43
məcbur
olacaqlar
-
dedim.
Hillədən
Nəcəfə
azərbaycanlı tacir qiyafəsində getdim. Şiə alimləri ilə
dostluq və səmimiyyət qurdum və onları aldatmaq
üçün dərslərdə iştirak etməyə başladım.
Şiələrlə sünnilərin fərqi aşağıdakılardan ibarətdir:
Şiələr Osmanlı hökumətinə qarşı düşmən mövqeyi
tutmuşdular. Çünki onlar şiə, türklər isə sünni idilər.
Şiə
alimləri
bizim
durğunluq
dövrümüzdəki
keşişlərimiz kimi özlərini tamamilə dini elmlərə həsr
etmiş, dünyavi elmlərlə çox az maraqlanırdılar.
Dünyada baş verən ictimai-siyasi hadisələrdən xəbərsiz
idilər. Bir gün öz-özümə fikirləşirdim ki, şiələr nə
zavallı insanlardılar. Bütün dünya oyaq ikən onlar hələ
də yatırlar. Bir gün gələcək bir sel onları yuyub
aparacaq.
Onları xəlifəyə qarşı üsyana yönəltmək istəyirdim.
Məni bu mövzuda dinləyən olmadı. Bə`ziləri də bu
təklifi eşitdikdə mənə istehza ilə yanaşırdı. Sanki
onlara, dünyanı yıxın - deyirdim. Onlar Osmanlı
xilafətini fətholunmaz bir qala kimi görürdülər. Şiələrin
fikirincə, bu işi ancaq zühurunun intizarı gözlənilən
Mehdi görə bilər və onları xəlifənin zülmündən qurtara
bilərdi. Onlara görə, Mehdi İslam peyğəmbərinin
nəslindən olan və hicri-qəməri tarixi ilə 255-ci ildə
qeybə çəkilən on ikinci imamdır. Onlar deyirdilər: “O
indi həyatda mövcuddur, bir gün zühur edəcək, zülm
və haqsızlığın baş alıb getdiyi dünyanı ədalətlə
dolduracaq”. Onların bu cür inanclarına lap heyrət
edirdim. Bu bizim xristianların inandığı, “İsa Məsih
44
gələcək, dünyanı ədalətlə dolduracaq” əqidəsinə
bənzəyirdi. Bir gün onların birinə belə dedim:
İslam peyğəmbəri zülmə qarşı çıxdığı kimi, sizin də
zülmə qarşı mübarizə aparmağınız vacib deyildirmi?
Allah ona yardım edirdi. Ona görə də zülmü məhv
etməyi bacardı.
Qur`anda belə buyurulmuşdur: “Siz Allahın dininə
yardım edərsinizsə, O da sizə yardım edər”. Şahların
zülmünə qarşı çıxsanız, Allah sizə də yardım edər.
Sən bir tacirsən, bunlar sənin işin deyil. Bu elmi bir
mövzudur ki, sən bu elmi dərk edə bilməzsən.
Əli ibn Əbu Talibin məqbərəsi çox gözəl bir layihə
əsasında tikilmişdir; qızıldan qapıları, böyük bir
gümbəzi və iki böyük minarəsi vardır. Hər gün bu
türbəyə çoxlu sayda şiə zəvvarları gəlir, ziyarət edir və
camaat namazı qılırlar. Ziyarətçilərin hər biri məzara
salam verdikdən sonra içəri daxil olurlar. Kərbəlada da
Həzrəti Əlinin məqbərəsinə bənzər iki məqbərə vardır.
Birincisi, Həzrət Hüseynə, ikincisi isə, onunla bərabər
şəhid olan qardaşı Həzrət Abbasa məxsusdur. Şiələr
Nəcəfdə etdikləri ziyarət qaydalarını eynən Kərbəlada
da edirdilər. Kərbəlanın görünüşü Nəcəfdən daha
gözəldir. Ətrafında gözəl bağçalar və axar sular vardır.
İraq səfərində bir çox fərəhləndirici mənzərələrlə
qarşılaşdım. Bə`zi hadisələr Osmanlı imperatorluğunun
sonunun yaxınlaşdığından xəbər verirdi. İstambul
hökuməti tərəfindən tə`yin edilən vali zalım və cahil bir
adamdır. Özü istədiyi kimi hərəkət edirdi. Xalq ondan
razı deyildi. Sünnilər hüquqlarının tapdalandığından,
onlara qiymət verilmədiyindən şikayətlənir, şiələr isə
45
Peyğəmbərin nəslindən rəhbərliyə layiq olan seyyid və
fəqihlər olduğu halda, xəlifəni və onun yerli valisini
qeyri-qanuni hesab edirdilər. Şiələrin vəziyyəti həddən
artıq dözülməz idi. Zülm və əziyyət içində yaşayırdılar.
Yol kəsənlər karvanları daima talan edirdilər. Hökumət
onlara bir mühafizə əsgəri vermədikdə səfərə çıxa
bilmirdilər. Şiə tayfaları arasında da düşmənçilik çox
idi. Hər gün bir-birini öldürürdülər. Şiələrin bu
vəziyyəti mənə kilsənin Avropanı istila etdiyi
zamanları
xatırladırdı.
Nəcəf
və
Kərbəladakı
ruhanilərdən başqa hər min nəfərdən biri yazmaq və
oxumaq bacarırdı. İqtisadi həyat çökmüş, insanlar
fəqirlik və zəlalət içində məşəqqət çəkirdilər. Dövlət
çıxılmaz bir vəziyyətdə idi. Şiələr hökuməti rəsmi
şəkildə tanımırdılar. Dövlət ilə xalq arasında
e`timadsızlıq hökm sürürdü; onlar bir-birinə şübhə ilə
yanaşırdılar. Ona görə də aralarında yardımçı əlaqə
yox idi.
Kərbəla və Nəcəfdə dörd ay qaldım. Nəcəfdə
olduğum müddətdə ağır xəstəliyə tutuldum. Hətta
əlimi həyatdan üzmüşdüm. Üç həftə yataqda qaldım.
Həkimdən
müalicə
aldıqdan
sonra
səhhətim
yaxşılaşmağa başladı. Ev sahibi xəstə olduğum
müddətdə mənə çox yaxşı xidmət göstərdi. Bu işlə
savab qazandığını deyirdi. Onlara deyirdim ki, həzrəti
Əlinin ziyarətçisiyəm. Müalicəmin birinci günü həkim
mənə toyuq ətinin suyunu içməyi söylədi. Daha sonra
ətindən də yeməyi məsləhət gördü. Sağaldıqdan sonra
Bağdada getdim. Nəcəf, Hillə və Bağdad yolunda
46
müşahidələrimlə
bağlı
yüz
səhifəlik
mə`lumat
hazırlayıb MNN-nin Bağdad şö`bəsinə təqdim etdim.
İraqda qalacağım və ya Londona dönəcəyim
haqqında əmr gözləyirdim. Uzun zaman idi ki,
qürbətdə idim. Vətənim və ailəm üçün çox
darıxmışdım; həyata yenicə göz açmış oğlum Rasputini
görmək istəyirdim. Onun üçün də MNN-ə yazdığım
məktubda az bir müddətə olsa da, Londona qayıtmaq
üçün izn istədim. Üç illik İraq səfəri ilə əlaqədar
müşahidələrimi şifahi anlatmaq və bir qədər də
istirahət
etmək
istəyirdim.
Nazirliyin
İraqdakı
nümayəndəliyi şübhə doğurmamaq üçün Dəclə çayının
kənarındakı evlərin birində yerləşməyimi məsləhət
gördü. Londondan cavab gələnədək orada qalmalı
oldum. Burada qalarkən xilafət mərkəzi olan İstambulla
Bağdad arasındakı mə`nəvi uyğunsuzluğu müşahidə
edirdim.
Bəsrədən Kərbəla və Nəcəfə getdiyim müddətdə
Məhəmməd Nəcdidən çox nigaran qalmışdım. Onun
göstərdiyim yoldan aza biləcəyindən ehtiyatlanırdım;
aylarla
çəkdiyim
zəhmətin
hədər
olacağından
qorxurdum. Ayrılanda o, İstambula getmək haqqında
düşünürdü. Mən onu bu fikirdən daşındırmaq üçün
çox çalışdım və ona, İstambulda fikirlərini duysalar,
səni öldürə bilərlər, -dedim. Əlbəttə məqsədim başqa
bir şey idi. Orada savadlı sünni alimləri ilə görüşüb, öz
etiqadına qayıda bilərdi. Çünki, İstambulda İslamın
yüksək ruhiyyəsi vardır. Məhəmmədin Bəsrədə qalmaq
istəmədiyini anladıqda, İsfahan və Şiraza getməsini
təklif etdim. Çünki bu iki şəhər çox gözəl, xalqı da şiə
Dostları ilə paylaş: |