~ 57 ~
olunan müdafiə səddi hissələrini yeni tikilən ikinci sədd ilə
möhkəmləndirdi. Səddin xaricdən qorunması üçün oraya əlavə
ordu hissələri yeridildi. Daxildən canlı müdafiənin daha yaxşı
təşkili üçün əsgəri qüvvə və silah-sursat ehtiyatı daha da
artırıldı.
Həmin dövrdə sıra dağların şimal- qərb birləşməsindən
Babadağa qədər hündür müdafiə səddi çəkildi. Bu sədd
Şəhərgahı Qafqazdakı dağlı tayfalarının aramsız hücumların-
dan ərəblərin müdaxiləsinədək müəyyən qədər qoruya bildi.
Şəhərgah qala şəhərində vaxtıkən zərdüşlük dininə sitayiş
edən əhali yaşayırdı. Belə ki, arxeoloji qazıntılar nəticəsində
aşkar olunan qəbr abidələri və dəfn adətləri bunu deməyə əsas
verir.
Ərəb xilafəti tərəfindən Şəhərgahın işğalı. VII əsrdə
ərəb qoşunları Azərbaycana hücum etdilər. Bir sıra iri şəhərlər
işğal edildi. Ərəblər tezliklə Şamaxını da ələ keçirdilər. Lakin
hələ Şəhərgah haqqında onların kəşfiyyat məlumatları yox idi.
Çox keçmədi ki, Şəhərgahın səsi- sorağı, şan-şöhrəti onlara
çatdı.
Bundan xəbər tutan Şamaxı hakimi 643-cü ildə Şəhərgah
qala şəhərinin üzərinə hücuma keçdi. Qala 30 minlik ərəb
qoşunları tərəfindən mühasirəyə alındı. Qalanın müdafiəçiləri
ərəblərə qarşı güclü müqavimət göstərərək bir neçə ay böyük
igidliklə qalanı müdafiə etdilər.
Şəhərgaha gələnə qədər ərəb ordu sərkərdələri və qoşun
birləşmələri böyük şəhərlərin işğalı zamanında bu cür əziyyət
və çətinlik görməmişdilər. Şəhərgah şəhərinin hər tərəfdən
təbii sədlərlə əhatə olunması ərəblərin qalaya girmək planını
xeyli dərəcədə çətinləşdirmişdi.
Lakin qalanın ən zəif nöqtəsindən düşmənlərin hələ
xəbəri yox idi. Bu zəif yer qala- şəhərin cənub tərəfində əllə
hörülmüş, süni yaradılmış sədd idi. Səddin bu hissəsində
ərəblər əvvəlcə çoxlu tələfat verdilər. Nəhayət böyük çətinliklə
~ 58 ~
də olsa onlar daş divarları uçurub qalaya daxil ola bildilər.
Ərəblərin qoşun hissələri heç bir müqavimətə rast gəlmədən
qalaya daxil oldu. Bu səbəbdən də şəhərin daxili görünüşünə o
dövrdə ciddi ziyan dəymədi.
Beləliklə bu şəhər işğalçı ərəblərin əsarəti altına düşdü.
Şəhərgah ərəblər tərəfindən tutulduqdan sonra düşmənin
dağıtdığı həmin daş divar (hasar) bir daha bərpa olunmadı.
Ərəblər burada olan torpaq yolu isə daş yolla əvəz etdilər.
Ərəblərin daş yolu çəkməkdə başqa məqsədləri və maraqları
vardı. Onlar bu ərazidəki münbit torpaqlara sahib olmaqdan
ötrü bura ərəb ailələrini köçürmək istəyirdilər.
Qısa müddət kəsiyində minlərlə ərəb ailəsi indiki Şabran
( keçmiş Dəvəçi ) rayonunun Dəhnə, Düzbilici, Zağlı, Çinarlar
və digər kəndlərinin ərazisində məskunlaşdırıldılar.
Beləliklə Şəhərgah qala şəhəri XIII əsrin əvvəllərinədək
toxunulmaz qaldı. Lakin çox keçmədi ki, bu qəhrəman qala-
şəhər növbəti dəfə ışğalçı düşmənlə üz-üzə gəldi.
Monqolların hücumu və Şəhərgahın dağıdılaraq
tamamilə məhv edilməsi. 1220-1222-ci illərdə monqolların
Azərbaycana I yürüşü oldu. 1221-ci ildə monqol sərkərdələri
Cəbə və Subatay Gürcüstandan qayıdaraq Şamaxı şəhərini
mühasirəyə aldılar. Şəhər üç gün müdafiə olunsa da monqollar
tərəfindən tutuldu.
1222-ci ilin əvvəlində Şəhərgah əvvəlcə monqollara
güclü müqavimət göstərdi. Sonradan düşmən hücumuna tab
gətirə bilməyib təslim oldu. Lakin xain düşmən qalanı ələ
keçirməsinə və ona heç bir müqavimət göstərilməməsinə
baxmayaraq şəhər – qalanı vəhşicəsinə dagıtmağa başladı.
Düşmən ordusu heç bir güzəşt etmədən bütün qalanı, şəhəri və
onun ətrafına süni çəkilmiş sədlərin hamısını tamamilə
dağıdıb, yerlə-yeksan etdi. Şəhərgah adlı bu möhtəşəm qala-
şəhər monqolların vəhşi istilası nəticəsində tamamilə məhv
edildi.
~ 59 ~
Şəhərgah xarabalıqları
Beləliklə təxminən 10 əsrə yaxın öz mövcudluğunu
qoruyub saxlayan, zamanın hər cür çətinliyinə sinə gərən,
təbiətin füsunkar abidəsi, Şabran torpağının mühüm müdafiə
istehkamlarından bıri Şəhərgah şəhər-qalası süqut edərək
tarixin unudulmaz bir yaddaşına çevrildi.
Ramin Bayramov,
Şabran şəhər M.Nəzirov adına
4 saylı tam orta məktəbin tarix nüəllimi
~ 60 ~
DAĞBİLİCİ KƏNDİNİN TARİXİNDƏN…
BU YERLƏRƏ GƏL...
(Şeirdən bir parça)
Qədim yurd yeridir iki Bilici,
Biri dağ, biri düz- hər biri inci.
Görəndə adamın artır sevinci,
Yubanma, əziz dost, bu yerlərə gəl.
Həm tamaşa elə, həm gəz, həm dincəl.
Sizə söhbət açım Dərəmumludan,
Heç vaxt xəstələnməz havasın udan.
Gözəl mənzərəsi çıxarmı yaddan?!
Yubanma, əziz dost, bu yerlərə gəl.
Həm tamaşa elə, həm gəz, həm dincəl.
Təkdir gözəllikdə Bilici Qorğan,
Bu yerlər gələcək xoşuna inan.
Təmiz hava üçün darıxan zaman
Yubanma, əziz dost, bu yerlərə gəl.
Həm tamaşa elə, həm gəz, həm dincəl.
Çox cavan bir kənddir bizim Taxtalar,
Üşütməz insanı qışda şaxtalar.
Bura hər vaxt gələn razı qayıdar,
Yubanma, əziz dost, bu yerlərə gəl.
Həm tamaşa elə, həm gəz, həm dincəl.
Zakir, burda bitir sən gəl sözünü,
Sadə ol, yuxarı tutma özünü.
Tanrı yumanadək sənin gözünü,
Yubanma özün də, bu yerlərə gəl.
Həm tamaşa elə, həm gəz, həm dincəl.
Dostları ilə paylaş: |