Mövzu № NƏQLİyyat vasiTƏLƏRİNİn texniKİ İSTİsmar anlayişI. Plan


Müxtəlif avadanlıqlar və üsullar



Yüklə 260,6 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix20.10.2023
ölçüsü260,6 Kb.
#128703
1   2   3   4   5
M-1

Müxtəlif avadanlıqlar və üsullar 
vasitəsilə nəqliyyat parkının texniki vəziyyətinin səmərəli şəkildə idarə edilməsi ilə 
məşğul olan elmə nəqliyyat vasitələrinin texniki istismarı deyilir.


 
Texniki istismarın əsas məqsədi:
- yük və sərnişin daşımalarını müntəzəm və təhlükəsiz təmin etmək;
- nəqliyyatın konstruksiyasından nəzərdə tutulmuş texniki imkanlardan 
maksimum istifadə etmək;
- müxtəlif istismar şəraitində nəqliyyatın etibarlığını tələb olunan səviyyədə 
saxlamaq;
-material və əmək xərclərini optimal qiymətə gətirmək;
-hərəkət tərkibinin, xüsusilə avtomobilin ətraf mühitə olan mənfi təsirini 
minimuma endirmək və s.-dir.
Bir praktiki fənn kimi nəqliyyat vasitələrinin texniki istismarı minimum əmək 
və material xərcləri sərf etmək şərtilə nəqliyyat parkını texniki cəhətdən saz 
vəziyyətdə saxlamaq üçün texniki, iqtisadi və təşkilati tədbirlərin kompleks şəkildə 
yerinə yetirilməsinə deyilir. Texniki vəziyyətin tələb olunan səviyyədə saxlanılması 
üçün bu tədbirlərin həyata keçirilməsində həm sənayeçilər (layihəçilər və 
istehsalçılar), həm də nəqliyyatçılar (istismarçılar) birlikdə iştirak edirlər. Əgər 
sənaye işçiləri bu məsələni yüksək etibarlılığa, rahatlığa, məhsuldarlığa, yanacaq 
qənaətliliyinə və s. istismar keyfiyyətlərinə malik yeni konstruksiyalı hərəkət tərkibi 
istehsal etməklə həll edirlərsə, istismarçılar hərəkət tərkibinin normal texniki 
vəziyyətini 
texniki istismarın mütərəqqi üsullarından istifadə etməklə 
yaxşılaşdırırlar.
Texniki istismarın qarşısında duran problemlərin həlli, yəni kompleks texniki, 
iqtisadi və təşkilati tədbirlərin həyata keçirilməsi, başqa sözlə desək, sürətlə artan 
nəqliyyat parkının saxlanılması böyük xərclər tələb edir. Bu xərclərin əksəriyyəti 
TQ və CT işlərinin yerinə yetirilməsinə sərf edilir. Bunu avtomobil nəqliyyatınm 
misahnda nəzərdən keçirək. 
Avtomobilin layihələndirilməsinə başlanan andan silinənə qədər sərf olunan 
xərcləri 100% qəbul etsək, 25-35%-ni TQ və CT xərcləri (əsaslı təmir və şin xərcləri 
də bura daxildir), 15-30%-ni TQ və CT-in 5% aparılma keyfiyyəti ilə əlaqədar olan 
xərclər təşkil edir. Göründüyü kimi avtomobilin ancaq TQ və CT-i ilə əlaqədar olan 


xərcləri 40-65%-ə çatır. Əgər texniki istismarın digər tədbirlərinin (gələcək 
bölmələrində nəzərdən keçirilir) həyata keçirilməsi üçün tələb olunan xərcləri də 
nəzərə alsaq bütün xərclərin təxminən 75-85%-i texniki istismarın payına düşür. 
İstismar xərclərinin konstruktiv-texnoloji xərclərdən dəfələrlə yüksək olması onun 
mürəkkəb xarakterli problemlərə malik olması ilə izah edilir.

Yüklə 260,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə