Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

44 
 
klaster  müəyyən  bir  coğrafi  ərazidə  yerləşən,  tamamlayıcı,  ortaq  xüsusiyyətlərə 
malik  müəssisələrin  və  əlaqəli  institutların  toplusudur.  Daha  dəqiq  desək,  son 
məhsul  istehsal  edən  müəssisələr,  təchizatçı  firmalar,  əlaqədar  xidmət  sahələri, 
elmi-tədqiqat  institutları  və  digər  qurumlar  adətən  klasteri  təşkil  edən  əsas 
subyektlər hesab olunur. 
Son  illərdə Sumqayıt Kimya Sənaye və Sumqayıt Texnologiyalar parkları ilə 
yanaşı    bir  sıra  digər  iri  sənaye  müəssisələri-Gəmiqayırma  zavodu,  Naxçıvan 
avtomobil zavodu, bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ metal 
konstruksiyalar  zavodu,  Gədəbəy  qızıl-mis  emalı,  Gəncə  alüminium,  Mingəçevir 
elektron  avadanlıqlar  zavodları,  Qaradağ  sement  zavodunun  yeni  istehsal  xətti, 
“Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, EMBAWOOD mebel 
fabrikləri və digər müəssisələr istifadəyə verilib. 
Gəmiqayırma  zavodunun  fəaliyyəti  ölkənin  sənaye  potensialının  daha  da 
artırılmasına böyük töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə, 
idxaldan  asılılığın  azalmasına,  qeyri-neft  sənayesi  sahələrinin  inkişafına  ciddi 
təkan verəcək. 
Sənayenin inkişafında  mühüm  məqamlardan biri də ölkədə  müasir nəqliyyat 
infrastrukturunun  yaradılmasıdır.  Ötən  illər  ərzində  Azərbaycanda  7  aeroport 
tikilib və yenidən qurulub, 10 min kilometrə yaxın avtomobil yolu inşa olunub. Bu 
baxımdan,  Şərq-Qərb  və  Şimal-Cənub  beynəlxalq  nəqliyyat  dəhlizləri  üzrə 
avtomobil  və  dəmir  yollarının  tikintisi  və  yenidən  qurulması,  Bakı-Tbilisi-Qars 
dəmir  yolunun  və  Xəzər  sahilində  ən  iri  dəniz  limanının  inşası  layihələri  xüsusi 
ə
həmiyyət  kəsb  edir.  Dünyanın  nəhəng  enerji  layihələrindən  olan  “Şahdəniz-2", 
TANAP  və  TAP  layihələrinin  reallaşdırılması  uzunmüddətli  perspektivdə  ölkə 
iqtisadiyyatının, xüsusilə, sənayenin inkişafına öz töhfəsini verəcək. 
Artıq  Azərbaycan  kosmik  sənayeyə  malik  ölkələr  sırasına  daxil  olub.  ndi 
Azərbaycanın öz peyki var və bu, tarixi nailiyyətdir. Həmçinin ölkəmizdə ilk dəfə 
olaraq müdafiə, kosmik və alternativ enerji sənaye sahələri yaradılıb. 


45 
 
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin elm 
tutumlu texnologiyalar əsasında inkişafı dövlətin yüksək prioritetlərindən biridir və 
müdafiə-sənayesi  kompleksi  qarşısında  qoyulmuş  məsələlərin  reallaşdırılmasında 
səmərəli  iştirak  edə  bilən  yüksək  ixtisaslı  mütəxəssislərin  yeni  nəslinin 
hazırlanmasını tələb edir. Müdafiə sənayesi kompleksinin inkişaf səviyyəsi ölkənin 
milli  təhlükəsizliyinin  qarantı  olmaqla  bərabər  iqtisadiyyatın  maşınqayırma, 
cihazqayırma,  nəqliyyat,  rabitə,  yanacaq-enerji  kompleksi  kimi  vacib  sahələrində 
də elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirir. 
Sənayenin  dinamik  inkişafı  sözügedən  sahədə  məhsul  istehsalına  da  öz 
müsbət təsirini göstərib.  Dövlət  Statistika  Komitəsinin  məlumatına  görə, 2014-cü 
ilin  on  ayında  ölkə  iqtisadiyyatında  49,2  milyard  manatlıq  ümumi  daxili  məhsul 
(ÜDM) istehsal edilib, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 faiz artıb. 
ÜDM-in  61,1  faizi  istehsal  sahələrində,  o  cümlədən  43,6  faizi  sənayenin  payına 
düşüb.  Cari  ilin  yanvar-oktyabr  aylarında  ölkə  sənayesinin  təsərrüfat  subyektləri 
tərəfindən  27,8  milyard  manatlıq  məhsul  istehsal  olunub  və  xidmətlər  göstərilib. 
Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,8 faizini təşkil 
edib, qida, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, 
hazır  metal  məmulatlarının,  elektrik  avadanlıqlarının,  avtomobil  və qoşquların  və 
s.  məhsulların  istehsalında  artım  müşahidə  olunub.  Ümumi  sənaye   məhsulunun 
80,6 faizi özəl bölmədə istehsal olunub. 
 
 
 
 
 
 
 
 


46 
 
2.2 Azərbaycan sənayesinin rəqabət qabiyyətliliyi və onun 
xarici iqtisadi aspektləri 
Azərbaycan  sürətli  iqtisadi  inkişafı,  zəngin  təbii  sərvətləri  və  bazar  üçün 
ə
lverişli  investisiyalarla  qlobal  iqtisadiyyatda  diqqət  qazanmışdır.  Azərbaycan 
geosiyasi strateji əhəmiyyəti olan Xəzər dənizi ilə Qara dəniz arasında yerləşməklə 
beynəlxalq  enerji  bazarında  strateji  əhəmiyyət  kəsb  edir,    neft  və  təbii  qaz 
istehsalçısı və transpartyoru kimi xidmət edir. 1991-ci ildə Sovet  ttifaqından (S ) 
ayrıldıqdan sonra zəngin təbii sərvətləri vasitəsilə  Azərbaycan qısa zaman ərzində 
diqqətəlayiq iqtisadi artım əldə etdi. Azərbaycanda yüksək iqtisadi artımdan sonra 
artımın yavaşlamasından əziyyət çəkmişdir. Bu onu göstərir ki, ölkədə ÜDM stabil 
artımı üçün yeni iqtisadi strategiyalara ehtiyac vardır. 
Bundan başqa gələcəkdə neft ehtiyatlarının tükənməsinə cavab olaraq, qeyri-
neft  sektorunun  gücləndirilməsi  üçün  yerləşdirmə  (məkan)  siyasətinin  həyata 
keçirilməsinə ehtiyac vardır.  Qeyri neft sektoruna dəstək milli prioritet kimi qəbul 
olunmuş  və  neft  sektoruna  yönəlmiş  investisiyaların  qeyri  neft  sektoruna 
yönəldilməsinə 
diqqət 
yetirməklə 
təcili 
olaraq, 
sənayenin 
yenidən 
strukturlaşdırılmasına ehtiyac vardır. Yeni texnologiyalar təmin etmək və qeyri neft 
sektorunda texniki biliklərə yiyələnmək lazımdır. 
Xüsusilə  kənd  təsərrüfatı,  qida,  turizm,  alternativ  enerji  və  T  kimi  milli 
strateji  sənaye  sahələrinin  gücləndirilməsi  üçün  ətraflı  milli  strategiyaların 
yaradılması tələb olunur. 
X Z  (Xüsusi  qtisadi  Zona)  və  SP  (Sənaye  Parkları)  yaradılması  və 
aktivləşdirilməsi  sənaye  diversifikasiyası  üçün  tez  və  vaxtında  atılmış  bir  addım 
olar. X Z və SP geniş iqtisadi islahatlar strategiyasına dəstək verməklə, yeni siyasət 
və  yanaşmalar  üçün  əsas  olmaqla  BX   (birbaşa  xarici  investisiyalar)  cəlb 
edilməsinə və kütləvi işsizliyin qarşısının alınmasına xidmət edir (F AS 2008). 
1960-cı ildə Koreya 1.9 milyard ÜDM və adam başına düşən ÜDM 79USD 
olmaqla  dünyanın  ən  kasıb  ölkələrindən  biri  idi.  Lakin  dövlətin  nəzarəti  altında 
istehsala yönəlməyə təşviq etmə vasitəsilə sürətli artım əldə etdi. Koreyada SP-ları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə