Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

_____________Milli Kitabxana_____________ 
37 
 
 
 
Sərrafə ver car eyləsin, şahı xəbərdar eyləsin, 
Alsın məgər bu gövhəri-yekdanəni, yekdanəni. 
 
Məscidləri ver zahidə, qoy xanəgahı abidə, 
Gəl, sən, Nəbati məskən et meyxanəni, meyxanəni. 
 
* * * 
 
Çox dolandım kim, görüm ol çeşmi-cadulər kimi, 
Görmədim, seyr elədim dünyanı hindular kimi. 
 
Bəxti-nasazım məni ta etdi kuyindən cüda, – 
Dadü fəryad eylərəm çöllərdə bubbulər kimi. 
 
Gənc məxfi olduğun ta bilmişəm zülfündədir, 
Olmuşam viranələr sultanı bayqular kimi. 
 
Sənsiz, ey məhtəl’ətü şəkkər-ləbü huri-liqa, 
Təlx olub abi-nəbat ağzımda ağulər kimi. 
 
Möhnəti-hicrində ömrüm başə gəldi, ey sənəm, 
Heyf kim, qol salmadım boynuna keysulər kimi. 
 
Baisi-icadi-aləm ta ki, bildim eşq imiş, 
Zikri “hu-hu” eylərəm hər ləhzə yahulər kimi. 
 
Ta məgər versin Nəbati buyi-zülfündən xəbər, 
Hər tərəf cövlan edər səhradə ahulər kimi. 


_____________Milli Kitabxana_____________ 
38 
 
* * * 
Ah ki, gördüm genə bir büti-məhpeykəri, 
Mu-kəmərü qönçələb, gülrüxü şux-mənzəri. 
 
Bir sənəmi şuxü şəng, sim-bərü lalərəng, 
Zülfi-siyahın görən narə yaxar ənbəri. 
 
Nafeyi-ahuyi-Çin səndədir, ey nazənin, 
Badi-səba tək əbəs etmə məni sərsəri. 
 
Getdi əlimdən, inan, saqi, amandır, aman, 
Bağrımı qan eyləmə, ver mənə ol sağəri! 
 
Heykəli-candır bus öz hirzi-Yəmani kimi
Sanma ki, əfsanədir, hifz elə bu gövhəri. 
 
Könlümün ayinəsi jəngi-qəm almış genə, 
Dur, səni tari, gətir nüsxeyi-Isgəndəri. 
 
Pərdə üzündən əgər salsa mənim dilbərim, 
Tərk qılar bütpərəst bütkədeyi-Azəri. 
 
Cami-meyi-eşqdən daim olur binəsib, 
Olmaya ta aşiqin məşqi rüxi-dilbəri. 
 
Mat qalır müttəsil badiyeyi-tihdə, 
Olmaya ta salikin Xizr kimi rəhbəri. 
 
Kağəzi-zərkəş gətir, ver mənə zərrin qələm, 
Ta ki, mən inşa qılım eşqdə bu məhzəri. 
 
Çünki tamam eylədm mən bu tərəbxanəni, 
Hazır edin siz o dəm Maniyi-sürətgəri. 
 
Onda mənim şəklimi, surəti-dildarımı, 
Nəqş edə bu səfhədə, şad edə bu kafəri. 
 
Getdi Nəbati özü, qaldı sözü yadigar, 
Aşiq olanlar gəzər, axtarı bu dəftəri. 


_____________Milli Kitabxana_____________ 
39 
 
* * * 
 
Böylə cəllad olmaz ol məstanə cadulər kimi, 
İçmək istər aşiqin qanın şirin sulər kimi. 
 
Gəbrü tərsani deyirlər bimürüvvət xəlq əra, 
Həq bilir insafsız olmaz bu məhrulər kimi. 
 
Razi-pünhanım mənim bu əşki-qəmmaz etdi faş
Ondan ötrü bəs gözümdən düşdü bədgulər kimi. 
 
Sineyi-suzanımı ta tutdu eşqin aşiyan, 
Yandı canım hər zaman məcmərdə xoşbulər kimi. 
 
Ta olubdur xatirim, ey gül, xəyalın məskəni, 
Düşmüşəm bir dərdə kim, incəlmişəm mulər kimi. 
 
Gər soruşsan halimi, lütf ilə, ey namehriban, 
Nalə çəkməkdir işim hicrində qarğulər kimi. 
 
Sən ki, yandırdın məni, gördüm, Nəbati, aqibət 
Başını meydan əra düşmüş qəzəlgulər kimi. 


_____________Milli Kitabxana_____________ 
40 
 
* * * 
Oldu könlüm genə bir zülfi-çəlipa dəlisi, 
Düşdü zəncirə nə xoş yerdə bu sevda dəlisi. 
 
Urü üryan, başaçıq üz çevirib səhrayə, 
Qoydu Məcnunu yarı yolda bu səhra dəlisi. 
 
Aşiqi-suxtədir, bülbüli-şeyda ki, deyil 
Ki, olubdur deyəsən bir güli-həmra dəlisi. 
 
“Rəbbi-ərni” - deyənin zikri dönüb Musayə, 
Dəşti Iyməndə olub nuri-təcəlla dəlisi. 
 
Çoxları məst qılıb saqiyi-meyxaneyi-eşq, 
Görmədi kimsə mənim tək belə rüsva dəlisi. 
 
Demə Fərhad ilə Məcnun dəlidir, bir bəri bax, 
Biri Şirin dəlisidir, biri Leyla dəlisi. 
 
Künci-vəhdətdə təbah əziz ömrüm, heyf! 
Olmadı yar mənə bir büti-ziba dəlisi. 
 
Xoşlayıbdır görəsən hansı məzaristanı, 
Deyin ol zahidə, ey bir kökə həlva dəlisi. 
 
Gül ayağında səhər vaxtı yıxılmışdım məst, 
Biri səsləndi ki, ey bu güli-rə’na dəlisi! 
 
Bir ayıl, gör ki, Nəbati necə övrad eylər, 
Nə yatıbsan belə, ey bir gözü şəhla dəlisi? 


_____________Milli Kitabxana_____________ 
41 
 
* * * 
Aman-aman məni bir zülfi-yar yandırdı! 
Görün məni necə bu zəhrmar yandırdı! 
 
Çəkib haray, qılıb növhə eylərəm fəryad, 
Nə gözlüsüz, məni bir gül’üzar yandırdı! 
 
Qılıb kəbab məni, çəkdi şişə hər saət, 
Töküb gözüm yaşını, zar-zar yandırdı. 
 
Necə deyim ki, məni yandırıb nə qayətdə, 
Məcus alusu kimi tökdü xar yandırdı. 
 
O cadu göz, sənə qurban, məni bu halə salıb, 
Sənə güman ki, məni ruzigar yandırdı? 
 
Xəzan olanda, deyirlər şəcər tökər bərgin, 
Qəzanı gör ki, məni novbahar yandırdı. 
 
Nə cami-vəsl içib, nə güli-murad dərib, 
Əbəs-əbəs məni rənci-xumar yandırdı. 
 
Nəbati, etmə şikayət ki, od tutub yandım, 
O binəvanı da çox aşikar yandırdı. 


_____________Milli Kitabxana_____________ 
42 
 
* * * 
Gəldi bir şux genə yanıma göyçək-göyçək, 
Vurdu bir tiği-cəfa canıma göyçək-göyçək. 
 
Lalə rüxsarın edib xuni-dilimdən gülgun, 
Boyadı əllərini qanıma göyçək-göyçək. 
 
Parə-parə ciyərim şişə çəkib etdi kəbab
Dikdi göz dideyi-giryanıma göyçək-göyçək. 
 
Heyf ki, olmadı bu aşiqə bir canı yanan, 
Deyə bir dərdimi cananıma göyçək-göyçək. 
 
Pənah Allaha – deyib, qəhrü qəzəbdən yuma göz, 
Edə bir ərzimi sultanıma göyçək-göyçək. 
 
Ta ki, pərvanə kimi şövq ilə bu canı fəda, 
Edim ol şəm’i-şəbüstanıma göyçək-göyçək? 
 
Olu, yarəb, görəsən bir gecə ol valiyi-Misr 
Gələ bu külbeyi-əhzanıma göyçək-göyçək. 
 
Var ümidim ki, qələm əhli cavan oğlanlar 
Yazalar bu sözü divanıma göyçək-göyçək. 
 
Qəm yeməz dəxi Nəbati kimi, ol şahi-cahan 
Basa bir möhrünü fərmanıma göyçək-göyçək. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə