www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
azaldığı bir vaxtda sən elə bir dərslik kitabı yazmısan ki, onu
min sayla yox, yüz min sayla nəşr eləmək, bütün dünyaya yay-
maq, dünyanın aparıcı dillərinə tərcümə eləmək, ali məktəb-
lərdə tədris etmək lazımdı, qoy dünya görsün ki, gecikən eti-
raflarımız, ağır günahlarımız, buraxılan səhvlərimiz bizə nələrə
başa gəlib. Qoy dünya oxusun ki, «Erməni adındakı hərflər»
əsərinin müəllifi əsərin heç bir yerində erməni xalqını söymür,
onları təhqir eləmir, alçaltmır. Ən yüksək ziyalı mədəniyyəti ilə
erməni xislətinin mahiyyətini açıb göstərir ki, bu da mənim
xalqımın yüksək mədəniyyətinin dəqiq göstəricisidir.
Əzizim Mövlud Süleymanlı!
Bütün əsərlərin mənim üçün əzizdən əziz olsa da,
«Erməni adındakı hərflər» romanı nəsrimizdə, ədəbiyyatımızda
yeni bir mərhələnin – fikirdə, düşüncədə, təfəkkürdə, dildə, ta-
rixdə, üslub tərzində gec də olsa oyanış mərhələsinin başlanğı-
cıdır. Bu əsərdə bütövlükdə elmilik, tarixilik və bədiilik baxı-
mından sən özün-özünü ötüb keçmisən.
Bu gün hər hansı səviyyəli oxucu bu kitabı oxumasa bir
qat günahkardır, oxuyub dərk etməsə ikiqat günahkardıq, dərk
edib çıxış yolu axtarmasa üçqat günahkardıq. Ümumiyyətlə, bi-
ganəlik göstərsə onda vay bizim halımıza, vay millətin halına,
keçmişə də heyf, gələcəyə də.
Mən bu əsəri oxuduqca hansı varaqlara göz yaşım tökü-
lübsə, o varaqlar var olsun, hansı səhifələrdə ürəyim pencər ki-
mi ovulubsa, o səhifələr var olsun! Hansı üç nöqtədən sonra
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
saatlarla xəyala dalmışamsa o nöqtələr var olsun! Hansı nida
işarəsində əsəri stolun üstünə atıb yerimdən dik durmuşamsa o
nidalar var olsun! Ermənilər əhatəsində təhqir olunmağı qeyrə-
tinə sığışdırmayıb öz əliylə öz boğazını kəsən şəhid qanını
ermənilərin üstünə tökən Ağbilən müəllimin qeyrətini tarixin
yaddaşına həkk edən qələmə eşq olsun!
Millətimin qəmçəkəni, dərddaşıyanı, milli və ruhani yaza-
rı Zəlimxanın ruh və nəfəs qohumu, qələm qardaşı Mövlud
Süleymanlısı var olsun.
Amin!!!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
“...o əsrə ki, yer üzünə insanı
göndərdim...”
“ Quran-i Kərim ”, 103-cü surə.
ERMƏNİ ADINDAKI
HƏRFLƏR...
Sonun başlanğıcı...
(Proloq əvəzi)
Dörd tərəf silsilə dağlardı, dağlardan o
yana heç nə görünmür, görünən üzü Şirak
ovalığıdı. İmirxanlının yozumuyla Şirak, çırak-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
sirak Göytürk tayfalarının adıyla bağlıdı...
Şöröy, Şoray, Saray, Şərur da deyilib, indi də
deyilir.
Dağların
görünməyən
üzü
Ağbaba
bölgəsidi, - Amasiya...Şirak- Sirak ovalığı
oralara qədər uzanır. Sağa Gürcüstandı, axska-
sak türklərinin boş qalmış yurdlarıdı, indi
ermənilər yaşayır, Axalkələkə qədər... Solda,
dağların görünən üzü Çubuqlu yaylasıdı, o üzü
Dərələyəzdi, islama qədərki daha doğrusu,
bizim eradan əvvəlki yüz illiklərin tarixi
abidələriylə dolu olan Dərələyəz...baxırsan,
abidələrin çoxu ot gətirib, təpələrdən seçilmir,
yam-yaşıldı,
göyərib
yerə-yurda
qarışıb.
Bəzilərinin də üstünü- başını ermənilər dəyişib
özünə
oxşadıb...
Dərələyəzdən
sola
Vedibasarla birləşir; şidli-hun tayfalarının
yurdlarıdı, gedir Naxçıvana çatır...İmirxanlı
deyir,
burda
“basalaq-
basarat”
ərazi
mənasındadı...
Arada Mığırlı-Muğ-Muğan, Maq - Maday
elləri...O yan Anadolu torpaqlarıdı, el arasında
“... o üz” deyilir; o üz... İçərilərdə Göyçədi,
İravan xanlığıdı, yəni, Uluxanlı. Zəngəzurdu,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qaraqoyunlu, Qaramanlı, Candar ellərinin
yurdlarıdı. Dağ Borçalıdı – Qaraxaç - Qarakas
yaylaları. Qaraxaçın əslində Qarakas olduğu da
İmirxanlının fikridi... Yəqin ki, indən belə də
çox fikirlər olacaq, çoxları çox şey deyəcək,
amma yaddaşlara vurulmuş damğa, yəni fakt
odu ki, iyirminci əsrin iyirminci illərindən sonra
bütün bu yurd yerlərinə Ermənistan adı
verildi...
Kim verdi bu adı?! Bir adamın adını
dəyişmək mümkün deyilsə, bu boyda yerin-
yurdun adını kim dəyişdirə bilərdi? Sərhəd-
sınır deyildi ki, götürüb başqa yerdən çəkəsən.
İdeya deyildi ki, çeynəyib- tüpürüb üstündə
sosializm qurasan. Yüz il bundan qabaq yer
üzünün xəbəri olmadan baş verən, indinin
özündə də davam edən bu haqsızlıq əslində
oğurluq
deyilmi?
Tarixi
yaranışların,
yaddaşların, milli anlayışların qarət edilməsi
deyilmi? Bu da meşələrin quruması, çayların,
göllərin, dənizlərin yoxa çıxması, sağalmaz
yaraların, SPİD-in, xərçəng xəstəliklərinin, ağ
ölümlərin, əlacsız dərdlərin, böyüksüzlüyün,
Dostları ilə paylaş: |