Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə12/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

Milli Kitabxana  

 

 



 

49 


 

 

 



 

ÇİYƏLƏK ÇAYININ DİBİNDƏKİ OĞLAN 

 

 

ecə olub ki, uşaqlar bu çayın dadına vaxtında 

baxmayıblar. Daha doğrusu az qala bu gözəl çay 

havayıca axıb gedəcəkdi.  Şəhər gözətçilərindən 

biri axşam qaranlığında küçədən keçən bu sudan 

bir qurtum içdi və çiyələk  şirəsinin gözəl  ətrini duyan kimi 

şirədən ovuc-ovuc başına çəkməyə başladı. Sonra bərkdən 

qışqırıb xəbərdar еtdi: 

—Tez olun, çiyələk şirəsi axıb qurtarmamış ıçın.  

Hər tərəfdən tökülüşüb gəldilər və çiyələk çayından 

|doyunca içdilər.  Şirə tamam içilib qurtarandan sonra çayın 

dibindən balaca bir oğlan tapdılar. Sən demə bu oğlan hamıdan 

qabaq çayın dadına baxıb və ondan doyunca içmək üçün özünü 

şirənin içinə atıbmış. Oğlanı çəkib bir tərəfə uzatdılar. Şirədən 

o qədər içmişdi ki, özündən gеtmişdi. Haçandan-haçana huşu 

başına gəldi.  

—Tez olun, mənə çiyələk şirəsi verin.                

Onu başa saldılar ki, şirə içilib tamam qurtarıb. Oğlan 

ağlamağa başladı  və camaata dedi ki, əgər çiyələk  şirəsi 

verməsələr sonra ondan inciməsinlər. 

Camaat əl-ayağa düşdü. Vedrə götürüb bazara qaçdılar. 

Çoxlu çiyələk alıb gətirdilər. Oğlan doyunca yedi.   Kimsə 

qorxa-qorxa oğlandan soruşdu: 

Əgər çiyələk almasaydılar neyniyəcəkdin?  

—Gedib bazardan çiyələk alacaqdım, — deyə  oğlan 

çala-çala çıxıb getdi.                                   

 



 

Milli Kitabxana  

 

 



 

50

 



 

BƏDƏLİN ŞƏHADƏT BARMAĞI 

 

ədəlin  şəhadət barmağının ağlına gəlmişdi ki



burnunun içində  nə isə mühüm bir şey gizlənib. 

Buna görə  də barmaq tənbəllik etməyib burnunun 

sağ deşiyindən içəri soxuldu. Ozü də dibəcən getdi 

və  fıkirləşdi ki, mühüm şey mütləq dib tərəfdə olmalıdır. 

Şəhadət barmaq gecəli-gündüzlü  əlləşdi. Dərs vaxtı da, çörək 

yeyəndə  də, hətta axşam yatanda da burundan çölə  çıxmaq 

istəmədi. Amma axtardığı o mühüm şeyi tapa bilmədi. İşi belə 

görəndə barmaq sol tərəfə cumdu. Yenə  də lap dibə  qədər 

getdi.  

Tərslikdən yenə  də  səfərdən  əliboş qayıtdı. Amma 

ruhdan duşməyib. Bədəl dördüncü sinfə keçib. Amma şəhadət 

barmaq axtarışlarını bir dəqiqə  də yarımçıq qoymur. Deyirlər 

hələ də o, burunun gah sağ, gah da sol tərəfindən içəri soxulur, 

səbirlə  həmin mühüm şeyi axtarır.  İşdir,  əgər bir şey tapsa, 

hökmən sizə  də deyərəm. Amma burunun içindən mühüm bir 

şey tapacağına nədənsə heç ümidim yoxdur. 

Adamlar isə bu axtarışa əhəmiyyət verməyib deyirlər: 

Əlini burnundan çıxart, ayıbdır.                    

Yazıq Bədəl neyləsin. Bu camaatı necə başa salsın 

burnunun içində vacib bir şey gizlənib və  şəhadət barmağı 

hökmən onu tapmalıdı. 

 

 

 




Milli Kitabxana  

 

 



 

51 


 

 

 

 

 

 

TURALIN ATI 

 

t dördnala çapırdı. Tural nə  qədər "Durr" edirdisə 



dayanmaq bilmirdi ki, bilmirdi. 

 —Qaçın, at sizi basacaq! — deyə qışqınrdı. — Bu at 

deyəsən dəli olub.                                  

Uşaqların hərəsi bir tərəfə qaçdı. Təkcə  səkkiz yaşlı 

Vüsal yerindən tərpənməyib dedi: 

—Atını bir az o yandan sür de!                     

—Axı, dayanmır, dəli olub ey! Tez ol qabağından qaç!   

—Əşşi, sən də bizi dolamısan, bunun harası atdı, qarğı 

dеyil? 


—Yox,  əsil atdı! Görmürsən? Özü də  dəli olub, qaçın 

qabağından!                                             

Uşaqlar nə  qədər başa salmağa çalışırdılar ki, at deyil

Turalın mindiyi qarğıdı, o daha hündürdən qışqırıb dedi: 

—Mənim atım lap həqiqi atdı. Tez olun qabağından 

qaçın, yoxsa hamınızı tapdalayar! 

Heç kəs bu "dəli" atın qabağından qaçmadı. Tural da 

atını o tərəfdən səyirdib getdi ki, adamları tapdamasın...    

 

 

 




 

Milli Kitabxana  

 

 



 

52

 



 

 

 



 

ÇƏMƏNLİKDƏN QOVULAN QURBAĞA 

 

Çəmənlikdə  hərənin bir işi vardı. Arılar səhərdən 



axşamacan bal yığıb daşıyırdı. Çiçəklər torpağın  şirəsini, 

günəşin  şüasını sorub böyüyürdü. Ot yarpaqları gündən-günə 

mehribanlaşır, sıxlaşırdı. Kəpənəklər ləzzətlə uçaraq bu 

əhvalatları hər yana yayırdı.  

Təkcə qurbağa axşama kimi quruldayırdı. 

—Bura bax, — deyə bir dəfə ondan soruşdular, — sən 

niyə bir işin qulpundan yapışmırsan, hə?!  

—Mən də  nəğmə oxuyuram. Məgər sizə bir mahnı 

oxuyan lazım deyil?                                     

Mahnını işdən sonra da oxumaq olar. Amma sən cır 

səsinlə qulağımızı aparırsan. 

Bu söz hamının ağlına batdı və belə qərara gəldilər ki, 

qurbağanı çəmənlikdən qovsunlar.  

Bax, həmin vaxtdan qurbağalar gölməçələrdə yaşamağa 

başladılar.                             

Amma burada da onların işi düz gətirmədi. Gölməçə-

dəki balaca balıqlar bu boşboğazların oxumasını  qətiyyən 

istəmədilər. 

Həmin gündən qurbağalar ancaq göllərin qırağında 

oxuyur. Qorxudan nə  çəmənliyə gedir, nə  də gölün içində 

oxuya bilirlər. Mahnılarını oxuyub qurtaran kimi isə gölə 

atılırlar. 

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə