Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   79   80   81   82   83   84   85   86   ...   89

277 
və payızlıq olması; qırmızı dənli və ağ dənli buğda və ya bərk 
və yumşaq buğda olması, sarı  dənli vələmirin ağ  dənli vələ-
mirlə, iki cərgəli arpanın çoxcərgəli arpa ilə,  şəkər çuğundu-
runun yem və xörək çuğunduru ilə zibillənmə  dərəcəsi müəy-
yən edilir. Payızlıq buğda cücərdikdə  üç, yazlıq buğda isə beş 
kökcük buraxır, payızlıq buğdanın böyümə konusu gec, yazlıq 
buğdanınkı isə tez uzanır, payızlığın birinci yarpağı tüksüz, 
yazlıq buğdanınkı isə tüklü olur.  
Qırmızı  dənli buğda sortlarının dəni 15 dəqiqə müddətində 
5%-li natrium (NaOH) və ya kalium (KOH) qələvisində 
saxlandıqda qırmızı-qonur rəng, ağ  rənglər isə açıq krem 
rəngini alır.  Həmçinin suda 15 dəqiqə qaynatmaq yolu ilə 
rəngi təyin etmək olar. Sortları 0,5%-li fenol məhlulunda 4 saat 
saxladıqda dənin və sünbülün rənginin dəyişməsi ilə  də sort 
qarışığını müəyyən etmək olar.  
Vələmir dənlərini stəkana töküb üzərinə 10%-li xlorid 
turşusu məhlulu tökdükdə sarı  dənli vələmir 5 saatdan sonra 
tünd sarı rəng, ağ dənli vələmir dəni isə 18 saatdan sonra açıq-
narıncı  rəng alır, ikicərgəli arpanın dəni bir bərabərdə olur, 
çoxcərgəlidə isə dənlər bir bərabərdə olmur.  
Şəkər çuğundurunun  cücərtiləri çəhrayı, yem çuğundurunun 
cücərtiləri - ağ, xörək çuğundurunun cücərtiləri isə  qırımızı 
olur və s.  
Beləliklə, laboratoriya üsulundan istifadə etməklə sortların 
zibillənmə dərəcəsi müəyyən edilir və toxum materialı qiymət-
ləndirilir.  
Sortun torpaqda yoxlanması.  Sortların torpaqda yoxlan-
ması  xüsusi ayrılmış sahələrdə aparılır. Bu məqsədlə ayrılan 
torpaqlar ərazi üçün tipik və relyefi düz olmalıdır.  
Torpaqda yoxlama aparmaq üçün orta nümunə qaydasına 
uyğun nümunə  götürülür və həmin toxum nümunəsi üç cərgə 
səpilir. Sonra üzərində fenoloji, foto-entomoloji müşahidələr 
aparılır və tarla jurnalına qeyd edilir.  
Sort  əlamətləri tamamilə inkişaf edib qurtardıqdan sonra 


278 
dərzlər götürülür və təhlil edilir. Aparılan bu yoxlama  əsasında 
sort qiymətləndirilir, onun başqa sort və növlər ilə zibillənmə 
dərəcəsi müəyyənləşdirilir.  
Toxumun keyfiyyəti nə  qədər yaxşı olarsa, ondan inkişaf 
edən bitkilər bir o qədər  güclü və məhsuldar olar. Buna görə 
də  təsərrüfat yetişdirəcəyi toxumun yüksək keyfiyyətli olması 
üçün bütün tədbirləri vaxtında  görməlidir. 
Məhsuldarlığı yüksəltmək işində toxumun əhəmiyyətini 
nəzərə alaraq sort toxumlarının təmiz, cücərmə  qabiliyyətinin 
yüksək, dolğun, sağlam və sortca cins olması üçün yüksək 
təsərrüfat tələbkarlığı göstərilir. 
Toxumçuluq təsərrüfatları toxumtəmizləyən maşınlara, an-
barlara, toxumu qurutmaq üçün sement meydançalara  və s. 
malik olmalıdır ki, toxumları lazımı kondisiyaya çatdırmaq 
mümkün olsun. Dənli, texniki və ot bitkilərinin toxumlarını 
təmizləmək və sortlara ayırmaq üçün OS-1 sort ayıran; buğda, 
çovdar, arpa və  vələmirin toxumlarını ayırmaq, təmizləmək 
üçün  isə OS-3 maşınlarından istifadə etmək lazımdır. 
Toxumluq əkinlərdə iki cür - bioloji və mexaniki zibillənmə 
mövcuddur. 
Bioloji zibillənmə, müxtəlif sort və  bəzən növlər arasında 
gedən tozlanma nəticəsində  əmələ  gəlir.  Ona görə  də bioloji 
zibillənmənin qarşısını almaq üçün müxtəlif sortların əkinlərini 
elə yerləşdirmək lazımdır ki, başqa sort bitkilərlə tozlanma 
imkanı olmasın. Bu isə bir sıra  şərtlərdən asılıdır. Məsələn, 
sortlar arasında qoruyucu meşə zolağının və digər maneələrin 
olması, həmçinin çiçəkləmə dövrünün eyni vaxta düşməməsi, 
bir-biri ilə tozlana biləcək bitkilər arasında qoruyucu məsafənin 
olması bioloji zibillənmənin qarşısını alır. 
Xüsusilə, şəkər  çuğunduru  yem çuğunduru ilə tozlandıq-da 
şəkər faizi aşağı düşür. Ona görə  də  şəkər və yem çuğundu-
runun bioloji zibillənməsinin qarşısı alınmalıdır. Qarğıdalı 
sortları da bir-birindən aralı məsafədə əkilməlidir. 
Mexaniki zibillənmə, bir sortun əkininə digər sortdan, digər 


279 
mədəni və ya alaq otları toxumlarının qarışmasına deyilir. 
Mexaniki zibillənmə iki cür olur: 
Birinci növ mexaniki zibillənmə sort (çeşid) qarışığı adlanır. 
Sort zibilliyi çox qorxuludur. Ona görə ki, onu bəzən əl ilə də 
ayırmaq mümkün olmur, çünki əlamətlər bir-birinə çox 
oxşayır. 
İkinci növ mexaniki zibillənmə mədəni bitkilərin və otların 
qarışığıdır ki, buna növ və ya cins zibilliyi deyilir. Növ və cins 
zibilini (alağını) həm bitkini toxalamaqla, həm də toxumu 
təmizləməklə ayırmaq olar. 
Bütün hallarda toxum istehsal etmək istəyən fermer me-
xaniki zibillənmə ilə mübarizə aparmalıdır. 
 
Toxuma nəzarət 
Toxuma nəzarət sisteminə onların becərilməsi, yığılması, tə-
mizlənməsi, saxlanması və əkin üçün istifadə edildiyi müddət-
də  səpin keyfiyyətinə olan dövlət və  təsərrüfatdaxili nəzarət 
tədbirləri daxildir.  
Dövlət nəzarəti respublikanın hər bir inzibati rayonunda 
olan dövlət toxum müfəttişliyi tərəfindən həyata keçirilir. 
Toxum müfəttişliklərinə dövlət toxum müfəttişliyi rəhbərlik 
edir.  
Dövlət toxumuna nəzarətin vəzifələri aşağıdakılardır: 

toxumların yetişdirilməsi, hazırlanması  və saxlanma-
sına, elmi-tədqiqat idarələrinin və digər müəssisələrin, eləcə də 
tədarük təşkilatlarının toxum haqqındakı dövlət standart-larına 
əməl etmələrinə nəzarət; 

toxumların səpinə yararlı olması haqqında sənədlərin 
tərtib edilməsi və verilməsi. 
Dövlət toxum standartları.  Yüksək məhsul alınmasında 
toxum keyfiyyətinin böyük rol oynamasını nəzərə alaraq, kənd 
təsərrüfatı bitkilərinin toxumlarına olan tələblər (nor-malar
dövlət standartları ilə müəyyənləşdirilmişdir. Bu stan-dartlara 
toxum istehsal edən bütün təsərrüfatalar, toxum təda-rükü ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə