Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə14/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

Rüstəm Kamal 
 
52 
 
Təbrizин  образы  xəyallarda,  gözlərdə  canlandırılır.  Fri-
dunun  uzaqdan  eşitdiyi  bir  bayatı  səsi  “şirin  bir  ana  laylası” 
kimi,  “bir  xəyal  kimi”  Təbrizi  gözündə  canlandırır:  “Təbriz 
üstü Marağa...”   
Tonqal başında səslənən bir bayatı da Kərim dayını xəyalən 
Təbrizə aparır:  
 
Təbrizin küçələri, 
Banlamaz beçələri. 
Girəydim yar qoynuna 
Payızın gecələri. (“Tonqal başında”) 
 
Ümumiyyətlə,  Мирзя  Ибращимовун  “Təbriz  mətni”ndə 
“gözündə  canlandırmaq”  ifadəsi  çox  təkrarlanan  psixoloji 
durum  aktıdır.  Mifoloji  düşüncədə  xatirə  və  dirilmə  ontoloji 
baxımdan  eynidir.  Təbrizi  xatırlamaq  əslində,  yenidən 
dirilməkdir.  Onların  dilində  “Təbriz”  adı  dua  -  ovsun  mətni 
kimi  səslənir:  “İki  gündən  sonra  Təbriz!  Təbriz!..  Təbriz 
bilirsənmi nədir? Xəyal, ümid və gələcəkdir.” (“Gələcək gün”)  
Fridunun,  Azadın,  Xosrov  Ruzbehin  hər  sözü,  щяр  andы  - 
performativ  akt  kimi  сяслянир.  Hər  söz  olacağın,  gələcəyin 
layihəsidir.  “Təbriz  mətni”nin  ritorikası  tamamilə  proqnostik 
mahiyyətli  olub  бцтюв  Azərbaycanın  sabahına  inamı 
proqramlaşdırır.  
 “Qardaşlarım, gəlin sabahlarımızı ürəyimizə basıb onun pak 
ruhu  qarşısında  and  içək...  And  içək  ki,  ölüm  bizi 
Azərbaycanın  səadəti  yolundan,  böyük  amalımız  yolundan 
döndərə  bilməz!  (“Azad”);  “Görənlər  nağıl  edirdilər  ki,  Azər 
dar  ağacının  altında  da:  “Yaşasın  azadlıq!  “deyə  qışqırıbdır. 
Kəndiri  boğazın  atanda:  “Yoldaşlarımız  bizim  intiqamımızı 
alarlar!”  deyibdir.”  Saqqalımın  bu  ağ  vaxtında  tüfəngi  bihudə 
yerə  çiynimə  salmamışam,  mənim  əzizlərim”  (“Tonqal 
başında”);  “Fridun  inanırdı  ki,  qaldırdıqları  al  bayraq  bir  də 


Rüstəm Kamal 
 
53 
 
xalqın  qanına  boyanacaq,  bir  də  yatırılacaq  olursa,  yenə 
mürtəce  və  müstəbidlərə  qurtuluş  yoxdur.  Ölüm  onların 
yaxasından  əl  çəkməyəcəkdir.  Çünki  gələcək,  azadlığın  və 
əməyindir.  Bəli,  tarixin  pozulmaz  hökmü  belədir!”  (“Gələcək 
gün”).” 
Mirzə İbrahimov özü də buna црякдян inanırdı... 
Инанырды ки, Тябриздяки евя (Евиня) гайыдаъаг... 
 
 


Rüstəm Kamal 
 
54 
 
ЩЦСЕЙН АРИФ ЕКОСОФИЙАСЫ:  
ЕВИН ДЯРКИ  
 
Nизами Ъяфярова  
 
Hüseyn  Arif poetik  ləhcəmizin-şivəmizin qoruyucusu. Türk 
(tərəkəmə,  elat…)  insanının  sözdə,  ləhcədə  möhürlənmiş 
ruhudur.  Xalq  şairi  Hüseyn  Arifin  fəlsəfəsini  ekosofiya 
adlandıra  bilərik.  Ekosofiya  yurd,  ev  sevgisidir,  evin  dərkidir. 
İlkinliyə,  əsliliyə,  yaddaşa  qayıdış  sevgisidir.  Evin,  nəslin  və 
təbiətin  dərki  ömrün  dəyərini  anlamaq  imkanıdır.  Ev  Hüseyn 
Arif  fəlsəfəsinin başlıca simvoludur.  
Hüseyn  Arif  poeziyasına  təbiət  varlıqları  ilə  mənşə  birliyi, 
qohumluq  duyğusu  hakimdir.  H.Arif  təbiətin  həm  sultanıydı, 
həm  də  qulu.  Özünü  dağ  kəli  ilə,  qartalla  dost  saymaq  heç  də 
coşqun şair təxəyyülünün  məhsulu deyil, poetik  statusunun  və 
davranış aktı idi.  
Bu  fəlsəfənin,  bu  dünyagörüşün  (poetik  inancın)  əsası  – 
qohumluq,  soykök  axtarışıdır.  Hüseyn  Arif  adamlar  içində 
tənhaydı (“Dağları insansız qoymaq olarmı?”). 
H.Arif güclü şəcərə - nəsil təfəkkürünün daşıyıcısı idi. Onun 
epik 
təfəkkürü 
qohumluq 
obrazını, 
qohum-əqrəbalıq 
münasibətlərini yaşadırdı. Öz əcdadlarını (yeddi arxa dönənini) 
axtaran  şair  bütün  ətraf  dünyanı  da  bu  münasibətlərin  
konkestində  dərk  edirdi.  Bu  təfəkkür  tipi  üçün  abstrakt 
kateqoriyaların,  anlayışların  elə  bir  əhəmiyyəti  yox  idi.  Biz 
essemizdə  Hüseyn  Arifin  obraz  məntiqini  bərpaetməyə 
çalışırıq.  
 
* * * 
Yaradıcılıq  psixologiyasından  məlumdur  ki,  şairlər  ömrün, 
yaşın   eyni  bir  fazasını  fərqli  qavrayırlar  və dərk edirlər. Bəzi 
yazıçıların  (məsələn,  XX  əsrin  ünlü  fransız  yazıçıları  Marsel 


Rüstəm Kamal 
 
55 
 
Prustun  və  ya  Jan  Koktonun)  yaşamına,  taleyinə,  qismətinə 
həmişəlik  “uşaqlıq  möhürü  vurulur”  (Andre  Morua):  onlara 
böyüklərin  dünyası  daxilən  həmişə  yad  olmuş,  onlar  isti  ana 
qucağını  heç  vaxt  unuda  bilmir.  Ömrüboyu  daim  yeniyetmə 
havası ilə yaşayanlar da var. B. Pasternak şeirlərinin birində öz 
yaşını  göstərmişdir:  “Mne  çetırnadüatğ  let...”  Ona  görə  də  A. 
Voznesenski onu “əbədi yeniyetmə” adlandırırdı. 
H.Arifdə  sanki  ömrün  iki  çağı  -  iki  yaş  fazası  mövcuddur: 
uşaqlıq və qocalıq. Cavanlıq daha çox ruhun işıqlı ötəri - keçid 
fazası kimi çıxış edir. Cavanlıq uşaqlığın davamı olsa da, qoca-
cavan  durmasına  getmir.  (“Mən  nə  deyim  görürsünüz, 
özünüz,  //Qocaldıqca  cavanlaşan  şairəm”;  “Qocalan 
deyiləm ki, //Cavan olam bir də mən”).  
H.Arif  isə  bizim  üçün  əlli  yaşlı  olaraq  qalır.  Ömür  və  söz 
yaradıcılığında əlli yaşın zəhmi çox ağırdır. Ümumiyyətlə, XX 
əsr  Azərbaycan  şairi  üçün  ömrün  xronoloji  dərki  əlli  yaşdan  
başlayır.  Əlli  yaş  –  ömrün  müdriklik  fəhmidir,  şair  ömrünün 
zirvəsi sayılır. 
Hüseyn 
Arif 
“əlli”sinin  təhtəlşüur  tarixçəsi,  bəlkə 
S.Vurğunun əlli yaşında ölümündən sonra başlayır? 
Həmən  mistik  yaş  hüdudu  Cəfər  Xəndana  həsr  etdiyi 
şeirində də xatırlanır: 
 
Çoxunu yandırıb, yaxdı ayrılıq, 
Zaman nələr etdi,vaxt nələr etdi. 
Yaşımız əllini aşmışdır artıq, 
O isə əlliyə yetmədi getdi. 
 
Cavanlaşmaq,  cavan  qalmaq  istəyi  folklor  -  epos 
təfəkküründən gəlir.  
Altmış,  yetmiş,  səksən    yaş  ...  əllidən  sonra  şairin  təlaşla, 
həyəcanla gözlədiyi юмцр rəqəmlərиdir. 
 
Yollar, izlər buz bağlayır, 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə