Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə20/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

Bildirişlər


1. Cəmiyyətin islahında həm qadın, həm də kişinin rolu var.

2. Münafiqlərdən bəziləri rəhbər, bəziləri ardıcıl rolunu oynayır.

3. Nifaq əhli müxtəlif dərəcələrə malik olsalar da, onların üsul və əməlləri müştərəkdir.

4. Münafiqlər sizinlə olduqlarına and içsələr də, onlara inanmayın.

5. Münafiqlər arasında möhkəm rabitə var.

6. Pis işlərin yayılması, günaha dəvət və yaxşılığa qadağa nifaq nişanələridir.

7. Münafiq düşüncəsində xeyirxahlığa yer yoxdur.

8. “Əmr be məruf və nəhy əz münkər”in, eləcə də, Allah yolunda infaqın tərki Allahı unutmaq nişanəsidir.

9. İlahi lütfdən məhrum qalmaq və unudulmaq Allahı unutmağın nəticələridir.

10. İlahi cəzalar insanın əməllərinə münasibdir.

11. Münafiqlər öz hesablarında Allahı yox, xalqı nəzərə alırlar.

12. Nifaq və ikiüzlülük azğınlıqdır.


Ayə 68:

﴿وَعَدَ الله الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا هِيَ حَسْبُهُمْ وَلَعَنَهُمُ اللّهُ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ﴾

Allah münafiq kişi və qadınlara, kafirlərə daim qalacaqları cəhənnəm odu vəd etmişdir. O (cəhənnəm) bəsləridir. Allah onları lənətləmişdir və onlar üçün davamlı əzab var.”


Bildirişlər


1. Qadın və kişi ilahi vəzifələr qarşısında bərabərdir.

2. İlahi cəzalar öz əməllərimizin nəticəsidir. (65-ci ayədə münafiqlər müsəlmanlara istehza edirdilər. Bu ayədə Allah “vəədə” və “həsbuhum” təbirləri ilə bir növ münafiqlərə istehza edir)

3. Cəhənnəm vədi öncə münafiqlərə, sonra kafirlərə aiddir.

4. Münafiqlər dünyada möminlərin kənarında dayansa da, axirətdə kafirlərlə olasıdırlar.

5. Cəhənnəm bütün dərd-bəlaların məcmusudur. Münafiqlər və kafirlər üçün cəhənnəm bəs edər.


Ayə 69:

﴿كَالَّذِينَ مِن قَبْلِكُمْ كَانُواْ أَشَدَّ مِنكُمْ قُوَّةً وَأَكْثَرَ أَمْوَالاً وَأَوْلاَدًا فَاسْتَمْتَعُواْ بِخَلاقِهِمْ فَاسْتَمْتَعْتُم بِخَلاَقِكُمْ كَمَا اسْتَمْتَعَ الَّذِينَ مِن قَبْلِكُمْ بِخَلاَقِهِمْ وَخُضْتُمْ كَالَّذِي خَاضُواْ أُوْلَـئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الُّدنْيَا وَالآخِرَةِ وَأُوْلَئِكَ هُمُ الْخَاسِرُونَ﴾

(Siz münafiqlərin halı) sizdən əvvəlkilərinki kimidir. (Halbuki) onlar sizdən daha güclü, daha varlı idilər və daha çox övladları vardı. Onlar öz paylarını aldılar. Siz də özünüzdən əvvəlkilər kimi bəhrələndiniz. (Öz batil yolunuzda) itib-batdınız. Onların əməlləri dünya və axirətdə puça çıxdı, onlar həmin ziyankarlardırlar.”


Nöqtələr


◘Ayədəki “xəlaq” sözü “mütləq bəhrə” mənasını bildirir. Halbuki bu sözün lüğət mənası əxlaq, insanın əldə etdiyi səciyyələrdir.

◘Dünyada əməllərin puça çıxması deyərkən, münafiqlərin iç üzünün açılması, yaxşı işlərinin dəyərdən düşməsi nəzərdə tutula bilər.


Bildirişlər


1. Ümmətlərin tarixi və taleyi bir-birinə oxşardır.

2. Küfr və nifaq yolu həmişə olmuşdur və ilahi sünnə də eyni deyil.

3. Hərbi, iqtisadi və canlı qüvvə ilahi qəzəbə mane ola bilməz.

4. Münafiqlər, kafirlər öz güclərinə, mal-dövlətlərinə və övladlarına güvənirlər.

5. Dünyəvi manafelərdən bəhrələnmək üçün iman şərt deyil, kafirlərin və münafiqlərin də payı var.

6. Dünyəvi ləzzətlər ötəridir.

7. Peyğəmbər müxaliflərinin dünyadan bəhrələnməsi onların xasiyyət və səylərindən asılıdır.

8. Bütün ləzzətləri və nemətləri ilahi lütf saymaq olmaz.

9. Allah-təala dünyada azğınlar üçün də pay ayırmışdır. Axirətdə isə onların əli boşdur.1

10. Fəsad etmək və dinlə döyüşə qalxmaq süqut amilidir. Hər bir günahdan sonra tövbə və haqqa qayıdış insanı xilas edə bilər.

11. Küfr və nifaq xeyir əməli puça çıxarır.


Ayə70:

﴿أَلَمْ يَأْتِهِمْ نَبَأُ الَّذِينَ مِن قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَاهِيمَ وِأَصْحَابِ مَدْيَنَ وَالْمُؤْتَفِكَاتِ أَتَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَمَا كَانَ اللّهُ لِيَظْلِمَهُمْ وَلَـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ﴾

Özlərindən qabaqkıların, Nuh, Ad, Səmud, İbrahim qövmünün, Mədyən əshabının, alt-üst olmuş şəhərlərin xəbəri onlara çatmayıbmı? Peyğəmbərləri onlar üçün aşkar dəlillər gətirdilər (amma onlar inadkarlıq göstərib məhv oldular.) Allah onlara zülm etmədi. Onlar özləri özlərinə zülm etdilər.”


Nöqtələr


◘Nuh qövmü qərq olmaqla, Ad qövmü soyuq və zəhərli yellərlə, Səmud qövmü zəlzələ ilə, Mədyən qövmü odlu yağışla, Lut qövmü məskənlərinin xaraba qalmasıyla həlak oldu.

◘“Motəfikat” dedikdə “alt-üst olma” başa düşülür. Ayədə bu söz Lut qövmünün əzabına işarədir.


Bildirişlər


1. Dünyəvi əzab və cəza ilahi sünnə, qanunlardandır.

2. Agah insan daha çox məsuldur. Peyğəmbər dövrünün insanları keçmiş qövmlərin aqibətindən agah idilər.

3. Keçmiş qövmlərin tarixi ilə tanışlıq mühümdür.

4. Tarixdən ibrət götürməyənlər məzəmmətə layiqdirlər. Bu gün üçün ən üstün dərs keçmiş tarixdən ibrət götürməkdir.

5. İlahi qəhr-qəzəb xəbərdarlıq başa çatdıqdan sonra nazil olur.

6. İlahi göstərişə itaətsizlik insanın özünə zülmüdür.

7. İnsan ixtiyar sahibidir və o, möcüzə ilə rastlaşdıqda müstəqil qərar çıxara bilər.

8. İlahi qəhr-qəzəbin səbəbi zülmün davamıdır.


Ayə 71:

﴿وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللّهَ وَرَسُولَهُ أُوْلَـئِكَ سَيَرْحَمُهُمُ اللّهُ إِنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ﴾

İmanlı kişilər və qadınlar bir-birlərinin köməkçisi və himayədarıdırlar. (Onlar) yaxşılığı əmr edir, pisliyə qadağa qoyur, namazı iqamə edir, zəkat ödəyir, Allah və Onun rəsuluna itaət göstərirlər. Tezliklə Allah onları Öz rəhmətində qərar verəcəkdir. Həqiqətən, Allah qalibdir (qüvvəli) və hikmət sahibidir.”


Nöqtələr


◘67-ci ayədə münafiqlər haqqında “bəzuhum min bəz” (“bir-birlərindəndir”) təbiri işlədilmişdi. Bu ayədə isə möminlər haqqında buyurulur: “Bir-birlərinin köməkçisi və himayədarıdırlar.” Ola bilsin ki, bu fərq münafiqlər arasında dərin vəhdət, vilayət bağlılığının olmamasından doğur. Münafiqlərin birliyi zahiridir və onlar bu birliyi şəxsi mənafeyə qurban verirlər. Quran buyurur: “Onların vəhdətdə olduğunu güman edirsən, halbuki qəlbləri dağınıqdır.”1

◘Yaxşılıq əmri və pisliyə qadağa digər vacib göstərişlərin icrasına şərait yaratdığından bu ayədə həmin əmr namaz və zəkat əmrindən öndə gəlir.2



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə