Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə14/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   10   11   12   13   14   15   16   17   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
54 
 
Göy üzünda qanad çalan nə tərlandır, nə qartal - 
O, mənəm!  
Savalanın döşündəki nə nöqtədir, nə xəyal 
O, mənəm!  
Dolayları dolaq kimi ayağına dolayan - 
O, mənəm!  
Dağ başında çobanlarla birgə tonqal qalayan - 
O, mənəm! 
 Dağ yolunda dağ deyildir dumanlara bürünən - 
O, mənəm! 
 Yağış altda tora düşmüş balıq kimi görünən - 
O, mənəm!  
Dumaların qatarından gözlərini çəkməyən - 
O, mənəm!  
Şair kimi ömrü boyu bir quş qanı tökməyən - 
O, mənəm!  
Gözlərilə gözəllərin gözlərini qoruyan - 
O, mənəm!  
Əllərini daraq edib saçlarını darayan - 
O, mənəm!  
Bağrı yara Arazıyla gözüyaşlı danışan - 
O, mənəm!  
Bir vüsalın həsrətilə haray çəkib alışan - 
O, mənəm!  
Süfrusində duz-çörəyi qardaş, bacı soraqlı - 
O, mənəm!  
Şeirləri, mahnıları bahar, lalə bayraqlı - 
O, mənəm!  
Təbiətİn rənglərini gözlərinə köçürən - 
O, mənəm!  
Ey insanlar! Sizinlə bir gözəl günlər keçirən - 
O, mənəm!  
Pərvazlanıb ulduzlara, aya, günə yol çəkən - 
O, mənəm! 
Millətinin hüzurunda şair kimi baş əyən - 
O, mənəm!  
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
55 
 
 
SADƏ BİR ŞAİRƏM MƏN 
 
Məndən soruşursunuz: - De görək bu yaşında  
Səbəb nədir yorulmur qələmin iş başında?!  
Vətənə, xalqa bağlı şair də yorularını,  
Şeri qızıl bayraqlı şair də yorularmı?  
Yolu həqiqət yolu, bir sadə şairəm mən,  
Qəlbi məhəbbət dolu, bir sadə şairəm mən. 
 
Mənə elə gəlir ki, yaxşı bilir el, vətən,  
Yerində kədərlənən, yerində candan gülən,  
Yerində od püskürən, yerində çox mehriban,  
Dünən, bü gün, sabah da şeri özündən cavan,  
Alnı açıq, üzü ağ, bir sadə şairəm mən,  
Gecəsi, gündüzü ağ bir sadə şairəm mən. 
 
Kolxozçuy1a kolxozçu, fəhləylə fəhləyəm mən,  
Ta uşaqlıq çağımdan, həmişə beləyəm mən.  
Çox millətin oğluyla duz-çörək kəsdiyini,  
Dostluq şənliklərində qol-qola gəzdiyini  
Ömrünə xoş gün yazan bir sadə şairəm mən,  
Uzaq eldən nigaran bir sadə şairəm mən. 
 
Uca dağ yollarında, 
Qoca dağ yollarında, 
Sönmüş siqaretini o göylərdən yandıran, 
Buludlardan şığıyan, şimşəklərdən yandıran, 
Oyaqların oyağı, bir sadə şairəm mən, 
Şiş dağların dayağı bir sadə şairəm mən. 
 
Acımışam hər zaman düz yoldan azanlara,  
Heçlikdən yazanlara, boşluqdan yazanlara.  
Mənim bu şair qalbim, bu düz yolda düz vurub,  
Sözləri dəmirçitək gur ocaqda qızdırıb,  
Sindan üstə çəkiclə,  
Bu qüvvətlə, bu güclə  
Mahnılara çevirən bir sadə şairəm mən,  
Sabahı aydın görən bir sadə şairəm mən! 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
56 
 
KAŞ GÖRƏYDİ BU GÜNLƏRİ... 
 
 
Ən müqəddəs məbədiydi vətən Vaqifin,  
Şair könlü bülbül kimi ötən Vaqifin. 
 
Eşqi Vaqif ürəyinin qanında gördü,  
Gözəlliyi gözəllərin canında gördü.  
Millətini sarayda da yanında gördü,  
Şər işlərə qarşmadı şeri Vaqifin,  
Düşmənlərlə barışmadı şeri Vaqifin. 
 
Dağa təpə, təpəyə dağ demədi Vaqif,  
Ömrü boyu haqqa nahaq demədi Vaqif.  
Ağa qara, qaraya ağ demədi Vaqif,  
Millətinin qəlbindədir adı Vaqifin,  
Sönməyəcək ürəyinin odu Vaqifin. 
 
Vətənimin hər kəndində, hər şəhərində, 
İnsanlara gəl-gəl deyən al səhərində,  
Şeir, sənət söhbətinin şirin yerində  
Kimdir deyən haralıdır nəsli Vaqifin  
Öz ellimdir, öz ellimdir əsli Vaqifin. 
 
Qazaxlıdır, bakılıdır, qarabağlıdır,  
Gəncəlidir, şəkilidir, elə bağlıdır!  
Onu belə tanıyanlar tamam haqlıdır.  
Azərbaycan, anasıdır qoca Vaqifin,  
Şeir, sənət dünyasıdır, qoca Vaqifin. 
 
Qarabağın dar günündə qara bağladı,  
Döyüşlərlə ölənlərə matəm saxladı.  
Şair gözü bir gün güldü, bir gün ağladı.  
Qələm tutan barmaqları yandı Vaqifin,  
Şeir deyən dodaqları yandı Vaqifin. 
 
Dalıb seyrə zülmət gördü cahan mülkünü,  
Bel büküldü daşıdıqca dərdin yükünü.  
Min qüssəylə saldı yola gələn hər günü. 
 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
57 
 
Qan ağladı ilk baharı, yazı Vaqifin,  
Durnalara könül açdı sazı Vaqifin. 
 
Ürəklərdən ürəklərə yol tapdı adı,  
Döndü çaxan şimşəklərə acı fəryadı;  
Hazır gördü başı üstə bir gün cəlladı.  
Gətirmədi qocalıqda bəxti Vaqifin,  
Ürəyindən qara qanlar axdı Vaqifin. 
 
Qəlbindəki arzularla köçdü dünyadan,  
Keçdi aylar, ötdü illər, dəyişdi zaman.  
İnsan kimi nəfəs aldı bu yerdə insan,  
Kaş görəydi bu günləri gözü Vaqifin,  
Əyləşəydi söz taxtında özü Vaqifin. 
 
 
YAXŞI Kİ VARAM 
 
Azərbaycanımda yaxşı ki, varam,  
Söz gülüstanımda yaxşı ki varam. 
 
Döyüşlərdə çaldım mən rübabımı,  
Qəlbimdə gəzdirdim inqilabımı,  
Dostluğa həsr etdim hər kitabımı,  
Bu yazı-pozumla yaxşı ki varam,  
Baharım, yazımla yaxşı ki varam. 
 
Qələm düşməyəcək əlimdən mənim,  
Şeirlər mahnılar dilimdən mənim.  
İz qalır hər ötən ilimdən mənim,  
Dost, qardaş ellərçin yaxşi ki varam,  
Xoşbəxt nasillərçin yaxşı ki varam. 
 
Könül, arzu dolu ürəklərə bax,  
Bu canlı güllərə, çiçəkləra bax,  
Bax bu gözəllərə, göyçəkərə bax.  
Bu yaxşı dövranda, yaxşı ki varam,  
Hər yerdə, hər yanda yaxşı ki varam. 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə