Мөһсин Гәраәти



Yüklə 1,82 Mb.
səhifə72/76
tarix01.07.2018
ölçüsü1,82 Mb.
#52804
1   ...   68   69   70   71   72   73   74   75   76

Nöqtələr


◘Bu və bundan sonrakı iki ayədə bir neçə əsas məsələyə işarə olunmuşdur. Bu məsələlər səmavi dinlər arasında müştərəkliklə bağlıdır. Tövratda da1 oxşar göstərişlərlə rastlaşmaq olar.

◘Mədinə başçılarından iki şəxs həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. Həzrət Peyğəmbər (s) bu ayələri oxuduqdan sonra onlar İslamı qəbul edib, təbliğatçı istədilər. Peyğəmbər Müsəb ibn Üməyri onlarla göndərdi və bu gediş Mədinə əhlinin İslamı qəbul etməsində mühüm rol oynadı.

◘Quran dörd ayədə ata-ana haqqında tövsiyələr verir.2 Bu dörd tövsiyənin hər birində tövhid və şirkdən çəkinmə məsələsinə toxunulur. Belə ki, yaranışda ilkin Allahdır, sonra ata-ana. Bu ayələrdə də əvvəlcə tövhid, sonra valideynə yaxşılıq məsələsi bəyan olunur. Bu ayə haramları sadalayır və valideynə ehsanın tərk olunmasını haram bildirir.

◘Bu ayədəki beş göstəriş bir-birinə o qədər bağlıdır ki, sanki vahid bir göstərişdir.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Valideynə ehsan odur ki, onları bizə ağız açmağa vadar edəcək bir iş görməyək.3

Bildirişlər


1. İlahi hökmləri xalqa bəyan etmək peyğəmbərlik vəzifələrindəndir.

2. Əksər şey halal olduğundan, halallar sadalanmamış, yalnız haramlar haqqında danışılmışdır.

3. Dindəki haramları müəyyənləşdirən Allahdır. Peyğəmbər heç bir şeyi özbaşına haram etmir.

4. Pis işlərin qadağa səbəbi insanların təkamül və tərbiyəsidir.

5. Şirk fəsadların kökü olduğundan haramlar arasında öndə gəlir.

6. Tövhiddən sonra valideynə ehsan gəlir.

7. Bu ayədəki göstərişlər qadağalardan ibarətdir. Yalnız ata-anaya yaxşılıq əmr kimi bəyan olunur. Yəni nəinki “incitməyin”, əksinə “ehsan edin”.

8. Yoxsulluq qorxusundan övladı öldürmək və ya abort (siqt) cahilanə əməldir. Əgər Allah ruziyə zamindirsə, nə üçün yoxsulluqdan qorxaq?

9. Həm cəmiyyəti fəsadlardan qorumaq, həm də ruhu çirkinliklərdən təmizləmək lazımdır.

10. Bəzi günahlar o qədər təhlükəlidir ki, onlara yaxın da getmək olmaz.

11. İlahi göstərişlər əql və onun çiçəklənməsinə uyğundur.
152. ﴿وَلاَ تَقْرَبُواْ مَالَ الْيَتِيمِ إِلاَّ بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّى يَبْلُغَ أَشُدَّهُ وَأَوْفُواْ الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ لاَ نُكَلِّفُ نَفْسًا إِلاَّ وُسْعَهَا وَإِذَا قُلْتُمْ فَاعْدِلُواْ وَلَوْ كَانَ ذَا قُرْبَى وَبِعَهْدِ اللّهِ أَوْفُواْ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَذَكَّرُونَ

Buluğ həddinə çatanadək yetimin malına yaxınlaşmayın (ondan istifadə etməyin). Yalnız yaxşı məqsəd istisnadır. (Alış-verişdə) peymanə (ölçü qabı) və tərəzidə ədaləti gözləyin. Biz kimsəni gücündən yuxarı vəzifələndirmirik. Danışarkən (istər mühakimə, istər şəhadətdə) ədalətə riayət edin. Hətta qohumunuz (onun ziyanına) olsa belə, Allahla əhd-peymana vəfa qılın. Onlar Allahın sizə tapşırdığı işlərdir. Bəlkə yada salıb, öyüd götürəsiniz.”


Nöqtələr


◘Allah öz işlərini “əhsən” (gözəl) şəkildə yerinə yetirir.1 Allah bizdən də işlərimizi gözəl şəkildə görməyimizi istəmişdir.2 İstər məsrəflərdə, istər iqtisadi fəaliyyətlərdə bu prinsipə əməl olunmalıdır.3 Hətta müxaliflərlə danışarkən də bu göstəriş unudulmamalıdır.4 Hətta başqalarının sözünü qəbul edərkən də “Əhsən” prinsipi yaddan çıxmamalıdır.5 Xalqın pisliklərinə ən yaxşı şəkildə cavab verilməlidir.6 Bəli, bütün bu hallarda “əhsən” kəlməsi işlədilmişdir.

◘Həzrət Şüeybin qövmü alış-verişdə ədaləti gözləməyib əskik satdığı üçün əzaba düçar oldu. Quranda da əskik satmaq üç dəfə qadağan olunmuşdur.

◘“Kəyl” sözü həm peymanə, yəni ölçü qabı, həm də ölçmək mənasını bildirir. “Qist” sözü həm ödənişdə, həm də ölçüdə ədaləti bildirə bilər. Yəni ölçü qabı və tərəzidə nöqsan olmamalıdır. Əlbəttə, hər iki halda nəticə eynidir.

Bildirişlər


1. Yetimin müdafiəsi olmadığı üçün və malı xətərdə olduğundan ehtiyatlı olaq.

2. Yetimin haqqını qorumaq üçün onların mal-mülkündən ən yaxşı şəkildə istifadə yolunu seçməliyik. İqtisadi biliyi və yetərincə təqvası olanlardan savay kimsə yetimin malına yaxınlaşmamalıdır.

3. Yetimlər yetkinliyə çatıb kifayət qədər təcrübə qazandıqdan sonra onları azad buraxın.

4. İslam cəmiyyətinin iqtisadi nizamı ədalətə əsaslanmalıdır.

5. Əgər ədaləti üstün dərəcədə gözləmək mümkünsüzdürsə, imkan çatan qədər ona riayət edin.

6. Bütün ilahi göstərişlər və əmrlər insanın gücü daxilindədir.

7. Qüdrət olmayan yerdə vəzifə də yoxdur.

8. İslamda vəzifə güc qədərindədir. Gücü çox olanın vəzifəsi də ağırdır.

9. İstər rəftar, istər danışıqda ədaləti gözləmək əsas məsələdir. (Şəhadətdə, vəsiyyətlərdə, mühakimələrdə, tənqidlərdə, sitayişlərdə ədaləti gözləyək.)

10. Allahın peymanlarına vəfalı olaq. “Əhdillah” həm Allahın insanla, həm də insanın Allahla bağladığı peymana şamildir).

11. Qohumluq rabitələrini haqq-ədalətdən üstün tutmayaq.
153. ﴿وَأَنَّ هَـذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلاَ تَتَّبِعُواْ السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ

Bu (göstərişlər) Mənim doğru yolumdur. Ona tabe olun və başqalarının yolunu getməyin ki, sizi Allahın yolundan kənar salsınlar. Bu, Allahın sizə sifarişidir. Bəlkə təqva yolunu tutasınız.”


Nöqtələr


◘Həzrət Peyğəmbər (s) bu ayənin izahı üçün nümayiş üsulundan istifadə etmişdir. O, mübarək əli ilə yerə bir düz xətt çəkmiş və buyurmuşdur: “Bu, doğru yoldur və o, birdir.” Sonra həzrət həmin xəttin sağından və solundan xətlər çəkmiş və buyurmuşdur: “Onlar isə şeytanın dəvət etdiyi yollardır.”1 (İki nöqtədən yalnız və yalnız bir düz xətt keçir.)

◘Son üç ayənin axırında üç müxtəlif təbir işlədilmişdir: Şirk, qətl və günahı qadağan edən 151-ci ayənin sonunda “Bəlkə düşünəsiniz” təbiri işlədilmişdir. Yəni bu işlərin çirkinliyini azca düşünməklə qavramaq olar.

Yetimin malının hifzindən, ədaləti gözləməkdən, Allahla əhdə vəfadan danışan 152-ci ayədə “bəlkə xatırlayasınız” təbiri işlədilmişdir. Yəni ədaləti hər insanın fitrəti qəbul edir. Sadəcə xatırlamaq lazımdır.

Bu ayədə də Allahın göstərişlərinə tabeçilikdən danışılır. Ayədə “bəlkə təqva yolunu seçəsiniz” təbiri işlədilmişdir. Yəni təqva itaət yolunda atılan addımdır.

◘Nur bir, zülmət çox olduğu kimi, doğru yol bir, azğın yollar isə çoxdur.

◘Rəvayətlərdə oxuyuruq ki, doğru yolun görünən nümunəsi həzrət Peyğəmbər (s), məsum imamlardır.1



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə