Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

54 

 

 



nfrastrukturlara  funksional  yanaşma  daha  məqsədəuyğun  hesab  edilir, 

çünki  bu  halda  infrastrukturlar  təşkilati,  istehsal  və  sosial  funksiyaların  xüsusi 

məcmusu kimi səciyyələnir, həm də burada funksiyanın vasitəsilə infrastrukturun 

iqtisadi mahiyyətini və məzmununu açıqlamaq mümkündür. 

 

qtisadi  ədəbiyyatda  maliyyə-kredit  infrastrukturunun  xüsusiyyətləri 



barədə  müxtəlif  fikirlərə  rast  gəlinir.  Məsələn,  K.V.Şurayeva  maliyyə-kredit 

infrastrukturu  dedikdə  pul,  fond  və  investisiya  bazarları  çərçivəsində  fəaliyyət 

göstərən və onların fəaliyyətinin normal rejiminin təmin edilməsi üzrə funksiyaları 

yerinə  yetirən  institutların  (kredit-bank  təşkilatları,  fond  birjaları,  maliyyə, 

investisiya və sığorta şirkətləri) məcmusu başa düşür. V.F.Ştukaçın fikrincə, aqrar-

sənaye  kompleksinin  maliyyə-kredit  infrastrukturu  pul,  fond  və  investisiya 

bazarları  çərçivəsində  fəaliyyət  göstərən,  onların  və  bütövlükdə  regional 

kompleksin fəaliyyətinin normal rejiminin təmin edilməsi üzrə funksiyaları yerinə 

yetirən  institutların  (kredit-bank  təşkilatları,  fond  birjaları,  maliyyə,  maliyyə  və 

sığorta  şirkətləri)  məcmusunu  ifadə  edir.  Q.V.Timofeyanın  fikrincə,  ASK-nın 

maliyyə-kredit infrastrukturu təkraristehsal prosesinin normal fəaliyyəti və kəndin 

sosial  sferasının  inkişafı  üçün  zəruri  maliyyə  təminatı  yaradan  institutların 

məcmusunu ifadə edir. 

 

ASK-nın maliyyə-kredit infrastrukturu iki nisbətən müstəqil altsistemdən 



ibarətdir:  maliyyə  və  kredit.  Maliyyə  alt  sisteminin  əsasını  kənd  təsərrüfatının 

inkişafına maliyyə dəstəyi üçün yönəldilənpul vəsaitləri fondlarının yaradılması və 

istifadəsi üzrə iqtisadi subyektlər arasında qurulan münasibətlər təşkil edir. Kredit 

altsisteminin  əsasını  isə  kreditorlar  və  borcalanlar  arasında  ödənilməlilik, 

qaytarmalılıq və təcililik prinsipi əsasında pul, yaxud əmtəə formasında vəsaitlərin 

hərəkəti  üzrə  iqtisadi  münasibətlər  təşkil  edir,  hansıki  bu  rolda  dövlət,  kənd 

təsərrüfatı  müəssisələri,  ev  təsərrüfatları  və  ictimai  təşkilatlar  çıxış  edə  bilərlər. 

ASK infrastrukturunun kredit altsisteminin inkişafı kənd təsərrüfatı istehsalının yaz 

və  payız  tsiklləri  ilə  əlaqədar  il  ərzində  yaranan  mövsümlüyü  aradan  qaldırmağa 

imkan verir [14]. 




55 

 

 



ASK  sistemində  maliyyə-kredit  infrastrukturunun  yerinə  yetirdiyi  əsas 

funksiyalar aşağıdakılardır: 

-

 iqtisadi  agentlərin  artıq  əmanətlərinin  toplanması  və  onların  digər  agentlər 



arasında  bölüşdürülməsi  funksiyası.  Pul  vəsaitlərinin  toplanması  və  istifadəsi 

müvafiq  fondlar  (büdcə,  sosial  sığorta  fondu,  xüsusi  fondlar,  müəssisənin  fondu) 

vasitəsilə həyata keçirilir; 

-

 ASK-nın  müəsssisə  və  təşkilatlarında  təkraristehsal  prosesində  kapitalın 



dövriyyəsinin  bütün  mərhələlərində  material  və  maliyyə  resurslarının  hərəkətinin 

balanslılığının təmin edilməsilə əlaqədar təkraristehsal funksiyası; 

-

 elmi-texniki  inkişafa  və  sosial  problemlərin  həllinə  maliyyə  münasibətləri 



göstərən  subyektlərin  fəaliyyətini  stimullaşdırılmasına  yönəldilən  motivasiya 

funksiyası. Bir çox hallarda az gəlirli əhali qruplarının müəyyən resursları alması 

kimi  sosial  məqsədlərə  nail  olmağın  stimullaşdırılması  iqtisadi  məqsədlərə 

(təhlükəsizliyin  və  etibarlılığın  qorunub  saxlanılması,  istehlakçıların  mühafizəsi, 

rəqabətin inkişafı) də çatmağa kömək edə bilər; 

-

 maliyyə  vəsaitləri  fondlarının  düzgün  və  vaxtında  formalaşmasına  və 



onlardan məqsədyönlü və effektiv istifadə edilməsinə nəzarət funksiyası; 

-

 ayrı-ayrı  əmtəə  istehsalçılarının  istehsal  tsikllərinin  müvəqqəti  uyğun 



gəlməməsinin aradan qaldırılması, kredit pulların və kredit əməliyyatların istifadəsi 

ə

sasında iqtisadi proseslərin rasionlaşdırılması və sürətləndirilməsi funksiyası; 



-

 iqtisadi  proseslərin  rasionlaşdırılması  funksiyasının  yerinə  yetirilməsi 

zamanı  mümkün  maneələrin  aradan  qaldırılmasına  yönəldilən  tənzimləyici  və 

reqlamentləşdirici funksiya. 

Bəzi  iqtisadçılar  hesab  edirlər  ki,  ASK-da  fəaliyyət  göstərən  maliyyə 

institutlarının  əsas  funksiyaları  aşağıdakılardır:  hesab-kassa  xidməti;  maliyyə 

aktivlərinin toplanması və qənaətlə istifadəsi; təkraristehsal prosesi iştirakçılarının 

kreditləşdirilməsi; əmlakın və sahibkarlıq risklərinin sığortalanması; investisiyalaş-

dırma;  lizinq  əməliyyatlarının  aparılması;  audit  və  konsaltinq  xidmətlərinin 

göstərilməsi. 




56 

 

Biznesin  maliyyə-kredit  infrastrukturunun  subyektləri  kimi  iştirak 



xarakterindən  (maliyyələşdirmə,  kreditləşdirmə)  və  oynadığı  rolundan  (kreditor, 

borcalan) asılı olaraq çıxış edə bilər: 

-

  dövlət (Mərkəzi bank); 



-

  banklar (kommersiya, kapital, investisiya, ipoteka); 

-

  müəssisələr; 



-

  əhali; 

-

  maliyyə təşkilatları (maliyyə və sığorta şirkətləri, fond birjaları, broker 



firmaları, pensiya fondları); 

-

  sosial institutlar (sığorta, kredit kooperasiyası). 



Sistemləşdirmək  məqsədilə  biznesin  maliyyə-kredit  infrastrukturunun 

subyektlərini  iki  qrupa  ayırmaq  olar:  maliyyə  altsisteminin  subyektləri  və  kredit 

altsisteminin subyektləri (şəkil 2). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şə

kil 2. Biznesin maliyyə-kredit infrastrukturunun subyektləri 

Maliyyə-kredit  infrastrukturunun  subyekti  kimi  dövlət  maliyyə  resurslarını 

toplayaraq  və  bölüşdürərək  geniş  təkraristehsalın  həyata  keçirilməsinin  və 

ə

halininhəyat fəaliyyətinin əsasını təmin edən şəraitin yaradılmasında iştirak edir. 



Dövlət təşkilatları 

ASK-nın maliyyə-kredit infrastrukturunun subyektləri 

Maliyyə altsistemi 

Kredit altsistemi 

xt

is

as



la

şm

ış



 s

ah

ə 



or

qa



 

V

er



gi

 o

rq



an

ı 

nv



es

ti

si



ya

 f

on



du

 

S



ığ

or

ta



 ş

ir



tl

ər



 

K

re



di



şk

il

at



la

 



L

iz

in



şi

rk



ət

ri



  

K

re



di

ko



op

er

at



iv

ri



 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə