Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   17   18   19   20   21   22   23   24   25

 
92 
mərkəzi”  adını  vermişdilər.  1925-ci  ildə  Hindistana 
səfər edən fransız Marsello Pernau nəşr etdiyi kitabında 
belə 
yazır: 
”Hindistanın 
birinci 
şəhəri 
olan 
Kalkudadakı  səfalətli  həyat  Paris  və  Londonun 
ətrafındakı  bataqxana  məhəllələri  ilə  belə  müqayisə 
edilməyəcək  səviyyədə  idi.  Küçələrdə  insanlar  və 
heyvanlar  bir-birinə  qarışmış,  uşaqlar  ağlayır,  xəstələr 
inildəyirdi. Onların yanında spirtli içki içib məst olmuş 
insanlar  ölü  kimi  yerdə  uzanıb  qalmışdılar.  İnsan  bu 
qədər  ac,  zəlil,    və  zəif  vücudları  seyr  edərkən,  istər-
istəməz  öz-özünə  bunların  nə  iş  görə  biləcəyini 
fikirləşir.  Nicatlarını  fabriklərdə  işləməkdə  görən 
insanların ağır iş şəraiti müqabilində aldıqları məvacib, 
ehtiyaclarının cüz`i hissələrini belə ödəmirdi. Dünyanın 
heç  bir  yerində  insan  həyatına  qarşı  olan  diqqətsizlik 
burada olduğu qədər deyildi. Fəhlə öldükdə, nə olsun? 
sabah  yerinə  başqa  birisi  gələr-deyirdilər.  İngilislərin 
burada  düşündükləri  yeganə  şey  istehsalı  çoxaltmaq, 
maksimum  mənfəət  əldə  etmək  və  bütün  qazancları 
İngiltərəyə yönəltmək idi”.  
ABŞ-ın  keçmiş  Xarici  İşlər  Naziri  Vilyam  Cenninq 
Brayn  ingilis  hökumətinin  Rusiyadan  daha  zalım  və 
daha  alçaq  olduğunu  bildirmişdi.  O,  “Hindistanda 
ingilis  hakimiyyəti”  adlı  kitabında  belə  qeyd  etmişdir: 
”Hindistan əhalisinə rifah və saədət bəxş etdiyini iddia 
edən  ingilislər,  hakim  olduqları  müddət  ərzində 
milyonlarla  hindilini  məzara  göndərmişlər.  Məhkəmə 
və  inzibati  orqanlarını  tə`sis  etdiklərini  hər  yerdə 
öyünərək  söyləyən  bu  millət,  rəsmi  bir  soyğunçuluqla 
Hindistanı  talan  etmişdir.  ”Soyğunçuluq”  kəlməsi  bir 


 
93 
az  ağır  səslənsə  də,  ingilis  idarə  üsulunun  rəftarını 
başqa  cür  izah  etmək  mümkün  deyildir.  Xristianlıq 
adından  çıxış  edən  ingilis  qansoranları  əsarət  zinciri 
altında  inildəyən  hind  müsəlmanlarının  fəryad  səsini 
eşitmək istəmirdi”.  
Mister  Hodbert  Kambton  “Hindlinin  həyatı”  adlı 
kitabında belə yazır: ”Ağaları (ingilislər) hindliyə zülm 
edir,  o  isə  hər  şeyi  yox  oluncaya,  ölüncəyə  qədər 
işləməkdə, ona xidmət etməkdə davam edir“. Bu sözlər 
insaflı  xristianların  ingilis  vəhşiliyini  aşkar  edən 
yazılardan 
bir 
nümunədir. 
İngilislərin 
digər 
müstəmləkələrində 
işlədilən 
hindli 
müsəlman 
fəhlələrin  vəziyyəti  daha  dözülməz  idi.  1834-cü  ildən 
ingilis  istehsalçıları  afrikalı  zəncilərin  yerinə  hindli 
işçiləri  işlətməyə  başladılar.  Hindistandan  Şimali 
Afrika  müstəmləkələrinə  minlərlə  hindli  müsəlman 
aparıldı. Qul adı verilən bu işçilərin vəziyyəti kölələrin 
vəziyyətindən  daha  ağır  idi.  Bunlar  “razılaşdırılmış  iş 
rejimi”  deyilən  bir  üsul  ilə  hindliləri  işlədirdilər.  Buna 
görə də qul adlanan insanlar beş il müddət ərzində nə 
evlənə,  nə  də  iş  yerlərini  tərk  edə  bilərdilər.  Gecə-
gündüz  qırmanc  altında  işləmək  məcburiyyətində 
idilər.  Bundan  əlavə,  hər  il  vergi  qismində  üç  ingilis 
qızılı  verməli  idilər.  Bu  deyilənlər  “Labour  in  India” 
“Post-Lecturer in the University of New-York” yazıları 
ilə bütün dünyaya e`lan edilmişdi.  
Qandi  öz  təhsilini  İngiltərədə  bitirərək,  Hindistana 
dönmüşdü.  O,  xristianlaşmış  bir  hindli,  Porbandar 
şəhərinin  baş  keşişinin  oğludur.  1893-cü 
ildə 
Hindistandakı  bir  ingilis  şirkəti  onu  Şimali  Afrikaya 


 
94 
göndərmişdi.  Qandi  oradakı  hindlilərin  nə  qədər  ağır 
və  dözülməz  şəraitdə  işlədiklərini  müşahidə  etdikdən 
sonra  ingilislərlə  mübarizəyə  başlamışdı.  İngilislər 
tərəfindən  yetişdirilmiş,  hətta  xristianlaşdırılmış  bir 
şəxsin  oğlu  olduğu  halda,  ingilis  zülmünə  qarşı 
mübarizə aparmaq ona şöhrət qazandırmışdı.  
İngilislərin  bütün  İslam  aləmində  tətbiq  etdikləri 
siyasətin  təməli  və  əsli  bu  üç  kəlmədən  ibarətdir-
parçala,  dinlərini  məhv  et  və  hakim  ol!  Onlar  bu 
siyasəti 
həyata 
keçirmək 
üçün 
heç 
nədən 
çəkinməmişlər.  İngilislərin  Hindistanda  başladığı  ilkin 
proses  özlərinə  xidmət  göstərə  biləcək  şəxsləri 
axtarmaq  olmuşdu.  Onlar  bu  şəxsləri  tapdıqdan  sonra 
yavaş-yavaş  fitnə  alovunu  alışdırmağa  başlamış  və 
müsəlmanların 
hakimiyyəti 
altında 
yaşayan 
hindulardan istifadə etmişdilər. Hindulara Hindistanın 
həqiqi 
sahibi 
olduqlarını, 
hindu 
torpaqlarının 
müsəlmanlara qurban verildiyini və buna qarşı çıxmaq 
lazım  gəldiyini  təlqin  edərək,  bu  yolla  onları  öz 
tərəflərinə  çəkmişdilər.  Onların  içərisindən  muzdlu 
əsgərlər  götürürdülər.  Kraliça  Yelizavettanın  əmri  ilə 
orduda  quruculuq  işləri  aparılarkən,  hindu  cəhaləti  ilə 
ingilisləri  birləşdirən  ümumi  bir  maraq  İslama  olan 
düşmənçilik  və  sərvət  hərisliyi  idi.  Müsəlman  valiləri 
ilə  hindu  başçıları  arasında  döyüşlər  başlandı. 
Müsəlmanların  içərisindən  mə`nəvi  cəhətdən  zəif 
olanlar müxtəlif yollarla satın alındı. Krallıqda müşavir 
işləmiş  (Hindistan  təşkilatı  üzərində)  mə`sul  olan 
ingilis  Sir  Con  Straçey  müsəlman-hindu  münaqişəsi 
barəsində  bunları  demişdir:  ”Hakim  olmaq  və  təfriqə 


 
95 
salmaq  üçün  lazım  olan  hər  bir  şey  hökumətimizin 
siyasətində  mövcuddur.  Hindistandakı  siyasətimizin 
ən  böyük  yardımçısı  qarşı-qarşıya  duran  iki  düşmənin 
mövcud  olması  idi.  Bu  düşmənçiliyi  qızışdıran 
ingilislər 1750-ci ildən 1870-ci ilə qədər davamlı olaraq, 
hinduları 
dəstəklədilər 
və 
onlarla 
bərabər 
müsəlmanların  kütləvi  şəkildə  qırılmasında  iştirak 
etdilər.  1858-ci  ildə  isə  hinduları  müsəlmanların 
üzərinə  qaldıraraq,  bu  mənzərəni  kənardan  yüksək 
zövqlə  izləməyə  başladılar.  Hindistanda  o  vaxta  qədər 
inək  kəsmək  üstündə  heç  vaxt  qanlı  hadisələr  baş 
verməmişdi;  amma  bu  hadisədə  minlərlə  müsəlmanın 
nahaq qanı axıdıldı, minlərlə ev, məscid və mədrəsələr 
yandırıldı. Bu qarşıdurmanı qızışdırmaq üçün ingilislər 
müsəlmanların arasında “Bir inək kəsmək yeddi qoyun 
kəcməkdən  daha  üstündür”,  hindlilər  arasında  isə 
“tanrını  (inək)  ölümdən  qurtarmağın  savabı  var” 
fikirini  yaymağa  başdılar.  Bu  ixtilaflar  ingilislər 
Hindistandan çəkiləndən sonra da davam etdirilmişdir. 
Buna  misal  olaraq,  İranda  Müsəddiq  hərəkatı  zamanı 
nəşr  olunan  “İttilaat”  jurnalından  oxuduğum  bir 
məqaləni  nəzərinizə  çatdırmaq  istərdim.  “Qurban 
bayramı  günü  əmmaməli,  əbalı  iki  müsəlman  qurban 
kəsmək üçün bir inək alırlar. Hinduların məhəlləsindən 
keçərkən, bir hindu onların qarşısına çıxaraq, inəyi hara 
apardıqlarını  soruşur.  Müsəlmanlar  isə  qurban 
kəsəcəklərini  söyləyirlər.  Bunu  eşidən  hindu  tez  hay-
küy salmağa bşlayır; qışqıraraq əhalini köməyə çağırır: 
”Ey  camaat!  Müsəlmanlar  tanrımızı  qurban  kəsməyə 
aparırlar”. Müsəlmanlar isə: ”Ey müsəlmanlar hindular 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə