Microsoft Word Terror-mamed doc



Yüklə 288,41 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix14.04.2018
ölçüsü288,41 Kb.
#38452
1   2   3   4   5   6   7   8   9   10   11

 

25

olduqları halda, həmin dövlətlərin  ərazisindən kənarda 



törədilən cinayətlə bağlı olan fəaliyyətdir. 

 



terrorçuluğun maliyyələşdirilməsi - pul vəsaitləri-

nin və ya digər  əmlakın tamamilə  və yaxud qismən, 

bilavasitə  və ya dolayısı ilə terrorçuluğun törədilməsinə 

qəsdən yönəldilməsi və ya pul vəsaıtlərinin və ya digər 

əmlakın qəsdən həmin məqsədlə toplanılmasıdır. 

 

Maddə 2. Terrorçuluğa qarşı mübarizə haqqında 



qanunvericilik 

 

Terrorçuluğa qarşı mübarizə haqqında qanunvericilik 



Azərbaycan Respublikasının Konstitusiyasından, 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası 

müqavilələrdən, bu Qanundan və Azərbaycan 

Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. 

 

Maddə 3. Terrorçuluğa qarşı mübarizənin məqsədi 

 

Azərbaycan Respublikasında terrorçuluğa qarşı müba-

rizə aşagıdakı məqsədlərlə həyata keçirilir: 

1)

 



insan   hüquqları   və   azadlıqları,   cəmiyyətin və 

dövlətin təhlükəsiziiyinin təmin edilməsi; 

2)

 

terrorçuluğun aşkar edilməsi, qarşısının alınması 



və terrorçuluq nəticəsində gözlənilən zərərin minimuma 

endirilməsi; 

3)

 

terrorçuluğun yaranması  və  həyata keçirilməsi 



səbəbinin və  şəraitinin, habelə terrorçuluğun maliyyə-

ləşdirilməsi və digər yardımlar edilməsi hallarının aşkar və 

ləğv edilməsi. 

 

 



 

 


 

26

Maddə 4. Terrorçuluğa qarşı mübarizənin əsas 



prinsipləri 

 

Azərbaycan Respublikasında terrorçuluğa qarşı 

mübarizə aşagıdakı prinsiplərə əsaslanır: 

1)

 



qanunçuluğun təmin edilməsi; 

2)

 



terror fəaliyyətinin həyata keçirilməsinə görə 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə  nəzərdə 

tutulmuş cəzanın labüdlüyü; 

3)

 



terrorçuluğa qarşı mübarizə zamanı açıq və gizli 

metodların əlaqələndirilməsi; 

4)

 

hüquqi, siyasi, sosial-iqtisadi və  təşkilati 



profilaktik tədbirlərin kompleks istifadəsi; 

5)

 



terror fəaliyyəti nəticəsində  təhlükəyə  məruz 

qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü; 

6)

 

terrorçuluq  əleyhinə aparılan  əməliyyallara cəlb 



olunmuş qüvvələrin idarə edilməsində təkbaşçılıq; 

7)

 



terrorçuluq əleyhinə aparılan əməliyyatların həyata 

keçirilməsində  iştirak edən  şəxsi heyətin, o cümlədən bu 

məqsədlə istifadə edilən texniki üsulların və taktikanın elan 

edilməsində minimal aşkarlıq. 

  

II fəsil. Terrorçuluğa qarşı mübarizənin təşkili. Terror 

əleyhinə 

əməliyyatların aparılması 

 

Maddə 5. Terrorçuluğa qarşı mübarizəni həyata keçirən 

orqanlar 

 

Terrorçuluğa qarşı mübarizənin zəruri qüvvələrlə, 

vasitələrlə  təmin edilməsini, habelə terrorçuluğa qarşı 

mübarizə sahəsində  rəhbərliyi Azərbaycan Respublikasının 

müvafıq icra hakimiyyəti orqanı həyata keçirir. 



 

27

Azərbaycan Rcspublikasının digər müvafiq icra 



hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində bu Qanuna 

uyğun olaraq terrorçuluğa qarşı mübarizədə iştirak edirlər. 

 

Maddə 6. Terrorçuluğa qarşı mübarizə aparan dövlət 

orqanlarına kömək göstərilməsi 

 

Dövlət və yerli özünüidarəetmə orqanları, mülkiyyət 

formasından asılı olmayaraq təşkilatlar, ictimai birliklər

vəzifəli  şəxslər və  vətəndaşlar terrorçuluğa qarşı mübarizə 

aparan dövlət orqanlarına kömək etməyə borcludurlar. 

Terrorçuluğun aşkar edilməsində  və qarşısının 

almmasında, habelə bu fəaliyyət nəticəsində  dəyə biləcək 

zərərin nıinimuma endirilməsində kömək edə biləcək 

məlumatlar və hadisə barəsində hüquq-mühafizə orqanlarına 

xəbər vermək hər kəsin borcudur. 

 

Maddə 7. Terror əleyhinə aparılan əməliyyatlara 

rəhbərlik 

 

Terror  əleyhinə aparılan  əməliyyatlara birbaşa və 

vahid rəhbərliyin təmin edilməsi məqsədilə müvafıq icra 

hakimiyyəti orqanının qərarı ilə xarakterindən asılı olaraq 

zəruri hallarda müvəqqəti  əsaslarla (terror əməlinə qarşı 

aparılan  əməliyyatın həyala keçirildiyi müddətə) terror 

əieyhinə  əməliyyatları idarəetmə üzrə  əməliyyat qərargahı 

yaradılır (bundan sonra - əməliyyat qərargahı) və  həmin 

qərargaha rəhbər təyin olunur. 

Əməliyyat qərargahının fəaliyyət qaydası müvafiq icra 

hakimiyyəti orqanı  tərəfindən təsdiq edilən  Əsasnamə ilə 

müəyyən edilir. 

Terror  əleyhinə aparılan  əməliyyatlara cəlb edilmiş 

şəxsi heyət: hərbi qulluqçular, əməkdaşlar və mütəxəssislər 




 

28

əməliyyatın başlandığı andan əməliyyat qərargahının 



rəhbərinə tabedirlər. 

Əməliyyat qərargahının rəhbəri terror əleyhinə 

aparılan  əməliyyat zonasını,  əməliyyatın xüsusiyyətlərini 

müəyyənləşdirir, habeiə bu məqsədlə  cəlb olunmuş 

qüvvələrin və vasitələrin istifadə edilməsi haqqında qərarlar 

qəbul edir. 

Əməliyyat qərargahının rəhbəri digər qərarlar, o 

cümlədən terror əleyhinə aparılan  əməliyyat zonasında 

qismən və müvəqqəti olaraq onların təhlükəsizliyinin təmin 

edilməsi məqsədilə  vəzifəli  şəxslərin və  vətəndaşların 

hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir. 

Əməliyyat qərargahının rəhbərinin göstərişləri terror 

əleyhinə aparılan əməliyyat zonasında bütün vəzifəli şəxslər 

və vətəndaşlar tərəfındən hökmən icra olunmalıdır. 

Qərargahı yaratmış müvafiq icra hakimiyyəti 

rəhbərindən başqa heç kəs terror əleyhinə aparılan əməliyyat 

zamanı  əməliyyat qərargahının rəhbərinin hərəkətlərinə 

qarışa bilməz və ya onun verdiyi qərarları ləğv edə bilməz. 

 

Maddə 8. Terror əleyhinə aparılan əməliyyatların  

qüvvə və vasitələrlə təmin edilməsi 

 

Terror  əleyhinə  əməliyyatların aparılması  məqsədilə 



əməliyyat qərargahı terrorçuluğa qarşı mübarizədə  iştirak 

edən müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan 

lazımi qüvvələrdən və vasitələrdən istifadə edir. 

 

Maddə 9. Terror əleyhinə aparılan əməliyyat zonasınm 



hüquqi rejimi 

 

Terror  əleyhinə aparılan  əməliyyat zonasında bu 



əməliyyatı aparan şəxslər aşagıdakı hüquqlara malikdirlər: 


Yüklə 288,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə