Азярбайжан Дювлят Игтисад Университетинин Magistratura Mə
rkə
zinin 2892-ж
i
груп маэистри Bayramlı Emin Şirviyə oglunun yazdığı “Ümumdünya ticarət
təş
kilatına üzvülüyün Azə
rbaycan iqtisadiyyatının inkiş
afı və
struktur
də
yiş
iklə
rinə
tə
siri”mövzusunda yazdıgı dissertasiya ишиня
MÜNDƏ
R CAT
G R Ş
IFƏ
SIL
.
Xarici ticarə
t ə
laqə
lə
rinin
tə
nzimlə
nmə
sinin nə
zə
ri ə
saslari
1.1 Milli iqtisadiyyatın inkişafında xarici ticarət əlaqələrinin pay və onun
formalaşmasına təsir edən amillər
1.2 Xarici ticarət əlaqələrinin tənzimlənməsi üzrə dünya təcrübəsi
II FƏ
S L. Azə
rbaycanın xarici ticarə
t strategiyasinin sistemli tə
hlili
2.1 Azərbaycanın xarici ticarət əlaqələrinin inkişaf dinamikası
2.2 Xarici ticarət strategiyasında mal nomenklaturasının təsnifləşdirilməsinin
normativ hüquqi bazasının tədqiqi
III
FƏ
S L.Azə
rbaycanın
ÜTT
ilə
xarici
ticarə
t
ə
laqələrinin
tə
nzimlə
nmə
sinin tə
kmilləş
dirilmə
si istiqamə
tlə
ri
3.1 Azərbaycanın xarici tcarət əlaqələrinin tənzimlənməsi sisteminin inkişaf
priotetləri və struktur dəyişikliklərinə təsiri
3.2.Azərbaycanın ÜTT ilə qarşılıqlı faydalı əlaqələrinin formalaşdırılması –xarici
ticarət əlaqələrinin tənzimlənməsinin mühüm istiqaməti kimi
NƏT CƏ VƏ TƏKL FLƏR
Ə
DƏB YYAT S YAHISI
GIRIŞ
Mövzunun aktuallığ
ı: Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq inzibati-
amirlik sisteminə xas olan bütün prinsiplər, o cümlədən xarici iqtisadi fəaliyyət
üzərində dövlət inhisarı aradan qaldırılmış, tamamilə yeni fərqli məzmuna malik
situasiya formalaşmışdır. Keçid iqtisadiyyatlı ölkələrdə həyata keçirilən islahatlar
təkcə forma dəyişikliyini deyil, eləsə də xarici iqtisadi münasibətlərin təkrar
istehsal proseslərini əhatə etməklə, qlobal səviyyəli inkişaf qanunauyğunluqlarına
maksimum dərəcədə müvafiq gələn xarici ticarət strategiyasının formalaşdırıl-
masına yönəldilmişdir. Son 10 illik inkişaf dinamikası göstərir ki, iqtisadiyyatın
“açıq”lıq dərəcəsinin yüksəldilməsi və bazar münasibətlərinin təşəkkülü istiqamə-
tində nailiyyətlər əldə olunmuş, milli iqtisadi subyektlərə beynəlxalq rəqabətin
təsir gücü hissediləcək dərəcədə artmışdır. Digər tərəfdən, dünya iqtisadiyyatında
baş verən prosseslərin (iqtisadi inteqrasiya və qloballaşma, istehsal və kapitalın
transmilliləşməsi prosessinin sürətlənməsi və s.) təsiri nəticəsində ölkədaxili iqtisa-
di münasibətlərin yeni modifikasiyası meydana çıxmış, xarici iqtisadi fəaliyyətin
dövlət tənzimlənməsi problemi daha da kəskinləşmişdir.
Qeyd etmək lazımdır ki, bütün bunlar Azərbaycan Respublikasının xarici
iqtisadi fəaliyyətinin təşkili və idarə edilməsi sferasında dinamik xarakterli dəyişik-
liklərin aparılmasını tələb edir. Keçid iqtisadiyyatının spesifik xüsusiyyətlərinin
nəzərə alınması zəruriliyi ilə ölkənin milli mənafelərinin təminatı, digər tərəfdən
isə müasir qlobal meyl və təmayüllər arasında optimal mütənasibliyin formalaşdı-
rılmasında əsas ağırlık məhz xarici ticarət strategiyasının üzərinə düşür. Belə ki,
ölkə iqtisadiyyatında həyata keçirilən struktur modernləşmə iqtisadi artımın da-
vamlılığına nail olma, mənafe subyektləri arasında düzgün tənasüblüyün formalaş-
ması, bölgü sferasında prioritetlərin nəzərə alınması və ümumiyyətlə, dünya
iqtisadiyyatına effektiv qoşulma prosessində real gerçəkliyə söykənməklə həyata
keçirilən xarici ticarət strategiyası həlledici əhəmiyyət daşıyır. Eyni zamanda real
bazarın və milli iqtisadiyyatın hələ formalaşma mərhələsində olduğunu diqqət mər-
kəzində saxlamaqla, xarici ticarət strategiyasının formaları və tərkib ünsürlərinin
seçilməsində real situasiyaya adekvatlığın təminatı da xüsusi aktuallıq kəsb edir.
Problemin iş
lə
nmə
sə
viyyə
si: Xarici ticarət strategiyasının formalaşdırılması
və tətbiqi probleminin kompleks xarakterə malikliyi, onun iqtisadiyyatın bütün
səviyyələri(mikro, mezo,makro) və sferaları ilə sıx qarşılıqlı bağlılığı, bu bağlılığın
funksional məzmununun müxtəlif aspektlərinin mövcudluğu əksər iqtisadi mək-
təblərin nəzər-diqqətini cəlb etmiş və qeyd olunan yönümdə tədqiqatlar bu gün də
davam etməkdədir. Xarici ticarətin fundamental problemləri C.Keynsin, A.Marşal-
lın, P.Linderfin, M.Pebronun, V.Rıbalkinin, P.Kruqmanın, C.Saksın və digərlərinin
ə
sərlərində bütün təfərrüatı ilə araşdırılmışdır.
Xarici ticarət strategiyasının nəzəri dərki və dövlət tənzimlənməsi problem-
ləri isə A.Atkinsanın, B.Belaşanın, C.Blekin, P.Samuelsonun, C.Stiqlisin, Y.Tim-
bergenin, R.Consun, Q.Fişerin və s. tədqiqatlarında sistemli şəkildə öz əksini
tapmışdır.
Sabiq SSR nin süqutu və ardıcıl olaraq həyata keçirilən liberallaşdırma
nəticəsində yeni müstəqillik əldə etmiş ölkələrin dünya iqtisadiyyatına inteqrasi-
yası prosessinin getdikcə güclənməsi xarici ticarət strategiyasını elmi tədqiqatların
başlıca mövzularından birinə çevirmişdir. Bu baxımdan rus tədqiqatçılarından
A.Maşinin, S.Qonçarenkonun, V.Evstiqnevin, S.Sışkovun, A.Roqocinin, A.Fedo-
rovskinin araşdırmaları səciyyəvidir.
Azərbaycan alimlərindən A.Nadirov, Z.Səmədzadə, A.Ələsgərov, A.Şəkə-
rəliyev, M.Meybullayev, Ə.Babayev, Ş.Hacıyev, Ə.Bayamov, H.Allahverdiyev və
digərlərinin əsərlərində xarici iqtisadi fəaliyyət, ələlxüsus xarici ticarət strategiyası
ilə bağlı tədqiqatlar aparılmlş, keçid iqtisadiyyatı şəraitinin tələblərinə müvafiq
gələn nəticələr əldə olunmuşdur.
Bununla belə qeyd etmək lazımdır ki, xarici ticarət strategiyasının optimal-
laşdırılması sferasında bir sıra problemlər sistemli araşdırmalara məruz qalma-
mışdır. Söhbət hər şeydən əvvəl xarici ticarət münasibətlərində liberallaşdırma
siyasətinin və eləcə də, ticarət maneələrinin inkişafa təsirindən, xarici ticarət
strategiyası ilə iqtisadi artım, ətraf mühit və institutsional inkişaf arasında qarşılıqlı
bağlılığın tədqiqindən, xarici ticarət siyasətinin modelləşdirilməsi problemindən,