Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə8/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

25
söz sənəti onun çoxsaylı ifadə vasitələrindən biri, milli təfəkkürün
özünü
realizasiya
instrumentidir.
Total
milli
dünyagörüş
kontekstində ədəbiyyat bədii söz kodu ilə funksionallaşan düşüncə
qatı olaraq onu öz içinə alan folklorun tərkib hissəsidir. Tarixi-
kulturoloji baxımdan ədəbiyyat milli potensiyanın özünüifadəsinin
ilkin çoxşaxəli sahəsi olan folklordan üzvlənmədir»
17
.
Göründüyü kimi, çağdaş folklorşünaslıq tədqiqatları folkloru
milli düşüncənin unifikativ strukturu kimi götürməyi, onun tarixi-
kulturoloji
inkişaf
prosesində
milli
düşüncənin
digər
səviyyələrindən necə üzvlənməsini, o cümlədən üzvlənmənin
strukturu və mexanizmlərini bilməyi tələb edir.
Prof. H.İsmayılov göstərir ki,  «folklorla yazılı ədəbiyyatı
fərqləndirən əsas xüsusiyyət fərdi müəlliflilik və fərdi müəllifsizlik
deyil. Yəni istənilən mətnin müəllifinin bütün bioqrafiyası etibarilə
yaradıcı şəxsiyyət kimi
bəlli olması onun yazılı ədəbiyyat
nümunəsi olmasının başlıca əlaməti deyil, yaxud əksinə, müəllifin
olmaması onun folklor nümunəsi olmasının göstəricisi deyil.
Mətnin folklor və ya yazılı ədəbiyyat nümunəsi olmasının əsas
tipologiyası mətnin öz poetik və semantik struktur səciyyəsindən
irəli gəlir»
18
.
Öz növbəmizdə qeyd edək ki, müəllif faktorunun müəyyən-
ləşdirilməsi, daha doğrusu, folklor mətnində müəllif subyektinin
fəaliyyətinin «modelləşdirilməsi» Azərbaycan folklorşünaslığı üçün
«aktual nəzəri məsələdir». Bu sahədə absurd yanaşmalar artan xətlə
gedir. Milli folklorşünaslıq təcrübəsində məhəbbət dastanlarının
ayrı-ayrı qəhrəmanlarının aşıq elan edilməsi və bu əsasda «zəngin
aşıq ədəbiyyatı tarixinin» yaradılmasına ardıcıl şəkildə edilən
cəhdlər («Aşıq Kərəm», «Aşıq Qərib», «Aşıq
17
H.İsmаyılоv. Göst. əsəri, s. 5
18
H.İsmаyılоv. Göst. əsəri, s. 6


26
Novruz» və s.) elmimizin davam etməkdə olan reallığıdır. Bu
tendensiya davam etsə,  «Aşıq Koroğlunun» da Azərbaycan aşıq
sənəti tarixində «aşıq kimi pozulmuş hüquqları» tezliklə «bərpa
olunacaqdır». Koroğlunun Azərbaycanın harasından, daha doğrusu,
hansı rayonundan olması məsələsinin də get-gedə aktuallaşması
Azərbaycan nəzəri folklorşünaslıq düşüncəsində «folklor mətni»
anlayışının hansı səviyyədə qavrandığının bariz göstəricisidir.
Folklor mətninin yaradıcılıq hadisəsi kimi müəllifə aidiyyətinin
struktur mexanizmlərindən xəbərsizlik, daha doğrusu, kollektiv
yaradıcılıq anlayışının primitiv səviyyədə dərki folklor və müəllif
münasibətlərinin şərhinin absurdla nəticələnəcəyini bütün hallarda
məlum hadisəyə çevirir. Məsələnin bütün mahiyyəti folklorun
struktur mahiyyətinə müncər olunur: mətnin poetik-semantik
strukturu müəllifin mətndə iştirakının səviyyəsini qabaqcadan
müəyyənləşdirir. Müəllif folklor mətnində onun imkan verdiyi
dərəcədə iştirak edir. Kollektiv yaradıcılıqda (folkloryaratmada)
müəllif-mətn münasibətlərinin strukturu dəyişməz qalır. Dəyişmə
mətni
folklor
olmaqdan
çıxarır.
Folklorda
müəllif-mətn
münasibətlərinin strukturu pozulmazdır. Strukturun «pozulması»
yazılı ədəbiyyatın normasıdır. Ədəbiyyat mətnində də müəllif-mətn
münasibətlərinin dəyişməz tərəfləri var. Lakin «dəyişən tərəflər» –
yaradıcı subyektin özünü mətndə müəllif kimi təsdiq etməsinə tam
imkan verir.
Beləliklə, folkloryaratmada mətnə məxsus struktur qəlibləri
müəllifi özünə tabe edir və qəliblərdən keçən müəllif «kollektiv»
statusu alır. Ədəbiyyatyaratmada isə struktur mexanizmləri
müəllifin əlində özünü yaradıcı subyekt kimi ifadə və təsdiqin
vasitələridir.
Prof. H.İsmayılov bu xüsusda yazır: «Folklorla yazılı ədəbiyyatı
fərqləndirən başlıca cəhət yazılılıq və şifahilikdir.


27
Yazılılıq və şifahilik ilk baxışdan sadə görünsə də, son dərəcə
mürəkkəb sənət fenomenlərinin tipoloji fərqinin müəyyənləşdiricisi
kimi çıxış edir»
19
.
Bu fikirlə bağlı bildirmək istəyirik ki, yazı yaradıcılıq fenome-
ninə münasibətdə təkcə səsin hərfə (işarəyə) kodlaşması demək
deyildir. Yazı həm də yaradıcı subyektin fərdiləşməsinin prosesi
və vasitəsidir. Müəllif məhz yazı «prosesi» zəminində tarixən
(diaxron aspektdə) kollektivdən üzvlənə bilmişdir. Yazı eyni
zamanda müəllifin özünü yaradıcı fərd kimi təsdiq və təsbitinin
çağdaş,  «indiki»
zamana
(sinxron
aspektə)
müncər
olunan
«vasitəsidir».
Prof. H.İsmayılov folklorun ədəbiyyatdan diferensial fərqlərini
aşağıdakı kimi tezisləşdirmişdir:
«Müəllifsizlik faktoru mətnin folklor olmasının çoxsaylı əla-
mətlərindən yalnız biridir, həm də o qədər dominant olmayan
əlamətlərindəndir. Bu əlamətlərin tam olmayan, nisbətən əsas hesab
edilə bilən məhdud siyahısı aşağıdakılardan ibarətdir:
1. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq folklor
qəlibləri, folklor modelləri əsasında yaranır...
20
2. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq şifahi ənənədə
mövcud olur...
21
3. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq, variant və
versiyalara malik olur...
22
4. Folklor mətni yaddaşlardan qeydə alınmalıdır...
23
5.Folklor mətnləri yazılı ədəbiyyatdan fərqli olaraq arxetip əsası
etibarilə etnik-mifoloji dünya modelinə əsaslanır...
24
19
H.İsmаyılоv. Göst. əsəri, s. 6
20
H.İsmаyılоv. Göst. əsəri, s. 6
21
H.İsmаyılоv. Göst. əsəri, s. 7
22
H.İsmаyılоv. Göst. əsəri, s. 8
23
H.İsmаyılоv. Göst. əsəri, s. 8
24
H.İsmаyılоv. Göst. əsəri, s. 9


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə