Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   2   3   4   5   6   7   8   9   10   ...   38

_____________Milli Kitabxana_____________ 
30 
 
Basar it hayana getdi, hanı fışqırıq sədası, 
Nə gəlibdi Xançobanə ki, bu qış Muğanə gəlməz? 
 
Bu sözü bəyənməsin qoy o rəqibi-nəhsü məş’um, 
Belə lə’lü dürri-məknun, elə çal qabanə gəlməz. 
 
Gücinən deyil, əzizim, bu şəhabi-eşqdir, eşq 
Ki, o bərqi-nəxli-iymən hər odun yığanə gəlməz. 
 
Qələmi-şikəstə qədlə sözü rəşki-dürri-nab etmə, 
Ələ dəxi bir də, billah, belə xoş fəsanə gəlməz. 
 
Keçər ərşi-kibriyadən təfi-bərqi-ahi-aşiq, 
Alışar, yanar və lakin gözə bir zəbanə gəlməz. 
 
Səri-kuyi-yarə getmiş genə qan üçün Nəbati, 
O bəlalı aşiq indi batıb al qanə, gəlməz 


_____________Milli Kitabxana_____________ 
31 
 
* * * 
 
Olmadı mümkün edim halımı cananə ərz, 
Mur nə qism eyləsin şahi-Süleymanə ərz. 
 
Tab ola gər aşiqə yar üzün görməyə, 
Şəm’ə edər hər gecə dərdini pərvanə ərz. 
 
Surəti-divar tək olmasa gər lalü məhv
Dərdin edər yarına aşiqi-divanə ərz. 
 
Badi-səba, fəsli-gül gülşənə etsən xuram, 
Hali-pərişanım et sünbülü reyhanə ərz. 
 
Şə’şəeyi-arizin aldı gözümdən şüa’, 
Qoymadı halım edim ol məhi-tabanə ərz. 
 
Çahi-məzəllətdə bənd Bijən olub müstəmənd, 
Halın onun kim edə Rüstəmi-dastanə ərz? 
 
Gərdişi-çərxi-fələk olmasa kamımca gər, 
Dərdi-dilim eylərəm şahi-Xorasanə ərz. 
 
Mətləi-şəmsi-züha, məzhəri-nuri-hüda, 
Fəxri-dili-Mürtəza, mənbəi-ürfanə ərz. 
 
Səhmi-şəbi-tardən olma, Nəbati, məxuf, 
Dadi-dilin etgilən sureyi-Imranə ərz. 


_____________Milli Kitabxana_____________ 
32 
 
* * * 
 
Nisbət sənə’ ey şux, Züleyxa ola bilməz, 
Bu işvədə, bu qəmzədə Leyla ola bilməz. 
 
Ahuyi-Xütən səndən alıb tərzi-nigahı, 
Gülbərgi-ləbin tək güli-həmra ola bilməz. 
 
Etmən gözünü nərgisi-şəhlayə bərabər, 
Zülfi-siyəhin tək şəbi-yəlda ola bilməz. 
 
Can nəqdinə bir busa kərəm qıl, səni tari, 
Dəxi demə “əl çək” ki, bu sevda ola bilməz. 
 
Məndən sənə icz eyləmək olsun gecə-gündüz, 
Səndən mənə hey naz ki, haşa ola bilməz. 
 
Bəs ki, məni görcək mənə vəhşi kimi baxdın, 
Indi dəxi Məcnun mənə həmta ola bilməz. 
 
Çox eşqə düşən aşiqi-biçarəni gördüm, 
Heç biri Nəbati kimi şeyda ola bilməz. 


_____________Milli Kitabxana_____________ 
33 
 
* * * 
 
Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərz
Səcdeyi insan olub cümleyi-imkanə fərz. 
 
Münşiyi-əmri-qəza hər kimə yazmış bir iş, 
Oldu məni-acizə xidməti-cananə fərz. 
 
Yoxdu dəva aşiqə düxtəri-rəzdən suvay, 
Olmuş əzəldən mənə sağərü peymanə fərz. 
 
Sanma ola hər dili qabili-lə’lü gühər, 
Kövhəri-şəhbar olub əfsəri-sultanə fərz. 
 
Hər kimə düşməz edə mədhi-şahi-lafəta, 
Vəsfi-gülüstan olub bülbüli-xoşxanə fərz. 
 
Vamiqi-şeyda gərək ta bilə Əzra nədir, 
Tövfi-büt etmək olub rahibü rəhbanə fərz. 
 
lsa Nəbati əgər həmdəmi-ənfasi-sübh, 
Vəsfi olur bigüman mürği-Süleymanə fərz. 


_____________Milli Kitabxana_____________ 
34 
 
* * * 
 
Ol zaman mən edərəm zövq ilə bu candan həzz 
Ki, yetib vəslə, edəm söhbəti-canandan həzz. 
 
Görcək o novgülü, könlüm güli-xəndanə dönər, 
Necə kim, bülbül edər tərfi-gülüstandan həzz. 
 
Mürği-dil məskəni ol zülfi-çəlipa olanı, 
Qəm yeməz dəxi, edər hali-pərişandan həzz. 
 
Qoyma xali qala könlüm qəmi-eşqindən kim, 
Adətimdir, edərəm mən dili-suzandan həzz. 
 
Lütf qıl, sinəmi qıl bir hədəfi-tiri-cəfa, 
Könlüm istər edə bir navəki-müjgandan həzz. 
 
Ver səfa könlümə, tök seyli-sirişkim gözdən
Mən həmişə edərəm bu düri-qəltandan həzz. 
 
Qəm yükün çəkməyə Məcnun kimi sərməst gərək 
Ki, edər qönçə kimi çaki-giribandan həzz. 
 
Təng olur ruyi-zəmin rəzm günü namərdə, 
Mərd edər şir kimi ərseyi-meydandan həzz. 
 
Ol güli-tazə niqabın, nolar, üzdən götürə, 
Yetə pərvanəyə ta şəm’i-şəbistandan həzz. 
 
Görsəm ol qaməti-mövzunu, itirrəm özümü, 
Böylə kim, qumru edər sərvi-xuramandan həzz. 
 
Dəxi bundan belə çox eyləmərəm meyli-visal, 
Eylərəm mən də Nəbati kimi hicrandan həzz. 


_____________Milli Kitabxana_____________ 
35 
 
* * * 
 
Dərdi-dilim eylərəm dərgəhi-sultanə ərz, 
Gər düşə fürsət edim halimi cananə ərz. 
 
Məclisi-Cəmşidə kim yol verə hər müflisi, 
Zərrə nə qism eyləsin mehri-dirəxşanə ərz. 
 
Çarə olur dərdimə ol büti-bimehrdən
Eyliyə bilsin əgər mur Süleymanə ərz. 
 
Mən də əyan eylərəm yarə nihan sirrimi, 
Şəm’ə əgər eyləsə dərdimi pərvanə ərz. 
 
Fəsli-bahar oldu, bəs bülbüli-şeyda hanı? 
Dərdü qəmin eyləsin qönçeyi-xəndanə ərz. 
 
Faş edə bilməm əgər dərdimi sultanimə, 
Yoxdu qəmim kim edər saqiyü peymanə ərz. 
 
Lə’li-ləbin həsrəti çıxmasa candan əgər, 
Bil ki, Nəbati edər qadiri-mənnanə ərz. 


_____________Milli Kitabxana_____________ 
36 
 
* * * 
 
Tutdum genə xoş həngilə meyxanəni, meyxanəni, 
Saqi, amandır, durma, ver peymanəni, peymanəni! 
 
Cami büluri al ələ, sal çərxi-dunə vəlvələ, 
Təyyarü pərkar etginən divanəni, divanəni. 
 
Gəldi bahari-canfəza, ey rindi-məstü mübtəla, 
Məstanə dəsti qıl kərəm şükranəni, şükranəni. 
 
Mütrib həzin avaz ilə, dəmsaz olub bu saz ilə
Türkanə bidar eyləmə həmxanəni, həmxanəni. 
 
Saqi, nədir bu mül belə, bu cəm’i-məstə bir belə 
Çək, daşı, tök bu məclisə xümxanəni, xümxanəni. 
 
Bu bəzmi-xasi-ünsdür, aramgahi-qüdsdür, 
Aç qapını, sal yazıya biganəni, biganəni. 
 
Ta aşiyani-mürği-dil olmuş o zülfi-ənbərin
Bayqu kimi məskən tutub viranəni, viranəni. 
 
Saqi, çirağı rövşən et, bu bəzmi rəşki-gülşən et, 
Gərm eylə rəqsi-halətə pərvanəni, pərvanəni. 
 
Ey hüdhüdi-xoşbalü pər, üşşaqə sənsən naməbər, 
Yad eylədi könlüm genə cananəni, cananəni. 
 
Ey bülbüli-şirinzəban, vey tutiyi-xoşdasitan, 
Etdin müqabil şəkkərə əfsanəni, əfsanəni. 
 
Mən dustü düşmən bilmənəm, şeyxü brəhmən bilmənəm, 
Tərcih vermən Kə’bədən bütxanəni, bütxanəni. 
 
Bilməm gülü xar hansıdır, ya məstü huşyar hansıdır, 
Divanədən fərq etmənəm fərzanəni, fərzanəni. 
 
 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə