Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə25/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

 
 
D) Sağlam ağ ciyərin sıxılması 
E) Zədələnmiş tərəfdə təzyiqin artması 
 
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 
 
350) Klinikaya müraciət etmiş 47 yaşlı xəstədə ağciyər xərçənginə şübhə var. 
Diaqnozu dəqiqləşdirmək üçün Siz hansı müayinəni seçərsiniz? 
 
A) Döş qəfəsinin rentgenoqrafiyası 
B) Bronxoskopiya biopsiya ilə 
C) Spirometriya 
D) Ağ ciyərlərin komputer tomoqrafiyası 
E) Ştanqe və Saabraze sınaqları 
 
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur "Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 
 
351) Avtomobil sürücüsü nəqliyyat qəzası zamanı sükanla döş qəfəsindən güclü 
zərbə almışdır. Baxış zamanı: xəstənin ümumi vəziyyəti ağırdır, təngnəfəsdir - 
tənəffüsün dəqiqəlik sayı 32 - yə qədərdir, sianozludur. Nəbz 1 dəqiqədə 120 
vurğu, ritmikdir. A / Т 90 / 60 mm. c. süt. Öskürək zamanı qan xaric olur. 
Boyunda dərialtı emfizema var. Sağ tərəfdə döş qəfəsinin perkussiyası zamanı 
boş qutu səsi eşidilir, tənəffüs keçiriciliyi yoxdur, perkutor olaraq 
divararalığının sola meylliliyi qeyd edilir. Bu klinik əlamətlər nə üçün 
xarakterikdir? 
 
A) Sağ tərəfli hemоtoraks, hemorragik şok 
B) Döş sümüyünün sınığı, şok 
C) Ürəyin əzilməsi, ürək çatışmazlığı 
D) Sağ baş bronxun cırılması, gərginlik (qapaqlı) pnevmоtoraksı 
E) Ağciyərlərin əzilməsi 
 
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012“Cборник задач по 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 
 
352) İrinli mediastinit zamanı hansı müalicə taktikasını seçərsiniz? 
 
A) Mediastinotomiya, aktiv drenajın qoyulması, yüksək dozada antibiotiklərlə 
müalicə 


 
 
B) Yüksək dozada antibiotiklərin yeridilməsi 
C) Boyun mediastinotomiyasının paravertebral torakotomiya ilə kombinasiyası və 
drenləşdirilməsi 
D) QBB (qulaq, burun, boğaz) şöbəsinə hospitalizasiya və təcili tonzilloektomiya 
E) Ön mediastinotomiya 
 
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 
 
353) Ağ ciyər xərçənginin əsas müalicə üsulu hansıdır? 
 
A) Şüa müalicəsi 
B) Cərrahi və şüa müalicəsi birgə 
C) Kimyəvi müalicə və şüa müalicəsi birgə 
D) Şişi və regionar limfa düyünlərini tam çıxarmaqla (pulmonektomiya, 
lobektomiya) radikal əməliyyat 
E) Kimyəvi terapiya 
 
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 
 
354) Erkən əməliyyatdan sonrakı dövrdə ağciyər çatışmazlığının ən çox rast 
gəlinən səbəbi hansıdır? 
 
A) Atelektaz 
B) Bronxospazm 
C) Pulmonar ödem 
D) Aspirasiya 
E) Pnevmotoraks 
 
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,150. 
 
355) Bek triadası hansıdır? 
 
A) Arterial təzyiqin qalxması, mərkəzi venoz təzyiqin enməsi 
B) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin enməsi, ürək tonlarının kəskin 
dərəcədə zəifləməsi 
C) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin qalxması, ürək tonlarının kəskin 
dərəcədə zəifləməsi 
D) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin qalxması, pnevmotoraks 


 
 
E) Arterial təzyiqin qalxması, mərkəzi venoz təzyiqin qalxması, ürək tonlarının 
kəskin dərəcədə zəifləməsi 
 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 662 . 
 
356) Ürək tamponadası zamanı təcili olaraq nə etmək lazımdır? 
 
A) Xəstəyə yüksək dozada antibiotiklər təyin etmək 
B) Perikardın punksiyası 
C) Sidikqovucular təyin etmək 
D) Venadan qan almaq 
E) Antikoaqulyantlar təyin etmək 
 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 681. 
 
357) Pnevmotoraksın ən təhlükəli forması hansıdır? 
 
A) Qapalı pnevmotoraks 
B) Qapaqlı pnevmotoraks 
C) Açıq pnevmotoraks 
D) Spontan pnevmotoraks 
E) Qapalı, açıq pnevmotoraks 
 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 640 
 
358) Döş qəfəsinin perkusiyası zamanı Damuazo xəttinin aşkarlanması hansı 
xəstəlik üçün xarakterikdir? 
 
A) Pnevmotoraks 
B) Eksudativ plevrit 
C) Hemotoraks 
D) Perikardit 
E) Diafraqmaalti abses 
 
Ədəbiyyat:  S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 636. 
 
359) Bariumlu R-qrafiya zamanı qida borusunun aşağı hissəsində “siçan 
quyruğu” nun olması hansı patologiyaya xasdır? 
 
A) Qida borusunun yanıq strikturası 
B) Axalaziya 
C) Qida borusunun xərçəngi 
D) Qida borusunun leyomioması 
E) Qida borusunun diafraqma dəliyinin yirtığı 
 
Ədəbiyyat:  S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 566 səh. 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə