Microsoft Word Yoluxucu x?st?likl?r



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə33/70
tarix14.06.2018
ölçüsü27,2 Kb.
#48698
1   ...   29   30   31   32   33   34   35   36   ...   70

 
 
501) Qarın yatalağı zamanı bağırsaqda xoraların əmələ gəlməsinin patogenetik 
mexanizminə aid deyil: 
 
A) Banal iltihabi reaksiya, leykositar infiltrasiya 
B) Nekrotik toxumaların qopması və xoraların əmələ gəlməsi 
C) Endotoksinin bağırsağın periferik vegetativ düyünlərinə təsiri nəticəsində onun 
limfatik törəmələrində və selikli qişasında damar və trofiki dəyişikliklərin inkişafı 
D) Beyinvari şişmə, nekroz 
E) Endotoksinin bilavasitə bağırsağın limfatik törəmələrinə təsiri 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
502) Qarın yatalağı zamanı bağırsaq qanaxmasının əsas patogenetik 
mexanizminə aid deyildir: 
 
A) Damar keçiriciliyinin pozğunluğu 
B) Trombohemorragik sindromun inkişafı 
C) Zərdabın proteolitik aktivliyinin artması 
D) Mikrosirkulyasiyanın pozğunluğu 
E) Hiperergik iltihab 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
503) Qarın yatalağı zamanı inkubasiya dövrünün orta müddəti necə gün təşkil 
edir? 
 
A) 15 - 25 
B) 30 - dən çox 
C) 25 - 30 
D) 1 - 8 
E) 9 - 14 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
504) Qarın yatalağı üçün xarakterik deyil: 
 
A) Yalnız tipik formanın olması 
B) Xəstəliyin kəskin başlanğıcı 
C) Atipik formaların olması 


 
 
D) Xəstəliyin tədricən başlanması, klinik simptomların 8 - 9 - cu gün maksimal 
ifadəliyi ilə 
E) Prodromal dövrün tez - tez aşkar edilməsi 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
505) Qarın yatalağının spesifik ağırlaşmasına aiddir: 
 
A) Davamlı baş ağrıları 
B) Hərarət 
C) Yuxusuzluq 
D) İntoksikasiya 
E) Bağırsaq qanaxması 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
506) Qarın yatalağının prodromal dövründə hansı hal müşahidə olunmur? 
 
A) Subfebrilitet əmələ gəlir 
B) İş qabiliyyəti azalır 
C) Ümumi vəziyyət pozulmur 
D) Halsızlıq, əzginlik, baş ağrıları, yorğunluq əmələ gəlir 
E) Yuxu və iştah pozulur 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
507) Qarın yatalağı zamanı sinir sisteminin pozğunluğunun hansı əlaməti 
xarakter deyil? 
 
A) Baş ağrısı 
B) Tormozlanma 
C) Ümumi zəiflik 
D) Apatiya, adinamiya 
E) Beyin qişalarının qıcıqlanması 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
508) Tifoz statusun əlaməti deyil: 


 
 
 
A) Sayıqlama 
B) Şüurun itməsi 
C) Tormozlanma 
D) Eyforiya 
E) Apatiya, adinamiya 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
509) Qarın yatalağı zamanı dəri tərəfindən aşağıdakı dəyişikliklər qeyd 
olunmur: 
 
A) Başın tüklü hissəsində qovuqcuqların olması 
B) Ağır formalarda rozeolyoz - petexial səpkilər 
C) Ayaqaltının və ovucların sarıya çalan rəngi 
D) Qarnın yuxarı şöbələrinin, döş qəfəsinin yan divarlarının dərisində rozeolyoz 
səpkilər 
E) Dəri örtüyünün solğun olması 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
510) Qarın yatalağı zamanı səpkinin meydana çıxması müddətləri: 
 
A) Xəstəliyin 11 - 15 - ci günü 
B) Xəstəliyin 8 - 10 - cu günü 
C) Rekonvalessensiya dövründə 
D) Xəstəliyin 1 - 7 - ci günü 
E) İnkubasiya dövründə 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007,39səh Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 
 
511) Qarın yatalağı zamanı səpkiyə xarakterdir: 
 
A) Qarnın dərisində olmur 
B) Çox vaxt üzdə olur 
C) Rozeolalara təzyiq etdikdə al - çəhrayı rəng alır 
D) Təkrar səpmə fenomeni 
E) Bir anda baş verir 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007,39səh Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 


 
 
 
512) Qarın yatalağı zamanı ürək - damar sistemi tərəfindən bu dəyişikliklər rast 
gəlmir: 
 
A) Arterial təzyiqin enməsi 
B) Arterial təzyiqin yüksəlməsi 
C) Ürək tonlarının karlaşması 
D) Nəbzin dikrotiyası 
E) Nisbi bradikardiya 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007,39səh Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 
 
513) Qarın yatalağı zamanı həzm sistemi orqanları tərəfindən hansı dəyişikliklər 
rast gəlmir? 
 
A) Pankreatit 
B) Qəbizlik, meteorizm 
C) Hepatoliyenal sindrom 
D) Qarnın palpasiyası zamanı qurultu, sağ qalça nahiyyəsində perkutor səsin 
qısalması 
E) İshal 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, 40səhЕ. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 
 
514) Qarın yatalağı zamanı periferik qanda hansı dəyişikliklər rast gəlmir? 
 
A) Nisbi limfositoz 
B) Leykopeniya 
C) Aneozinofiliya 
D) Sola meyilliliklə neytropeniya 
E) Trombositlərin miqdarının artması 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, 41səhЕ. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990 
 
515) Müasir qarın yatalağı üçün xarakter deyil: 
 
A) Xəstəliyin ağır formalarının tezliyinin azalması 
B) Xəstəliyin müddətinin qısalması 
C) Qeyri - düzgün və ya remittə edən hərarət 
D) Tipik temperatur əyrisi 
E) İrinli - septik fəsadların tezliyinin azalması 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə