VerGİ TƏnZİMlƏnMƏSİ 1/2014 103 UoT 330. 16: 659. 4: 334



Yüklə 197,66 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix26.10.2017
ölçüsü197,66 Kb.
#6834
növüXülasə
  1   2   3   4   5   6   7   8




verGİ TƏnZİMlƏnMƏSİ

1/2014

103

UoT 330.16:659.4:334

İDarƏeTMƏ PrOSeSİnDƏ

rƏHbƏrlƏ TabeÇİlİKDƏ 

OlanlarIn QarşIlIQlI 

MünaSİbƏTlƏrİnİn 

eTİK-PSİXOlOJİ XüSuSİyyƏTlƏrİ

Xülasə

Tədqiqatın məqsədi – idarəetmə prosesində rəh-

bərlə tabeçilikdə olanların qarşılıqlı münasibətlərinin

etik-psixoloji xüsusiyyətlərinin tədqiqi.

Tədqiqatın  metodologiyası  – sistemli  yanaşma,

mü qa yisəli təhlil.



Tədqiqatın nəticələri – idarəetmə prosesində rəh-

bərlə tabeçilikdə olanların qarşılıqlı münasibətlərinin

etik-psixoloji xüsusiyyətlərinin müəyyən edilməsi is-

tiqamətində elmi cəhətdən əsaslandırılmış təkliflərin

verilməsi.

Tədqiqatın məhdudiyyətləri – idarəetmə prosesində

rəhbərlə  tabeçilikdə  olanların  qarşılıqlı  münasi-

bətlərinin etik-psixoloji xüsusiyyətlərini elmi alterna-

tivlilik baxımdan geniş araşdırmaq və əsaslandırmaq

tələb olunur.

Tədqiqatın praktiki əhəmiyyəti – idarəetmə prose -

sində rəhbərlə tabeçilikdə olanların qarşılıqlı münasi-

bətlərinin  etik-psixoloji  xüsusiyyətlərinin  müəyyən

edilməsində müvafiq tədqiqat mənbəyi kimi istifadə.



Tədqiqatın orijinallığı və elmi yeniliyi – idarəetmə

prosesində rəhbərlə tabeçilikdə olanların qarşılıqlı mü-

nasibətlərinin etik-psixoloji xüsusiyyətlərinin müəy -

yən olunması və elmi cəhətdən əsaslandırılması.



Açar sözlər: idarəetmə mədəniyyəti, idarəçilik üs-

lubu, liderlik, idarəçilik məharəti.

səh. 103-124

Rzayev Pərviz 

qafar oğlu

i.f.d.

Vergilər Nazirliyinin Tədris Mərkəzi

Az5600. Şamaxı rayonu

perviz595959@mail.ru



Rzayev Zahid 

Hüseyn oğlu

i.f.d., dos.

Vergilər Nazirliyinin Vergi auditi 

Baş idarəsi

Az1073. Bakı şəhəri,  

landau küçəsi, 16.

zahidrzayev@hotmail.com

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com




1. giriş

Bazar iqtisadiyyatı digər təsərrüfat tiplərinə nisbətən idarəetmə qərarları qəbul

edən rəhbərlərdən daha yüksək bilik və bacarıq tələb edir. Belə tələb strateji qərarlar

qəbul edən mütəxəssislərə qarşı daha yüksək olur. Bu keyfiyyətlər müasir idarəetmə

sahədə yeniliklərə və bu barədə zəruri biliklərə malik olan, birgə əməyin moti-

vasiyasını lazımi səviyyədə təşkil edə bilən  idarəedicilərdə olur.

Tutduğu vəzifəsindən asılı olmayaraq rəhbərlər peşə bilikləri və vərdişlərinin

məcmusuna malik olmalıdırlar. Buna görə də nəzərə almaq lazımdır ki, rəhbərin

malik olduğu biliklərin həcmi onun səviyyəsində olan digər mütəxəssislərin bilik-

lərinin həcmindən çox olmalıdır. Rəhbər idarəetmə nəzəriyyəsindən başqa idarəet-

mənin  təşkili  və  texnologiyasını  bilməli,  hüquq,  pedaqogika,  psixologiya  və

sosiologiya elminin əsaslarına yiyələnməlidir. İnzibatçı üçün bu biliklərdən vaxtlı-

vaxtında  istifadə  etmək,  onları  düzgün  tətbiq  etmək  və  praktika  ilə  sıx  şəkildə

əlaqələndirmək son dərəcə vacibdir. Bütün bunlar hamısı rəhbərlərdən hər şeydən

əvvəl idarəetmə metodlarını dərindən bilməsini tələb edir.

Ümumiyyətlə, idarəetmə anlayışı özündə müxtəlif institusional məfhumları və

səviyyələri ehtiva edir. İdarəetmənin səmərəliliyi isə çoxkomponentli olmaq etibarilə

sistemli prosesin qanunauyğun nəticəsidir.

Müasir dövrdə sosial elmlərin xüsusi tədqiqat obyekti qismində bu və ya digər

səviyyədə idarəetmənin təşkili və əsaslarının öyrənilməsi çıxış etməkdədir. Ümu-

miyyətlə, hər bir sahə və ya sektorda idarəetmə prosesinin səmərəli təşkil edilməsi

üçün,  ilk  növbədə,  onun  elmi-praktik  əsaslarının  düzgün  müəyyənləşdirilməsi

lazımdır. Bunun üçün bir neçə mərhələdən ibarət olan metodoloji qaydalara effektiv

surətdə əməl edilməsi strateji zərurət kimi ortaya çıxır. Bu baxımdan idarəetmənin

sosial-psixoloji aspektlərinə tədqiqat sahəsi kimi diqqət yetirilmiş, bu istiqamətdə

fundamental araşdırmalar aparılmışdır. Deyə bilərik ki, idarəetmədə rəhbərlə tabe-

likdə olanların qarşılıqlı münasibətlərinin  etik-psixoloji xüsusiyyətləri aktual bir

məsələ kimi diqqəti cəlb edir.



2. İdarəetmə tarixi və mədəniyyəti haqqında

Təşkilatların  yaranması  və  idarəetmə  təcrübəsi  çox  qədimdir.  Lakin  həm

idarəetmə, həm də qədim təşkilatlar indikindən çox fərqli olmuşlar. Qədimdə böyük

təşkilatların yaranması açıq göstərir ki, onlar idarəetmə strukturuna malik olmuşlar.

İllər keçdikcə, bəzi təşkilatların idarə edilməsi daha mürəkkəb, daha çətin olmuş,

təşkilatlar özləri isə daha güclü və daha dayanıqlı olmuşlar.

Bizim eramızdan əvvəl III minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə

kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu

göstərir ki, qədim Şumerdə idarəetmə praktikası mövcud olmuşdur. Arxeoloji qazın-

P.Rzayev, Z.Rzayev

İDARəETMə PROsEsİNDə RəhBəRlə TABEÇİlİKDə OlANlARiN qARŞiliqli... 



1/2014

104


tılardan məlum olur ki, hətta ibtidai icma dövründə yaşayan insanlar mütəşəkkil

qrup larda birləşmiş və birgə fəaliyyət göstərmiş, daha doğrusu idarə olunmuşlar.

Dağlarda müqəddəs məkan kimi hazırlanmış, yer üzündən silinmiş qədim inklərin

itirilmiş Maçu-Pikçu şəhərinin (Antik İnka şəhəri), dünyanın yeddi möcüzəsindən

sayılan Misir ehramları, qədim Şərqin ən böyük və zəngin şəhəri Babildə yerləşən

Babilistanın (Babilin) asma bağlarının (Semiramidanın asma bağları) koordinasiya

edilmiş mütəşəkkil idarəetmə səyləri nəticəsində yarandığını söyləmək doğru olardı.

Xüsusilə, vurğulamalıyıq ki, şərq idarəetmə mədəniyyəti daim zəka və biliyə

müraciət etmişdir. O özü-özünü dərk etməyə, daxili etiqad zənginliyinə, intuitivizmə

və irrasionalizmə istiqamətləndirilmişdir. İntuitivizm fəlsəfi bir qavram olaraq intu-

isiyanı ağıl, zehin qarşısında üstün hesab edən fəlsəfi cərəyandır. İntuitivizmə görə

biliyin,  xüsusilə  fəlsəfi  biliyin  qaynağı  və  təməli  intuisiyadır.  İrrasionalizm  isə

zəkanın, təfəkkürün idraki imkanlarının məhdudluğunu israr edən və intuisiyanı,

hissi instinkti idrakın əsas növü kimi qəbul edən fəlsəfi təlimdir. Şərq mədəniyyətinin

fenomenal sabitliyi, dərinliyi və daxili zənginliyi məhz bunlardan ibarətdir. Eyni za-

manda, bu mədəniyyətdə təbiətə çox həssas münasibət formalaşmışdır. Qeyd et-

məliyik  ki,  şəxsiyyətin  kamilləşməsi  üçün  insan  münasibətləri  hormoniyasına,

insanların və dövlətlərin həyat keyfiyyəti və rifahına nail olunması üçün bir əsas

olan idarəetmə mədəniyyəti yerdən kosmosa bir baxış və bəşəriyyətin inkişafının

sonsuz imkanlarının yeni görünüşüdür.

Dünya sivilizasiyası və şəhər mədəniyyətinin mühüm mərkəzlərindən biri bizim

eramızdan əvvəl IV minilliyə aid olan Mesopotamiyanın əsasını qoymuş və insan-

ların həyat fəaliyyətinin xidmətini vermiş şumerlərdir. Mesopotamiyanın cənubu

olan Şumerlər ölkəsinin, Türkiyə, Mərkəzi Asiya, qədim Misir kimi ölkələrin dövlət

idarəçiliyi mədəniyyətinin tarixi də olduqca qədimdir. Azərbaycan alimi, yaradıcılığı

ensiklopedik səciyyə daşıyan Nəsrəddin Tusinin (1201-1274) idarəetmə mədəniyyəti

ilə əlaqədar “Əxlaqi-Nasiri” adlı əsərində söylədiyi fikirləri də ölkəmizdə  idarəetmə

mədəniyyətinin tarixinin qədimiliyindən xəbər verir. Yaxın və Orta Şərq xalqlarının

ictimai-fəlsəfi həyatında mühüm yer tutan Nəsirəddin Tusinin bu əsəri Azərbaycanın

etik fikir tarixində mühüm hadisədir [3].

İdarəetmənin  çox  qədim  olmasına  baxmayaraq,  o  bir  elm,  təsərrüfatçılıq  və

tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment termini hərdən idarəetmə ilə eyni

mənada işlədilsə də, bunlar bir-birindən fərqli məfhumlardır. İdarəetmə daha genişdir

və demək olar ki, bütün sahələrdə işlədilə bilər, lakin menecment isə idarəetmənin

bir hissəsidir və yalnız sosial-iqtisadi proseslərdə işlədilir. Menecment, sərbəst elm

və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq etmişdir. Menecmentin

inkişafına əsas təkan verən qüvvə İngiltərədə baş vermiş sənaye inqilabı olmuşdur.

Amma  idarəetmənin  inkişafında  və  uğurlarında  əhəmiyyətli  sıçrayış  ilk  dəfə

Amerikada yaranmışdır.

Qərb alimləri belə hesab edirlər ki, ilk dəfə idarəetməyə elmi yanaşma 1911-ci



P.Rzayev, Z.Rzayev

İDARəETMə PROsEsİNDə RəhBəRlə TABEÇİlİKDə OlANlARiN qARŞiliqli... 



1/2014

105


Yüklə 197,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə