Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə9/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   5   6   7   8   9   10   11   12   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

tərbiyəsizliyin,  yalanların,  haramın  baş  alıb 



getməsi kimi fəlakət deyilmi?! 

“...Elə  xalq  var  ki,  haralı  olduğu  bilinməz, 

bilməzsən aran adamıdı, dağ adamıdı.” – bu da 

Azərbaycan  Dövlət  Universitetinin  tələbəsi 

İmirxanlının fikirlərindəndi... 

“...Erməni  nə  aran  adamına  oxşayır,  nə 

dağ  adamına,    bizə  deyilən  kimi  deyə 

bilməzsən  ki,  erməninin  bir  suyu  hansı 

torpağasa,  hansı  yerəsə  çəkir,  oxşadığı, 

bənzədiyi torpağı tapa bilməzsən...çünki vətəni 

yoxdu,  bu  mənada  erməni  xalqı  bir  az  vağzal 

uşaqlarına  oxşayır.  Ona  görə  də  bizdən 

ayıqdılar,  bizdən  çoxbilmişdilər...gözləməyi, 

səbrli  olmağı  bacarırlar,  ona  görə  də  hamı 

onları  tanıyır...-Dayanıb  başına  yığışmış  kənd 

adamlarına 

göz 

gəzdirdi, 



heç 

nə 


anlamamışdılar,  ona  görə  də  sözünü  dəyişdi.

Bəlkə  də  bu  cür  olmaq  daha  yaxşıdı...vətəni 



neynirlər,  vətənin  dərdi  böyük  olur,  gərək 

dərdini  çəkəsən,  lazım  gələndə  uğrunda  ölə 

biləsən... -Bir şey də var ki, indinin millətindən 

gərək  baş  açmayasan...  Yoxsa  türk,  başını 

qaldıran  kimi  tanıyırsan;  saz  heç,  saz  onun 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qapısıdı,  dünya  üzünə  o  qapıdan  keçib  gəlib, 



elə belə, adicə pendirindən tanıyırsan, hələ bir, 

arsız-arsız  ad  da  qoyur,  çanaq  pendiri,  motal 

pendiri,  cılğı,  axtarma  pendiri,  sucuq,  çeçil... 

yağı ayrı, ayranı ayrı, hərəsinin bəlkə də on adı 

var.  “...ayrana  doyran  demədim,  mən  Dədə 

Qorqud...”  fikir  ver,  ən  azı  iki  min  il  bundan 

qabaq  deyib,  amma  ağlına  gəlməyib  ki,  gül 

kimi  əlifbasına  yiyə  dursun,  qalmasın  daşların 

üstündə...  iynə  kimi,  hamını  bəzədi,  özü  lüt 

gəzdi,  zəhləm  getmiş,  əmisinə,  dayısına  da 

dayı dedi, qalib gəldiyi, yendiyi xalqa da... özü 

məktəblər  yaratdı,  dünya  bunnan  dövlət 

qurmağı  öyrəndi,  dərs  aldı,  indi  özü  məktəbsiz 

qalıb...Bunun  atının,  itinin  də  məktəbi  olub, 

nəinki  özünün,  atı,  iti  az  qala  adam  kimi  dil 

bilir,  elə  atını,  itini  görən  kimi  tanıyırsan  ki, 

bu, erməni deyil, türkdü... 

-...ermənini  atın  belində  görəndə  deyirsən 

ki,  indicə  yıxılacaq,  -  bunu  da  İmirxanlının 

sözünə qüvvət Qarakəlləoğlu dedi. 

-...indi  at  var,  beş-altısı  qalıb,  onun  da 

hamısı  öskürür,- 

camaatın  Arıq  dediyi, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

doğrudan  da  arıq  olan  adam  boğazını  uzadıb 



nazik səslə dilləndi. 

İmirxanlının  da  dedikləri  hələlik  özünə 

ləzzət  eləyirdi.  Yanındakılar  da  “...gör  bir... 

boooy, nələr varmış, bizim də xəbərimiz yox...” 

deyə-deyə  mat-məətəl  qaldıqlarını  bildirib  ət-

rafı  coşdururdular.  Yaşlıların  çoxu  başlarına 

saçaqlı  papaq  geyinmişdi, isti  olsa  da, papağın 

altında  kölgədə  oturmuş  kimiydilər.  İmirxanlı 

onların papağına bir də nəzər salıb əllərini irəli 

uzatdı:  

-...  baxan  kimi  papağınnan  tanıyırsan,  - 

dedi, - türkü, türkməni, lap elə azərbaycanlını, 

bir  qoyunun  qarnını  yarıb  başına  geyinib... 

Yaylaq  da  qalmayıb,  az  qala  hamısını  əlindən 

alıblar, hələ də elə bilir yaylaqdadı, evin içində 

də  bağıra-bağıra  danışır,  niyə?    Soruş, 

bilməz...çünki,  gizlin  bir  sözü  yox,  hamısı 

dilinin  ucunda,  sirri  qalmayıb,  bomboş,  ona 

görə də sözünü deyib bitirə bilmir...” 

İmirxanlı  beləcə,  başının  üstəki  erməni 

qorxusunu,  kəndin içindəki  Partkom  qorxusunu 

unudub Yerevanda akademik Acaryanın, Bakıda 

Balacahunlunun  yaratdıqları  yeni  tarixdən 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

danışırdı...Bu 



iki 

akademik 

Moskvanın 

tapşırığıyla  kəndin  içindəki  yazılı  abidənin 

dağıdılmasına rəhbərlik etmişdilər. 

Otuzuncu  illərin  axırlarıydı...  Yazılı  daşları 

araşdırıb  ikisi  də  eyni  fikrə  gəldilər:  erməni 

əlifbası  deyil,  heyf...gürcü  də  deyil,  ona  da 

heyf.  Balacahunlunun  çıxışından:-  amma  kafir 

abidəsidi,  ay  camaat...kafirlər  tikib,  dağıdın! 

“...  ay  camaat...”da  sağlam,  üzüyola,  indi  ver 

gəlsin,  yəni,  nə  deyirsən  de,  hara  buyurursan 

buyur,  birinin  də  üstünə  beşini  qoyub  da-

ğıdacaqlar,  dağıtdılar  da,  tarix  məsələlərində  

eyni 

cür 


düşünən 

akademiklərin- 

Balacahunluyla  Acaryanın  göstərişiylə  yazılı 

daşları  yerə  gömdülər...üstündən  otuzuncu 

illərin  arabaları  keçdi,  otuzuncu  illərin  otu 

bitib, suyu axdı... 

Uraa...! 



kəndin 

səsiydi, 

abidənin 

yerləşdiyi  dağda  əks-səda  verirdi.  Amma 

görkəmli  türkoloq  Acaryan  susmuşdu,  niyəsini 

bir  özü  bilirdi,  yıxılmış  abidənin  yerində  arıq 

uca  boyuyla  heykəl  kimi  dayanmış,  ağarmış 

saçlarını 

Qarakasın 

yelləri 


darayan 

Balacahunluya  da  heç  nə  demirdi,  yerə 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə