Mövzu 5 İşçi qüvvəsinin beynəlxalq miqrasiyası



Yüklə 308,85 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix01.11.2017
ölçüsü308,85 Kb.
#7761
1   2   3   4   5   6   7   8   9   10

Şərqi  Avropalıların  cəlb  edilməsi  üçün  xüsusi  proqramlar  həyata  keçirirlər.  Kəskin  mütəxəssis 

çatışmazlığı hiss edilən ixtisaslar neftçilər, mühəndis-kimyaçılar, fermerlərdir. 

4.

 

Afrika  ölkələri.  Bu  region  üçün  daxili  miqrasiya  xarakterikdir.  1990-cı  illərin 



əvvəllərində bu regionda miqrantların sayı 2 milyon nəfərə bərabər idi. İşçi qüvvəsini idxal edən 

əsas  ölkələr  Şimali  Afrika  ölkələri  və  Cənubi  Afrika  Respublikasıdır.  Miqrantlar  böyük  əmək 

tələb edən almaz hasilatı, qızıl hasilatı, uran hasilatı kimi sahələrdə çalışırlar. 

5.

 



Rusiya. Hazırda demoqrafik böhran yaşayan Rusiya beynəlxalq əmək bazarına çıxmağa 

və  ölkəyə  immiqrant  axınını  artırmağa  məcburdur.  1995-ci  ildə  immiqrantların  sayı  702,5  min 

nəfərə, emiqrantların sayı isə 340 min nəfərə bərabər olub. 

Müasir mərhələdə miqrasiyanın xüsusiyyətlərinə həmçinin aşağıdakıları aid etmək olar: 

 

miqrantların ümumi sayında peşəkar-immiqrantların payının artması; 



 

qeyri-leqal immiqrasiyanın artımı; 



 

Şərqi Avropa və keçmiş SSRİ ölkələrindən emiqrasiyanın genişlənməsi; 



 

əmək miqrasiyasının dövlət və beynəlxalq tənzimlənməsinin əhəmiyyətinin artması; 



 

transmilli  şirkətlərin  miqrasiya  proseslərində  rolunun  güclənməsi  və  onların  bu  prosesə 



təşkil olunmuş xarakter vermələri. 

 

5.4. İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının ölkə iqtisadiyyatlarına təsiri 

 

İşçi  qüvvəsinin  beynəlxalq  miqrasiyası  mürəkkəb  və  birmənalı  olmayan  bir  proses 



olduğundan  əmək  resurslarını  idxal  və  ixrac  edən  ölkələrin  iqtisadi  və  sosial  inkişafına  həm 

müsbət, həm də mənfi təsir göstərə bilər. 

Xarici işçi qüvvəsindən istifadə immiqrasiya ölkələrinə əhəmiyyətli müsbət nəticələr əldə 

etməyə imkan verir: 

 

yüksək mobilliyə malik işçi qüvvəsinin idxalı nəticəsində ölkə iqtisadiyyatında struktur 



(sahəvi və regional) dəyişikliklər yüngülləşir; 

 



immiqrantlar adətən əmək resurslarının gəncləşməsinə səbəb olur, çünki adətən əhalinin 

daha mobil və daha əmək qabiliyyətli hissəsi miqrasiyaya cəlb edilir; 

 

işçilərin  və  mütəxəssislərin  tədrisinə  və  ixtisaslarının  artırılması  üçün  lazım  olan 



vəsaitlərə qənaət edilir

 



immiqrantlar daxili bazarın həcmini genişləndirir və onların istehlak məqsədi ilə istifadə 

etdikləri  vəsait  ölkə  iqtisadiyyatının  inkişafına  yönəldilir,  onların  banklardakı 

hesablarında toplanan vəsaitləri isə əlavə yığım mənbəyi kimi çıxış edir; 

 



xarici işçi qüvvəsinə çəkilən xərc yerli işçi qüvvəsinə çəkilən xərcdən aşağıdır ki, bu da 

firmaya əmək haqqı xərclərini aşağı salmağa imkan verir; 

 

immiqrantlar  əmək  haqqlarının  bir  hissəsini  vətənlərinə  köçürürlər  ki,  bu  da  onların 



işlədikləri ölkədən onların mənsub olduqları ölkəyə əmtəə ixracı üçün şərait yaradır. 

Bununla yanaşı, bu proses immiqrasiya ölkələri üçün bir sıra problemlər də yaradır: 

 

işçi  qüvvəsinin  təklifinin  artması  və  iş  yerlərinin  məhdudluğu  səbəbindən  milli  əmək 



bazarında vəziyyət pisləşir

 



əmək  bazarında  işçi  qüvvəsinin  təklifinin  artması  nəticəsində  milli  işçi  qüvvəsinin 

dəyərinin aşağı düşməsi baş verir; 

 

yerli əhali və immiqrantlar arasında münaqişələr üçün zəmin yaranır. 



İmmiqrasiyanın  iqtisadi  effektlərini  çox  zaman  mənfi  təsvir  edirlər  və  əsasən  də  iş 

yerlərinin azalmasını və  yerli əhali arasında işsizliyin artmasını qeyd edirlər. Lakin bu problemi 




inkar  etmədən  qeyd  etmək  lazımdır  ki,  immiqrantlar  özləri  ilə  yeni  təcrübə,  bilik  və  bacarıqlar 

gətirirlər. ABŞ, Kanada və Avstraliya immiqrasiya nəticəsində yaranmış ölkələrdir. 

İmmiqrantlar  ayrı-ayrı  sahələrin  iqtisadi  inkişafına  dinamizm  gətirirlər.  Nümunə  kimi, 

İndoneziya  və  Malayziyada  olan  çinli  sənaye  işçilərini,  Kanadada  fəaliyyət  göstərən  Honq-

Konqlu sahibkarları, Afrikada olan hind və livan biznesmenlərini, İran körfəzinin neft hasil edən 

ölkələrində işləyən iordan və fələstin fəhlələrini göstərmək olar. 

Bundan  əlavə  immiqrantlar  yerli  əhalinin  çalışmaq  istəmədikləri  sahələrdə  işləyirlər. 

Türkiyə  və  Şimali  Afrikadan  olan  qeyri-ixtisaslı  işçilər  Almaniya  və  Fransaya  olan 

immiqrasiyanın 60-80%-ni təşkil edir. Malayziyada indoneziyalılar, Argentinada boliviyalılar ağır 

işləri yerinə yetirirlər.  

Bir  sıra  ölkələrdə  əhəmiyyətli  ixrac  gəlirini  təmin  edən  sahələr  immiqrantlar  olmadan 

fəaliyyət göstərə bilməzlər. Nümunə kimi, Cənubi Afrika Respublikasında dağ-mədən sənayesini, 

Dominikan Respublikası, Malayziya və İspaniyada kənd təsərrüfatı plantasiyalarını, Malayziyada 

kauçuk və rezin sənayesini göstərmək olar. 

İşçi  qüvvəsinin  beynəlxalq  miqrasiyasının  emiqrasiya  ölkələri  üçün  təsiri  də  birmənalı 

deyil. Müsbət təsirlər kimi aşağıdakıları qeyd etmək olar: 

 

emiqrasiya milli əmək bazarında mövcud olan gərgin vəziyyəti yüngülləşdirir; 



 

xaricdən ölkəyədaha təhsilli və ixtisaslı işçilər qayıdırlar; 



 

xaricdən valyuta köçürmələri ölkə gəlirinin vacib mənbəsinə çevrilir



 

vətənə  qayıdan  zaman  miqrantlar  özləri  ilə  maddi  dəyərlər  və  yığımlar  gətirirlər  ki, 



onların da həcmi ümumilkdə pul köçürmələrinin həcminə bərabər olur. 

Mənfi amillər kimi isə aşağıdakıları göstərmək olar: 

 



ölkə əmək qabiliyyəti yüksək olan əmək resurslarının bir hissəsini itirir ki, nəticədə də 

əmək resurslarının yaşlaşması baş verir

 

 ümumi təhsil və peşəkar hazırlığına xərclənən vəsaitlər itirilir; 



 

“beyin axını”, yəni yüksək ixtisaslı işçilərin və elm adamlarının xaricə axını baş verir. 



Emiqrasiya əmək resurslarından bol olan ölkələrin iqtisadiyyatına əhəmiyyətli müsbət təsir 

göstərir.  Belə  ki, işçi  qüvvəsinin xaricə  axını işsizliyin həcmini azaldır. 1970-ci  illərdə işsizlikə 

mübarizə  proqramını  işləyən  Misir  hökuməti  ora  xüsusi  olaraq  İran  körfəzi  ölkələrinə 

emiqrasiyanın  stimullaşdırılması  tədbirini  salmışdı.  Puerto-Rikoda  qəbul  edilən  minimum  əmək 

haqqı barədə qanun işçi qüvvəsinin ən azı 1/3-nin ABŞ-a emiqrasiya edəcəyindən çıxış edirdi. 

“Beyin axını” özlüyündə əksər inkişaf etməkdə olan ölkələr üçün ciddi problemdir. Lakin 

əksər hallarda ölkənin iqtisadi vəziyyəti düzəldikcə “beyin axını” dayanır. Məsələn, hind alimləri 

bir neçə il yüksək texnologiyalarla məşğul olan ABŞ şirkətlərində çalışandan sonra öz ölkələrinə 

qayıtmış,  yeni  kompüter  proqramlarının  yaradılması  üzrə  Hindistan  sənayesinin  əsasını 

qoymuşlar. 

 

5.5. Beynəlxalq əmək miqrasiyası proseslərinin milli tənzimlənməsi:  

mahiyyəti, növləri və alətləri 

 

İşçi  qüvvəsinin  beynəlxalq  miqrasiyası  inkişaf  etdikcə  və  genişləndikcə  miqrasiya 



axınlarının  dövlət  idarəedilməsi  metodları  yaranmış  və  təkmilləşmişdir.  əksər  ölkələr  xarici 

ticarətin  liberallaşdırılması  yolunu  seçdikləri  bir  zamanda  onların  demək  olar  ki  hamısı 

beynəlxalq  miqrasiyanı  məhdudlaşdıran  tədbirlər  həyata  keçirirlər.  Miqrasiya  məcmu  istehsal 

həcminin  artımına  gətirib  çıxarsa  da  miqrasiyadan  əldə  edilən  gəlirin  bölgüsü  hem  də  bərabər 




Yüklə 308,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə