilməyibsə tam rtaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər.

Ortaqləğın iştirakçıları onun işlərini birlikdə apararkən hər 1 əqdin bağlanması üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir.

Əgər ortaqlığın iştirakçıları onun işlərinin aparılmasını iştirakçıların birinə və ya bəzilərinə tapşırarlarsa,qalan iştirakçılar ortaqlıq adından əqdıər bağlamaq üçün ortaqlığın işlərinin aparılmasının tapşırıldığı iştirakçıdan (iştirakçılardan)etibarnamə almalıdır.

Tam ortaqlığın iştirakçısı ortaqlıq qeydə alınanadək onun şərikli kapitalına maya qoymağa borcludur.

Tam ortaqlıq Mülkü Məcəllədə nəzərdə tutulmuş əsaslar üzrə,habelə ortalıqda yeganə bir iştirakçının qaldığı halda ləvğ edilir.həmin iştirakçının ixtiyari var ki,ortaqlıqda yeganə iştirakçı kimi qaldığı andan 6ay ərzində ortaqlığın təsərrüfat cəmiyyətinə çevirsin.

KOMMANDİT ORTAQLIĞI.

Kommandit ortaqlığı elə bir ortaqlıqdır ki,ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhtəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar)ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği hddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı maya qoyanı (kommanditi)vardır.


Mövzu 7.Vətəndaşların şəxsi yardımçı təsərrüfatının hüquqi tənzimlənməsi.
Plan:

1.Vətəndaşların şəxsi yardımçı təsərrüfatı anlayışı

2.Vətəndaşların şəxsi yardımçı təsrrüfatı əmlakının hüquqi rejimi.

3.Vətəndaşların şəxsi yardımçı təsərrüfatı torpaqlarının hüquqi rejimi.

4.Biçənəklərin və otlaq torpaqlarının hüquqi rejimi.


Ədəbiyyat

1.Az.Res.nın Konstitusiyası Bakı 2009

2.Az.Res.nın Mülki Məcəlləsi Bakı 2009

3.Az.Res.nın torpaq məcəlləsi Bakı 2009

4.”Ailə kəndli təsərrüfatı haqqında” Az.Res.nın 14.06.05 ci il tarixli qanunu. Az.qəzetində 23.11.2005ci il tarixində dərc olunub.

5.”Ailə kəndli təsərrüfatının ikkik dövrüyyəsinin yuxarı həddinin müəyyən edilməsi haqqında”Az.Res. Nazirlər Kabinetinin 16.01.2006cı il tarixli 11saylı qərarı.

6.”Ailə kəndli təsərrüfatının uçotunun aparılması qaydalarının təsdiq edilməsi barədə” Az. Res. Nazirlər Kabinetinin 26.01.2006cı il tarixli 22 saylı qərarı.

7.L. F. Aundzadə,A,Ə,Əsədov “Aqrar hüququ”dərslik “Qanun” Bakı 2003

GƏNCƏ 2012


  1. Vətəndaşların şəxsi yardımçı təsərrüfatı anlayışı.

Vətəndaşların şəxsi yardımçı təsərrüfatı aqrar sahənin qibtə ediləcək sabitliyi və k/tı məhsulları istehsalında rolunun durmadan artmasına meyilliyi ilə seçilən mühüm tərkib hissəsidir. Heyvandarlıq məhsullarının,kartofun,meyvə və tərəvəzin istehsalında onun rolu daha çox nəzərə çarpır.

Şəxsi yardımçı təsərrüfatların sahibləri əsas gəlirlərini ictimai istehsalatdakı işlərdən əldə edirlər. Yardımçı təsərrüfatda k/t məhsullarının istehsalı və satışı ilə bağlı olan fəaliyyət kəndli ailəsinin şəxsi əməyi hesabına həyata keçirilir. O əmək qabiliyyətli vətəndaşlar üçün əsas işə münasibətdə əlavə hesab olunur və ikinci məşğulluq qaydasında yerinə yetirilir. Vətəndaşların şəxsi yardımçı təsərrüfatı bununla fərdi istehsal və kəndli(fermer)təsərrüfatlarından fərqlənir.

14 iyun 2005ci il tarixində “Ailə kəndli təsərrüfatı haqqında”Az.Res.nın qanunu qəbul edildi. Bu qanun ailə kəndli təsərrüfatı fəaliyyətinin hüquq və təşkilati əsaslarını müəyyənləşdirir. Qanunun I maddəsində ailə kəndli təsərrüfatının leqal anlayışı təsbit olunur. Ailə kəndli təsərrüfatı dedikdə ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını,emalını,daşınmasını və saxlanmasını)birgə həyata keçirilməsi başa düşülür. Bu təsərrüfatı tərkibi bir nəfərdən,ailə üzvlərindən,onlarla qohumluq əlaqələri və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər.

Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunla qadağan edilməyən bütün iqtisadı fəaliyyət növləri ilə məşğul olan təsərrüfaçılıq subyektidir. Ailə kəndli təsərrüfatının fəaliyyəti sahibkarlıq sayılmır.

Ailə kəndli təsərrüfatının statusu onların uçotunu aparan bələdiyyələr ərəfindən ailə üzvlərinə verilən sənədlə rəsmiləşdirilir. Ailə kəndli təsərrüfatının illik dövrüyyəsinin yuxarı həddi Az. Res. Nazirlər Kabineti tərəfindən müəyyən edilir və vaxtaşırı dəyişdirilir. Az. Res.nın Nazirlər Kabinetinin 16 yanvar 2006 cı il tarixli 11saylı qərarı ilə ailə kəndli təsərrüfatının illik dövrüyyəsini yuxarı həddi bu təsərrfatın bir üzvi üçün şərti maliyyə vahidinin 2000 min misli (2200YAM)miqdarında məyyən edilmişdir.

Ailə kəndli təsərrüfatı qanunla müəyyən edilmiş qaydada uçota alındığı gündən fəaliyyətə başlamış hesab olunur.

Ailə kəndli təsərrüfatı onun üzvlərinin seçdiyi təsərrüfat başçısı tərəfindən idarə edilir.

1995 ci ildə Az.Res.nın Milli Məclisi “Aqrar islahatların əsasları haqqında ” və “ Sovxoz və kolxozların islahatı haqqında ”qanunlar qəbul etdi. Bu qanunlarla müəyyən edilmiş normalara əsasən sovxoz və kolxozların əmlakı,o cümlədən torpaq sahələri əvəzsiz olaraq əhaliyə paylanmağa başlandı. Müstəqillik əldə edən resp.da yeni siyasi,sosial və iqtisadi münasibətlərin yaranması ölkənin k/tnın inkişafına yeni istiqamət verdi. Belə ki,”Torpaq islahatı haqqında ”Az.Res.qanununa (16.07.96)uyğun olaraq ölkədə torpaq islahatının həyata keçirilməsində yeni torpaq-istehsal münasibətləri yarandı. Nəticədə respublikanın vahid torpaq fondunu təşkil edən 8.641.506 ha. Torpaq sahəsində üç növ mülkiyyət-dövlət,bələdiyyə və xüsusi növləri yaradıldı. Beləliklə ölkənin vahid torpaq fondunun 4.919.138 ha.ı (57%)dövlət mülkiyyətində saxlanıldı. Bələdiyyə mülkiyyətinə torpaq fondunun (23.7%) 2051.378 ha.ıverildi. xüsusi mülkiyyətə isə vahid torpaq fondundan 1.670.990 ha (19.3%)ayrılaraq özəlləşdirildi.

Əvvəllər qüvvədə olan qanunvericilik şəxsi yardımçə təsərrüfat sahiblərinin istifadəsində torpaq sahələrinin özkənikiləşdirilməsini qadağan edirdi. Torpaq sahələri yalnız bir mülkiyyətçiyə-dövlətə məxsus idi,yəni torpaq sahələri üzərində dövlətin monopoliyası mövcud idi.

“Torpaq islahatı haqqında” 16 iyul 1996cı il tarixli qanun bu qadağaları ləvğ etdi və torpaq sahələri üzərində mülkiyyət hüququnun əldə edilməsi müddətindən asılı olmayaraq onun vətəndaşlara satılması qaydalarını və şərtlərini müəyyənləşdirdi. Torpaq sahələrinin alqı- satqısının qanuniliyini tanımaq üçün alıcının əldə etdiyi torpaq sahəsini məqsədli təyinatına uyğun olaraq istifadə etməsi kifayətdir.

Yardımçı təsərrüfatın sahibləri bostan,bağ,tərəvəz,çoxillik meyvə-giləmeyvə tingləri becərrmək,gülçülüklə məşğul olmaq üçün verilmiş həyətyanı sahələrində yardımçı k/tı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Həyətyani torpaq sahələri,həmçinin mal-qara və quş üçün yem becərməkdən ötrü,fərdi mənzil tikintisi altına,təsərrüfat tikilləri və onlara qulluq üçün obyektlər yaratmaqdan ötrü də verilir.

Torpaq qanunvericiliyinə əsasən həyatyanı sahələrdən digər məqsədlər üçün də məsələn:istirahət üçün,idmanla məşğul olmaq üçün istifadə edilə bilər.

Torpaq sahəsi ayrılmasının məqsdi onun verilməsi haqqında qərar da və ya sərəncamda göstərilir.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə