|
Mövzu – 07. Zəlzələlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi [3, 4, 8, 14, 22]ilk bir neçə saat ən təhlükəli anlardır
|
səhifə | 8/8 | tarix | 29.03.2022 | ölçüsü | 2,38 Mb. | | #84834 |
| HFT60 MOVZU 07 hhhilk bir neçə saat ən təhlükəli anlardır. Bununla əlaqədar olaraq ən azı ilk 2-3 saat ərzində lazımi zərurət olmadan binalara və digər tikililərə girmək olmaz.
Yuxarıda göstərilənlərlə bərabər zəlzələdən sonra qəza zonasında təhlükəyə məruz qalmış insanların (məsələn, dağıntılar altında qalan) aşağıdakı tövsiyələrə əməl etməsi məsləhət görülür: -üzərində olan qırıntılardan azad olmaq və öz vəziyyətini ətraflı yoxlamaq (məsələn, başı əl ilə yoxlamaq, qulaqdan qan gəlib-gəlməməsini təyin etmək, dərindən nəfəs almaqla döş qəfəsinin vəziyyətini yoxlamaq, ayaqları qaldırmağa cəhd göstərmək və s.); -əgər ciddi xəsarətlər yoxdursa üzü üstə çevrilmək və daha təhlükəsiz yerə keçmək, öz sığınacağını daş qırıntıları ilə möhkəmləndirmək, piltələrin hərəkətini istisna etmək, armaturların kəskin uclarını əymək; -hansı vəziyyətdə olmasından asılı olmayaraq, özü barədə məlumat verməyə çalışmaq (məsələn, borular, armaturlar vasitəsilə səs salmaq); -havanın daxil olması mənbəyini axtarmaq, o tərəfə yolu genişləndirmək və möhkəmləndirmək; -xilasolma ümidlərini itirməmək, xilasedicilərin gəlməsinə qədər dözmək (inanmaq ki, hətta ən mürəkkəb dağıntılarda insanlar sağ qalır).
Zərərçəkmişlərin axtarışı və xilas edilməsi zamanı aşağıdakılar lazımdır: -sakitlik saatı elan etməklə qulaq asma yolu ilə axtarış aparmaq; -zərərçəkmişə havanın gəlməsini təmin etmək; -uçqun qalaqlarını yuxarıdan uzaqlaşdırmaq; -sıxılıb qalmış əl ayağı azad etməmişdən əvvəl onun üstünə sarğı bağı qoymaq; -ilkin tibbi yardım göstərmək; -talançılıq hallarının qarşısını almaq.
Dostları ilə paylaş: |
|
|