Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə5/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   2   3   4   5   6   7   8   9   ...   95

 
liberal  (bəzən  həm  də  sosial  (neoliberal)  yönümlü)  modelinin 
qəbul oluunduğu ideologiyalar aid edilir. 
“Solçu”  ideologiyalar  o  ideologiyalara  deyilir  ki,  orada 
zəhmətkeş  sinfin  mənafeyinin  müdafiəsi,  gəlirlərin  bərabər, 
ədalətli  ictimai  bölgüsü  əsas  götürülür.  Bu  ideologiyalara 
istehsal vasitələri üzərində xüsusi mülkiyyətin tamamı ilə rədd 
edilərək  ictimai  mülkiyyətin  müəyyən  olunduğu  marksizm, 
müasir  dövrdə  isə  bazar  iqtisadi  sisteminin  sosial  və  sosial-
demokrat  modelini  qəbul  etmiş  bir  çox  ideologiyalar,  o 
cümlədən  kommunist  və  sosialist  hərəkatlarının  ideologiyaları 
aid  edilir.  Bu  ideologiyaların  bir  çoxunda  istehsal  vasitələri 
üzərində  mülkiyyət  və  iqtisadiyyatın  tənzimlənməsində  döv-
lətin  güclü  mövqeyi  müdafiə  olunsa  da,  marksizmdə  dövlətin 
güclü  mövqeyi  yalnız  müvəqqəti  dövr  üçün  –  kommunizmin 
birinci  fazası  sayılan  sosializmdə  qəbul  olunur  və  kom-
munizmin  son  fazasında  dövlətin  də  tədricən  ölüb  gedəcəyi 
nəzərdə tutulur. 
Tarixən “sağçı” və “solçu” iqtisadi görüşlər arasında aralıq 
mövqeli  görüşlər  də  (“mərkəzçi”,  “sağ-mərkəzçi”  və  “sol-
mərkəzçi”)  müəyyən  edilmişdir.  Lakin  əslində  müasir  döv-
rümüzdə bu ifadələr çox hallarda formal xarakter daşıyır. Bələ 
ki,  hazırda  “sağçı”,  “solçu”  və  qeyd  olunan  aralıq  iqtisadi 
görüşlər  arasında  dəqiq  sərhədlər  müəyyən  etmək  demək  olar 
ki, mümkün deyil. 
 
 
Ġqtisadi təmayüllü ideologiyalar 
  
Adından  göründüyü  kimi  iqtisadi  təmayüllü  ideologiyalar 
iqtisadi görüşlərin əsas yer tutduğu ideologiyalardır. Məlumdur 
ki,  iqtisadi  məsələ  cəmiyyətin  həyatında  çox  mühüm  rol 
oynayır.  Çünki,  insanların  yaşaması  üçün  ilk  növbədə  onların 
maddi  tələbatları  ödənməlidir.  Ta  qədimdən  varlı-kasıb, 
zəhmətkeş  və  imtiyazlı  təbəqələrə  bölünmə,  sosial  ədalətsizlik 
və  başqa  bu  kimi  iqtisadi  problemlər  cəmiyyətin  daimi 


 
probleminə  çevrilmiş  və  bu  problemlərin  həlli  üçün  müxtəlif 
iqtisadi  təlimlər  və  ideyalar  meydana  çıxmışdır.  Siyasi  hə-
rəkatların ideologiyasında isə gəlirlərin bərabər bölgüsü, sosial 
ədalət,  əhalinin  rifahı  kimi  iqtisadi  məsələlər  həmişə  önəmli 
yer tutmuşdur. Çünki, ideologiyaların və siyasi hərəkatların bu 
iqtisadi  məsələlərlə  bağlı    görüşləri  və  xalqa  verdikləri  vədlər 
cəmiyyətin  etimadını  qazanmaq  baxımından  böyük  rol 
oynamışdır.  Ona  görə  də  məhz  iqtisadi  təmayüllü  ideologi-
yaların formalaşmasının (sosialist ideyalarının meydana çıxma-
sı və s.) əsası qədim dövrlərdən qoyulmuşdur.  
İqtisadi  təmayüllü  ideologiyalarda  cəmiyyətdəki  problem-
lərin,  ictimai  ziddiyyətlərin  əsas  mənbəyi  kimi  iqtisadi 
problemlər  göstərilir  və  digər  (milli,  hüquqi,  dini  və  s.)  prob-
lemlər  ikincidərəcəli  hesab  olunur.  Hətta  həmin  problemlərin 
yaranması  da  iqtisadi  amillərlə  izah  olunur.  İqtisadi  prob-
lemlərin həll olunması ilə digər (milli, hüquqi, dini və s.) prob-
lemlərin  mənasızlaşacağı,  ictimai  ziddiyyətlərə  son  veriləcəyi, 
bəşəriyyətin  xoşbəxtliyə  qovuşacağı  əsaslandırılır.  İqtisadi 
problemlərin  həllinə  gəlincə  isə,  bunun  üçün  iqtisadi  sistem 
müəyyən olunur.  
İqtisadi təmayüllü ideologiyalara ən mükəmməl misal XIX 
əsrin  ortalarında  yaranmış  marksizmdir.  Bu  ideologiyanın 
əsası  həmin  əsrin  40-cı  illərində  alman  mütəfəkkirləri  Karl 
Marks  (1818-83)  və  Fridrix  Engels  (1820-95)  tərəfindən  qo-
yulmuş,  sonradan  V.İ.Lenin  (1870-1924),  G.V.Plexanov 
(1856-1918)  və  b.  tərəfindən  inkişaf  etdirilmişdir.  Bu  ideolo-
giyanın  yaradılmasında  elmi  mənbə  kimi  klassik  alman  fəl-
səfəsi  (İ.Kant  (1724-1804),  G.V.Hegel  (1770-1831),  L.A.Fe-
yerbax  (1804-72)  və  b.),  fransız  materialist  nəzəriyyəçiləri 
(J.O.Lamerti  (1709-51),  P.A.Holbax  (1723-89),  D.Didro 
(1713-84),  K.A.Helvetsi  (1715-71)),  ingilis  klassik  iqtisadi 
nəzəriyyəçiləri  (U.Petti  (1623-87),  A.Smit  (1723-90),  D.Ri-
kardo  (1772-1823)  və  b.),  fransız  və  ingilis  utopik  sosializm 
nəzəriyyəçiləri  (T.Mor  (1478-1535),  T.Kampanella  (1568-
1639),  A.Sen-Simon  (1760-1825),  S.Fürye  (1772-1837), 


 
R.Ouen  (1771-1858)  və  b.),  orta  əsr  şərq  mütəfəkkirlərinin 
(N.Tusi (1201-74), İbn Xəldun (1332-1406) və b.) sosial-siyasi 
nəzəriyyələri və s.-dən istifadə edilmişdir.  
Marksizm  ideologiyasında  fəlsəfi,  sosioloji  və  iqtisadi 
görüşlər – “Dialektik  materializm”, “Tarixi  materializm”, “Si-
yasi  iqtisad”  və  “Elmi  kommunizm”  nəzəriyyələrində,  dini 
məsələlər  “Elmi  ateizm”  təlimində  öz  əksini tapmış,  həmçinin 
hüquq,  etika,  estetika  və  b.  sahələr  üzrə  görüşlər  formalaş-
dırılmışdır. 
“Dialektik materializm” təlimində fəlsəfənin əsas məsələsi 
(şüurun  varlığa  münasibəti)  materialistcəsinə  həll  olunur, 
inkişafın  səbəbi  onun  özündə  axtarılır,  idealistlər  tərəfindən 
yaranışın  əsası  kimi  qəbul  olunan  “ideal  başlanğıc”,  “mütləq 
ideya”,  “dünya  iradəsi”,  “ilahi  qüvvə”  və  s.  inkar  olunur  və 
dialektika qanunları bu əsas üzərində formalaşdırılır. 
“Tarixi  materializm”  nəzəriyyəsində  cəmiyyətin  inkişaf 
qanunları  təhlil  olunur,  cəmiyyətin  tarixinə  ictimai-iqtisadi 
formasiyaların biri-birini əvəz etməsi baxımından yanaşılır, ic-
timai proseslərdə iqtisadi (maddi) amillərin rolu əsas götürülür, 
ictimai  inkişaf  əsasən  sinfi  (“istismarçı”  və  “zəhmətkeş”  si-
niflər)  mənafelər  baxımından  qiymətləndirilir,  ictimai  dəyi-
şikliklərdə  xalq  kütlələrinin  rolu  xüsusi  qiymətləndirilir,  icti-
mai  ziddiyyətlərin,  ədalətsizliklərin  inqilab  yolu  ilə  həll  oluna 
biləcəyi əsaslandırılır. 
Marksizmin  “siyasi  iqtisad”  təlimində  iqtisadi  qanunlar 
təhlil  olunur,  iqtisadi  münasibətlər  fəhlə  sinfinin  mənafeyi 
baxımından  qiymətləndirilir,  kapitalist  istehsal  üsulu  (iqtisadi 
sistemi  –  Ş.Ə.)  ədalətsiz  hesab  olunaraq  tənqid  edilir.  Kapita-
lizmin  keçici  olduğu,  onun  yeni  –  sosialist  istehsal  üsulu  ilə 
əvəz  olunmasının  labüdlüyü  qeyd  olunur.  Bu  təlimin  əsəsını 
“izafi  dəyər”  nəzəriyyəsi  təşkil  edir.  “İzafi  dəyər”  işçinin  ka-
pitalist tərəfindən haqqı ödənilməyən əməyi ilə yaratdığı (haqqı 
ödənilən  əməyin  dəyərinin  yalnız  işçinin  minimum  zəruri 
tələbatlarını təmin etdiyi qəbul  olunur)  və kapitalist  tərəfindən 
havayı  mənimsənilən  dəyər  kimi  qəbul  olunur.  Təlimdə  mü-


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə