Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 

orqanik  məhsullarm  sərgisində,  Moskvada  Ümumrusiya  Sərgi  Mərkəzində 

Müstəqil  Dövlətlər  Birliyinin  (MDB)  20  illiyinə  həsr  olunan  Dövlətlərarası 

Sərgidə,  Almaniyanm  Köln  şəhərində  keçirilmiş  "Anuqa  Beynəlxalq  Ticarət 

Sərgisi"ndə  Azərbaycanda  fəaliyyət  göstərən  şirkətlərin  iştirakı  təmin  edilmiş  ѵə 

bu sərgilərdə ölkədə istehsal olunmuş geniş çeşiddə rəqabətqabiliyyətli məhsullar 

nümayiş olunmuşdur. 

Bununla  yanaşı  2011-ci  il  sentyabr  ayının  27-də  "Bakı  Expo"  Sərgi 

Mərkəzində Azərbaycan Respublikasmm dövlət müstəqilliyinin 20-ci ildönümünə 

həsr  olunmuş  "Müstəqil  Azərbaycan  20  ildə"  Milli  Sərgisində  130-dan  çox 

müəssisə,  təşkilat  və  şirkət  iştirak  etmiş,  11  min  kvadrat  metr  sahəni  əhatə  edən 

sərgidə Azərbaycanın son 20 ildə. 

Respublikada innovativ ѵə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli 

sənaye  əldə  etdiyi  uğurlar  nümayiş  olunmuşdur.  məhsulları  istehsalının  inkişafı 

üçün  münbit  şərait  yaratmaq  məqsədi  ilə  imzalanmış  Azərbaycan  Respublikası 

Prezidentinin  2011-ci  il  21  dekabr  tarixli  "Sumqayıt  Kimya  Sənaye  Parkmın 

yaradılması  haqqmda"  ѵə  2011-ci  il  28  dekabr  tarixli  "Bakı  şəhərində  Balaxanı 

Sənaye Parkının yaradılması haqqında" Fərmanlarınm icrası istiqamətində sistemli 

tədbirlər  həyata  keçirilməkdədir.  "Sahibkarlıq  fəaliyyəti  subyektlərinin 

fəaliyyətinin  "Bir  pəncərə"  prinsipi  üzrə  təşkilinin  təmin  edilməsi  tədbirləri 

haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 2 oktyabr tarixli 2458 

nömrəli Sərəncamma əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-

ci  il  11  avqust  tarixli  180  nömrəli  qərarı  ііə  həmin  tarixdən  etibarən  sahibkarlıq 

subyektlərinin nəzarət kitabçası ilə əvəzsiz təmin edilməsi həyata keçirilir. 

"Azərbaycan  Respublikası  Prezidentinin  15  fevral  2011-ci  il  tarixli,  383 

nömrəli Fərmanı ilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat 

reyestrinin  forması  ѵə  aparılması  qaydası  haqqında  Əsasnamə"  təsdiq  edilmiş  ѵə 

2011-ci  il  1  may  tarixdən  sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların  vahid 

məlumat reyestri fəaliyyətə başlamışdır. 

Dövlət inzibatçılığında modern və çevik idarəetmənin təmin edilməsi, dövlət 

orqanlarının  fəaliyyətində  şəffaflığm  artırılması  ѵə  korrupsiya  ilə  əlaqədar 



 

hüquqpozmalara şərait yaradan hallarm aradan qaldırılması üçün əhaliyə elektron 

xidmətlərin  göstərilməsinin  zəruriliyini  nəzərə  alaraq  "Dövlət  orqanlarında 

elektron  xidmətlər  göstərilməsinin  təşkili  sahəsində  bəzi  tədbirlər  haqqında" 

Azərbaycan  Respublikası  Prezidentinin  2011-ci  il  23  may  tarixli  429  nömrəli 

Fərmanın tələbləri rəhbər tutularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2011 -ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət 

növbrinin  Siyahısı"na  sahibkarlıq  subyektlərinə  göstərilən  xidmətlər  də  daxil 

edilmişdir. 

"Мüəууən  sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edibn 

xüsusi  razılıq  (lisenziya)  və  icazə  sistemi  іlə  bağlı  bəzi  məsələlər  haqqında" 

Azərbaycan  Respublikası  Prezidentinin 2011-ci il 26 oktyabr tarixli,  782 nömrəli 

Fərmanı  imzalanmışdır.  Fərmana  uyğun  olaraq  ölkədə  sahibkarlığın  inkişafına 

daha  əlverişli  biznes  mühiti  formalaşdırmaq  üçün  vahid  xüsusi  razılıq  (lisenziya) 

və  icazə  sisteminin  yaradılması  məqsədi  ilə  "Lisenziyalar  ѵə  icazələr  haqqmda" 

Azərbaycan  Respublikasmın  qanun  layihəsinin  hazırlanması  ѵə  Azərbaycan 

Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr 

barədə məlumatı əks etdirən internet portalı (www.icazeler.gov.az) yaradılmışdır. 

2012-ci  ildə  Azərbaycanda  sənayenin  10  sahəsi  üzrə  97  müəssisənin 

fəaliyyətinə  dair  toplanmış  məlumatlar  əsasmda  "Azərbaycanda  istehsal  olunan 

sənaye  məhsullarının"  kataloqu  və  75  müəssisənin  istehsalı  olan  sənaye 

məhsullarının  əhatəli  spesifıkasiyası  hazırlanmış  və  kitab  şəklində  nəşr 

olunmuşdur. 

Sahibkarlar  tərəfındən  edilən  müraciətlərin  aidiyyəti  üzrə  araşdırılaraq 

cavablandırılmasında  sistemlilik  yaratmaq  və  operativliyə  nail  olmaq  çox 

önəmlidir.  Qeyd  olunan  operativliyə  nail  olmaq  üçün  1  sentyabr  2009-cu  il 

tarixdən  qtisadi  nkişaf Nazirliyində "195-2" prefıks nömrəsi ilə fəaliyyət göstərən 

Telefon Məlumat Mərkəzi yaradılmışdır. 

Eyni  zamanda  Azərbaycan  Respublikasının  Sahibkarlığa  Kömək  Milli 

Fondu  sahibkarlara  güzəştli  kreditlərlə  maliyyə  dəstəyinin  verilməsi,  investisiya 

layihələrinin  maliyyələşdirilməsi  sahəsində  konkret  sahələrin  təşviqi,  regionlarda 




 

ѵə

  Bakı şəhərinin qəsəbələrində  sahibkarlığın inkişafına həsr  olunmuş  tədbirlərin 



keçirilməsi,  sahibkarlara  maarifləndirici  treninqlərin  təşkil  edilməsi,  sahibkarlığm 

informasiya  təminatının  gücləndirilməsi,  müasir  texnologiyalarm  tətbiqi,  rəqabət 

qabiliyyətli,  xüsusilə  ixracyönümlü  ѵə idxal əvəzləyici  məhsulların  istehsalını  ѵə 

emalını nəzərdə tutan, еіəсə də bu sahələrin inkişafını stimullaşdıran infrastruktur 

layihələrinin  maliyyələşdirilməsini  çox  uğurla  davam  etdirir.  Bütün  bunların 

nəticəsidir  ki,  Azərbaycan  müstəqilliyin  ilk  illərində  gündəlik  istehlak  malları 

idxalçısı olan bir ölkədən hal-hazırda yüksək texnologiyalar, müasir avadanlıqlar, 

elektrotexniki  aparatlar,  cins  ѵə  damazlıq  heyvanlar,  yüksək  məhsuldarlığı  olan 

toxumlar və ən əsası "nou-hau" idxalçısma çevrilmişdir. 

Sahibkarhğa  Kömək  Milli  Fondu  tərəfindən  2009-cu  ilin  ikinci  yarısından 

başlayaraq  2012-ci  ilin  yanvar  ayının  1-ə  kimi  respublika  iqtisadiyyatının  qeyri-

neft sektoru üçün xüsusi ііə önəmli olan, ümumi dəyəri 707 milyon manat, ümumi 

kredit  tələbatı  339,2  milyon  manat  olan  185  investisiya  layihəsinə  313,3  milyon 

manat güzəştli kredit vəsaiti verilmişdir. 

Eyni  zamanda  SKMF  tərəfmdən  sahibkarların dəstəklənməsi,  onlara  güzəştli 

kreditlərin verilməsi, regionlarda ѵə paytaxtın müxtəlif qəsəbəbrində sahibkarlarla 

görüşlərin keçirilməsi işi 2012-ci ildə də davam etdirilmişdir. Beləki, 2012-ci ilin 

ilk 


6  ayı  ərzində  SKMF  tərəfındən  Respublikada  17  belə  tədbir  keçirilmiş  həmin 

tədbirdə  sahibkarların  üzləşdikləri  problemlər  dinlənilmiş  ѵə  onlara  güzəştli 

kreditlər ayrılmışdır. 

Qeyd  etmək  lazımdır  ki,  SKMF  tərəfındən  regionlarda  fəaliyyət  göstərən 

sahibkarlıq subyektlərinin təqdim etdiyi layihələrin maliyyələşdirilməsinə üstünlük 

verilməsidir.  Веіəкі,  2012-ci  ilin  ilk  6  ayı  ərzində  maliyyələşdirilmiş  1402 

investisiya  layihəsindən  yalmz  10,3  %-i  (145  layihə)  Bakı  şəhərində  fəaliyyət 

göstərən  sahibkarlıq  subyektlərinin  təqdim  etdiyi  investisiya  layihələrinin  payına 

düşmüşdür. Yəni qeyd olıman dövr ərzində 1402 layihədən 89,7 %-i (1257 layihə) 

regionlarda fəaliyyət  göstərən sahibkarlıq subyektlərinin təqdim etdiyi investisiya 

layihələrinin payınа düşmüşdür. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə