Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq
edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol
xəritəsinin başlıca istiqamətləri" çərçivəsində Turizm üzrə Alt-işçi qrupunun
HESABATI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Baki şəhəri, 2016-cı il
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Mündəricat
Azərbaycanda turizmin inkişaf strategiyası .......................................................... 3
Müzakirələr ...................................................................................................... 16
İştirakçılar ......................................................................................................... 18
Şəkillər .............................................................................................................. 19
2
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
AR Mədəniyyət və Turizm Nazirliyinin
sektor müdiri Mahir Qəhrəmanov
Azərbaycanda turizmin inkişaf strategiyası
Strateji Yol Xəritəsinə dair təkliflər
3
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan üçün turizmin əhəmiyyəti
•
Turizm ölkəmizin iqtisadi inkişaf planında prioritet olaraq müəyyən edilmiş
üç qeyri-neft sektorundan biri kimi
•
Turizmin inkişaf etdirilməsi məqsədilə qəbul edilmiş Dövlət Proqramları
4
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan üçün turizmin əhəmiyyəti
Qanunvericilik
“
Turizm haqqında” Azərbaycan Respublikasının yeni Qanun layihəsi
“2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası”
“Turizm rekreasiya zonalarının inkişafı” layihəsi
5
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan turizminin güclü və zəif tərəfləri,
mövcud dinamik inkişafın səbəbləri və problemlər
Güclü tərəflər və imkanlar
•
Azərbaycan Avropa və Asiyanın, müxtəlif sivilizasiyaların və dinlərin
qovşağında yerləşən, qədim tarixə, adət-ənənələrə malik olan bir ölkədir.
•
Azərbaycanın zəngin və özünəməxsus mətbəxi var, əhalisinin tolerantlığı və
qonaqpərvərliyi ilə fərqlənir.
•
Azərbaycan qədim tarixə malik olduğuna və müxtəlif dinlərin qovşağında
yerləşdiyinə görə onun ərazisi ayrı-ayrı dövrlərə və dinlərə aid tarixi, mədəni
abidələrlə zəngindir, mədəni irs, eləcə də dini turizm sahəsində əsaslı
potensiala sahibdir.
•
Azərbaycan tarixi İpək Yolunun üzərində yerləşən və Avropa ilə Asiya
qitəsini bir-birinə bağlayan strateji körpüdür. Beynəlxalq turizmin gələcək
inkişafı şərq istiqamətinə doğru marağın artması tendensiyası ilə bağlıdır.
•
Azərbaycan Avropanın bir hissəsi, həmçinin “Şərqin qapısı” kimi əlverişli
coğrafi mövqeyə malikdir.
6
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan turizminin güclü və zəif tərəfləri,
mövcud dinamik inkişafın səbəbləri və problemlər
Böyük və Kiçik Qafqaz dağ silsilələrinin əhatəsində, doqquz iqlim qurşağında və
qızıl qumu ilə dünyada məşhur olan Xəzərin sahilində yerləşən Azərbaycan ərazisi
ecazkar göllər və çaylarla, süni dəryaçalarla, sağlamlıq üçün təbii müalicə
ehtiyatları ilə zəngindir və dağ, çay, dəniz, göl, sağlamlıq, ekoturizm, kənd turizmi
nöqteyi-nəzərdən böyük imkanlara malikdir.
Neft biznesinin beşiyi sayılan Bakı Şərq və Qərb arxitekturasının ahəngindən
yaranan panoramaya malik olduğundan və son dövrlər sürətlə inkişaf edərək
şəhərsalmada müasir standartlar yaratdığından şəhər turizmi baxımından da
cəlbedicidir.
Turizmin inkişafına hökumət dəstək göstərir.
Ölkənin turizm bazarında aparıcı beynəlxalq brendli mehmanxanalar və ona
bərabər tutulan yerləşdirmə obyektləri mövcuddur.
Beynəlxalq turizm şirkətləri daha çox təcrübəli müştərilərə xidmət etmək üçün
davamlı olaraq yeni istiqamətlər kəşf edir və belə istiqamətlər perspektivdə
kütləvi turizm axınları üçün səyahət paketlərinin hazırlanması ilə nəticələnir.
Turistlər üçün maraqlı hekayələr, rəvayətlər, əfsanələr turizm marketinqi üçün
vacib amildir. Azərbaycanın zəngin təbiəti, tarixi, folkloru, bütövlükdə mədəni irsi
bunun üçün geniş imkanlar yaradır.
Son illər ərzində işgüzar (MICE) turizm də öz növbəsində beynəlxalq səviyyədə
əhəmiyyətli, eləcə də çox rəqabətli bir seqmentə çevrilmişdir. Bu baxımdan
paytaxt şəhəri olan Bakı və Gəncə şəhərləri, eləcə də Qəbələ öz konfrans zalları,
mehmanxanaları və digər müvafiq xidmət infrastrukturları ilə cazibədar bir məkan
sayılır.
7
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan turizminin güclü və zəif tərəfləri,
mövcud dinamik inkişafın səbəbləri və problemlər
Zəif tərəflər və problemlər
Ümumi turizm mühiti və strukturu
•
Azərbaycanın bütün turizm məhsulları birbaşa və ya dolayı olaraq, dövlətin
müxtəlif qurumlarının (məsələn, təhsil, vergi, infrastruktur, mühafizə,
təhlükəsizlik, səhiyyə və s.) səlahiyyəti çərçivəsindədir.
•
Turizm sahəsində kadr hazırlığı həm keyfiyyət, həm də kəmiyyət
baxımından bu sahədə əmək bazarının tələblərinə cavab vermir.
•
Turizmin inkişafı üçün dövlət tərəfindən sənayenin idarə olunmasına dair
konkret planlaşdırma prosesinə ehtiyac var.
•
Turizm üzrə tədqiqatların və statistikanın aparılması keyfiyyəti
təkmilləşdirilməlidir.
•
Özəl sektor təmsilçiləri turizmin inkişaf prosesinə daha fəal cəlb
olunmalıdır.
•
Səmərəli iş mexanizmlərinə sahib olan ixtisaslaşmış peşəkar turizm
assosiasiyalari yaradılmalıdır.
•
Davamlı turizm məhsullarının yaradılması ilə turizm regional səviyyədə
inkişaf etdirilməlidir.
•
Azərbaycan üçün hədəf bazarlar hesab olunan ölkələrdə turizm təmsilçiliyi
(yerli ixtisaslaşan şirkətlərdən ibarət) yaradılmalıdır.
•
Mövsümiliyin əks təsirləri azaldılmalı, tədricən “il boyu turizm” prinsipi ilə
işləmək təmin edilməlidir.
•
Dövlətin turizmə dəstəyi çərçivəsində nazirliklər və dövlət qurumları
arasında qarşılıqlı dəstək və koordinasiya təkmiləşdirilməlidir.
•
Rəqib bazarlar qarşısında rəqabətliliyin artırılması üçün “qiymət və dəyər”
amilləri yaxşılaşdırılmalıdır.
8
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
•
Turizm nəqliyyatı xidməti inkişaf etdirilməlidir.
•
Turizm sahəsi üzrə kadr hazırlığının keyfiyyət təminatı yaxşılaşdırılmalıdır
•
Turizm sahəsinin qanunvericilik bazası genişləndirilməlidir.
Azərbaycan turizminin güclü və zəif tərəfləri,
mövcud dinamik inkişafın səbəbləri və problemlər
Xarici və yerli turistlər üçün səyahətetmə
imkanlarının asanlaşdırılması
•
Turistlərə viza verilmə proseduraları sadələşdirilməlidir.
•
Beynəlxalq hava nəqliyyatı şəbəkəsi genişləndirilməli və qiymətlər
azaldılmalıdır.
•
Hava limanlarında nəqliyyat infrastrukturu və xidmətlər təkmilləşdirilməlidir
(məsələn, avtomobillərin kirayəsi və hava limanı ilə şəhərlərarası avtobus
marşrutlarının təşkili).
•
Yol hərəkətinin təhlükəsizliyi artırılmalıdır.
•
Xarici dillərdə məlumat lövhələri ilə təminat yaxşılaşdırılmalıdır (xüsusilə
regionlarda).
•
Milli parklara və çimərliklərə giriş sadələşdirilməlidir.
•
Dənizkənarı infrastruktur təkmilləşdirilməli və əyləncə imkanları
genişləndirilməlidir.
İşçi heyətin peşəkarlığı və xidmət çeşidlərinin artırılması
•
Turizm sahəsində tələb olunan peşə və ixtisasların, həmçinin bilik və
bacarıqların müəyyən olunması üçün monitorinqlər keçirilməli və
araşdırmalar aparılmalıdır.
9
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
•
Müəyyən olunmuş peşə və ixtisaslar üzrə peşə və kvalifikasiya standartları,
onların əsasında müasir tələblərə cavab verən təlim proqramları
hazırlanmalı və tətbiq olunmalıdır.
•
Turizm sahəsində peşəkar kadr çatışmazlığı aradan qaldırılmalıdır
•
Xarici dil bilən kadrlara olan ehtiyaclar ödənilməlidir.
•
Regionlarda Turizm İnformasiya Mərkəzləri tərəfindən təklif olunan
xidmətlərin keyfiyyət və çeşidi artırılmalıdır.
•
Satış üçün təklif olunan əl işlərinin nümunələri və suvenirlərin çeşidi
artırılmalıdır.
10
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan turizminin güclü və zəif tərəfləri,
mövcud dinamik inkişafın səbəbləri və problemlər
Turizm infrastrukturu
•
Turizm və rekreasiya zonalarının yaradılması prosesinin ləng getməsi
•
Regional turizm inkişaf layihələrinin maliyyələşməsinindəstəklənməməsi
•
Turizm üzrə kompleks xidmətlər standartı təkmilləşdirilməlidir.
•
Beynəlxalq standartlı 2, 3 və 4 ulduzlu yerləşdirmə vasitələrinin sayı
artırılmalıdır.
•
Turizm nümayiş obyektlərinin texniki səviyyəsi yaxşılaşdırılmalıdır.
11
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın milli
turizm siyasətini aparan və koordinasiya edən əsas
mərkəzi icra hakimiyyəti orqanı kimi missiyası
•
Azərbaycanın dünyada turizm ölkəsi (məkanı) kimi tanınması;
•
Daxili və gəlmə turizm növlərinin inkişafına təkan verilməsi;
•
Turizm üzrə əlverişli biznes mühitinin yaradılmasının sürətləndirilməsi;
•
Regional səviyyədə rəqabətqabiliyyətli turizm xidməti infrastrukturunun
inkişafına və kadr potensialının gücləndirilməsinə dəstəyin verilməsi;
•
Turizm xidməti keyfiyyətinin yaxşılaşdırılması üçün ixtisaslı insan
resurslarının inkişafına üstünlüyün verilməsi;
•
Beynəlxalq turizm bazarında ölkənin rəqabətqabiliyyətinin artırılması;
•
Cəlbedici turizm brendinin yaradılması və təşviqi;
•
Beynəlxalq təcrübəyə əsasən turizmin inkişafına və rəqabətqabiliyyətinə
təkan vermək üçün qanunların, normativ-hüquqi sənədlərin və keyfiyyət
standartlarının təkmilləşdirilməsi.
12
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycan turizmi üçün dörd əsas prinsip
Birinci prinsip: davamlılıq
İkinci prinsip: rəqabətlilik
Üçüncü prinsip: xidmətin keyfiyyəti və qiyməti
Dördüncü prinsip: dövlət və özəl sektorlar arasında
əməkdaşlıq
13
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Azərbaycanın turizm strategiyasının dörd inkişaf
istiqaməti
Birinci istiqamət – institusional strukturun inkişafı
- İnstitusional potensialı gücləndirməklə səmərəli idarəetmənin təmin
olunması
- Tədqiqat və inkişaf
- Turizm məlumatlarının toplanması və Köməkçi Turizm Hesabları (Tourism
Sattelite Account)
Qanunvericilik bazası və vergiyə cəlb olunma
- Vergi tənzimlənməsi
- Gender və əlillərlə bağlı məsələlər
- Turizm məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı
qanunvericilik bazasının təkmilləşdirilməsi
İkinci istiqamət – infrastrukturun inkişafının gücləndirilməsi
-Turizm infrastrukturunun əhəmiyyəti
1) Əsas infrastruktur
2) Yardımçı infrastruktur (əyləncə, turizm nümayişi və digər obyektlər)
- Təhsil və təlim
- Maliyyə dəstəyi mexanizmləri
- İnformasiya texnologiyaları
Üçüncü istiqamət – Azərbaycanda turizm məhsullarının müxtəlifliyi
Regional inkişaf
Azərbaycanda Ərazi İdarəetmə Təşkilatları (ƏİT) şəbəkəsinin yaradılması
14
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Turizm Rekreasiya zonaları (TRZ)
Turizm məhsulunun inkişafı
Azərbaycanda turizmin məhsulunun inkişafı üçün aşağıdakıların həyata keçirilməsi
vacibdir
- Azərbaycan turizmi – əsas turizm və rekreasiya zonaları / turizm mövzuları.
Dördüncü istiqamət – turizm məkanı olan Azərbaycanın marketinq və
kommunikasiya sistemində peşəkarlığın artırılması
- Azərbaycanın turizm məkanı (destinasiya) kimi təşviqi
- Marketinq strategiyası və fəaliyyət planı
- Bazarların qruplaşdırılması
15
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Müzakirələr
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca
istiqamətləri” çərçivəsində keçirilən tədbir Azərbaycanda turizm sektorunun
inkişafı, əsas prioritetlərin öyrənilməsi və turizm sahəsində aparılacaq əhəmiyyətli
islahatları əhatə etmişdir. “İxtisaslaşmış turizm və əyləncə sektoru” üzrə işçi qrupda
keçirilən müzakirələr zamanı Azərbaycanda turizm sahəsi üzrə üstünlüklər və
çağırışlar müzakirə edildi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov işçi qrup üçün prezentasiyasını
təqdim etdi. Müzakirələrin ilkin mərhələsində Ulu Öndər Heydər Əliyev tərəfindən
turizmin inkişafı ilə əlaqədar görülmüş işlərin əhəmiyyəti vurğulandı.
Özəl sektor və ictimai birliklər müzakirələr zamanı öz təkliflərini verdilər.
Ölkədə özəl turizm sektorunu təmsil edən baş menecerlər və vətəndaş cəmiyyəti
nümayəndələri turizm sektorunun ÜDM-də payının artırılmasını, statistikanın
təkmilləşdirilməsini və beynəlxalq təcrübənin tətbiqinin vacibliyini vurğuladılar.
Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev
Azərbaycanda ətraf mühitə vurulan zərərlərin turizm sektoruna, o cümlədən
səhiyyə turizminin inkişafına əngəl yaratdığını qeyd edib. Bildirib ki, ətraf mühitə
vurulan zərərlərlə bağlı qabaqlayıcı tədbirlər görmək, xüsusilə, Türkiyənin
təcrübəsinin öyrənilməsinə ehtiyac vardır. Bundan əlavə o, otellərdə kadr
potensialının formalaşması üçün dövlət tərəfindən əməli tədbirlərin görülməsini
vurğuladı. Digər məsələ kimi qiymətin əmələ gəlməsində maya dəyərinin rolu,
Mədəniyyət və Turizm Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müştərək
layihələr həyata keçirtməyi, koordinasiya olunmağı, təcrübə paylaşımı müzakirə
edildi. Türkiyədə turizmin inkişafı üçün qəbul edilən Təşviq-Subsidiya proqramı
haqda qısa məlumat verildi. Proqramın əhəmiyyəti ondan ibarətdir ki, dövlət
tərəfindən turizm şirkətləri üçün ayrılan subsidiya, müəyyən zaman keçdikdən
sonra dövlətin özünə qayıdır. Müzakirələrə qoşulan Azərbaycan Turizm və
Menecment Universitetinin prorektoru Eldar Aslanov turizm sektorunda aparılmalı
olan islahatlara kompleks yanaşmanın olmasını vurğuladı. Bildirdi ki, turizm
sektorunun inkişafını şərtləndirəcək dörd amil vardır ki, bunlar ətraf mühit,
davamlılıq, sənaye aktivliyi və icmaların fəaliyyətidir. Bundan əlavə Eldar Aslanov
ölkədə infrastrukturun yaxşılaşdırılmasının vacibliyini önə çəkdi. Azərbaycan Turizm
və Menecment Universiteti kadr hazırlığında önəmli rol oynayır, lakin sektor üçün
yalnız ali təhsilli kadrlar deyil, həmçinin peşə yönümlü ixtisasların inkişaf etdirilməsi
əsas faktordur. “Park İnn” otelinin baş meneceri də müzakirələrə qoşularaq
Azərbaycanda turizm potensialının yüksək səviyyədə olmasını vurğulayaraq,
16
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Türkiyənin turizmin inkişafı mərhələsində buraxdığı səhvləri Azərbaycanın təkrar
etməməsinə çağırdı. Kütləviliyin yol verilməz olması və bunun Azərbaycana ziyan
verə bilməsi ətrafında fikir mübadiləsi aparıldı. Bakı Dövlət Universitetinin müəllimi,
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzaffər Ağakərimov
Azərbaycanda hostellərin və 2-3 ulduzlu otellərin olmasını və turizmin kütləvilik
əsasında formalaşmasının vacibliyini önə çəkdi. “Park İnn” otelinin baş meneceri
kütləviliyin zərərli olmasını vurğulasa da İİTKM-nin sədri Vüsal Qasımlı Azərbaycanla
Türkiyə arasında bu mənada ciddi fərqin olmasını qeyd etdi: Türkiyə ilə Azərbaycan
arasında ciddi bir fərq var ki, bu da qiymət məsələsidir. Türkiyədən fərqi olaraq
Azərbaycan turizmdə doyma nöqtəsinə çatmayıb ki, kütləvi turizmdən imtina etsin.
Qiymət faktoruna əhəmiyyət vermənin vacibliyini vurğulayan Vüsal Qasımlı portfel
menecmentinin inkişafı və diversifikasiyanın önəmi barədə danışdı. Cənab
Prezidentin qarantı olduğu ictimai-siyasi sabitliyin Azərbaycanda turizm sektorunun
əsas üstünlüyü olduğu V.Qasımlı tərəfindən qeyd edildi. Sonda müzakirələrə
qoşulan “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” ictimai birliyinin sədri Qəhrəman
Usubov Xəzər dənizi ətrafındakı problemlərdən danışdı. Ölkədə ekoloji
təhlükəsizliyin, xüsusilə, Xəzər dənizi ətrafındakı vəziyyət ürək açıcı deyil. Bütün
bunlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əməli tədbirlər
hazırlanmalı və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müştərək iş ortaya
qoyulmalıdır. Turizm sektoru üçün elmi kadr yetişdirən müəllimlərin kitablarının
maliyyələşdirilməsində maliyyə resurslarının olmaması vurğulanıb. Milli
suvenirlərin ciddi problem olması da artıq məlumdur. İçərişəhər tərkibində
fəaliyyət göstərən suvenir dükanlarında milli suvenirlərdən əlavə bütün qonşu
ölkələrin suvenirlərinə rast gəlmək mümkündür. Müzakirələr zamanı Xorqos
Beynəlxalq Ticarət mərkəzinin analoqunun Azərbaycanda da tikilməsi haqda
danışıldı. Qeyd edildi ki, əslində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı azad iqtisadi
zona daxilində həm də turizmin inkişafına dəstək ola bilər.
17
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
İştirakçılar
İştirakçının Adı
Təmsil etdiyi qurum
Vüsal Qasımlı
İİTKM icraçı direktor
Elxan Mikayilov
Prezident Administrasiyasının Aqrar və Sənaye Məsələləri
Şöbəsinin Aqrar məsələlər sektorunun müdiri
Eldar Aslanov
Turizm Universiteti, prorektor
Fərhad Mikayilov
UNEC nəzdində İqtisadi Araşdırmalar ETİ, sosial problemlər
Elxan İmanov
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar ETİ, baş elmi işçi
Vüsal Hüseynov
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar ETİ, mütəxəssis
Seymur Həsənov
Regionlarda turizmin inkişafı sektorunun müdiri,
Mədəniyyət və Turizm Nazirliyi
Bəxtiyar Qılıncov
Turizm sənayesi ilə iş sektorunun müdiri, Mədəniyyət və
Turizm Nazirliyi
Mahir Qəhrəmanov Planlaşdırma və inkişaf sektorunun müdiri, Mədəniyyət və
Turizm Nazirliyi
Nahid Bağırov
Azərbaycan Turizm Assosiasiyasının sədri
Rəhman Səfərov
ATMU-nun Turizm və Qonaqpərvərlik fakultəsinin dekanı
Bahadur Bilalov
ATMU kafedra müdiri
Novruz Quliyev
ATMU kafedra müdiri
Anar Mirzəyev
ATMU dekan müavini
Anar Eminov
ATMU kafedra müdiri
RuslanQuliyev
Azərbaycan sağlamlıq və termal turizminə dəstək ictimai
birliyinin sədri
Ceyhun Aşurov
“SKAL Baku Klubu”-nun rəhbəri
Qəhrəman Usubov
“Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” ictimai birliyinin
sədri
Berker Balkoç
“McKinsey and Co” şirkətinin Azərbaycan Ofisinin
nümayəndəsi
Ruslan Əliyev
Ercan Balkoç
“McKinsey and Co” şirkətinin Azərbaycan Ofisinin
nümayəndəsi
Emil Səfərov
Mədəniyyət və Turizm Nazirliyi
Nəsib Usubov
“A la carte” şirkətinin rəhbəri
Müzəffər Ağa-
kərimov
Azərbaycan Turizm Assosiasiyası
Cəmilə Fərhadova
“Holiday İnn” Baku
Zafer Tongil
İSR Holding
Ahmet Can
“Park İnn by Radisson”
Azad Əhmədov
“Bosfor” Hotel
Samir Dübəndi
Hotellər və Restoranlar Assosiasiyası
Nicat Hacızadə
İİTKM
Vüsal Musayev
İİTKM
Ayaz Çaparlı
İİTKM
18
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
ŞƏKİLLƏR
19
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
20
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
21
İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu
Dostları ilə paylaş: |