Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

həmin  adam  islami  düşüncəyə  sahib 
deyildir.
Müsəlmanca  düşünmənin  üç  təməl 
əsası vardır: 
1.  Dünya  həyatı  çox  əhəmiyyətli  bir 
imtahandır.  Axirət  isə  dünya  həyatının 
hesabı və imtahandakı müsbət və mənfi 
qiymətlərin  qarşılığıdır.  Nəfəslərimiz 
sayılıdır,  bunlar  Allah  yolunda  xərclən-
məlidir, çünki ölüm bizə çox yaxındır.
2.  İslam  dini  Allahın  təyin  etdiyi  bir 
dindir.  Bunun  üçün  mükəmməldir  və 
kamil  şəkildədir.  Qətiyyən,  zərrə  qədər 
nöqsanı, artırması və xətası yoxdur.
3. İslam dini bir bütündür. Ona bir şey 
əlavə  edilə  bilməz  və  ondan  bir  şey 
çıxarıla  bilməz.  Əvvəldən  axıra  qədər 
haqdır, xeyirdir və hamısı hər kəs üçün 
və hər yerdə lazımdır, çünki İslam dünya 
və axirət səadətinin tək dərmanıdır. 
– Biz bütün səbəblərə təvəssül etsək və 
hər  cür  səyi  göstərsək  belə,  Allah  istə-
diyimiz nəticəni verməyə məcbur deyil. 
Lakin  səbəblərə  təvəssül  edilərək  və 
sünnətullaha (ilahi adətə) uyğun hərəkət 
edilərək yerinə yetirilən işlərin, ümumiy-
yətlə,  müvəffəqiyyətə  çatdırılması  da 
adətullahın tələbidir.
–  Kəlmeyi-şəhadət  deyib  iman  gətir-
məklə  hər  işimiz  bitmir,  tam  əksinə, 
qulluq  imtahanımız  yeni  başlayır.  Yəni 
kəlmeyi-şəhadət  bir  növ  Quran  proqra-
mına  uyğun  yerinə  yetirilən  qulluq 
imtahanına giriş sənədidir.
– Cənnətə girmək üçün mütləq müsəl-
man olmaq lazımdır. Ancaq bu dünyada 
ədalətli  bir  nizamın  himayəsində 
rahatlıq və təhlükəsizlik içində yaşamaq 
üçün yalnız “insan” olmaq kifayətdir.
–  Namaz  dinin  dirəyi,  cihad  isə 
zirvəsidir. Cihad hüzur və azadlıq içində 
yaşanacaq  əsas  insan  haqlarına  hörmət 
ediləcək  bir  mühiti  hazırlamaq  səyidir. 
Ölkə  içərisində  edilən  elmi-əxlaqi  və 
siyasi xidmətlərdir. Hərbi və silahlı cihad 
isə,  ancaq  xaricdən  hücum  edəcək 
düşmənlər üçün etibarlıdır.
–  Cihad  izzət  və  işıqlıq,  rahatlıq  isə 
zillət və qaranlıqdır.
– Cihadın əhəmiyyətini buradan anla-
yın  ki,  məsələn  namaz  qılarkən  atəşə 
düşməkdə  olan  bir  uşağı  qorumaq, 
özünə  yaxınlaşan  ilan  və  yırtıcılardan 
çəkinmək  və  ya  malını  oğurlanmaq  və 
tələf  olmaqdan  xilas  etmək  üçün  sonra 
yenidən qılmaq şərti ilə namaz tərk edilə 
və ya təxirə salına bilər. Yəni can və mal 
ilə namaz arasında bir seçim etmək lazım 
olsa,  mal  və  can  namazdan  önə  atılır. 
Lakin mal ilə canı fəda etmək lazım olsa 
da, mütləq cihada davam edilməli və heç 
bir bəhanə ilə cəbhə tərk edilməməlidir. 
Bu isə hər iki halda yalnız İslamın əmrinə 
uyğun əməl etmiş oluruq deməkdir.
– Şeytan Allahın varlığını və qüdrətini 
bildiyi  kimi,  sionist  yəhudi  də  İslamın 
canının  cihad  olduğunu  bildiyi  üçün 
bütün  gücü  ilə  müsəlmanların  cihad 
ruhunu söndürməyə çalışmaqdadır.
–  İslami  cihad  isə  yenə  İslama  görə 
olmaq və bir təşkilat nizamı ilə aparılma 
məcburiyyətindədir. Bu da bir qərargaha 
bağlılıq və itaəti zəruri etməkdədir.
Ordu demək yerinə yetiriləcək işlərin
30
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


təyin  olunduğu  hər  işə  görə  münasib 
vəzifələrin təyin edildiyi və tərbiyələndi-
rildiyi  əmr  –  komanda  intizamı  və 
məsuliyyət  düşüncəsi  içərisində  hər 
kəsin  vəzifəsini  ən  yaxşı  şəkildə  yerinə 
yetirdiyi camaat və təşkilat deməkdir.
– Görəsən, bu mənəvi və siyasi cihad 
hərəkəti  hansıdır?  Əlbəttə  ki,  “Milli 
Görüş”  camaatıdır.  Bu  barədə  bizə 
etimad  etmirsinizsə,  Kartırdan,  Moşe 
Dayandan, Buşdan və Şarondan soruşun. 
Onlar  bu  xidmət  və  hərəkətin  hansı 
olduğunu sizə söyləyəcəklər.
–  Batil  tərəfinə  və  düşmənlərimizə 
bizdən  daha  çox  imkan  və  fürsət 
verilməsi  və  çox  müxtəlif  cəbhələrdən 
bizə hücum edilməsi müsəlmanlar üçün 
bir rəhmət və fəzilət səbəbidir.
– Cüneyd Bağdadi həzrətləri ibadət və 
xidmət  yolunda  müxtəlif  zəhmət  və 
çətinliklərlə  qarşılaşarkən  sevinər  və 
Allaha  şükr  edərdi.  “Rəbbimin  işlərimi 
çətinləşdirməsini,  daha  çox  səy  və 
mətanət göstərərək mükafatımın qat-qat 
artmasını istəməsinə işarə sayır və təsəlli 
tapıram”, – deyərdi.
–  Əsl  bacarıq  yük  altında  və  xidmət 
əsnasında  sadiq  və  möhkəm  qala 
bilməkdir.  Yoxsa,  çay  söhbətlərində  və 
ədəbiyyat  kürsülərində  qəhrəmanlıq 
göstərmək asandır.
–  İslami  cihadda  əsas  olan  görünüş 
deyil, məna və məqsəddir. Belə ki, Bədr 
döyüşü də müşriklərin üsul və metodları 
ilə aparılmışdır. İndi “səsvermə və seçki” 
məsələsi  də  inananlar  üçün  haqlı  dava-
sını  ən  uzaq  kəndlərə  və  ucqar  yerlərə 
qədər  çatdırmaq,  dövlət  imkanlarını 
haqqın  və  xalqın  xidmətində  istifadə 
etmək  üçün  bir  vasitə  və  fürsətdir  və 
dəyərləndirilməsi lazım olan bir imkan-
dır. 
–  Təsəvvür  edin  ki,  bir  zaman  tune-
lindən keçirilib “Səadət əsri” dövrünə və 
Bədr  təpələrinin  üstünə  atılan  bir  şəxs, 
bir  tərəfdə  Peyğəmbər  Əfəndimiz  və 
arxasında iman ordusu, qarşı tərəfdə isə 
lənətlik Əbucəhl və küfr ordusu olduğu 
halda Bədr döyüşünün getdiyini görsə: 
1.  Hansı  bəhanə  ilə  olursa-olsun 
Əbucəhlin tərəfinə keçsə, ona arxa-dayaq 
olsa  və  onu  alqışlasa,  kafirliyini  göstər-
miş olar. 
2. Yaxud “Allah haqqa yardım etsin!” 
–  deyib  heç  bir  tərəfə  tabe  və  tərəfdar 
olmadan  yerində  otursa,  o  zaman  da 
münafiqliyini  isbat  etmiş  sayılar,  çünki 
bu, “Hansı tərəfin haqlı olduğunu bilmi-
rəm,  Həzrət  Mühəmmədin  haqlı  oldu-
ğuna  da  şübhə  edirəm”,  –  mənasını 
verər. 
3.  Şayəd  bu  mənzərə  qarşısında  “Ey 
Rəbbim, Rəsuluna və əshabəsinə yardım 
et!” – şəklində dua etməklə kifayətlənib 
yerində  dayanarsa,  bu  halda  da  fasiq 
(günahkar  və  cəhdsiz)  bir  müsəlman 
olduğu ortaya çıxar. 
4. Yox əgər bu vəziyyəti görər-görməz 
“Rəsulullahın ayağına tikan batınca mə-
nim gözümə ox batsın”, – deyərək yerin-
MİLLİ  GÖRÜŞ
31
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə