Microsoft Word vencur kapital docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix04.04.2018
ölçüsü0,68 Mb.
#35834
1   2   3   4   5   6   7   8   9   ...   26

18 

 

        -  Bazar  konyukturunun  dəyişilməsinə  çevik,  cəld  reaksiyavermə 



qabiliyyəti; 

     -  Yeni  ideyaların  sınaqdan  keçirilməsinə  vaxtında  oriyentasiya  etmək 

imkanı; 

       - Sərt bürokratik qaydaların yoxluğu.  

    Kiçik  biznes  sferasında  şirkətlərin  işçiləri  (bir  qayda  olaraq,  istedadlı 

mühəndislər,  alimlər,  ixtiraçılar)  əmək  intizamının  ümumi  qəbul  edilmiş 

“çərçivəsindən”  kənara  çıxaraq  müəyyən  yaradıcılıq  azadlığına  malikdirlər. 

Vençur fondunun öhdəliklərinə cavab verən və ancaq fonda qoyduğu vəsaitin 

məbləği həddində risk edən təsisçi məhdud məsuliyyətli tərəfdaş sayılır (limited 

partner).  Bir  qayda  olaraq  vençur  fondunun  işçisi  şirkətin  direktorlar 

şuras

ının  tərkibinə  daxil  edilir,  lakin  bu  zaman  o,  şirkətin  icraçı  direktoruna 



çevrilmir.  Onun  rolu  əsasən  vacib  strateji  qərarların  qəbulunda  aktiv  iştirak 

etməklə  məhdudlaşır,  vençur  fondunun  rəhbərliyi  investorların  pul 

vəsaitlərindən  səmərəli  istifadə  olunmasında  maraqlıdır.  Beləliklə,  vençur 

fondunun  idarə  heyəti  şirkətin  maliyyə-təsərrüfat  fəaliyyətinə  daim  nəzarət 

etməklə yanaşı  onun  investisiya  cəlbediciliyinin  artmasına görə  öz  təkliflərini 

verə  bilər. lk  biznes-inkubatorlar  hələ  ötən  əsrin  50-ci  illərində  ABŞ-da 

meydana  gəlmişlər.  Bu  gün  onlar  bütün  dünyada  mövcuddurlar  və  böyük 

müvəffəqiyyət  qazanmışlar.  Biznes-inkubator  –  əsas  məqsədi  başlanğıc 

mərhələlərdə  kiçik  sahibkarlığın  yaranmasını  icarə  üçün  yer  verən,  məsləhət, 

hüquqi,  mühasibat  və  digər  xidmətlərlə  kömək  edən  təşkilatdır.Ümumiyyətlə 

inkubatorun  göstərdiyi  xidmətlər  aşağıdakı  kimi  görünürlər:Ofisin  mebellə 

təmin 


olunmasına 

kömək; Mühasibat 

uçotunun, 

kargüzarlığın 

aparılması; Müştərilərlə  iş  üzrə  xidmətlər:  onların  axtarışı,  sifarişlərin 

rəsmiləşdirilməsi,  zənglərin  qəbulu  və  emalı;   Heyətin  axtarışı; Biznesin 

irəliləməsi 

strategiyasının 

hazırlanmasında 

məsləhətlər;  

Sərmayə  axtarışı; Biznesin  aparılması  və  uğura  nail  olunması  psixologiyası 



19 

 

məsələləri  üzrə  müxtəlif  tematik  təlimlərin,  seminarların  keçirilməsi. 



Ayrılıqda  hər  bir  inkubatorda  bu  siyahı  fərqlənə  bilər  və  xidmət  etdikləri 

sektorun xüsusiyyətlərinə uyğun xidmətləri yerləşdirər.

 

Müasir dövrdə biznesin inkişafı özü ilə bərabər yeniliklər gətirir. Çünki, rəqabətli 



şə

raitdə  bazar  imkanlarının  genişləndirilməsi,  yeni  satış  və  məhsul  buraxılışı 

yollarının axtarılıb tapılması hər bir sahibkarlıq subyekti qarşısında başlıca vəzifə 

kimi  dayanmaqdadır.  Qeyd  edək  ki,  istehsal  vasitələrinin  tam  məşğulluğunun 

təmin  olunduğu  Qərb  dövlətlərində  investorlar  və  iş  adamları  keçən  əsrin 

ə

vvəllərində artıq iqtisadiyyatda eyni sahələrə və təkrarlanan 



layihələrə  maliyyə  vəsaiti  yatırmağın  onlar  üçün  səmərəsiz  olduğunu  dərk 

edirdilər.  Belə  olduğu  halda  iqtisadiyyatda  yeni  toxunulmamış  sahələrin  axtarılıb 

tapılması və öz sferalarında yeganəlik xüsusiyyətinə malik olmaq istəyi axtarışların 

artmasına gətirib çıxardı. Təbii ki, yeniliklər həmişə olduğu kimi elmdədir. Elə bu 

baxımdan  da  keçən  əsrin  əvvəllərində  elmi-texniki  layihələndirmələrə  əsaslanan 

təkliflər investorların marağını cəlb etməyə başlamışdır. Nəticədə innovasiyaların, 

yeniliklərin,  elmin,  yaxşı  əsaslandırılmış  ideyaların  biznesə  transferi  ilə  yeni 

maliyyə aləti olan Vençur sərmayələşməsi formalaşırdı. 1950-ci illərin sonlarında 

ABŞ-da  meydana  çıxan  Vençur  kapitalı  tezliklə  özünə  geniş  fəaliyyət  meydanı 

ə

ldə etdi. Vençur kapitalı dedikdə, bu bazarda yeni yaranan və özünə müvafiq yer 



qazanmaq  uğrunda  mübarizə  aparan  firmaların  maliyyələşdirilməsi  üçün  nəzərdə 

tutulan  investorlar  tərəfindən  yönəldilən  maliyyə  vəsaitidir.  Vençur  sərmayələri 

digər investisiyalardan yüksək riskli olması ilə fərqlənirlər. Vençur kapitalı bir çox 

hallarda  birbaşa  özəl  investisiya  qoyuluşunda  istifadə  edilir  və  adətən  xarici 

sərmayəçilər tərəfindən həyata keçirilir. Lakin, dövlət qurumları tərəfindən də bu 

növ investisiyalar yatırılmaqdadır. Bu tip investisiya qoyuluşları əsasən yeni və ya 

müflis olmaq təhlukəsi ilə üzbəüz qalmış şirkətilərin inkişafı üçün  həyata keçirilir. 

Vençur sərmayəsi sonda çox yüksək gəlir gətirən amma bununla yanaşı yuxarıda 

da  qeyd  etdiyimiz  kimi  yüksək  riskli  investisiyalardır.  Həmçinin,  bu  tip 

investisiyalar  müəssisənin  kapitalında  pay  sahibi  olmaq  üçün  də  istifadə  olunur. 

Vençur sərmayəçisi dedikdə isə bu növ invetisiyaların qoyuluşunu həyata keçirən 



20 

 

şə



xs  və  ya  şirkət  kimi  başa  düşülür.  Vençur  sərmayəçiləri  kapitalın  yatırılması 

forma və şəklinə görə genişmiqyaslı və dar çərçivəli investor olmaqla iki hissəyə 

ayrılırlar. Həyat şəraitinin müxtəlif səviyyələrində, çoxsaylı geoiqtisadi regionlarda 

və iqtisadiyyatın fərqli sahələrində çalışan vençur invetorları geniş miqyaslı vençur 

investoru adlanır. Dar  mənada dedikdə isə bu əsasən iqtisadiyyatın götürlmüş bir 

və  ya  iki  sferasında  həyata  keçirilən  investisiya  fəaliyyəti  başa  düşülür.    Vençur 

sərmayəçiləri  əsasən  firmaların  ilkin  fəaliyyətinin  maliyyələşdirilməsi  ilə 

xarakterikdirlər.  Lakin,  şirkətlərin  inkişafının  müxtəlif  səviyyələrində  də  vençur 

investisiyalarının yatırımlarına rast gəlmək olar. Vençur kapitalı müəssisə hələ heç 

bir məhsul istehsal etmədən və ya özünün qiymətli kağızlarını buraxmadan şirkətə 

yatırıldığından  ona  çox  vaxt  start  kapitalı  adı  da  verilir.  Bununla  yanaşı  vençur 

investisiyası firmanın çətin vəziyyətindən çıxması üçün də yatırılır ki, bu da şirkətə 

özünün  ağır  dövrlərini  keçərək  bazarda  müvafiq  yerini  tuta  bilməsinə  böyük 

yardım  edir.  Bir  sıra  vençur  fondları  bazarda  səhmdar  cəmiyyətlərinin 

yenidənqurulması və yenidən kapitallaşmasına dəstək göstərməklə bu yolla onların 

investorlar üçün cəlb edici hala gətirilməsi istiqamətindəki fəaliyyətlərinə görə də 

ixtisaslaşırlar.  Qeyd  edək  ki,  vençur  sərmayəçiləri  üçün  başlıca  cəzb  edici  sahə 

dünyanın  müxtəlif  regionlarında  əldə  edilən  elmi-texniki  nailiyyətlərin 

maliyyələşdirilməsidir.  Bununla  yanaşı  geniş  yayılmasa  da  vençur  sərmayəçiləri 

tikinti  sektoruna,  sənaye  səhəsinə,  xidmət  sferasına  da  maliyyə  qoyuluşu  edirlər. 

Son  dövlər  isə  vençur  şirkətləri  pərakəndəsatış  və  sosial  məsuliyyət  sferası  üzrə 

işləyən  firmalar  üzrə  də  ixtisaslaşaraq  buna  xeyli  vəsait  də  yatırırlar.Vençur 

ş

irkətləri ölçülərinə görə müxtəlif olurlar. Beləki, ailə səviyyəsində kiçik maliyyə 



vəsaiti  yatıranlar  -  bunlar  da  adətən  bir  neçə  milyonlarla  dollar  vəsait  həcmində 

olur,  orta  və  daha  nəhng  sərmayəçilər  ki,  bu  tip  investorlar1.  nnovasiya 

sahibkarlığının  maliyyələşməsində  Vençur  kapitalının  rolu  da  bir  neçə  yüz 

milyonlardan  başlayaraq  hətta  dünya  səviyyəsindəki  layihələrin  həyata 

keçirilməsinə  milyardlarla  dollar  vəsait  yatırırlar.  Vençur  sərmayəçiləri  dirgər 

invetorlardan  fərqli  olaraq  vəsait  yatırdıqları  şirkətlərin  inkişaf  etdirlməsi  üçün 

məsləhətlər  verərək  onların  idarəolunmasında  yaxından  iştirak  edirlər.  Bu 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə