Мөһсин Гәраәти



Yüklə 1,82 Mb.
səhifə70/76
tarix01.07.2018
ölçüsü1,82 Mb.
#52804
1   ...   66   67   68   69   70   71   72   73   ...   76

Bildirişlər


1. Dini xurafatlardan qorumaq və təmizləmək üçün həqiqi əqidələri imkan daxilində açıq-aşkar bəyan etmək lazımdır.

2. Bir şeyin halal və ya haram olunması barədə fətva və etiqad üçün elm lazımdır.

3. Bir şeyin halal olması üçün dəlil lazım deyil. Qidalar əslən halal olduğundan bir şeyin haram olması üçün dəlilə ehtiyac var.

4. Allaha qarşı iftira ən böyük zülmdür.

5. Allahın adından danışılan yalan xalqın aldanış səbəbidir.

6. İftira insanı hidayətin qəbulundan uzaqlaşdırır.

7. İnamlar və əqidələr ya elm, ya da şəriətə əsaslanmalıdır.
145. ﴿قُل لاَّ أَجِدُ فِي مَا أُوْحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَى طَاعِمٍ يَطْعَمُهُ إِلاَّ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَّحِيمٌ

De ki, mənə vəhy olanda ölü heyvan, tökülmüş qan, donuz əti və ya günah üzündən, Allahdan qeyrisinin adına kəsilmiş heyvandan savay ki, həqiqətən çirkinlikdir, bir şey yeyən üçün haram görmürəm. Hər kəs (onları yeməyə) çarəsiz və məcbur olsa, həddi aşmamaqla zəruri qədər (yeməyin eybi yoxdur). Həqiqətən, sənin Rəbbin bağışlayan və mehribandır.”


Nöqtələr


◘“Məytətən” təkcə öz-özünə ölmüş heyvan deyil. İslam göstərişi əsasında zibh olmamış istənilən bir heyvan ölü və haram hökmündədir.

◘Ölü heyvan və qanın haramlığı Quranda dörd dəfə bəyan olunmuşdur. Bu bəyanatlardan ikisinə Məkkə, ikisinə isə Mədinə surələrində rast gəlirik.2

◘“Uhill” “ihlal” sözündən olub ayın əvvəlində səmada ayı görən zaman səsi ucaltmaq mənasını bildirir. Bundan əlavə, hər bir uca səs də “uhill” adlanır. Müşriklər heyvanları kəsərkən bütlərin adını bərkdən çəkərdilər. Ona görə də həmin məqamla bağlı “uhillə” sözü işlədilmişdir.

◘Ayənin birinci hissəsi müşriklərin cahilanə qadağalarına cavabdır. Əslində bu ayədə adı çəkilməmiş bir çox quşlar və heyvanlar da haramdır.

◘İslam baxımından “müztərr”, yəni çıxılmaz vəziyyətə düşmüş kəs o kəsdir ki, özü özünü günah yolla çətin vəziyyətə salmışlar. “Ğəyrə bağin” təbiri yalnız “müztərr” vəziyyətindən çıxmaq üçün zəruri olan miqdara işarədir.

Bildirişlər


1. Hökmlərin bəyanında peyğəmbərin yeganə elm mənbəyi vəhydir.

2. Əsl və ilkin (dəlilsiz qəbul olunan) qanun heyvanların halal olmasıdır.

3. Yalnız ayə və rəvayətlərdə haramlığı bildirilənlər məsuliyyət yaradır. Əgər araşdırmalardan sonra bir şeyin haram olmasına dəlil tapmasaq, demək halaldır.

4. Yeyib-yeməmək məsələsində peyğəmbər vəhydən göstəriş alırsa, başqaları hansı əsasla nəyisə haram edə bilərlər?

5. Donuz ətinin haram olmasının dəlili onun çirkinliyidir.

6. Qidalanma hökmləri kişi və qadın üçün eynidir. 139-cu ayədə isə bildirilirdi ki, xurafat əqidəsinə əsasən, kişilər üçün halal sayılan bəzi ətlər qadınlar üçün haram sayılırdı.

7. Qanunda “əhəm” və “mühüm” (əhəmiyyətli və ən əhəmiyyətli) prinsipinə riayət olunmalıdır. İnsanın öz həyatını, canını qoruması haram yeməməkdən daha mühümdür.

8. İslamda çıxılmaz vəziyyət yoxdur. Fövqəladə, sıxıntılı vəziyyət yarandıqda haramdan müəyyən miqdarda istifadə etməyə icazə verilir.

9. İstisna hallarda qanundan sui-istifadə etmək qadağandır. Yalnız məcburi vəziyyətlər əsas götürülür.

10. Heyvan kəsildikdən sonra ətdə qalan qan haram deyil. Amma kəsim zamanı axan qan haramdır.

11.Əgər insan özü özünü çıxılmaz vəziyyətə salmayıbsa, həmin vəziyyətdə haram ətdən istifadə edə bilər. Amma qəsdən özünü çıxılmaz vəziyyətə salan üçün belə deyil.

12. Qanunlarda güzəşt və yüngülləşdirmə ilahi bağışlama və rəhmət göstəricisidir.


146. ﴿وَعَلَى الَّذِينَ هَادُواْ حَرَّمْنَا كُلَّ ذِي ظُفُرٍ وَمِنَ الْبَقَرِ وَالْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَا إِلاَّ مَا حَمَلَتْ ظُهُورُهُمَا أَوِ الْحَوَايَا أَوْ مَا اخْتَلَطَ بِعَظْمٍ ذَلِكَ جَزَيْنَاهُم بِبَغْيِهِمْ وِإِنَّا لَصَادِقُونَ

Yəhudilərə bütün dırnaqlıları haram etdik. İnək və qoyunun piyini - bellərinə, bağırsaqlarına və sümüklərinə yapışan miqdar istisna olmaqla - yəhudilərə haram buyurduq. Bu onların yol verdiyi zülmə görə Bizim cəzamızdır və Biz həqiqətən doğruçularıq.”


Nöqtələr


◘Ötən ayədə İslamdakı haramlar, bu ayədə yəhudilər üçün müəyyənləşdirilmiş haramlar haqqında danışıldı. Aydın oldu ki, müşriklərin xurafi əqidələri heç bir səmavi dinlə uyğun deyil.1

◘“Zufur” dırnaq deməkdir. Amma bəzi heyvanların (məsələn, atın, dəvənin) çatsız dırnaqları da “zufur” adlanır. Beləcə, dırnağı çatsız dördayaqlılar və quşlar yəhudilərə haram edildi.2

◘“Həvaya” qarının daxilindəkilərə deyilir.3

◘“Nisa” surəsinin 160-cı ayəsində oxuyuruq: “Bəzi pak şeyləriN yəhudilərə haram olmasının səbəbi onların yol verdiyi zülmlər idi. Yəhudilər də müşriklər kimi bəzi şeyləri özlərinə haram etmişdilər.” Başqa ayələrdə də bu sayaq buyruqlarla rastlaşırıq.1

◘Yəhudilərə bəzi şeylər müvəqqəti olaraq haram edilmişdi. Bu haramlar həzrət İsa vasitəsi ilə aradan qaldırıldı.2

◘İlahi hökmlər üç növdür: “Əksər hökmlərdə olduğu kimi, məsləhət və ya fəsad əsas götürülən hökmlər; İsmailin qurban kəsilməsi əmri kimi sınaq xarakterli hökmlər; uyğun ayədə nümunəsi ilə rastlaşdığımız ilahi əzab məqsədli hökmlər.


Bildirişlər


1. Bəzən müxaliflərin və düşmənlərin qidalarının məhdudlaşdırılması üçün maneə olmur.

2. İlahi cəza təkcə axirətə yox, həm də dünyaya aiddir.


147. ﴿فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمْ ذُو رَحْمَةٍ وَاسِعَةٍ وَلاَ يُرَدُّ بَأْسُهُ عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ

(Ey peyğəmbər!) Əgər səni təkzib etdilərsə, de ki, Allahınız geniş rəhmət sahibidir. (Amma) Onun əzabı günahkar qövmdən dəf olmaz.”


Bildirişlər


1. Rəhbər bəzi insanlardan təkzib və böhtan eşitməyə hazır olmalıdır.

2. Təkzib edənlərlə öncə xeyirxahlıqla rəftar edilməli, əgər təsir olmasa hədələmədən istifadə olunmalıdır.

3. Tərbiyəçi rəhmət dəryası olmalıdır.

4. Qorxu və ümid yanaşı olduqda səmərə verir.

5. İlahi rəhmət qapıları hətta müxaliflərin də üzünə bağlı deyil.

6. Allahın rəhməti Onun qəzəbindən çoxdur.

7. İlahi rəhmətin genişliyi Allahın cəza verməsinə mane olmur. Əlbəttə ki, Allahın cəzası da insanın tərbiyəsi üçündür və ilahi rəhmət və rübubiyyətdən qaynaqlanır.
148. ﴿سَيَقُولُ الَّذِينَ أَشْرَكُواْ لَوْ شَاء اللّهُ مَا أَشْرَكْنَا وَلاَ آبَاؤُنَا وَلاَ حَرَّمْنَا مِن شَيْءٍ كَذَلِكَ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِم حَتَّى ذَاقُواْ بَأْسَنَا قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا إِن تَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ أَنتُمْ إَلاَّ تَخْرُصُونَ

Şirkə uğrayanlar tezliklə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olmazdıq və heç nəyi özbaşına) haram etməzdik. Onlardan qabaqkılar da (ötən peyğəmbərləri) bu sayaq təkzib etdilər ki, Bizim qəhr və əzabımızı dadsınlar. De ki, bir şey bilirsinizmi? Onu bizə aşkar edin! Siz yalnız zənn-gümana, xəyala tabe olursunuz. Siz yalnız ehtimal edən və yalançılarsınız.”



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə