8
Bahar ağlayışı
larla çəkilmiş bir təbiət mənzərəsi yaradan şair bəndin so-
nunda “Gəlməyəydi kaş fərvərdin...” deyə təəssüf edir. Bu
təəssüfün səbəbini oxucu sonrakı bəndlərdən anlayır: gül-
lər bir-birinə bir qara xəbəri çatdırırlar, butalar atəşin dillə
nalə edir, qönçələr açılmır, qüssədən libaslarını didirlər.
Bu qara xəbər mart soyqırımıdır. Şair yazır ki, çaylar, də-
nizlər bulanıq axdı, cahana Nuh əsri tək tufan düşdü, şə-
hərlər qarət olundu. Əsrlərdi insanlar belə dəhşətli, qanlı
mənzərə görməmişdilər. Qafqaziya bağında salamat bir
ağac qalmadı. Evlər viran oldu, ürəklər qüssələndi, uşaqlar
ağlar oldu, müsəlmanlara atəş açdılar, bacardıqları vəhşi-
likləri etdilər.
Ümumiyyətlə, XIX-XX əsr Bakı-Abşeron ədəbi mühi-
tində yaşayıb-yaradan şairlərin, o cümlədən Münirinin
ədəbi irsinin araşdırılıb üzə çıxarılması, nəşr edilib bütöv-
lükdə xalqa çatdırılması və tədqiq olunması vacib məsələ-
lərdəndir.
2013
SONA XƏYAL
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun böyük elmi işçisi,
Azərbaycan Yazıçılar Birliyinin
“İRS” komissiyasının sədri
9
Mirzə Ağadadaş Müniri
QƏZƏLLƏR
* * *
Ey əyanü bəs nihanü vey nihanü bərməla,
Künhi-zatında müəttərdir cəmii-masiva.
Kimdə xəlq olmuş o idrakü o fəhmü əqlü huş,
Kim xəyali-zatının tənzihi etsin iddia.
Sən o Xaliqsən ki, əvvəl xilqətində ənfüsin,
Adəmi xəlq eylədin ayineyi-vəhdətnüma.
Sənsən ol gövhər ki, bir sərraf görmübdür Səni,
Ta ki, şə’nü rütbəvü qədrincə qoysunlar bəha.
Bir müəssirsən sən, asarın təmamən kainat,
Hər əsərdə qoymusan bir ibtida, bir intəha.
“Külli-nəfsin halikun”
1
vəchindi baqi, ey qədim,
Yoxdur əsla zatın üçün intəhavü ibtida.
Mehrin, ey məhbubi-aləm, oldu aləmgir mehr,
“Zatikə nurun mühitun kəş-şümusu bid-düca”.
2
1
Qisəs surəsi, ayə 88. Onun özündən başqa hər şey məhv olandır.
2
Zatın qaranlıqları yaran günəşlər kimi hər bir şeyi əhatə edən bir nurdur.
10
Bahar ağlayışı
Biz “Yəfirrul-məcrü yovmini min əxihi”n
3
məqsədi,
Sənsən ol mədluli-“Ərrəhman ələl-ərş istəva”.
4
Qandan istinbat edər naqis kəmal ol məxzəni,
“Cövhərun məknun dürriyu min əknazül-xəfa”.
5
Sənsən ol kənzi-xəfi, dəryayi-vəhdət gövhəri,
Nurinin asarı Quran, məzhərindir ənbiya.
Gərçi “əhbəbtu” buyurmuş Həq, “ənü’rəf”
6
kəlməsin,
Ey Müniri, kim yetər ol kənzə ki, olmuş xəfa.
* * *
Cəmalın əksidir gülgun qılan cami şərabasa,
Və ya yaquti meydir, cilvə eylər afitabasa.
Cigər qanı sirişkimlə gələr rüxsarə peydərpey,
O gündən kim yanar eşq atəşində dil kəbabasa.
Gözümdə saxlayardım əksi-ruyin hər şəb, ey məh, gər
Tutaydı üns bir şəb mərdümi-çeşmimlə xabasa.
Tutub piri-muğanın damənin mey nuş qıl, ey dil!
Oturma parsalıq sayəsində şeyxü şabasa.
3
Əbəs surəsi, ayə 34. Yövmə yəfikkül-mər’ü min əxihi: O gün (qiyamət)
insan öz qardaşından qaçacaq.
4
Taha surəsi, ayə 5. Mərhəmətli Allah (qüdrət və hakimiyyəti ilə) ərşə
hakim oldu.
5
onun məxfi olan cövhəri gizli xəzinədən olan bir dürrdür.
6
Hədisi-Qüdsi: Mən gizli bir xəzinə idim. Mən tanınmaq üçün xilqət
aləmini yaratdım.
11
Mirzə Ağadadaş Müniri
Vücudum kəştisin tufani-hicrin öylə qərq etdi,
Gəzər can lüccələrlə bəhri-heyrətdə hübabasa.
Dəgəndə naxuni-həsrət tənim tarına çün mizrab,
Açar razi-dərunim pərdə-pərdə dil rübabasa.
Ərəq tək feyzi-ruyin kəsb qıl, əğyarə faş etmə,
Buraxma hər cühəlxasiyyətə ətrin gülabasa.
Şəbi-hicrində min surax açıb cismimdə gərdun tək,
Nigara, fikri-hər noki-müjən tiri-şəhabasa.
Müniri, bəhrü kan ol, gövhərü yaqut çək nəzmə,
Təravətbəxşi-gülzari-məani ol səhabasa.
1917
* * *
Tut mülki-hüsni ləşkəri-zülfi-siyahilə.
Ey xosrovum ki, səltənət artar sipahilə.
Görcək qədin, xəmidə qaşın, könlümə dedim:
Vəh, qiblə gör nə rast düşüb qibləgahilə.
Yandırdı xərməni-fələki atəşin, könül,
Dövri-sipehri çulğaladı dudi-ahilə.
Dövri-rüxün tutub xəti-novxiz, guiya,
Güldür ki, dəstə bağlanıb ehya giyahilə.
Xurşidü məhdə yox o lətafət ki, səndə var,
Vardır yeri ki, bəhs edəsən mehrü mah ilə.
Dostları ilə paylaş: |