Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə16/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   12   13   14   15   16   17   18   19   ...   124

~ 68 ~

göndərilmiş  sakinlərindən 108 nəfəri müharibənin alovları 

içərisində məhv olaraq öz həyatlarını qurban veriblər. 

Dağbilici Qarabağ müharibəsi illərində.  1992-ci ildən 

indiyədək Dağbilici kəndi Qarabağ müharibəsində 5 nəfər 

şəhid verib. Bunlar aşağıdakılardır:  

Hacı  Əliyev, Təbəssüm Aslanov. Rəfael Səfərov, Ömər 

Nəsirov və Elnur Ağarzayev. 

Hal-hazırda kənddə 2 Qarabağ əlili yaşayır. Bunlar Zaur 

Ağasıyev və Alimşah Nəcməddinovdur. 

Kənd ərazisində dəmyə şəraitində geniş biçənək sahələri 

mövcud olduğuna görə  qış üçün ot tədarükü hər mövsümdə 

burada yaxşı  təşkil edilir. Ot tədarükünün vaxtında və itkisiz 

təmin edilməsi bu yerdə heyvandarlığın səmərəli səkildə 

inkişaf etdirilməsinə münbit şərait yaradır. 



Kəndin məhəllələri.  Kənddə hal-hazırda aşağıdakı  mə-

həllələr vardır: (Məhəllələrin adları onların kənddə çağırıldığı 

adla yazıldı.) 

1.  Sələhli məhəlləsi.  Ağsaqqalı  sələhli Nadirşah 

Qasımov. 

2.  Nədirqulular məhəlləsi.  Bunlar kənddə böyük tayfa 

olublar.  Əvvəlcə  Sələhlilərlə bir yerdə olsalar da sonradan 

ayrılaraq müstəqil məhəllə olublar. Ağsaqqalı  Şirin 

Məmmədov, Mumlu kəndində yaşayan rəhmətlik Səfərəli 

Şıxverdiyevin ulu nəsli Nədirqulular tayfasından olub. 

Sonralar tayfanın bu qolu güclü inkişaf etdiyinə görə Mumlu 

kəndinə köçmüş və indiyədək orada yaşayır. 

3. Həmzəlilər məhəlləsi. Ağsaqqalı Bayram müəllim. 

4.  Gilanlılar məhəlləsi.  Ağsaqqalı  İzzədin Nuriyev. Bu 

məhəllədə bir ev var, yəni bir ailə yaşayır. Artıq onlar 

Həmzəlilər məhəlləsi ilə birləşmək üzrədir.  

5. Mamazarlılar məhəlləsi.  Ağsaqqalı Malik Həmidov. 

Bu məhəlləyə Müşküruclülər də deyirlər. 

6. Qaflanlılar məhəlləsi. Ağsaqqalı İlham Qaflanov. 



~ 69 ~

7.  Allahverdi  əmi məhəlləsi. Bu məhəllədə yaşayanlar 

tarixən uzaqgörən, bilici olublar. Bunların bir qolu Mumlu 

kəndinə köç edərək orada yaşayır. 



RƏVAYƏT. Deyilənə görə qədim zamanlarda Dağbilici 

kəndindən Həcc ziyarətinə çoxlu zəvvar gedib. Bunlardan biri 

də Hacı Əbdül baba olub. Hacı Əbdül baba sağlığında baxıcı 

olub. Öncədən hər  şeyi görə  və deyə bilib. Dünyasını 

dəyişdiyinə görə  qəbri kənd qəbiristanlığındadır. Yerli əhali 

Hacı  Əbdül kişinin qəbrini indi də ziyarət edirlər. Kim 

ürəyində hansı niyyəti tutub onun qəbrini ziyarətə  gəlirsə 

arzusu, istəyi yerinə yetir. 

Deyilənə görə Hacı  Əbdül babanın Zilheccə adında bir 

qızı vardı. O, uzun ömür sürməsinə baxmayaraq möhkəm 

yaddaşa malik bir insan idi. Zilheccə nənə Dağbilici kəndində 

yaradılmış Folklor kollektivinin repertuarını zənginləşdirən bir 

neçə  qədim nəğməni kollektivə  hədiyyə edib. Məsələn : 

Mübarək həftə so (yeddi səhəng ). Bu nəğmənin tarixi böyük, 

həm də  qədimdir. Zilheccə  nənə söhbət edirdi ki, bu qədim 

nəğmə  İsmayıllı rayonundakı  Həftə so kəndi ilə bağlıdır. O 

dövrlərdə indiki Şabranın Dağbilici kəndilə indiki İsmayıllı 

rayonunun Lahıc kəndi arasında geniş iqtisadi əlaqələri olub. 

Hər iki kənd bir-biri ilə möhkəm ticarət münasibəti yaradıblar. 

Dağbilicidən Lahıca qax, qoz, müxtəlif ədviyyatlar, alça, alma 

və armud qurusu, eləcə  də doşab, bal və sair məhsullar 

göndərilirdi. Lahıcdan isə Dağbiliciyə at nalı, bərsin, oraq, at 

yəhəri, mis qablar (məcməyi, qazan, kəfgir, maşa) və digər 

məişət əşyaları göndərilirdi. 




~ 70 ~

 

 

Bugünkü Dağbilici kəndinin bir hissəsinin görünüşü 

 

Kənddə aparılan qazıntılar barədə.  Kənddə aparılan 

qazıntılar zamanı  qədim gil qablar və  kərpic bişirmək üçün 

istifadə olunan iki ədəd soba yeri aşkarlanıb. Kəndin 

ağsaqqallarının dediyinə görə kəndin içərisi və ətrafları qədim 

yurd yerləridir. Aparılan təsadüfü qazıntılar zamanı orada gil 

qablar, insan sümükləri və digər əşyalar tapılıb. 



Kənddən yetişən görkəmli və tanınmış şəxslər haqqında. 

Kənddən yetişən görkəmli və tanınmış  şəxslər çoxdur. 

Lakin biz bu kitabda yalnız onların bir qismi haqqında 

oxuculara məlumat verəcəyik: 



Abımüslüm Baxşıyev – Əvvəlcə  kənd müəllimi, sonra 

ordu komandiri – polkovnik. 

Bu cəsur insanı  şəxsən tanıdığıma və  mənim gənclik 

yaddaşımda bir qəhrəman obrazı kimi dərin iz saldığına görə 

bu kitabda onun haqqında bir qədər geniş söhbət açacağam:  

HAŞİYƏ:  Abımüslüm Baxşıyev  əvvəlcə Altıağacda 

kənd müəllimi işləyib. Müharibə başladığına görə  cəbhəyə 

çağırılıb. Orduda o, alay komsomol təşkilatının katibi, 416-cı 

Azərbaycan diviziyasının siyasi rəhbərinin köməkçisindən 




~ 71 ~

polkovnik rütbəsinədək yüksəlib. Müharibə dövründə Kerç 

yaxınlığında gedən şiddətli döyüşlərdə fərqlənib. 

Abımüslüm Baxşıyev cəsur bir Dağbilicili oğlu kimi 

1941-1945-ci il Böyük Vətən müharibəsində uzun və 

qələbələrlə dolu döyüş yolu keçib. Altı dəfə yaralansa da Allah 

onu ölümdən qoruyub . Qafqazdan döyüşə atılan mahir döyüş 

komandiri Ukrayna, Krım, Odessa, Kişinyov, Rumıniya, 

Bolqarıstan və Avstriyayadək ağır və dağıdıcı döyüşlərin fəal 

iştirakçısı olub. 

 Qırmızı Bayraq, üç dəfə Qırmızı ulduz, dörd dəfə I və II 

dərəcəli Vətən müharibəsi ordenləri və bir çox medallara layiq 

görülüb. 

Oktay Sultanov – Tarix elmləri doktoru, professor. 

Ramazan Məmmədov  – biologiya elmləri üzrə  fəlsəfə 

doktoru. 



Hüseyn  Əliyev – Keçmiş “Bilici” sovxozunun sabiq 

direktoru və  kənd məktəbində direktor müavini vəzifələrində 

işləyib. 

Balaqadeş Sultanov – keçmiş kolxoz sədri. 

Qurbanqulu Burcuyev – keçmiş kolxoz sədri. 

Haqverdi Yarıyev – Əvvəlcə  Bilici sovxozunun keçmiş 

baş mühasibi, sonralar isə sabiq sovxoz direktoru vəzifəsində. 



Məmməd Mahmudov – Azərbaycan KP Dəvəçi rayon 

Komitəsinin təbliğat  şöbəsinin keçmiş müdiri, Ağbaş 

sovxozunun sabiq direktoru. 

Muxtar Sultanov – müəllim və kənd tam orta məktəbin 

direktoru işləyib. 



Məmmədağa Ağayev – sabiq tam orta məktəb direktoru. 

Saməddin Abdinov – kənd müəllimi və sabiq kənd 

sovetinin sədri. 



Bədrəddin Abdinov – Taxtalar kənd ümumi orta 

məktəbinin direktoru. 



Malik Həmidov  – Dağbilici kənd tam orta məktəbinin 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə