B u l u d x a n X ə l i l o v
34
dəstəyi nəticəsində yeni inkişaf mərhələsinə qədəm
qoyub.
ABŞ-dakı Nyu-York Universitetinin devizi belədir:
“Ciddi məşğul olmağa davam etmək və ötüb-keçmək”.
ABŞ-dakı Biston Universitetinin devizi: “Öyrənmək,
ləyaqət, möminlik”.
13.09.2014
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
35
Təhsilin inkişafı üzrə Dövlət
Strategiyası:
Ən vacib hədəflər
Azərbaycan Respublikasının Prezidenti İlham Əli-
yevin sərəncamı ilə 2013-cü il 24 oktyabr tarixində Azər-
baycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası təsdiq edildi. Əlbəttə bu Dövlət Strategiyası
məzmun, beynəlxalq təcrübə və meyillər, Azərbaycanda
təhsilin vəziyyəti, təhsil sisteminin başlıca vəzifələri,
məqsəd, əsas istiqamətlər, hədəflər və tədbirlər, Strategi-
yanın həyata keçirilməsi baxımından böyük əhəmiyyət
daşıyır. Bu gün Azərbaycanda davamlı inkişaf mərhələsi
başlamış, əhalinin sosial-iqtisadi həyatında baş verən
müsbət dəyişikliklər insan kapitalının inkişafını, şəxslərin
bilik və bacarıqlara yiyələnməsini başlıca vəzifəyə çevir-
mişdir. Ölkədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaş-
maq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviy-
yəsini yüksəltmək üçün elmi nailiyyətlər əsasında yara-
nan innovasiyalardan istifadə etmək vacib bir məsələdir.
Ona görə də ölkənin təhsil sisteminin başlıca vəzifə-
lərindən biri də insan kapitalının inkişafına nail olmaqdır.
Bunun sayəsində insanlar öz həyatlarını daha yüksək
səviyyədə qura bilərlər. Təbii ki, əmək bazarında öz
mövqelərini tutmaqla bərabər, cəmiyyətdə də fəaliyyət-
lərini düzgün stimullaşdıra bilərlər. Bunun üçün təhsil və
B u l u d x a n X ə l i l o v
36
bütövlükdə bu proses böyük əhəmiyyət kəsb edir. Belə
ki, təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına
şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir. Son illər-
də bu istiqamətdə təhsil sahəsində əhəmiyyətli işlər görü-
lür. Təhsil müəssisələrinin (xüsusilə orta məktəblərin)
maddi-texniki bazası gücləndirilir, yeni-yeni məktəb
binaları tikilir, təmir-bərpa işləri aparılır. Eyni zamanda
informasiya-kommunikasiya texnologiyaları tətbiq olu-
nur. Məqsəd ondan ibarətdir ki, Azərbaycanda təhsilin
keyfiyyəti Avropa standartlarına uyğunlaşa bilsin. Təh-
silin keyfiyyətini Avropa standartlarına uyğunlaşdırmaq
üçün təkcə maddi-texniki bazanı inkişaf etdirmək,
informasiya-kommunikasiya vasitələrini tətbiq etmək
kifayət etmir. Həm də idarəetmə sistemi yenidən qurul-
malı, təhsil sahəsində insan resursları inkişaf etdirilməli,
müəllimin nüfuzu yüksəlməlidir. Bunların hamısı ölkədə
həyata keçirilməsi vacib olan məsələlərdir. Bu mənada
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası” öz məzmunu baxımından strateji is-
tiqamətdə ən vacib hədəfləri əhatə edir. Strategiyada dün-
ya ölkələri arasında aparıcı mövqedə olan şəriştəli müəl-
limləri və təhsil menecerlərini, eləcə də qabaqcıl texno-
logiyalara əsaslanan təhsil sistemini yaratmaq üçün beş
strateji istiqamət əsas kimi götürülür. Bu istiqamətin hər
biri genişmiqyaslı tədbirlər kimi diqqəti cəlb edir. Odur
ki, bu istiqamətlərin üzərində dayanmaq lazım gəlir.
Birinci strateji istiqamətdə əsas hədəf kimi səriştə-
yə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradıl-
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
37
masını diqqət mərkəzində saxlamaqdır. Burada əsas məq-
səd təhsilin bütün pillələrində (məktəbəqədər, ümumi, ilk
peşə - ixtisas, orta ixtisas və ali ixtisas) kurikulumların
inkişafına nail olmaqdır.
İkinci strateji istiqamətdə əsas hədəf kimi təhsil sa-
həsində insan resurslarının müasirləşməsini diqqət mər-
kəzində saxlamaqdır. Bunun sayəsində səriştəli, təcrübəli
təhsilverəni formalaşdırmaq mümkündür. Səriştəli, təcrü-
bəli təhsilverən innovativ metodları tətbiq edərək təhsil-
alanların istedadını üzə çıxarmaqda, onların nailiyyətlə-
rini yeni sistemlərin tələbinə uyğun qiymətləndirməkdə,
onların inkişafına nail olmaqda, qayğı və ehtiyaclarını
ödəmək üçün inklüziv təlim metodologiyasının yaradıl-
masında ciddi, məsuliyyətli işlər görməliyik.
Üçüncü strateji istiqamət kimi təhsildə səmərəli
idarəetmə mexanizmlərinin yaradılması əsas hədəf kimi
götürülür. Burada səmərəli idarəetmə mexanizmi dedikdə
cavabdehlik, şəffaflıq, bir də səmərəliliyin özü üçüncü
strateji istiqamətin əlamətləri sırasına daxil olur. Səmə-
rəli, cavabdeh, şəffaf idarəetmə qabaqcıl beynəlxalq
təcrübəyə əsaslanmaqla müasirləşməli, təhsilin keyfiyyət
təminatını artırmalı, eyni zamanda təhsildə yeni məlumat,
hesabat sistemlərini yaratmalıdır.
Dördüncü strateji istiqamət kimi təhsil infrastruktu-
runun yaradılmasıdır. Təbii ki, təhsil strukturu müasir tə-
ləblərə uyğun olmaqla təhsil prosesini təmin etməlidir.
Burada əsas məqsəd kimi təhsil müəssisələrində informa-
B u l u d x a n X ə l i l o v
38
siya kommunikasiya texnologiyalarının formalaşması,
distant təhsil sisteminin qurulması, istedadlı uşaqların inki-
şafını təmin edən təhsilin yaradılması, yaşlıların təhsilini
qurmaq, peşə - ixtisas və təhsil müəssisələri üzrə region-
larda məsləhət mərkəzlərinin fəaliyyətini təmin etmək,
kampusların yaradılması və s. məsələlər ehtiva olunur.
Beşinci strateji istiqamət Azərbaycan təhsilində
dünya təhsil standartlarına uyğun maliyyələşdirmə mode-
linin qurulması ilə bağlıdır. Doğrudan da, hal-hazırda
təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə
ehtiyac vardır. Ona görə də təhsil müəssisələrində adam-
başı maliyyələşdirmə artıq başlanmalıdır. Eyni zamanda
təhsil müəssisələrində ödənişli təhsil xidmətləri
dəstəklənməlidir. Bunun üçün Təhsilin İnkişaf Fondunun
yaradılması müasir təhsil sisteminin tələbidir.
Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan stra-
teji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü
təhsil məzmununun yaradılması, təhsil sahəsində insan
resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli,
şəffaf, cavabdeh, idarəetmə mexanizmlərini yaratmaq,
təhsildə müasir tələblərə uyğun infrastruktur qurmaq,
dünya təhsil standartlarına uyğun maliyyələşdirmə
modelini formalaşdırmaq əsas hədəf kimi götürülür.
03.11.2014
Dostları ilə paylaş: |