Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə3/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   2   3   4   5   6   7   8   9   ...   57

9
I FƏSİL
FOLKLOR ETNOKOSMİK DÜŞÜNCƏ KODU KİMİ
5
1. Milli folklorşünaslığın XX əsrdəki elmi-nəzəri təcrübəsi.
Azərbaycan folklorşünaslığı bütün uğurları ilə bərabər XX əsrə
aşağıdakı nəzəri-praktiki nəticələrlə yekun vurdu:
– Əsrin əvvəllərində Azərbaycan folklorunun toplanması uğ-
runda millətin fədai ziyalıları, sözün gerçək anlamında, ağır bir
mübarizə apardılar.  «Yoxdur millətimin xətti bu imzalar içində»
məfkurəsini əldə rəhbər tutub, millətimizin mənəviyyat imzasını
imzalar içində bərqərar etmək üçün hər cür çətinliyə sinə gərdilər.
Çoxsaylı folklor mətnləri toplandı və çap edildi.
– 20-30-cu illərdə Azərbaycan folklorşünaslıq elmi nəzəri ba-
xımdan inkişaf etdi. Azərbaycana dəvət edilmiş sovet alimləri
burada özlərinin tədqiqatlarını davam etdirməklə gənc Azərbaycan
folklorşünaslarının nəzəri biliklərinin formalaşmasına həm mənəvi,
həm də təcrübi baxımdan istiqamət verdilər.
– 30-cu illərdə millətin intellektual potensialının qaymaqları, o
cümlədən folklorşünasları amansız şəkildə məhv edildi və Azər-
baycan
folklorşünaslığının
bütün
səviyyələr
üzrə
mütərəqqi
inkişafına balta çalındı.
– Elə həmin illərdən sovet imperiyasına sədaqətlə qulluq edən
manqurt folklorşünasların formalaşdırılmasına başlandı. Onların
vəzifəsi Azərbaycan folklorunu sovet-sosialist ideologiyasının
standartlarına uyğunlaşdırmaqdan,
5
Bu  yаzı  bizim  prоf.  H.İsmаyılоvlа  həmmüəllif оlduğumuz  bаşqа  bir
yаzı əsаsındа  hаzırlаnmışdır.  Bаx:  H.İsmаyılоv,  S.Rzаsоy.  Аzərbаycаn
fоlklоru  və  fоlklоrşünаslığı  epоxаlаr  qоvşаğındа  (ön  söz)  // Аzərbаycаn
fоlklоru külliyyаtı: I cild. Nаğıllаr: I kitаb. Bаkı: Sədа, 2006, s. 5-45


10
bu alınmadıqda isə, ümumiyyətlə, saxta folklor mətnləri yaratmaq-
dan ibarət idi.
– Həmin dövrdə Azərbaycanın mütərəqqi folklorşünasları öz
fəaliyyətləri çərçivəsində folkloru və folklorşünaslığımızı xilas
etməyə cəhd göstərsələr də, onların təşəbbüsləri kütləvi fəaliyyətə
çevrilməyərək, azsaylı folklor nəşrləri və tədqiqatlarından irəli
getmədi.
– XX əsrin 70-80-ci illərindən rejimdə yumşalma hiss olunmağa
başlasa da, folklorşünaslıqda kök atmış və hər yanı bürümüş
«avtoritetlərin» sovet elmi düşüncə stereotipləri dirçəlməyə imkan
vermədi. Folklor mətnlərinin saxtalaşdırılması, ümumiyyətlə, əsli
olmayan yalançı mətnlərin yaradılması təcrübəsi daha da inkişaf
etdi.
– Azərbaycan folkloru və folklorşünaslığını məhv girdabından
əsrin sonunda çağdaş Azərbaycan folklorşünaslığının patriarxı
Hüseyn İsmayılovun rəhbərliyi altında AMEA-nın Folklor İnstitutu
xilas etdi. O, tarixin süzgəci rolunu oynayaraq XX əsrlə XXI əsrin,
II minilliklə III minilliyin arasında dayanıb, bütöv bir epoxanı öz
içindən
keçirərək
həqiqi
elmi

milli
ülgülərə
söykənən
folklorşünaslığın əsasını qoydu.
Beləliklə, Azərbaycan folklorşünaslığı sovet epoxasında onun
üzərində onillər boyu aparılmış ideoloji təcrübənin qanunauyğun
nəticəsi olaraq XX əsrə həm nəzəri, həm də praktiki baxımdan
uğurla yekun vura bilmədi. XXI əsrə dolaşıq, dağınıq, sistemsiz və
mahiyyəti get-gedə absurda müncər olunan nəzəri-metodoloji
düşüncə ilə daxil oldu. Heç bir halda təsadüfi deyildir ki,
Azərbaycan sovet folklorşünaslarının nəzəri «axtarışları» onunla
nəticələndi ki, onlar folklorun söz-hərəkət və sənət kodlarının
vəhdətində hasilə gələn etnik özünüifadə kodu olaraq mahiyyətini
bütöv bir əsr ərzində dərk etməyib, onu ədəbiyyat elan etdilər.


11
Yaxud bu da təsadüfi deyildir ki, Azərbaycan sovet folklor-
şünaslığı bütöv bir əsr ərzində folklor mətnlərinin lirik strukturunun
janr, forma və şəkil səviyyələrini fərqləndirə bilmədi.  «Bu məsələ
elmdə hələ öz həllini tapmayıb», – deyərək vəziyyətdən çıxmağa
çalışdı. Görəsən, milli folklorumuzun formal strukturunun bu
poetexniki
məsələsini
həll
etmək
üçün
XX
əsrin
titullu
avtoritetlərinə
hələ
neçə
əsr
lazımdır?!

görəsən,
onlar
folklorşünaslığımızı bu nəzəri absurdun səhnəsində hələ neçə yüzil
saxlamaq istəyirlər?!
Yaxud yenə də təsadüfi deyildir ki, Azərbaycan sovet folklor-
şünaslığının özünün bütün mənəvi və elmi standartları səviyyəsində
yetişdirib tərbiyə etdiyi və bu mənada tipik sayılan daha bir
professor elmə hələ XIX əsrdən məlum olan «folklor mühiti»
anlayışını XX əsrin sonunda «aşıq mühiti» anlayışına kalka edə
bilməsini çağdaş Azərbaycan folklorşünaslığının ən böyük nəzəri
uğuru saydı. Heç kəs qınanmamalı və hər cür patologiyalara, nəzəri-
psixoloji
anomaliyalara
təbii
baxılmalı,
bunlara
həssas
yanaşılmalıdır:
mühit
özünün
məkan-zaman
xronotopu
səviyyəsində artıq «cırtdanlaşdırılmışdırsa», onda göbələklərin
özünü uca sərv ağacına bənzətməsi tamamilə təbiidir.
Yaxud bu halda da də təsadüfi deyildir ki, XX əsr Azərbaycan
sovet folklorşünaslığında «tarixi-müqayisəli metod» adı altında
özünə kök salmış, lakin sovet folklorşünaslığının praktikasında hər
cür «tarixi-müqayisəlilikdən» çıxarılmış metodsuzluq hətta gənc
alimlərin də elmi düşüncəsində elə stereotipləşdi ki, onlar metod
anlayışına, ümumiyyətlə, yad baxmağa başladılar.
Yaxud yenə də təsadüfi deyildir ki, akademiyanın bağında sovet
epoxasında titullu avtoritetlərin əsəblərini pozduğu, həyatlarını
məhv etdiyi sərsəri insanlar gəzib dolaşır. Onlar vaxtilə


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə