Mm-dən mühazirələrin kanspekti


Fövqəladə vəziyyət zamanı xəbərdarlıq siqnalları



Yüklə 6,07 Mb.
səhifə118/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   114   115   116   117   118   119   120   121   122
Mülki müdafiə

Fövqəladə vəziyyət zamanı xəbərdarlıq siqnalları. Göz­lənilən, yaxud baş verən fəlakət barədə əhalini vax­tın­da xə­bərdar etmək mülki müdafiənin ən əsas vəzifələrindən bi­ridir. Qəza haqqında xəbər verməyin qaydası onun miqyası və ya­yıl­ma su­rə­ti nəzərə alınmaqla müəyyən edilir. Ümu­miy­yət­lə, MM sis­te­mi­nində aşağıdakı xəbərdarlıq siqnallarından is­ti­fadə olu­nur:

1) hamıya diqqət;

2) hava həyəcanı;

3) hava həyəcanı sovuşdu;

4) kimya həyəcanı;

5) radiasiya təhlükəsi.

Lakın bütün hallarda təhlükə haqqında xəbərdarlığın əsas vasitəsi radio və televiziya şəbəkəsidir. Adamların diqqətini tez cəlb etmək, həmçinin onların dərhal radio və televizorların ət­ra­fına toplaşmasına nail olmaq üçün fövqəladə hallarda si­re­na­lar­dan, nəqliyyat vasitələrinin fit səslərindən istifadə etməklə səs siqnalları verilir. Belə siqnal «hamının diqqətinə» siqnalı adlanır. Bu həyəcan siqnallarını eşidən kimi hamı dərhal radio və televizorları qoşaraq hökumət orqanlarının, mülki müdafiə gərargahının fövqəladə hadisə barədə verdiyi xəbər və mə­lu­matləri diqqətlə dinləməlidir. Təhlükə haqqında xəbərlə bir­lik­də əhalinin davranış qaydaları barədə qısa və aydın məs­lə­hət­lər, göstərişlər də verilir. Xəbərdarlıq siqnalları barədə qa­baq­ca­dan tam təsəvvür yaradılmalıdır. Hamı bilməlidir ki, xə­bər­darlıq siqnalları sülh və muharibə dövründəki fəlakətlər zamanı verilir. Ancaq bun­la­rın biri digərindən fərqlənir və bunu əha­linin bilməsi va­cib­dir.

Öncə qeyd edək ki, bir sıra təbii fəlakətlər barədə qabaq­ca­dan xəbər vermək mümkündür. Məsələn, yaz daşqınlarının eh­timalı bir ay qabaqcadan bəlli olur və bu barədə müvafiq tədbirlər görülür. Yaxud sel təhlükəsi barədə 10-20 dəqiqə, bə­zən 1-2 saat qabaq xəbər çatdırmaq olar. Be­lə bir vacib cəhəti də qeyd edək ki, müharibə zamanı adamlar hər cür ekstremal hallara qarşı ayıq olur, mülki müdafiə siqnalları və məlumatları üzrə çevik hərəkət edirlər. Bilmək lazımdır ki, təbii fəlakət­lə­rin, habelə qəzaların növündən və bu zaman yaranan konkret və­ziyyətindən asılı olaraq «hamının diqqətinə» siqnalından sonra mülki müdafiə qərargahı tərəfindən elan edilən məlumat və göstərişlərin məzmunu müxtəlif ola bilər. Buna görə də hər bir adam onları diqqətlə dinləməli, təmkinli olmalı, cəld və mü­təşəkkil davranmalıdır.

Muharibə dövründə isə vəziyyət dəyişir. Düşmən hü­cu­mu barədə xəbəri əhaliyə hakimiyyət orqanları verir. Bu xəbər ra­dio və televiziya, mətbuat orqanları vasitəsilə əhaliyə çat­dı­rı­lır. Düşmən hücumu təhlükəsi yaranan dövrdə vəziyyət çox müx­təlif, bəzən isə xeyli mürəkkəb olur. Müharibə zamanı düş­mə­nin nüvə, kimyəvi, bakterioloji silahlar və başqa silahlar iş­lə­tmək qorxusu yarandıqda dərhal mülki müdafiənin xə­bər­dar­lıq siqnalları verilir, bu məqsədlə radiodan, televiziyadan, bü­tün rabitə vasitələrindən, səs və işıq siqnallarından istifadə olu­nur. Belə hallarda «Hamının diqqətinə» siqnalından sonra ya­ranmış vəziyyətdən asılı olaraq mülki müdafiənin «Hava hə­yə­canı», «Hava həyəcanı qurtardı», «Radiasiya təhlükəsi», «Kimya həyəcanı» siqnalları verilə bilər. Bütün əhalinin bu siq­nalları bilməsi və onun tələblərinə əməl etməsi vacibdir. Vax­­­tında edilən xəbərdarlıq tələfatı xeyli azalda bilər. Əgər uzun müddətli siqnallar verilərsə (elektrosirenalar, mü­əs­si­sə­lər­dən verilən fit səsləri və s.) bu «Hamının diqqətinə!» xə­bər­dar­lıq siqnalıdır, ardınca əlavə məlumatın verilməsini göz­lə­mək lazımdır. Sonra yerli idarəetmə orqanları, FHN idarəetmə orqanları kütləvi informasiya vasitələrindən istifadə edirək baş verən FH barədə və yaranmış vəziyyətdə necə hərəkət etmək ba­rədə məlumat verir. «Hamının diqqətinə!» siqnalını eşidən ki­mi, dərhal radio və televizor qoşulmalıdır. Səs siqnalından sonra əhaliyə baş vermiş FH, yaranmış vəziyyət, əhalinin dav­ra­nış qaydaları barədə nitqlə məlumat verilir. Əhali verilmiş mə­lumat və davranış qaydalarına uyğun hərəkət etməlidir. FH ara­dan qaldırılması dövründə kümləvi informasiya vasitələri daim elektrik xəttinə qoşulu vəziyyətdə olmalıdır. Yerli ra­dio­tran­slyasiya şəbəkələri fasiləsiz iş rejiminə keçirilməlidir. Əgər elektrik enerjisi olmazsa, müstəqil enerji mənbəyindən istifadə edilməlidir.

Hava həyəcanı siqnalı düşmənin hava basqını haqqında xəbərdarlığıdır. Öncə sirenalar bunu «Hamının diqqətinə!» çat­dı­rır. Sonra isə radio-televiziya ilə belə bir elan verilir:

- «Diqqət! Diqqət! Diqqət! Danışır Mülki Müdafiə Qə­rar­gahı! Vətəndaşlar, hava həyəcanıdır!».

Bu elan bir neçə dəfə təkrar olunur. Əhalinin dal­da­lan­ma­sı barədə göstəriş verilir. Bu zaman evlərdə olanlar yuban­ma­dan pəncərələri örtməli, qızdırıcı cihazları, işığı söndürməli və əvvəlcədən tədarük etdikləri ərzağı, suyu, mühafizə və təbii yardım vasitələrini götürüb ən yaxındakı sığınacaga getmə­li­di­r­lər. İstehsalatda olan bütün aqreqatları dayandırmalı, cərəyanı kəsməli və qabaqcadan müəyyən edilmiş qaydada hər bir bri­qa­da və növbə ilə onlar üçün nəzərdə tutulmuş sığınacağa get­mə­li­dir. Əgər istehsalat rejiminə görə hər hansı aqreqatı, turbini, peçi, texnoloji xətti dayandırmaq mümkün deyilsə, onlar nis­bə­tən təhlükəsiz iş rejiminə keçirilir, əvvəlcədən təyin edilmiş müəyyən adamların nəzarəti altında saxlanılır və həmin adam­la­rın qorunması üçün müvafiq yerlər düzəldirlər. «Hava hə­yə­ca­nı» zamanı bütün tədris müəssisələrində məşğələlər da­yan­dı­rı­lır, hamı mühafizə qurğularına gedir. İctimai yerlərdə (kino-tea­trlarda, bazarda, mağazada və s.), nəqliyyat vasitələrində olan­lar yaxındakı daldalanacağa getməlidirlər. Əgər belə sı­ğı­na­caq yerləri yoxdursa daldalanmaq üçün yeraltı keçidlərdən, tu­nellərdən və s. istifadə etmək lazımdır.

«Hava həyəcanı» zamanı kəndlərdə əhali ailə dalda­la­na­caq­larına yıgılmalıdır. Mal-qaranı tövlə şəraitində saxlamaq məsləhətdir. Hava həyəcanı vaxtı örüşlərdə olan naxır və sü­rü­lə­ri yaxşı olar ki, meşələrə sürsünlər. Çöl şəraitində mal-qaranı qorumaq üçün yarğanlardan, xəndəklərdən, mağaralardan və s. istifadə etmək məsləhətdir. Ümumiyyətlə, çalışmaq lazımdır ki, mal-qara düzdə, açıq sahələrdə qalmasın. Bütün hallarda yalnız «ha­va həyəcanı qurtardı» siqnalı verildikdən sonra dal­da­na­caq­la­rı tərk etmək olar. Bu zaman yerli radio şəbəkəsi və sə­su­cal­dan qurğular vasitəsilə elan edilir: «Diqqət! Danışır Mülki Mü­da­fiə Qərargahı! Havadan basqın təhlükəsi sovuşdu. Hava hə­yə­canı qurtardı!»

Düşmənin zərbə endirdiyi və zədələnmə ocağı yaranan yerlərdə «Hava həyəcanı qurtardı! siqnalı verilir. Belə hallarda sığınacaqlarda qorunanlara vəziyyətlə əlaqədər olaraq məlumat və davranış qaydaları barədə tövsiyələr verilir. Xatırladaq kı, bu zaman yerli mülki müdafiə orqanının göstərişlərini dəqiq ye­rinə yetirmək son dərəcə zəruridir. Əks təqdirdə adamlar ra­dio­aktiv və ya kimyəvi zəhərlənməyə məruz qalırlar.

«Kimya həyəcanı» siqnalı kimyəvi və ya bakterioloji zə­hər­lənmə təhlükəsi olduqda, yaxud belə zəhərlənmələr bila­va­si­tə aşkar edildikdə verilir. Diqqətlə verilən məlumatı dinləmək la­zımdır. Təşvişə düşmək olmaz. Tənəffüs üzvlərini nəm dəs­mal və ya paltarla örtmək və zəhərlənmə zonasından çıxmağa ça­lışmaq lazımdır, əgər mümkün olmazsa, binaların yuxarı mər­­­­təbələrində sığınmaq lazımdır; əgər evdə olarkən siqnal ve­ri­lərsə, yenə də nəm dəsmal və ya paltarla tənəffüs üzvlərini mü­hafizə edin və yalnız bundan sonra mənzili hermetikləşdirin. Daha sonra FHN və ya yerli orqanların kütləvi informasiya vasitələrilə verilən məsləhətlərə uyğun hərəkət etmək lazımdır (əgər zəhərləyici maddə xlordursa, nəzərə almaq lazımdır ki, o binaların aşağı mərtəbələrinə və zirzəmilərə çökür; ona görə də pambıq-tənzif sarğısını 2%-li soda məhlulu ilə isladıb tənəffüs üzvlərini mühafizə vasitəsi kimi istifadə etmək lazımdır.). Kim­yəvi zəhərlənmə ocaqlarından adamlar mümkün qədər tez çıxarılmalıdır. Onların hansı istiqamətdə getmələrini mülki mü­da­fiə və ya polis postu işçiləri göstərir. Onlar olmadıqda adam­lar zəhərlənmə zonasından küləyin səmtinə per­pen­di­kul­yar is­ti­qa­mətdə çıxmalıdırlar. Bundan sonra adamlar sanitariya tə­miz­lən­məsindən keçməlidirlər. «Kimya həyəcanı» siqnalı ve­ri­lər­kən mal-qaranın da qayğısına qalmaq vacibdir. Ərzaq və yem eh­tiyatlarının, su mənbələrinin qorunması üçün müvafiq təd­bir­lər götürülməlidir.
«Radiasiya həyəcanı» siqnalı bu və ya digər ərazidə ra­dio­aktiv zəhərlənmə aşkar olunduqda və ya belə zəhərlənmə ən geci 1 saat ərzində gözlənildikdə verilir. Öncə «Hamının diq­qə­tin­ə!» siqnalı, sonra isə «Radiasiya təhlükəsi məlumatı» veri­lir. Bu zaman bütün rabitə və xəbərdarlıq vasitələrindən is­ti­fa­də edi­lir, yerlərdə isə bu, səs və işıq siqnalları ilə təkrar edilir. Son­ra belə elan verilir: «Diqqət! Danışır Mülki Müdafiə Qə­rar­gahı! Vətəndaşlar! Radiasiya təhlükəsi! Radiasiya təhlükəsi!.» Bu­nun ardınca görülən mühafizə tədbirləri barədə, habelə əha­li­nin davranış qaydaları haqqında mülki müdafiə qərargahının töv­siyələri və göstərişləri əhaliyə çatdırılır. Adam­lar dərhal res­pi­rator, radioaktiv tozdan qoruyan parça marka və ya pambıqlı tənzif sarğı, əgər bunlar yoxsa əleyhqaz taxıb sığınacağa və ya radiasiya daldalanacağına getməlidirlər. Radioaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış rejimləri ra­dia­siyanın səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən müəyyən edilib elan olunur. Məqsəd – adamların təhlükəsiz dozadan artıq şüalanmaya məruz qalmasının qarşısını almaqdır.

Bakterioloji yoluxma ocağından əhalinin özbaşına çıx­ma­sı­na yol verilmir. Çünki belə sahələrdə karantin və ya ob­ser­va­si­ya rejimi təyin edilir, adamların sonrakı davranış qaydaları müəyyənləşdirilir. Qeyd etdiyimiz kimi kəndlərdə daldalanmaq üçün nəzərdə tutulan ailə sığınacaqları qabaqcadan möh­kəm­lən­dirməli, hermetikliyi təmin olunmalıdır. İçəridə ailənin ra­hat­lığı üçün hər cür şərait yaradılmalı, radio və televiziya qur­ğu­larının işlədilməsi təmin edilməlidir. Çünki hadisələrin ge­di­şi, habelə kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsinin so­vuşması barədə məlumat və ya ondan sonrakı davranış qay­da­ları haqqında göstərişlər həmin vasitələrlə veriləcək.

Yoluxucu xəstəlik ocağında bütün əhali müəyyən olun­muş davranış rejiminə riayət etməyə borcludur. Yoluxucu (in­fek­sion) xəstəliklər aşkar edilərkən: pəncərə və qapı yerlərini yax­şı kipləşdirmək lazımdır. Ərzaq malları və içməli su ağzı kip bağlanan qablarda saxlanmalı, istifadə etməzdən əvvəl ər­zaq məhsullarını qaynatmalı və qorumaq vacibdir. Cörəyi xırda tikələrə doğrayaraq alovun üzərində (peçdə, sobada) qızdırmaq, meyvə-tərəvəzi yaxşıca yumaq və ya üzərinə qaynar su tökmək lazımdır. Su və ya süd ən azı 30 dəqiqə, qab-qacaq təmiz yu­yu­lan­dan sonra qaynadılmalıdır. Yeməkdən əvvəl, adamlarla tə­mas­da olduqdan sonra əlləri hökmən sabunla yumaq, paltar və ayaqqabıları tez-tez təmizləmək, müntəzəm surətdə çimmək və alt paltarlarını təmiz saxlamaq, mənzilin, həyətin, iş yerinin, ümu­mi istifadə yerlərinin çirkli olmasına yol verməmək la­zım­dır. Hər bir şəxsin ayrıca qab-qacaqdan, məişət və tualet əş­ya­la­rından istifadə etməsi məsləhət görülür. Adamların bir-birilə təmasda olması məhdudlaşdırılmalıdır. Mənzildən (evdən) an­caq ən vacib hallarda çıxmaq olar. Evdən çıxdıqda hökmən tə­nəf­füs üzvlərini qoruyan fərdi vasitələr taxmaq, bədənin səthini qo­rumaq üçün paltarlar və ayaqqabıları çıxarıb dezinfeksiya etmək üçün bayırda qoymaq lazımdır. Yoluxucu xəstəliyin əla­mət­ləri aşkara çıxan kimi (hərarətin yüksəlməsi, başağrısı, iş­tah­sızlıq, ürək bulanması, qusma, mədə pozğunluğu) bu barədə dərhal tibb müəssisəsinə xəbər verməli, xəstəni ayrıca otaqda və ya otağın müəyyən hissəsində yerləşdirməli, şəxsi əş­ya­la­rı­nı, paltarlarını, yataq ləvazimatını, qab-qacağı, mebeli və mən­zi­li dezinfeksiyadan keçirmək lazımdır. Xəstə ilə təmasda olan bütün şəxslər tam sanitariya təmizlənməsindən keçməlidir. Əgər zərərverici amillərin təsirinə məruz qalmışsınızsa, o za­man “hamıya diqqət!” siqnalını gözləmədən, dərhal əvvəlki bil­gi­lərinizə uyğun hərəkət edin.

Verilən məlumatı diqqətlə dinləmək lazımdır. Əgər təx­li­yə elan olunarsa dərhal elan olunan yerə getmək lazımdır. Özü­nüz­lə sənədləri, tualet ləvazimatını, isti geyim əşyalarını bir gün­lük ərzaq və su ehtiyatı götürmək vacibdir. Bütün bu əş­ya­la­rı elə çantaya yığmalıyıq ki, lazım gələrsə onu uzun müddət gəz­dirmək asan olsun.

Eşitdiyiniz məlumat barədə qonşulara xəbər verin, təxliyə olunacaq yerə getdiyiniz yol boyunca da bu barədə hər kəsə mə­lumat verin. Hər dəqiqəni dəyərləndirməyə çalışın. Əgər subasmış ərazidə olsanız, sənədləri və lazımi əşyaları yuxarı mərtəbələrə daşımaq lazımdır. Əgər subasma zamanı meşədə, çö­llükdə olsanız, hündürlüyə qalxmaq lazımdır. Əgər su axı­nı­na düşsəniz əlaltı vasitələrdən istifadə edərək su üzərində qal­ma­ğa çalışmaq lazımdır.

Nəzərə almaq lazımdır ki, FH zamanı yaranan və­ziy­yət­dən asılı olaraq verilən məlumatlar dəyişir və buna görə də daim verilən məlumatları diqqətlə dinləmək vacib şərtdir.



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə