23
1912-1913-cü illərdən etibarən “Manas” dastanı ilə maraq-
lanmaqla bərabər, sonralar “Oğuz dastanı”nı da nəşrə hazır-
lamışdır. Bu əsər əsasən Rəşidəddin Fəzlullahın “Cami üt
Təvarix” adlı əsərindəki “Oğuzların və türklərin tarixi” his-
səsinin tərcüməsidir (S.17-78). Əsər Ə.Zəki Validi Toğanın
vəfatından sonra tələbəsi olmuş Tuncar Baykara tərəfindən
çap edilmişdir (Rəşidəddinin Oğuznaməsi, tərcümə və təhli-
li, İstanbul, 1972, 164 s.).
Ə.Zəki Validi Toğanın elmi tədqiqatlarında İtil-Uralda,
Türküstanda və Qafqazda yaşayan türklərin tarixi də xüsusi
yer tutmaqdadır. Onun 1969-cu ildə İstanbulda nəşr
olunmuş “Xatirələr” əsəri (digər adı “Türküstan və digər
müsəlman Şərq türklərinin milli varlıq və kültür mücadilə-
ləri”dir) XX əsrin birinci rübündə adı çəkilən ərazilərdə icti-
mai-siyasi və mədəni sahələrdə baş vermiş hadisələrin əksi-
dir. Bütün bu hadisələrdə müəllif şəxsən özü iştirak etmiş-
dir. Onun “Türk və tatar tarixi” (Kazan, 1912, 280 s) kitabı
bir çox mənbələrdən yararlanaraq yazılmışdır. Burada da İtil
-Uralda yaşayan türklərin milli istiqlal mübarizəsindən bəhs
olunur.
Ə.Zəki Validi Toğan elmi fəaliyyəti zamanı Azərbay-
canın tarixinə çox böyük əhəmiyyət vermişdir. O, Azərbay-
can türklərinin tarixinə, etnoqrafiyasına, ictimai-siyasi, iqti-
sadi və mədəni vəziyyətlərinə dair çoxlu sayda elmi məqalə-
lər yazıb müxtəlif illərdə və müxtəlif dillərdə buraxılan el-
mi, elmi-kütləvi jurnallarda və ensiklopediyalarda çap etdir-
mişdir. Onun tədqiqatlarında Azərbaycan tarixinin qədim və
orta əsrlər dövrünün müxtəlif problemləri xüsusi yer tutur.
Alim öz araşdırmalarında tarixi etnoqrafiyaya xüsusi yer
verdiyi üçün bu sahəni daha geniş, ətraflı tədqiqata cəlb
etmişdir. Onun bu sahəyə xüsusi meyl göstərməsi heç də
təsadüfi deyildir. Məlumdur ki, 20-ci illərin əvvəllərində
Azərbaycanın tarixi etnoqrafiyasının obyektiv şəkildə
öyrənilməsi cəhdləri Məhəmməd Həsən Baharlı tərəfindən
24
edilmişdir. Bu problemi Azərbaycandan kənarda ilk tədqiq
edənlərdən biri məhz Ə. Zəki Validi Toğan olmuşdur. O,
1927-ci ildə “Azərbaycan etnoqrafiyasına dair” adlı məşhur
tədqiqatını işləyib nəşr etdirmişdir. O, seçdiyi mövzunun ak-
tuallığını dərk etmiş və problemin dərindən tədqiqində ilk
qaynaqlara daha çox əhəmiyyət vermişdir.
Ə.Zəki Validi Toğan bu tədqiqatında miladdan sonra
Azərbaycana şimaldan daxil olan türk tayfalarının mənşəyi
məsələsinə və onların Azərbaycan toponimikasında qalan
izlərinə xüsusi diqqət yetirmişdir. Müəllif “Azərbaycan
Yurd Bilgisi” dərgisində nəşr etdirdiyi (1932.- C.I.- S.35-48,
69-83, 123-132, 145-156) “Azərbaycanın tarixi colğrafiya-
sı” məqaləsi ilə bu problemin öyrənilməsi istiqamətində mü-
hüm addım atmış oldu.
Onun “Ümumtürk tarixinə giriş” əsərində Azərbaycan
tarixinin qədim və orta əsrlər dövrünə geniş yer verilmişdir.
O, bu əsərində Azərbaycan tarixinin müxtəlif məsələlərini
(Azərbaycanın miladdan öncə də türklərin vətəni olduğunu,
miladdan sonra başqa türk tayfalarının həm şimaldan, həm
də şərqdən Azərbaycana axınını, oğuzların yürüşlərini, mon-
qol işğalı zamanı Azərbaycanın ictimai-iqtisadi vəziyyətini,
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması və fəa-
liyyətləri) işıqlandırmağa cəhd göstərmiş və buna müəyyən
mənada nail ola bilmişdir.
Ə.Zəki Validi Toğanın Azərbaycana aid əsərlərindən
biri də Türkiyədə nəşr olunmuş “İslam Ensiklopediyası”nda
(C.II.- S.91-118) çap etdirdiyi “Azərbaycan” məqaləsidir.
Müəllif burada Azərbaycan tarixinin mükəmməl icmalını
özündə əks etdirmiş və məqalənin daxilində mövzuya uyğun
olaraq mötərizə içində mənbənin adını göstərməklə yanaşı,
sonda müxtəlif dillərdə yazılmış əsərlərin biblioqrafiyasını
da vermişdir.
Tədqiqatçı-alim “İslam Ensiklopediyası”nda “Araz”
(C.I.- S.555-557) və “Arran” (C.I.- S.596-598) məqalələrini
25
də çap etdirmiş və bu sözlərin həqiqi mənalarını açmağa
çalışmışdır.
Ə. Zəki Validi Toğanın 1969-cu ildə İstanbulda nəşr
olunmuş irihəcmli “Xatirələr” kitabında Bakıda Şərq Xalq-
larının I Qurultayı keçirilən zaman (1920-ci il sentyabrın 1-
7-də) burada gizli fəaliyyət göstərəndə, 20-ci illərdə Türküs-
tanda baş vermiş milli-mücadilə dövründə, İran yolu ilə Av-
ropaya gedərkən Məşhəd şəhərində, sonralar Avropada və
Türkiyədə yaşadığı zaman ünsiyyət saxladığı Azərbaycan
türkləri haqqında maraqlı məlumatlar verilir.
Ə.Zəki Validi Toğanın tarixçiliyində bir neçə nöqtə
vardır. Onlardan biri onun kitabxanalarda araşdırmalar apa-
raraq indiyə qədər Türkiyə tarixşünaslığında istifadə edilmə-
miş bir çox mənbələri ortaya çıxartmasıdır. Buna misal ola-
raq İbn Fadlanın səyahətnaməsini, əl-Biruninin əsərlərini və
xarəzm dilinə aid əski nümunələri göstərə bilərik. Onun
tarixşünaslığının ikinci yönü də müstəqil fikirlər irəli sürmə-
sidir (Orta Asiyada quraqlıq, Kay-Kayı və bir çox başqa
məsələlərdə).
Ə.Zəki Validi Toğanın elmi fəaliyyətində 1950-1960-
cı illərdə türk kültürünün çoxcildli müfəssəl bir təməl, yəni
ensiklopedik xarakterli nəşrinin tərtib olunub dünya ictima-
iyyətinə çatdırılması məsələsində tutduğu mövqe diqqəti da-
ha çox cəlb etməkdədir.
O, bu illərdə sol görüşlü istər türkiyəli, istərsə də xarici
alimlərin mövqelərini kəskin tənqid edərək, onlara qarşı yo-
rulmadan mübarizə apararaq Türkiyə xaricində yaşayan
türklərin haqqında və onların yaratdıqları mədəniyyət əsər-
lərinin bu təməl kitabda yer almasına çalışmışdır. Halbuki
bəzi sol görüşlü müəlliflər onun bu fikrinin əleyhinə idilər.
Uzun illər Prof. dr. Ə.Zəki Validi Toğan və başqa mü-
hacir alimlərin əsərləri Avropa və dünyanın başqa ölkələri-
nin elmi ictimaiyyətinə məlum olduğu halda, öz vətəni, Baş-
qırdıstan da daxil olmaqla, keçmiş SSRİ ərazisində istifadə
Dostları ilə paylaş: |