Microsoft Word vencur kapital docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix04.04.2018
ölçüsü0,68 Mb.
#35834
1   2   3   4   5   6   7   8   9   10   ...   26

21 

 

sərmayəçilər  onlarla  və  hətta  yüzlərlə  şirkətə  investisiya  yatırmaqla  özlərinin 



kapitallaşma sahəsindəki mövcud təcrübələrini daha da təkmilləşdirməyə 

çalışırlar. Onu qeyd etmək lazımdır ki, vençur kapitalı bütün şirktlər üçün uyğun 

deyildir. Belə ki, vençur fondaları istənilən layihələrə və innovativ təkliflərə tez bir 

zamanda  vəsait  ayırmırlar.  Onlar  müştərilərdən  (ixtiraçılardan,  mühəndislərdən, 

fiziki  və  hüquqi  şəxslərdən)  xeyli  sayda  layihə  təkliflərini  toplayır,  təmkinlə 

emprik  prinsiplər  əsasında  onları  qiymətləndirir  və  sonda  onları  maliyyələşdirilib 

və ya maliyyələşdirilməməklə bağlı qərarlar verirlər. 

       Bu səbəbdən də təcrübə göstərir ki, bir çox hallarda investora təqdim edilmiş 

yüz  layihədən  yalnız  bir-ikisi  maliyyə  vəsaiti  əldə  edə  bilir.  Bu  baxımdan  da 

vençur  kapitalı  sərmayələrin  çətinliklə  əldə  edilməsi,  tələbkalığın  çox  olması  və 

yüksək  rəqabətin  mövcudluğu  ilə  də  analoji  invetisiyalardan  xeyli  dərəcədə 

fərqlənirlər.Vençur  sərmayəçiləri  əsasən  yüksək  risklərə  malik  olmasına 

baxmayaraq sonda yüksək inkişaf göstəricisi vəd verən layihələrin nəticələrini 3-7 

il  arasında  gözləməyə  razı  olaraq  maliyyə  yatırırlar.  Əgər,  hər  hansı  bir  şirkətin 

yaxşı  tərtib  edilmiş  və  əsaslandırılmış  biznes-planı,  yüksək  ixtisasa  və  təcrübəyə 

malik olan menecerlər heyəti, təsisçilərin özlərinin də maliyyə qoyuluşları və işin 

uğuruna  yüskəs  inamı,  layihənin  icrasından  illik  40%-lik  mənfəət  gözləmələri 

varsa onda bu layihəyə investoru cəlb etmək asan olar. 

      Qeyd edək ki, vençur sərmayəçilərini cəlb edən əsas amillərə aşağıdakıları aid 

etmək olar: 

-  Əmtəə  və  xidmətlər  bazarı  ilə  bağlı  yeni  innovativ  ideyalar,  innovativ 

texnologiya və məhsulun yenilənmiş 

şə

klinin bazara daxil edilməsi; 



-  Şirkətin  idarə  olunmasında  qərarların  qəbuluna  təsiredici  səsə  malik  olmaqla 

iştiraka cəlb olunması; 

-  Patentləşdirilmiş,  müəlliflik  hüququ  olan  və  məxfiliyi  qorunan  ixtira  əsasında 

ortaya çıxmş yeni məhsulların 

olması; 



22 

 

-  Şirkət  daxilində  əlverişli  mühitin  olması  vençur  sərmayəçisində  ilkin  kapital 



yatırmaqla yanaşı gələcək inkişaf 

layihələrinin də maliyyələşdirilməsi üçün də stimul yaradır; 

- Vergi güzəştlərinin olması; 

- Bu sahənin inkişafına yönəlmiş dövlət qayğısının və dəstəyinin olması və s. 

Vençur sərmayəçiləri üçün başlıca cəlb edici sahələr: 

-  nformasiya Kommunikasiya Texnologiyaları; 

- Komputer avadanlığının istehsalı və proqram təminatı; 

- Rabitə və multimediya avadanlıqlarının istehsalı; 

-  nternet və elektron biznesin inkişafı; 

- Həyat elminə daxil olan sahələr: 

- Biotexnologiya üzrə yeniliklər; 

- Tibbi avadanlıqların istehsalı; 

- Dioqnostik və terapiya avadanlıqları və s. 

Vençur maliyyələşdirməsini əsaslandıran şərtlər: 

-  Vençur  sərmayəçisi  investisiya  qoyuluşunun  qarşılığında  şirkətin  kapitalında 

iştirak payı əldə edir; 

-  nvestorun əsas gəliri – onun payının dəyərinin artmasıdır; 

- Şirkətdaxili gözlənilən gəlirin əsviyyəsi 35-40% arasında dəyişir; 

- Sərmayəçinin əlində olan zəmanət – Şirkətin idarə olunmasında rəhbərlik və bir 

səhmdar kimi hüquqlarının 

qorunmasıdır; 

- Riskin dərəcəsinin – yüksək və daha yüksək olmasıdır. (Təbii ki, riskə nisbətən 

də artan gəlir); 

-  Layihənin  təhlilinin  əsas  predmetinin  menecer  heyətinin  yüksək  peşəkarlığı  və 

ş

irkətin bazar imkanlarının geniş 



olmasıdır; 

-  nvestor adətən 3-7 ildən sonra gəlir əldə edir; 



 

 


23 

 

1.3.  nnovasiya fəaliyyətini maliyyələşdirməsində vençur kapitalın  rolunun 

artırılması istiqamətləri 

 

            Hələ riskli kapitalın vahid təyini mövcud deyil. Riskli kapitalın Avropa 



assosiasiyasının  (EVCA  -  European  Venture  Capital  Association)  təyininə 

görə, bu peşəkar, artmanın yüksək potensialını göstərən yeni şəxsi şirkətlərə və 

ya  inkişaf  edən  şirkətlərə  sərmayə  qoyan  və  onları  birgə  idarə  edən  firmalar 

tərəfindən  verilən  pay  kapitalıdır.  Həmçinin  onu,  yeni  və  tezböyüyən 

şirkətlərin səhmlərinə y

üksək gəlirin alınması məqsədi ilə sərmayə qoyulan, bu 

şirkətlərin  səhmlərinin  fond  birjas

ında  qeydiyyatından  sonra,  uzunmüddətli, 

riskli  kapital  kimi  müəyyən  edirlər.  Böyük  Britaniyada  və  kontinental 

Avropada  dünyanın  bir  çox  ölkələrindəki  kimi,  "riskli  kapital"  anlayışı  fond 

birjalarında  qeyd  olunmamış  şirkətlərin  səhmdar  kapitalına  investisiyaları 

bildirir,  həm  inkişafın  ən  erkən  mərhələsində,  həm  də  gec  mərhələlərdə 

şirkətlərin  əldə  onumas

ında  sazişlərin  keçirilməsi  üçün  əhəmiyyətli  maliyyə 

resurslarından istifadə tələb olunur. ABŞ-da "riskli kapital” anlayışını istisna 

olaraq,  erkən  mərhələlərdəki  şirkətlərə  və  ya  öz  biznesini  genişləndirməyə 

çalışan  şirkətlərə  investisiyalar  kimi  anlayırlar.  "Düz  şəxsi  investisiyalar" 

termini hal-hazırda daha çox Avropada istifadə edilir, hərçənd bəzi ekspertlər 

ondan xarici və daxili rəhbərlər tərəfindən şirkətlərin əldə edilməsi üzrə 

 sazişlərin işarəsi üçün istifadə edirlər.  

           Beləliklə,  vençur  kapitalı  mülkiyyətin  yenidən  strukturlaşdırması  vaxtı 

investor  tərəfindən  şirkətin,  onun  inkişafının,  tutma  və  ya  ödəmənin  işə 

salınmasının  maliyyələşdirilməsi  üçün  istifadə  edilən  iqtisadi  alət  kimi 

xarakterizə  etmək  olar.  nvestor  firmaya  sərmayəni  nizamnamə  kapitalına 

yatırım və (ya da) bağlı kreditin ayırma yolu ilə tələb edilən vasitələri təqdim 

edir.  Buna  görə  o  şirkətin  nizamnamə  fondunda  şərt  qoyulmuş  payı  (qeyri-

məcburi  kontrol  paketi  formasında)  alır,  hansını  ki,  o  vaxta  qədər  özündə 

saxlayır  ki,  onu  satmağı  və  ona  çatan  gəliri  almağı  lazımlı  saymayacaq. 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə