Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə12/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   8   9   10   11   12   13   14   15   ...   81

Nöqtələr


◘“Nəsi” və “Nisyə” sözləri eyni kökdəndir. Malı alıb, onun pulunu sonradan ödəmək nisyə adlanır. Döyüşün haram sayıldığı günlərin yerini dəyişmək “nəsi” adlandırılmışdır.

◘Kafirlər bəzən ziyalılıq göstərib ilahi qanuna əl atır, döyüşün qızğın yerində haram ayların çatdığını görüb onu başqa vaxta keçirmək istəyirdilər.1


Bildirişlər


1. Müqəddəsliklərə ehtiramla yanaşaq. İlahi qanunlara müdaxilə, onlarla əylənmək küfrdür. Söhbət yalnız dörd aydan yox, bütün ilahi göstərişlərdən gedir.

2. Küfrün dərəcələri və mərhələləri var.

3. Kafirlərin azğınlıq səbəblərindən biri haram ayların yerlərinin dəyişilməsi idi.

4. Xalqın çaşqınlıq səbəblərindən biri ilahi hökm və qanunların yanlış təfsir və təhlilidir.

5. Cahil ərəblər haram ayların yerini dəyişsələr də, onun davam müddətinə etiqadlı idilər.

6. Yalnız öz əməlini pis bilən şəxs hidayət ola bilər. Çirkin işlərini gözəl görən insanın doğru yola gəlməsi mümkünsüzdür.


Ayə 38:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ انفِرُواْ فِي سَبِيلِ اللّهِ اثَّاقَلْتُمْ إِلَى الأَرْضِ أَرَضِيتُم بِالْحَيَاةِ الدُّنْيَا مِنَ الآخِرَةِ فَمَا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا فِي الآخِرَةِ إِلاَّ قَلِيلٌ﴾

Ey iman gətirən kəslər! Nə üçün sizə Allah yolunda hərəkət etmək tapşırılanda ağırlaşıb yerə oturursunuz? Yoxsa axirət yerinə dünya həyatına razı olmusunuz? Bilin ki, axirətlə müqayisədə dünya həyatının bəhrəsi cüzidir.”


Nöqtələr


◘Bu ayədə Təbuk döyüşündə işarə olunmuşdur. Bəziləri bu döyüşdə süstlük göstərmişdi. Onlar Mədinə ilə Təbuk arasındakı məsafənin uzunluğunu (təqribən altı yüz km), havanın istiliyini, məhsul yığımı dövrü olduğunu, Rum qoşununun qüdrətli olmasını bəhanə gətirirdilər.

Bildirişlər


1. Bəzən möminlərin də tənqidə və nəsihətə ehtiyacı olur.

2. Müsəlmanlar üçün döyüş hazırlığı zəruridir. Komandanın kim olması isə mühüm deyil.

3. Dünya və maddiyyata bağlılıq insanın torpaqdan ayrılıb ərşə yüksəlməsinə mane olur.

4. İnsan o zaman dəyərli olur ki, dünyanı əhəmiyyətsiz saysın.

5. Axirəti dünyadan üstün tutan insan döyüş meydanına həvəslə qədəm qoyur.
Ayə 39:

﴿إِلاَّ تَنفِرُواْ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلاَ تَضُرُّوهُ شَيْئًا وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

Əgər (döyüş meydanına) tələsməsəniz, Allah sizi ağrılı əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz (cəbhəni tərk etməklə) Allaha zərər vurmursunuz. Allah hər şeyə qadirdir.”


Nöqtələr


◘Bu və bundan öncəki ayələrdə səkkiz yolla cihad məsələsi üzərində dayanıldı: Əgər iman əhlisinizsə nə üçün süstsünüz; məzəmmətlə müşayiət olunan sual; cihad Allah yoludur; hərəkət göstərişi; əzabla hədələmə; yerdəyişmə ilə hədələmə; siz tərəfdən cəbhənin tərk olunmasının təsirsizliyi ilə hədələmə; ilahi qüdrətlə hədələmə.

Bildirişlər


1. Cəbhəni tərk etməyin cəzası həm dünya əzabı, həm də axirət cəzasıdır.

2. Allah üçün bizi başqaları ilə əvəz etmək asandır. O istədiyi vaxt bu işi görə bilər.

3. Süstlüyümüzdən Allah yox, özümüz əziyyət çəkəsiyik.

4. Zəif qövmün yerinə başqa bir qövm gətirmək ilahi bir sünnədir.

5. Bir qövmün başqası ilə əvəz olunması ilahi qüdrət sayəsində baş tutur.

6. Sonsuz qüdrəti olan kəs heç vaxt zərər görməz.


Ayə 40:

﴿إِلاَّ تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ اللّهُ إِذْ أَخْرَجَهُ الَّذِينَ كَفَرُواْ ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لاَ تَحْزَنْ إِنَّ اللّهَ مَعَنَا فَأَنزَلَ اللّهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُنُودٍ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِينَ كَفَرُواْ السُّفْلَى وَكَلِمَةُ اللّهِ هِيَ الْعُلْيَا وَاللّهُ عَزِيزٌ حَكِيمٌ﴾

Əgər peyğəmbərə yardım göstərməsəniz, həqiqətən, Allah ona−kafirlər onu Məkkədən çıxardığı vaxtda olduğu kimi kömək göstərər. Halbuki o, iki nəfərdən biri idi, o zaman ki, o iki nəfər mağarada idilər. (Peyğəmbər) öz yoldaşına (Əbu-Bəkrə) deyirdi: “Qəm yemə, Allah bizimlədir.” Allah ona aramlıq nazil etdi, görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi, kafirlərin planlarını alt-üst etdi. Allahın sözü üstündür, Allah qüvvət və hikmət sahibidir.”


Nöqtələr


◘Ayədə Peyğəmbərin (s) qətlə yetirilməsi ilə bağlı müşriklərin qurğularına işarə olunur. Müşriklər qərara gəlmişdilər ki, hər qəbilədən bir nəfər seçilsin və hazırlanmış dəstə gecə ikən Peyğəmbərin (s) evinə daxil olub onu öldürsün. Həzrət Peyğəmbər (s) Əli ibn Əbu-Talibi öz yerində yatırdıb, gecə Əbi- Bəkrlə birlikdə Sur mağarasına üz tutdu. Peyğəmbəri (s) yatağında tapmayan kafirlər onu təqib etməyə başladılar. Amma Sur mağarasının ağzında qurulmuş hörümçək toru onları çaşdırdı və elə düşündülər ki, Peyğəmbər (s) mağarada deyil. Həmin vaxt Əbi-Bəkrin qulamı (Amir ibn Fəhrə) onlar üçün qida gətirir, Əli (ə) isə Mədinə səfərinə hazırlıq görürdü. Üç gün sonra Əlinin (ə) hazırladığı üç dəvə ilə Peyğəmbər (s), Əbu-Bəkr və bələdçi Mədinəyə yola düşdü.1

Sual: Bu səfərdə Peyğəmbərin (s) Əbi-Bəkrin müdafiəsinə ehtiyacı vardımı?



Cavab: Müşriklərin səfərbər qüvvəsi qarşısında qoca bir kişi nə edə bilərdi?!

Sual: Ayədə “li sahibihi” təbiri ilə yad olunması Əbu-Bəkrə Peyğəmbərdən (s) sonra canişinlik ləyaqəti vermirmi?



Cavab: “Sahib” təbiri ləyaqət göstəricisi deyil. Düşüncə, əqidə baxımından fərqli insanlar da müsahib ola bilər. Bu fərqi “Kəhf” surəsinin 37-ci ayəsi də təsdiqləyir.

Sual: Çoxsaylı səhabələr arasından yalnız Əbu-Bəkrin Peyğəmbərlə (s) yola düşməsi onun ləyaqətindən danışmırmı?



Cavab: Həmin gecə Həzrət Əli (ə) canından keçərək Peyğəmbərin (s) yatağında uzanmışdı. Əbu-Bəkr isə vəzifə olaraq Peyğəmbəri (s) müşayiət edirdi.

Sual: Əbu-Bəkr öz canından, yoxsa Peyğəmbərin (s) canından qorxurdu?



Cavab: Əgər Əbu-Bəkr Peyğəmbərə (s) görə narahat idisə, belə bir narahatlıq hər bir müsəlmanın vəzifəsidir.

Sual: Fəzilətə malik “Kisa əshabı” beş, mağara əshabı isə iki nəfər idi. Məgər ikinci hal daha xüsusi və mühüm deyilmi?



Cavab: Peyğəmbər (s) öz əhli-beyti olan Kisa əshabı üçün dua edirdi və hər bir namazın təşəhhüdündə bu əshaba salavat göndərmək müsəlmanlara vacibdir. Bütün hallarda bu iki əshabın məqamı fərqlidir.

Sual: Bu ayədə Allahın Peyğəmbər (s) və Əbu-Bəkrlə olduğu bildirilir. Digər ayələrdə isə Allahın müttəqilərlə olduğu bəyan olunur. Bu o demək deyilmi ki, Əbu-Bəkr də müttəqilərdən idi?



Cavab: Nə qədər ki, insan ehsan və təqva dairəsindədir, Allah onunladır. Elə ki, bu dairədən çıxdı, Allahın lütfündən məhrum olur. Hərəkətlərin və mövqelərin Qədire-Xum və beyət hadisəsinə münasibətdə necə dəyişdiyinə diqqət lazımdır.

Sual: Ayədə buyurulur ki, Allah ona (Əbu-Bəkrə) aramlıq bəxş etdi. Məgər bu imtiyaz deyilmi?



Cavab: Bu ayədə işlənmiş beş əvəzliyin hər biri Peyğəmbərə (s) aiddir. Necə ola bilər ki, “Ələyhi” əvəzliyi Əbu-Bəkrə aid olsun?!

Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə