Mövzu 10: Şimali Azərbaycan XX əsrin əvvəllərində (1901-1914). Azərbaycan Birinci Dünya müharibəsi illərində (1914-1918). Plan


Şimali Azərbaycanda siyasi mübarizə (1901-1904- cü illər)



Yüklə 148,95 Kb.
səhifə3/12
tarix23.12.2023
ölçüsü148,95 Kb.
#157144
1   2   3   4   5   6   7   8   9   ...   12
X mövzu

Şimali Azərbaycanda siyasi mübarizə (1901-1904- cü illər).
XX əsrin əvvəllərində çarizmin milli müstəmləkə zülmü və kapitalist münasibətlərinin inkişafı Şımali Azərbaycanda əhalinin sosial tərkibinə ciddi təsir göstərmişdi. Sənaye və ticarət burjuaziyasının xüsusi çəkisi artırdı. Əsrin əvvəllərində Azərbaycan tədricən aqrar-sənaye ölkəsinə çevrilməkdə idi. Kənddə sosial təbəqələşmə kəndlilərin içərisindən kənd varlılarının və qolçomaqların ayrılmasına gətirib çıxardı.
Mülkədarların bir hussəsi çarizmin müstəmləkə əsarətinə nifrət edir, xalqın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün yollar axtarırdılar. Mülkədarlardan Allahyar bəy Zülqədərov, Fərrux bəy Vəzirov və b. da yoxsullara kömək edirdilər. Lakin ümumilikdə Şimali Azərbaycan kəndlərində sosial münasibətlər kəskin idi. Azərbaycan şəhərlərində isə fəhlələrlə sahibkarlar arasında ziddiyyətlər getdikcə kəskinləşirdi. Milli burjuaziyanın H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Səlimxanov, M.C.Əliyev kimi nümayəndələri müsəlman fəhlələrinin qayğısına qalırdı.
XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Əlimərdan.bəy Topçubaşov, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Fətəli xan Xoyski, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov və b. yüzlərcə ziyalı milli şüurun, milli özünüdərkin formalaşmasında mühüm rol oynayırdı.
Böhran illərində sənayenin, xüsusən neft sənayesinin geriləməsi böyük işsizlər ordusunun yaranmasına səbəb oldu. Azərbaycan neft sənayesində fəhlələrin sayı on minə qədər azaldı. Azərbaycan kəndliləri mülkədarların ağır istismarına məruz qalırdılar. Böhran illərində fəhlələrin vəziyyətinin son dərəcədə ağırlaşması, fəhlələr arasında siyasi təşviqatın genişlənməsinə şərait yaratdı. Məhz 1900-cü ilin sonlarından Bakıda sosial demokrat hərəkat genişlənməyə başladı.
1901-ci ildə Bakıda RSDFP-nin təşkilatı artıq formalaşmaqda idi, Bakı və onun rayonlarında 15 dərnək fəaliyyət göstərirdi. 1901-ci ilin yazında RSDFP-nin Bakı Komitəsi yaradıldı. 1901-ci ilin martinda Bakıda Sabunçu “Remont” mexaniki emalatxanaların fəhlələri tətil etdilər. 1902-ci ilin aprelində Bakıda 5 min fəhlənin iştirakı ilə ilk dəfə açıq nümayiş keçirildi. 1903-cü il martında Bakıda fəhlələrin açıq küçə nümayişi keçirildi. 1903-cü il iyulun 1-dən 22-nə qədər Bakıda ilk ümumi siyasi tətil keçirilmişdi. Tətilçilər əsasən iqtisadi tələblər irəli sürürdülər. Azərbaycan kəndində sinfi mübarizənin kəskinləşməsi, kəndli çıxışlarının artması müşayiət olunurdu. Milli-azadlıq hərəkatına tələbələr və ziyalılar da qoşulurdular: N.Nərimanov, M.Ə.Rəsulzadə, S.M.Əfəndiyev, Ə.Ağayev, M.Əzizbəyov, C.Məmmədquluzadə, M.Ə.Sabir və b. fəaliyyəti xüsusilə seçilirdi.
1904-cü ilin yanvarında başlanmış rus-yapon müharibəsi fəhlə və kəndlilərin həyat şəraitini daha da ağırlaşdırdı. Bu isə zəhmətkeş kütlələri mübarizəyə sövq edirdi, onları müharibə əleyhinə çıxışlara qaldırırdı. Əvvəllər dərnək tipli olan sosial-demokratların azərbaycanlı fəhlələr arasında iş aparan özəyi 1904-cü ildə “Hümmət”adlı qəzet buraxmağa başladı. Qəzet zəhmətkeşləri mütləqiyyətə, sosial ədalətsizliyə qarşı mübarizəyə çağırırdı. Tezliklə “Hümmət” adlı sosail-demokrat təşkilatının əsası qoyuldu. Bu təşkilat azərbaycanlı fəhlələr arasında geniş inqilabi iş görür, vərəqələr nəşr edir, “Hümmət” qəzetinin nəşrini davam etdirirdi. 1904-cü ilin dekabrın 13-də “Xəzər-Qara dənizi cəmiyyəti” zavodu, sonra isə bir sıra başqa sənaye müəssisələrin, fabrik və zavodlarının fəhlələri tətil etdilər. Tətil neft mədənlərini bürüdü. Şəhərdə hərbi vəziyyət elan olundu. Tətil komitəsi ilə aparılan ilk danışıqlar nəticəsiz oldu. Nəhayət, dekabrın 30-da fəhlələrin “Mazut Konstitusiyası” adlandırdığı müştərək müqavilə imzalandı. Müqavilənin əsas müddəaları bunlar idi: 9 saatlıq iş günü, ayda 4 dəfə istirahət günü və ildə bir dəfə məzuniyyət verilməsi; orta əmək haqqının 20-25 % artırılması, xəstəlik üzündən işləyə bilməyən fəhlələrə əmək haqqının verilməsi və s. Göstərilən bu güzəştlər ancaq neft sənayesində çalışan fəhlələrə aid idi. Dekabrın 31-də tətil qalibiyyətlə başa çatdı. Bu Bakı fəhlələrinin neft sənayeçiləri və çarizm üzərində ilk qələbəsi idi.

Yüklə 148,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə