Mövzu: 20 İstinad etmə və sitatgətirmə Akademik mənbələri müəyyənləşdirmə



Yüklə 29,67 Kb.
səhifə2/7
tarix29.11.2023
ölçüsü29,67 Kb.
#142871
növüYazı
1   2   3   4   5   6   7
Mövzu-20

Müəllifə istinad etmə
Akademik yazının əsas xüsusiyyətlərindən biri öz fikirlərinizi əsaslandırmaq üçün ədəbiyyatdan istifadə etməkdir. Bu, sizdən müəyyən bir tədqiqat sahəsindəki məsələnin müxtəlif tərəflərini təhlil etmək üçün ədəbiyyatla ətraflı tanışlıq tələb edir.
Bu, o, deməkdir ki, bu müəllifləri elmi yazı işinizə daxil edərək və onların fikirlərini qeyd etməklə, müəyyən bir ədəbiyyat araşdırmanız nəticəsində siz ortaya yenilik gətirmişsiniz. Yazınızda müəlliflərə istinad edilən bu üslub adətən, istinad etmə, və yaxud mətnarası istinadetmə adlanır.
Müəllifə istinad məsləhətləri
 İstinadı həm cümlənin ortasında, həm də mötərizədə göstərə bilərsiniz. Hər iki metod məqbuldur. Bununla belə, istinad edərkən oxucu üçün müxtəliflik nümayiş etdirməyiniz arzuolunandır. Bu səbəbdən də, hər iki metoddan bir-birini əvəzləyərək istifadə etməyə çalışın.
 Cümlənizdə müəllifləri təqdim edərkən, məs., “İsmayılov deyir..., Əkbərov bildirir” kimi eyni felləri işlətməkdən yaxa qurtarmağınız və cümlədəki istinadlarınıza müxtəliflik gətirmək üçün, aşağıdakı fellər siyahısından istifadə edə bilərsiniz: razılaşır, təsdiq edir, inanır, qəbul edir, iddia edir, mübahisə açır və s.
 Eyni soyadı daşıyan iki və ya daha çox müəllif olduğu təqdirdə, nəşr ilindən asılı olmayaraq, mənbələri bir-birindən fərqləndirmək üçün müəlliflərin adlarının və atalarının adlarının baş hərflərini də istinada daxil edin.
Nümunə
Cümlənin əsas hissəsində
İ.M. Nəcəfzadəyə (1997) və S. R. Nəcəfzadəyə (1997) görə, idarəetmə prinsipləri əksər təşkilatı təcrübələrin təməlini təşkil edir.
Mötərizədə
İdarəetmə prinsipləri əksər təşkilatı təcrübələrin təməlini təşkil edir. (İ.M. Nəcəfzadə, 1997; S.R. Nəcəfzadə, 1997)
Qeyd: iki və ya daha çox müəllifi sadalayarkən, istinad etdiyiniz hər müəllifdən sonra nöqtəli vergül qoyun.
 Əgər eyni müəllifin eyni ildə iki və daha çox elmi yazısı varsa, o zaman mətndə qeyd edilmiş ilk nəşr ilindən sonra “a” hərfini əlavə edin və ikincisindən sonra “b” hərfini daxil edin və bu şəkildə də davam edin. Bu detalın da sizin istinad siyahınızda yer almasına əmin olmalısınız.
Nümunə
Göyüşzadə (1999a) cəmiyyəti idarə etməkdə inancların rolundan söz açır, lakin Göyüşzadə (1999b) ictimai-siyasi həyatda qadınların iştirakının ölkənin gələcəyi üçün əhəmiyyətini vurğulayır.
 Bir paraqrafda eyni müəllifin adını ikinci dəfə çəkərkən, həmin paraqrafda nəşr ilini yalnız bir dəfə qeyd etmək lazımdır.
Nümunə
Qəzəb məfhumu əsrlər boyunca müzakirə edilmişdir (Uilkinson, 1976). Əslində, Uilkinson onu demək istəyirdi ki....
 Tarixi olmayan yazılar üçün mötərizədə tarixi yoxdur (t.y.) yaza bilərsiz.
Nümunə
Qəzəb məfhumu əsrlər boyunca müzakirə edilmişdir (Uilkinson, t.y.).
 Bir neçə müəllifin üzərində işlədiyi yazıya istinad edərkən, mətndəki ilk istinada bütün adları daxil edin. Növbəti istinadlarda isə ilk müəllifin adını xatırladın, daha sonra isə “və digərləri” (latınca et als.) və yaxud latınca “et al” sözünü əlavə edə bilərsiniz.
Nümunə
Cümlənin ortasında
Əfəndiyə və digərlərinə görə, (1978, səh. 120), arqumentin əsaslarını yaxşı qurmaq vacibdir.
Mötərizədə
Arqumentin əsaslarını yaxşı qurmaq vacibdir (Əfəndi və digərləri, 1978, p. 120).
 Altı və daha çox həmmüəllifin işlərində isə, gətirilən ilk istinad da daxil olmaqla, bütün istinadlarda ilk müəllifin soyadını və ardınca “digərləri” sözünü əlavə edin.
 İkinci dərəcəli istinadetmədə isə - sizin istifadə etdiyiniz mənbədə bir başqasının yazısına istinad edilmişdir və siz də bu işi öz yazınıza daxil etmək istədikdə və orijinal sənədə çıxışınız olmadığı təqdirdə, həm ilkin mənbəni, həm də çıxışınız olan mənbəni qeyd etməlisiniz. Hər iki mənbəyə istinad edərkən, ikinci dərəcəli mənbədən əvvəl “…-də istinad edildiyi kimi” yazın. Nümunə Rixterin (1984, Smisdə istinad edildiyi kimi, 2003) araşdırması kommersiya mexanizmlərinin başa düşülməsi üçün biznes modellərinin təkliflərini işıqlandırır. Yazının sonunda istinad etdiyiniz siyahıda yalnız çıxışınız olan mənbələrin detallarını yerləşdirin. Yuxarıdakı Smis misalında olduğu kimi.
 Bəzən isə belə də ola bilər – müəlliminiz, yaxud iş yerinizdəki ekspert elmi yazı işiniz ilə bağlı müəyyən fikirlər irəli sürür. Bu ünsiyyət üzbəüz, elektron poçt vasitəsilə və ya telefon söhbəti şəklində ola bilər. Belə olan halda, siz sözügedən məlumatı akademik yazı işinizə şəxsi ünsiyyət kimi daxil edə bilərsiniz, lakin bu məlumata yalnız zəruri hallarda istinad etməyə çalışın. Nümunə Eyni zamanda, hüquq firması olan Koul və Mor da cinayət hüququnu tətbiq edir (R. J. Mor, şəxsi ünsiyyət, dekabr 14, 2005). Burada deyilir ki… Şəxsi ünsiyyətlə bağlı məlumatlara çox istinad etməməyiniz tövsiyyə edilir. Əks halda bu, sizin ədəbiyyatı yaxşı araşdırmadığınıza və ya anlamadığınıza işarə edə bilər. Şəxsi ünsiyyət yazı işinizin yalnız əsas hissəsində verilə bilər. Nəticə etibarilə, bu ünsiyyətlə bağlı məlumatlar yazı işinizin sonundakı istinad siyahısında verilmir. Artıq müəlliflərə istinadetmə metodları barədə məlumat verdik. Aşağıdakı bölmədə isə akademik yazıda başqa müəlliflərin ideyalarından istifadə etməyin iki üsulu təsvir edilir: onların ideyalarını öz sözlərinizlə demək və yaxud onların ideyalarından sözbəsöz sitat gətirmək.

Yüklə 29,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə