Mövzu № NƏQLİyyat vasiTƏLƏRİNİn texniKİ İSTİsmar anlayişI. Plan


NV-nin texniki istismarının qarşısında duran əsas problemlər



Yüklə 260,6 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix20.10.2023
ölçüsü260,6 Kb.
#128703
1   2   3   4   5
M-1

1.2 NV-nin texniki istismarının qarşısında duran əsas problemlər. 
 
Nəqliyyat vasitələrinin sürətli inkişafı həll edilməsi tələb olunan bir sıra ciddi 
problemlərin yaranmasına səbəb olur. Bunlardan, texniki istismarla əlaqədar olan 
bir neçəsinə baxaq. 
1. İstismar prosesində nəqliyyat vasitəsinin mürəkkəb bir sistem kimi etibarlı 
və təhlükəsiz işinin təmin edilməsi üçün böyük miqdarda material və əmək 
xərclərinin tələb etməsi [istismar prosesində iştirak edən bir nəqliyyat növünü 
texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün tələb edilən orta illik xərclər, bir ildə 
ehtiyat hissələri və aqreqatlara sərf olunan xərclər, bir nəqliyyat vasitəsinin 
istehsalına və istismar dövründəki əmək tutumu (əsasən TQ və CT) normalan (adam-
saat və ya norma-saatla) arasındakı münasibət].
2. Nəqliyyatın, xüsusilə avtomobil nəqliyyatının ətraf mühitə mənfi təsirləri 
(atmosfer havasının işlənmiş qazların tərkibində xaricə buraxılan zərərli 
birləşmələrin hesabına zəhərlənməsi, hərəkət tərkibinin işinin səslə əlaqədar və yol-
nəqliyyat hadisələrinin - qəzalarının törənməsində iştirakı).
3. Hərəkət sürətinin və gərginliyinin, yük götürmə qabiliyyətinin və tutumunun, 
xalq təsərrüfatının müxtəlif sahələrində (sənayedə, kənd təsərrüfatında və s.) 
işlətmək üçün nəqliyyat növlərinə (tipinə, modifikasiyasına) olan tələbatın artması 
ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin konstruksiyalarının təkmilləşdirilmə 
zəruriyyəti (daşman yüklərin siniflərinə müvafiq olaraq ixtisaslaşdırlmış hərəkət 
tərkiblərinin layihələndirilməsi).
4. Nəqliyyatın məhsuldarlığına, yanacaq qənaətliliyinə, rahatlığına, istismar 
xərclərinə, ümumiyyətlə onun texniki-istismar göstəricilərinə (keyfiyyətlərinə) 


müsbət təsir edən yeni qurğuların, aqreqatların və sistemlərin yaranması hesabına 
konstruksiyanın mürəkkəbləşməsi. Bunlara misal olaraq avtomatik və yarım 
avtomatik sürətlər qutusunu, yük avtomobillərində və avtobuslarda pnevmatik 
asqıları və avtomatik yağlama sistemlərini, işlənmiş qazların tərkibini 
neytrallaşdıran qurğuları, ventilyasiya sistemlərini və s. elementləri göstərmək olar. 
Konstruksiyanın mürəkkəbləşməsi nəqliyyat vasitələrinin istismar keyfiyyətlərini 
yaxşılaşdırdığı 
halda 
onun 
TQ 
və 
CT 
xərclərini 
yüksəldir.
5. Nəqliyyat prosesində iştirak edən nəqliyyat parkının köhnəlmə dərəcəsinin 
müəssisənin yeni hərəkət tərkibi ilə təchiz edilmə səviyyəsinə görə sürətlə getməsi. 
Göstərilən və digər problemlərin həll edilməsi üçün texniki istismar prosesində 
müxtəlif texniki, iqtisadi və təşkilati tədbirlər həyata keçirilir. Nəticədə son illər 
texniki qulluğun və təmirin əmək tutumları 15-25% azalmış, nəqliyyat vasitələrinin, 
xüsusən avtomobillərin əsaslı təmir resursları yüksəlmişdir. Ümumiyyətlə, texniki 
istismarın qarşısında duran problemlərin həll edilməsi üçün «Nəqliyyat vasitələrinin 
texniki 
istismarın»da 
aşağıdakı 
bölmələr 
öyrənilir.

Yüklə 260,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə