Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə68/74
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81912
1   ...   64   65   66   67   68   69   70   71   ...   74
movzu 6 - metn- beynelxalq valyuta munasibetleri

Bank Məsləhət 

Komissiyası 

BMK-nin  idarəedici  tərkibi  ilə  korporasiyanın  siyasəti  və  fəaliyyəti  haqqında  fikir 

mübadiləsi aparmaq üçün müntəzəm görüşlər keçirir. 

Məşhur sənayeçilərdən, bankirlərdən və dövlət xadimlərindən ibarət olan 



İşgüzar Məsləhət 

Komitəsi 

BMK  rəhbərliyi  ilə  özlərinin  bilikləri,  təcrübələri  və  biznes  məsələlərinə  baxışları  ilə 

bölüşürlər. 

BMK maliyyələşməsi fərqli sahələri əhatə edir ki, maliyyə sektoruna yardım mövzusu yeni 

təsdiq  olunan  layihələr  arasında  xüsusi  yer  tutur.  Bunlara  əsasən  lizinq,  sığorta  və  ipoteka 

bazarlarına  sərmayələr,  təhsil  kreditləri,  kiçik  və  orta  sahibkarların  mikromaliyyələşdirilməsi  və 

biznes borclarını təmin edən yerli bankların kreditləşməsi daxildir.  

Özəl  sektordan  olan  sərmayəçilərin  iştirakını  təmin  etmək  məqsədilə  BMK  hər  hansı 

layihəni  maliyyələşdirməsini  müəyyən  çərçivədə  məhdudlaşdırır.  Yeni  layihələr  üçün  bu 

məhdudiyyət  layihənin  ümumi  dəyərinin  25%-i,  istisna  hallarda  kiçik  layihələrin  isə  35%-i 

çərçivəsində  olur.  Genişlənmə  layihələri  üçün  BMK  maliyyələşməsi  layihənin  dəyərinin  50%-ə 

qədərini  təşkil  edə  bilər,  lakin  bu  rəqəm  layihə  şirkətinin  kapitallaşmasının  25%-dən  artıq 

olmamalıdır.  

Korporasiya  əsasən  özəl  sektorun  layihələrini  dəstəkləsə  də,  müəyyən  dərəcədə  dövlət 

mülkiyyətində  olan  şirkətlərin  də  layihələri  maliyyələşdirilə  bilər.  Bu  zaman  layihənin 

kommersiya  əsaslarında  həyata  keçirilməsi  və  prosesdə  özəl  sektorun  iştirakı  mütləqdir.  BMK 

göstərilən vəzifələri aşağıdakılar vasitəsilə həyata keçirir: 

 



inkişafda olan dövlətlərdə özəl sektorun layihələrinin dəstəklənməsi

 



inkişafda  olan  dövlətlərdə  fəaliyyət  göstərən  özəl  şirkətlərə  beynəlxalq  maliyyə 

bazarlarında vəsait əldə etməkdə yardım etmək; 

 

hökumətə və bizneslərə məsləhət vermək və texniki yardımı təmin etmək



 

sabit  və  ya  dəyişkən  məzənnə  ilə  əsas  və  ya  yerli  valyutalarda  uzunmüddətli    və  ya 



sindikatlaşdırılmış borcların verilməsi

 



risqlərin  idarə  olunması  (məsələn  valyuta  və  ya  faiz  svoplarına,  hedcinq  xidmətlərinin 

təminatına müdaxilə); 




 

kapitala investisiya



 

kvazi-kapital vasitələri (ikinci dərəcəli istiqrazlar, imtiyazlı səhmlər, dönərli borclar və s.). 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə