kapitalistləşən imperiyalar daxilində milli ayrıseçkiliyin,
həmçinin onların işğalçılıq və müstəmləkəçilik siyasətinin
güclənməsi müqabilində müstəmləkədə olan xalqların öz milli
varlığını, nisbətən geridə qalmış dövlətlərin isə öz müs-
təqilliyini itirmək təhlükəsi ilə qarşılaşması olmuşdur.
Milli
ideyalar və hərəkatlar bir çox hallarda ilk olaraq burjua-
demokratik və ya sosial-demokrat hərəkatlarının daxilində
formalaĢmıĢdır. Çünki, bu hərəkatlar daha öncə yaranmış,
müasirləşmə və milli azadlıq ideyalarını əsasən müdafiə
etmişlər.
Məhz milli azadlıq probleminin həllini daha ön
planda görən qüvvələr həmin hərəkatlardan ayrılaraq milli
azadlıq hərəkatlarını və milli təmayüllü ideologiyaları
formalaĢdırmıĢlar.
XIX əsrin ortalarına qədər artıq bu proses Qərbi Avropada
müəyyən qədər getmiş, bəzi imperiyalar zəifləmiş və dağılmış,
milli dövlətlər formalaşmışdı. Bu proses həmin dövrdə də
davam edir, həmçinin burjua-demokratik və sosialist inqilabları
baş verirdi. Adətən bu proseslərin Şərqdə daha sonra baş
verməsi milli ideologiyanın Şərqə, o cümlədən türk xalqlarına
məhz “Qərbdən gəlməsi” kimi qiymətləndirilir. (1.9, 1.26, 1.79
və s.). Lakin bunu birmənalı olaraq demək olmaz. Sadəcə
olaraq, bu dövrdə Qərbdə və Şərqdə olan mövcud reallıqlar
milli ideyaların meydana çıxmasına bir zərurət yaratmış və
təkanverici amil rolunu oynamışdır.
XIX əsrin ortalarında feodal münasibətlərindən çıxmamış
iki böyük türk dövləti – Osmanlı və Qacarlar dövlətləri
mövcud idi. Digər türk xalqlarının əksəriyyəti, o cümlədən
Şimalı Azərbaycan türkləri isə kapitalıst münasibətlərinin
formalaşmaqda və inkişaf
etməkdə olduğu, milli ayrıseçkilik və
şovinist siyasət yeridən çar Rusiyasının tərkibində idi.
Qanunauyğun olaraq Osmanlı və Qacarlar dövlətlərində siyasi
hərəkatlar əsasən Qərbi Avropanı nümunə götürən
müasir-
ləĢmə (əsasən burjua-demokratik hərəkatı fonunda) ideyalarına
(konstitusiya qəbulu, hüquqi-demokratik islahatlar, ETT,
sənayeləşmə və s.) əsaslanmışdır. Milli ideya isə əsasən ana