_______________Milli Kitabxana___________________
415
Tatyana Mixaylovna qonaqları qarşıladı,
nəşriyyatın işlərindən danışdı və axırda dedi:
- Heydər Əliyeviç, sizin Cırtdan da burdadır.
Sonra əlindəki hədiyyə şəklində çap olunmuş “Sa-
lam Cırtdan” kitabını ona verdi. Heydər Əliyev ki-
tabı vərəqləyib gülümsündü.
- Müəllifini də dəvət etmişik. Arxanızda
dayanıb. Heydər Əliyev arxaya çevrilib mənə əl
verdi. Kefimi soruşdu.
- Azərbaycandan təkcə sənmi gəlmisən? -
dedi.
- Bəli-dedim-uşaq ədəbiyyatından təkcə
mənəm. Azərbaycan nəşriyyatlarının sərgisi ayrı-
cadı. Orada xeyli yazıçı var. Heydər Əliyev əlimi
sıxdı və müvəffəqiyyətlər arzuladı.
Şatunova Heydər Əliyevin xatirinə mənim
kitabımı yuxarı cərgələrin birində yerləşdirdi.
“Salam Cırtdan” 1987-ci ildə SSRI üzrə keçi-
rilən “Ilin ən yaxşı uşaq kitabı” müsabiqəsində
qalib gəldi. Bu kitabdan götürülən şeirlər və heka-
yələr dünyanın bir sıra dillərinə tərcümə olundu.
SSRI – nin tərkibinə daxil olan bütün Respublika-
larda çap olundu. Bu müvəffəqiyyətin böyük hissə-
si Yuri Kuşakın payına düşür.
Kuşak mənim əsərlərimi sanki özününkü
hesab edirdi. Daim çalışırdı ki, bu əsərlər hardasa
çap olunsun. 1992-ci ildə Kuşak tərəfindən tərcümə
olunan “Günəbaxanlar böyüyəcək” adlı şeirlər
kitabım iki milyon tirajla çap olundu. Bu kitabın
_______________Milli Kitabxana___________________
416
həmin seriyadan çıxmasında Kuşakın zəhməti
danılmazdır.
1981-ci il idi. Azərbaycan Yazıçılarının VII
qurultayında məruzə edirdim. Məruzəni edib aşağı
düşəndə mənə bir məktub göndərdilər. Orada yazıl-
mışdı ki, tənəffüsdə direktorun otağına gedim. Qu-
rultay indiki Şəhriyar adına klubda keçirilirdi. Mən
direktorun otağına gələndə orada cavan bir rus
qadını gördüm. Başqa heç bir kəs yox idi. Qadın
ayağa durub mənimlə salamlaşdı və adını dedi:
- Lüdmila Ivanovna! – Sonra əlavə etdi. Sizi
yaxşı tanıyıram. Gözəl şair və nasirsiniz. Bu günkü
məruzəniz çox xoşuma gəldi. Mən Detskaya lite-
ratura nəşriyyatının ədəbiyyatşünaslıq şöbəsinin
müdiriyəm. Siz bizim nəşriyyat üçün “Azərbaycan
uşaq ədəbiyyatı” adlı bir kitab yazarsınızmı?
O zaman mənim çap olunmaq problemim
yox idi. Kitablarım böyük tirajlarla nəşr olunurdu.
Buna görə də həmin qadının təklifini saymazyana
qəbul etdim və zarafatla dedim:
- Əgər yaxşı qonorar versəniz yazaram.
- Nə qədər istəyirsiniz-deyə qadın dilləndi.
Çap listinə 500 manat! – O zaman bu çox
böyük bir qonorar idi. Mən əlbəttə bu sözü də
zarafatla demişdim.
Lüdmila Ivavovna sakitcə çantasını açdı və
oradan müqavilə blankı çıxartdı. 12 çap vərəqi
həcmində kitabı bir il müddətinə nəşriyyata verməli
idim. Doğrusu b kitabı yazmaq o qədər də ürə-
_______________Milli Kitabxana___________________
417
yimdən deyildi. Çünki elmi işdənsə bədii yazılarla
məşğul olmağı daha üstün hesab edirdim. Lakin
müqavilə bağlanmışdı. Daha geriyə yol yox idi...
Mən müqaviləni evə gətirib qoydum və o
saat da unutdum. Təxminən üç aydan sonra Mos-
kvadan zəng etdilər. Danışan Lyudmila Ivanovna
idi. O, məndən kitabın nə vəziyyətdə olduğunu
soruşdu. Mən müqaviləni yalnız indi xatırladım və
yalandan dedim:
- Kitab yazılır. Vaxtında hazır olacaq.
Dəstəyi yerə qoyandan sonra bədənimdə bir
istilik hiss etdim. Həmin gecəni yata bilmədim.
Səhər saat 5- də durdum. Iş otağına keçdim. Elə
belə bir neçə cümlə yazdım. Yadındadı ki, belə
cümlələr yazmışdım: “Təsəvvür edin ki, indicə
əlinizə aldığınız bu kitab qədim tarixə malik olan
böyük bir ölkənin qapılarıdır. Siz onu açıb bu
qəribə taleli bir diyara daxil olursunuz. Bu
torpaqdan kimlər keçmişdir? Bu torpaq uğrunda
kimlər ölmüşlər? Bu torpağın nəhəng yazıçıları
kimlərdir? Siz bu suala kitabda cavab
tapacaqsınız”. Həmin gün təxminən 12 səhifə
yazdım. Bu səhifələrin hamısı olmasa da təxminən
7-8-i kitaba daxil oldu. Beləliklə düz doqquz aydan
sonra kitab hazır idi. Mən onu nəşriyyata təqdim
etdim.
Ədəbiyyat həvəskarlarına onu da deyim ki,
bu doqquz ay ərzində bizim ailəmiz demək olar ki,
_______________Milli Kitabxana___________________
418
heç yerə gedə bilmədi. Toy, ad günləri, müxtəlif
əyləncələr bizsiz keçdi.
Kitab nəşriyyata təqdim ediləndən sonra yeni
bir problem çıxdı. Onu kim tərcümə edəcək?
Lüdmila Ivanovna dedi:
- Iqor Motyaşov razı olsa əladır.
- Siz Iqoru deyirsiniz? O hökmən razı olar?
- Əgər Iqor Pavloviç sizin üçün Iqordursa,
onda mümkündür.
Mən şöbə müdirinin danışığında bir ironiya
hiss etdim. O, demək istəyirdi ki, Motyaşov kimi
görkəmli bir alimə sənin “Iqor” deməyin doğru de-
yil. Lakin o, mühüm bir şeyi bilmirdi. O, bilmirdi
ki, biz Motyaşovla bir ay yoldaşlıq etmişik.
Peredelkino Yaradıcılıq evində mən Məm-
məd Ismayıl, Əziz Şərif və arvadı, I.Motyaşov və
arvadı düz bir ay bir stolun ətrafında oturmuşduq.
Bir-birimizə adımızı deyirdik.
Mən Motyaşova məktub yazdım. O, təxmi-
nən iyirmi gündən sonra mənə cavab göndərdi ki,
artıq kitabı vərəqləyib və onu tərcümə etməyə hazırdır.
Beləliklə, rus ədəbiyyatının görkəmli nümayəndəsi Iqor
Motyaşov da mənim tərcüməçim oldu.
Yuri Kuşak və Iqor Motyaşov yaradıcılıq
taleyimdə xüsusi rol oynadıqlarına görə onların hər
ikisi mənim üçün son dərəcə əzizdir.
Dostları ilə paylaş: |