latlar deyildir. Düşünürük ki, bir araya
gəlsək və birgə əməkdaşlıq etsək, bu ölkə
üçün daha faydalı olar. Lakin biz mütə-
madi olaraq təşkilatlarımıza bu mesajı
veririk: Başqasının köməyinə, himmətinə
(cəhdinə), yardımına, dəstəyinə möhtac-
sansa, zəfərdən ümidini kəs. Bu mənada
deyirik ki, bəli, birlik və ittifaq olarsa, çox
əla, lakin ittifaqsız da təkbaşına seçkilərə
hazır olmalıyıq.
– Bəs “Səadət” Partiyası iqtidara gə-
lərsə, nə olacaq?
– Hər şeydən əvvəl milləti tarixi ilə
yenidən qovuşduracaqdır. Baxın, məsə-
lən Çanaqqalada ingilisin, fransızın qəbir
daşlarını oxuya bilirik, lakin üstündən
bir əsr keçməməsinə baxmayaraq, şəhid-
lərimizin qəbir daşlarını oxuya bilmirik.
Bu, məqbul bir vəziyyət deyildir. Buna
görə də deyirik ki, təhsilin hər pilləsində
osmanlı dili fakültativ dərs olacaqdır.
İcbari təhsil sisteminin həm quruluşu,
həm də tərkibi dəyişdiriləcəkdir. Quru-
luşu 4+4+3 şəklində qəbul ediləcəkdir.
Tərkib olaraq təhsil sisteminin təməli
əvvəl əxlaq və mənəviyyat olaraq dəyiş-
diriləcək, İmam-Xətiblərin orta qisimləri
yenidən açılacaq, Quran kurslarına və
hafizlik müəssisələrinə yenidən həyat
verəcəyik. Səhiyyə ilə əlaqədar olaraq isə
dünyaya gələn hər bir uşaq ölümünə
qədər sığortalanacaq, çünki hər hansı bir
şəxs üçün sağlamlığından, özünün fiziki
varlığından daha önəmli bir şey ola
bilməz. Vətəndaşın sağlamlığının qorun-
ması dövlətin əsl vəzifəsi olacaqdır.
Şəxsiyyət vəsiqəsi eyni zamanda sağlam-
lıq kartının yerinə keçəcəkdir. Yaxın
zamanda isə bütün işçilərimizə eyni ilə
1996-cı ildə olduğu kimi 50% maaş artımı
olacağına söz veririk. Vətəndaşlarımızın,
xüsusilə gənclərimizin gələcəyini və
şəxsiyyətini inkişaf etdirib formalaşdır-
maq üçün təhsilin önündəki bütün
maneələri ortadan qaldıracağıq. Univer-
sitet xərclərini inşallah tamamilə ləğv
edəcəyik.
– Milli Görüşün içindən bir çox par-
tiya çıxdı, müxtəlif səbəblərlə ayrılanlar
oldu. Ayrılan bu qardaşlarımıza bir
müraciətiniz vardırmı?
– Şübhəsiz ki, ata yurdu buradır. Xoca-
mız dəfələrlə demişdir:
“Sürüdən ayrı-
lanı qurd yeyər!” Buna görə də hansı
səbəblə olursa-olsun buradan ayrılan
qardaşlarımızı, bura heç gəlməmiş qar-
daşlarımızı əsl ünvanlarına birlikdə
haqqı hakim etmək üçün fəaliyyətə dəvət
edirik. Allahın izni ilə Ədalətli Quru-
luşun hakim olması heç də uzaqda deyil.
Dünya buna hamilədir. İnsanlar bizi
gözləyir.
Müsahibəni apardı: Abdullah
Qaripoğlu
“Anadolugenclik” jurnalı, aprel
2011-ci il, 135-ci buraxılış
22
MİLLİ GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış