ÜMUMDÜNYA
TİCARƏT TƏŞKİLATI
Ümumdünya Ticarət Təşkilatı...
...qısaca desək,
Ümumdünya Ticarət
Təşkilatı (ÜTT) millətlər arasında ticarətin
qlobal qaydalarını müəyyənləşdirən
yeganə beynəlxalq təşkilatdır.
Onun əsas funksiyası ticarətin tarazlı,
maneəsiz, ehtimal olunan şəkildə və azad
aparılmasını təmin etməkdir.
Nəticə əminlikdir. İstehlakçılar və istehsalçılar etibarlı və təhlükəsiz
təchizat və istifadə etdikləri hazır məhsul, komponent, xammal və
xidmətlərin daha böyük seçimindən faydalana bildiklərini bilirlər.
Istehsalçılar və ixracatçılar xarici bazarların onlar üçün açıq olaraq
qalacağını bilirlər.
Bununla yanaşı nəticə daha firavan, dinc və məsuliyyətli iqtisadi dünyadır.
ÜTT-də qərarlar bütün üzv ölkələr arasında konsensus əsasında qəbul
olunur və bütün üzvlərin parlamentləri tərəfindən ratifikasiya olunur.
Ticarət sahəsində ziddiyətlərin və fikir ayrılıqlarının aradan qaldırılması
saziş və bəyanatların interpretasiyası və ölkələrin ticarət siyasətlərinin
onlara uyğunluğu üzərində cəmləşən ÜTT-nin mübahisələrin
nizamlanması prosesi çərçivəsində həyata keçirilir. Beləliklə,
mübahisələrin siyasi və hərbi konfliktlərə keçməsi riski azalır.
Ticarət baryerlərini azaldmaqla ÜTT eyni zamanda insanlar və millətlər
arasında digər baryerlərin də aradan qaldırır.
Çoxtərəfli ticarət sistemi kimi tanınan sistemin əsasını ÜTT-nin dünyada
ticarət edən millətlərin əksəriyyəti tərəfindən razılaşdırılmış və imzalanmış,
onların parlamentləri tərəfindən ratifikasiya olunmuş sazişləri təşkil edir.
Bu sazişlər beynəlxalq ticarət üçün hüquqi normaları təşkil edir. Əslində
bu sənədlər üzv ölkələr üçün mühüm ticarət hüquqlarını təmin edən
kontraktlar kimi qəbul olunur. Bununla yanaşı bu sazişlər hökumətləri
onların ticarət siyasətlərini hər kəsin mənafelərini pozmayan limitlər
çərçivəsində saxlamağa kömək edir.
Sazişlər hökumətlər tərəfində razılaçdırılmış və imzalanmışdır. Lakin eyni
zamanda onlar məhsul və xidmətlərin istehsalçılarına, ixracatçılara və
idxalçılara bizneslərinin idarə olunmasında dəstək göstərmək məqsədini
güdürlər.
Məqsəd üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır.
ÇOXTƏRƏFLİ TİCARƏT SİSTEMİ –
DÜNƏN, BU GÜN VƏ SABAH
Ümumdünya Ticarət Təşkilatı 1995-ci ildə yaradılmışdır. Beynəlxalq
təşkilarlar arasında ən gənc təşkilat olaraq ÜTT İkinci Dünya
Müharibəsindən sonra təsis olunmuş Tariflər və Ticarət üzrə Baş Sazişin
(GATT – General Agreement on Tariffs and Trade) varisidir.
Beləliklə, ÜTT hələ də gənc təşkilat olduğu halda, çoxtərəfli ticarət sistemi
50-dən çox il bunda əvvəl GATT çərçivəsində yaradılmışdır.
Ötən 50 il ərzində dünya ticarətində inanılmaz artım müşahidə olunur.
Məhsul ixracı orta hesabla ildə 6% artır. 1997-ci ildə ümumi ticarət 1950-ci
illə müqayisədə 14 dəfə artmışdır. GATT və ÜTT görünməmmiş artıma
təkan verən güclü və perspektivli ticarət siteminin yaradılmasına köməklik
göstərmişlər.
Sistem GATT çərçivəsində aparılmış bir sıra ticarət danışıqları
mərhələlərindən keçərək inkişaf etmişdir. İlk mərhələlər tariflərin
azaldılmasını əhatə edirdi, lakin daha sonra danışıqlar artıq anti-dempinq
və qeyri-tarif tədbirlər kimi digər məsələləri də özünə daxil edirdi.
Danışıqların son mərhələsi olan 1986-1994 cü illərdə baş tutmuş Uruqvay
Raundu ÜTT-nin yaradılmasını qabaqlayır.
Danışıqlar bununla başa çatmır. Bəziləri Uruqvay Raundu başa çatandan
sonra da davam edir. 1997-ci ilin fevral ayında 69 ölkənin razılığı ilə
Uruqvay raundundan sonra olduqca geniş diapazonda liberallaşdırma
tədbirlərinin keçirilməsini əhatə edən telekommunikasiya xidmətləri üzrə
razılaşma əldə olunur.
Eyni zamanda 40 ölkənin hökumətləri informasiya texnologiyaları
məhsulları üzrə azad tariflərlə ticarət haqqında danışıqları başa çatdırır,
70 üzv isə bankçılıq, sığorta, qiymətli kağızlar və maliyyə informasiyası
sektorlarında ticarətin 95 %-ni əhatə edən maliyyə sektoru üzrə
razılaşmanı əldə ediblər.
2000-ci ildə kənd təsərrüfatı və xidmət sahəsində yeni danışıqlara
başlanılmışdır. 2001-ci ilin noyabr ayında Qatarda, Dohada ÜTT-nin
Nazirlərin 4-cü Konfransından qəbul olunmuş qərara əsasən hazırda bu
artıq daha geniş iş proqramına çevrilmişdir – Doha İnkişaf Proqramı (DDA
– Doha Development Agenda).
Qeyd olunan proqram danışıqlar və növbəti sahələrdə digər fəaliyyətləri
nəzərdə tutur: qeyri-kənd təsərrüfatı tarifləri, ticarət və mühit, subsidiyalar
və anti-dempinq kimi ÜTT qaydaları, investisiyalar, rəqabət siyasəti,
ticarətin asanlaşdırılması, dövlət təchizatında şəffaflıq, əqli mülkiyyət,
habelə ÜTT-nin hazırki razılaşmalarının tətbiqi zamanı ölkələrin
üzləşdikləri çətinliklər kimi onbların inkişafına istiqamətlənmiş bir sıra digər
məsələlər.
Danışıqların başa çatdırılması üçün son tarix 1 yanvar 2005-ci ildir.
ÜTT Sazişləri
Ticarətin mümkün qədər ədalətli və azad olduğunda necə əmin ola bilərik?
Danışıqlar qaydaları və onların daimiliyi vasitəsilə.
ÜTT qaydaları – sazişləri – üzv dövlətlər arasında danışıqların nəticəsidir. Hazırkı
toplu orijinal Tariflər və Ticarət üzrə Əsas Sazişə (GATT – General Agreement
on Tariffs and Trade) əsaslı şəkildə yenidən baxılmasını daxil edən 1986-94
Uruqvay Danışıqlar Raunundan irəli gəlir.
GATT hazırda əmtəə ticarəti üçün əsas qaydalar kitabçasıdır. Uruqvay Raundu
qeyd olunanlarla yanaşı xidmət sahəsində ticarətin qaydalarını yaratmış, habelə
əqli mülkiyyətlə bağlı aspektlər, mübahisələrin həlli və ticarət siyasəti ilə bağlı
məsələləri nəzərdən keçirmişdir. 60 sazişdən və müxtəlif öhdəliklərdən (iş
qrafikləri) ibarət 30.000 səhifəlik son toplu gömrük tariflərinin aşağı salınması və
xidmətlər bazarının daha açıq olması kimi müxtəlif sahələrdə fərdi üzvlər
tərəfindən hazırlanmışdır.
Bu sazişlər vasitəsilə ÜTT-nin üzvləri onların hüquq və vəzifələrini müfəssəl
şəkildə çərçivələyən diskriminasiyasız ticarət sistemini işə salırlar. Hər bir ölkə
öz ixracına başqa ölkələrin bazarlarında ədalətli və davamlı münasibətin
olacağına təminat alır. Və ölkələrin hər biri öz bazarlarına gələn idxala eyni
münasibət göstərəcəyinə süz verir. Sistem həm də inkişafda olan ölkələrə
öhdəliklərin yerinə yetirilməsində bir qədər azadlıq verir.
ƏMTƏƏ
Hər şey əmtəə ticarətindən başladı. 1947-ci ildən 1994-cü ilədək GATT gömrük
tariflərinin aşağı salınması və başqa ticarət maneələrinin müzakirə olunduğu
forum idi; ümumi sazişin mətni mühüm qaydaları, xüsusilə diskriminasiya
əleyhinə olan qaydaları müəyyənləşdirir.
1995-ci ildən etibarən yenilənmiş GATT əmtəə ticarəti üçün ÜTT-nin çərçivə
sazişinə çevrilmişdir. Ona kənd təsərrüfatı və tekstil sənayesi kimi spesifik
sahələr, eləcə də dövlət ticarəti mallar üçün qəbul olunmuş atndartlar,
subsidiyalar və dempinq əleyhinə tədbirlər kimi xüsusi məsələlər barədə əlavələr
və düzəlişlər qəbul edilib.
XİDMƏTLƏR
Xaricdə biznes qurmağa planlaşdıran banklar, sığorta və telekommunikasiya
şirktləri, turizm operatorları, otel şəbəkələri və nəqliyyat şirkətləri indi əvvəllər
yalnız mallara tətbiq olunan daha azad və daha ədalətli ticarət prinsiplərindən
yararlana bilərlər.
Bu prinsiplər yeni xidmətlərin Ticarəti haqqında Əsas Sazişdə (GATS – General
Agreement on Trade in Services) öz əksini tapır. ÜTT üzvləri GATS çərçivəsində
həm də fərdi öhdəliklər götürərək öz ölkələrində hansı xidmət sektorlarının xarici
müsabiqə üçün açıq olduğunu və həmin bazarların nə qədər açıq olduğunu
bəyan ediblər.
INTELLEKTUAL MÜLKIYYƏT
ÜTT-nin əqli mülkiyyət sazişi ideyaların və yaradıcılığın ticarəti və onlara qoyulan
sərmayə barədə qaydalardan ibarətdir. Həmin qaydalar müəllif hüquqları,
patentlər, ticarət markaları və malları identifikasiya etmək üçün istifadə olunan
coğrafi adlar, sənaye formaları, sxemlər və ticarət sirrləri kimi açıqlanması
mümkün olmayan informasiyanı - əqli mülkiyyəti ticarət prosesində necə
qorumağı müəyyənləşdirir.
MÜBAHİSƏLƏRİN HƏLLİ
ÜTT-nin ticarət mübahisələrinin “Mübahisələrin Həlli üzrə Anlaşma” çərçivəsində
çözülməsi proseduru qaydaların qüvvəyə minməsi və bununla da ticarətin
asanlaşdırılmasını təmin etmək baxımından çox mühümdür. Ölkələr özlərinin
sazişlərlə çərçivələnən hüquqlarının pozulduğu qənaətinə gəldikdə mübahisə
predmetini ÜTT-yə ünvanlayırlar. Xüsusi təyin olunmuş müstəqil ekspertlər
tərəfindən çıxarılan hökm sazişin və fərdi olaraq ölkələr tərəfindən götürülən
öhdəliklərin təfsiri əsasında çıxarılır.
Sistem ölkələrə aralarında olan müxtəlifliyi məsləhətləşmələr yolu ilə aradan
qaldırmağa ruhlandırır. Bunun olmadığı şəraitdə, onlar ekspertlər qrupu
tərəfindən idarəetme imkanənə nəzərdə tutan, dəqiqliklə planlaşdırılan, mərhələ-
mərhələ prosedura ve hüquqi əsası olan idarəetmə sisteminə müraciət etmə
imkanına əməl edə bilərlər.
Sistemdə mövcud olan etibarlılıq ÜTT-də yer tutmuş bir çox hallara əsaslanır –
səkkiz il ərzində 300-ə yaxın hal GATT-nin tam həyatı (1947-94) müddətində həll
olunmuş 300 mübahisəyə qarşı.
SİYASƏTİN NƏZƏRDƏN KEÇİRİLMƏSİ
Ticarət Siyasətinin Nəzərdən Keçirilməsi Mexanizminin məqsədi şəffaflığın
artırmaq, ölkələrin qəbul etdikləri siyasətin daha yaxşı qavranılmasına nail olmaq
və onun təsirini müəyyənləşdirməkdir. Bir çox üzvlər bununla yanaşı nəzərdən
keçirməni onların siyasətinə konstruktiv cavab reaksiya kimi görürlər.
ÜTT-nin bütün üzvləri mütəmadi olaraq nəzərdən keçirilməlidir, hər bir nəzərdən
keçirmə özündə maraqlı ölkə və ÜTT-nin Katibliyinin hesabatlarını
cəmləşdirməlidir.
İNKİŞAF EDƏN ÖLKƏLƏR
İNKİŞAF VƏ TİCARƏT
ÜTT üzvlərinin dörddə üç hissəsindən çoxu inkişaf edən və ya zəif inkişaf etmiş
ölkələrdir. Bütün ÜTT sazişləri onlar üçün xüsusi şərtlərə malikdirlər,
o cümlədən razılaşma və bəyanatların tətbiqi üçün ayrılmış daha
uzun müddət, onların ticarət imkanlarının artırılması üçün tədbirlər,
bütün ÜTT üzvlərinə onların ticarət marağlarını müdafiə etməyə məcbur
edən şərtlər, habelə ÜTT-nin işi üçün infrastrukturun yaradılmasına,
mübahisələrin həllinə və texniki standartların tətbiqinə dəstək.
2001-ci ildə Doha Nazirlər Konfransına çıxarılmış məsələlər sırasında inkişaf
edən ölkələrə aid məsələlərin geniş spektri müzakirə olunmuşdur.
Bəzi insanlar yeni danışıqları Doha İnkişaf Raundu adlandırırlar.
Ondan əvvəl, 1997-ci ildə, zəif inkişaf etmiş ölkələr üçün ticarət
təşəbbüsləri və texniki yardım üzrə yüksək səviyyəli görüş altı
hökumətarası agentliyi cəlb etmiş və zəif inkişaf etmiş ölkələrə onların
ticarət qabiliyyətinin artırılmasına yardım etmək məqsədini güdən “inteqrə
olunmuş çərçivə”, habelə bir neçə bazara güzəştli çıxış üzrə əlavə
sazişlərlə nəticələnmişdir.
ÜTT-nin ticarət və inkişaf üzrə komitəsi, zəif inkişaf etmiş ölkələr
üzrə alt-komitənin köməkliyi ilə inkişaf edən ölkələrin xüsusi
ehtiyaclarını öyrənir. Onun əsas vəzifələri sazişlərin tətbiqi, texniki
əməkdaşlıq, inkişaf edən ölkələrin qlobal ticarət sistemində iştirakının
artırılmasıdır.
TEXNİKİ YARDIM VƏ TERYNİNQLƏR
ÜTT inkişaf edən ölkələrə ildə 100-ə qədər texniki əməkdaşlıq
missiyaları təşkil edir. Orta hesabla üç ticarət siyasəti kursu hər il
Cenevrədə hökumət rəsmiləri üçün təşkil olunur. Xüsusi diqqət Afrika
ölkələrinə yetirilməklə, regional seminarlar mütəmadi olaraq dünyanın
bütün regionlarında təşkil olunur. Bununla yanaşı treyninqlər
mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid
dövründə olan dövlətlərin rəsmiləri üçün də Cenevrədə təşkil olunur.
ÜTT inkişaf edən və zəif inkişaf etmiş ölkələrin rəsmilərini ÜTT-nin
olduqca böyük olan rəsmi sənədlərin və digər materialların məlumat
bazası ilə onlayn əlaqə vasitəsilə ÜTT-nin Cenevrədə keçirdiyi tədbirlər
barədə dərhal məlumatla təmin etmək məqsədilə həmin ölkələrin
paytaxtlarında 100-dən artıq ticarət nazirliyi və regional təşkilatlarda
müvafiq mərkəzlər təşkil etmiş, onları kompüter və internetlə
təmin etmişdir.
TƏŞKİLAT
FUNKSİYALAR
ÜTT-nin əsas məqsədi ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad
aparılmasını təmin etməkdir. Bu məqsədə aşağıdakılar vasitəsilə nail olunur:
•
Ticarət sazişlərinin idarə olunması
•
Ticarət danışıqları üçün forum kimi çıxış olunması
•
Ticarət mübahisələrinin həlli
•
Milli ticarət siyasətlərinin nəzərdən keçirilməsi
•
Texniki yardım və treyninq proqramları vasitəsilə inkişaf edən ölkələrə ticarət
siyasətə məsələlərində dəstək
•
Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq
STRUKTUR
ÜTT-nin dünya ticarətinin 97 %-indən artığını əhatə edən 150-yə yaxın üzvü var.
30-a yaxın digər ölkələrlə üzvlük barədə danışıqlar davam etdirilir.
Qərarlar bütün üzvlərin razılığı ilə qəbul olunur. Bu adətən konsensus əsaslnda
baş verir. Səslərin əksəriyyəti də mümkündür, lakin bu ÜTT-də indiyədək heş
vaxt baş verməyib, ÜTT-nin sələfi olan GATT-da isə çox nadir hallarda baş verib.
ÜTT-nin qərarları bütün üzv ölkələrdə ölkə parlamentlər tərəfindən ratifikasiya
olunur.
ÜTT-nin ən yüksək qərarqəbuledici orqanı ən azı iki ildə bir dəfə yığışan Nazirlər
Konfransıdır. ÜTT-nin beçinci Nazirlər Konfransı meksikanın Kankun şəhərində
10-14 sentyabr 2003-cü il tarixlərində baş tutacaq.
Bundan sonra iclasları ildə bir neçə dəfə Cenevrədə qərargahda baş verən Əsas
Şuradır (adətən bura Cenevrədə səfirlər və missiyaların rəhbərləri daxildir, lakin
bəzən iclaslara paytaxtlardan rəsmilər də göndərilir). Bununla yanaşı Əsas Şura
Ticarət Siyasətini Nəzərdən Keçirən Qurum və Mübahisələrin Həlli Qurumu kimi
də yığışır.
Növbəti səviyyədə Əsas Şuraya hesabat verən Əmttəə Şurası, Xidmətlər
Şurası və Əqli Mülkiyyət (TRIPS) Şurasıdır.
Bir sıra ixtisaslaşmış komitələr, işçi qrupları və işçi partiyaları individual
sazişlərlə və mühit, inkişaf, üzvlük sənədləşmələri və regional ticarət sazişləri
kimi sahələri əhatə edən məsələlərlə məşğuldurlar.
KATİBLİK
ÜTT-nin Katibliyi Cenevrədə yerləşir, 630 nəfərə qədər işçiyə malikdir və baş
direktor tərəfindən idarə olunur. O, Cenevrə xaricində heç bir əlavə ofislərə malik
deyil. Üzvlər tərəfindən qərarlar qəbul olunduqdan sonra Katiblik digər beynəlxalq
bürokratik təşkilatlardan fərqli olaraq artıq qərar vermək səlahiyyətinə malik deyil.
Katibliyin əsas işi müxtəlif şura və komitələrə, habelə nazirlər konfransına texniki
dəsətək göstərmək, inkişaf edən ölkələrə texniki yardımı göstərmək, dünya
ticarətini təhlil etmək, ÜTT-nin işləri barədə məlumatları ictimaiyyətə və mediaya
çatdırmaqdır.
Bununla yanaşı Katiblik mübahisələrin həlli prosesində bəzi formalarda hüquqi
dəstək göstərir və ÜTT-yə üzv olmaq niyyətində olan hökumətlərə məsləhət
xidmətlərini göstərir. İllik büdcəsi təxminən 169 milyon İsveçrə frankı təşkil edir.
Bəzi Faktlar
ÜTT
Yerləşmə:
Cenevrə, İsveçrə
Təsisolunma:
1 yanvar 1995-ci il
Kim tərəfindən: Uruqvay
Danışıqlar Raundu (1986-94)
Üzvlük: 148 ölkə (13 oktyabr 2004)
Büdcə: 169 milyon İsveçrə frankı (2005-ci il üçün)
Katibliyin ştatı:
630
Rəhbər: Baş Direktor, Paskal Lami
Funksiyalar:
•
ÜTT-nin Ticarət sazişlərinin idarə olunması
•
Ticarət danışıqları üçün forum
•
Ticarət mübahisələrinin həlli
•
Milli ticarət siyasətlərinin monitorinqi
•
İnkişaf edən ölkələr üçün texniki yardım və treyninq
•
Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq
ƏLAVƏ MƏLUMAT
Qısa olaraq ÜTT və ÜTT-nın 10 müsbət cəhəti və ÜTT haqda 10 anlaşılmazlıq
Bu istiqamətdə məlumat kitabçaları
ÜTT anlayışı:
ÜTT-nin
http://www.wto.org
internet səhifəsindən əldə oluna biləcək
publikasiyalarından və interaktiv elektron versiyada bukletlərdən
Uruqvay Raundu Müqavilələri üzrə Bələdçi
ÜTT Katibliyi və Kluwer Law International tərəfindən birgə çap olunub
ÜTT internet səhifəsi
http://www.wto.org
ÜTT REKVIZITLƏRI
Rue de Lausanne 154, CH–1211 Genève 21, Switzerland
Tel. switchboard: (41–22) 739 51 11 • Fax: (41–22) 731 42 06
ÜTT Məlumat və Media ilə Münasibətlər Bölməsi
Tel: (41–22) 739 50 07 / 51 90 • Fax: (41–22) 739 54 58
e-mail:
enquiries@wto.org
ÜTT Publikasiyaları
Tel (41–22) 739 52 08 / 739 53 08 • Fax: (41–22) 739 57 92
e-mail:
publications@wto.org
©
Ümumdünya Ticarət Təşkilatı 2005
Məlumat 2005-ci ilin aprel ayında dəqiqləşdirilib
Dostları ilə paylaş: |