Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə2/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   2   3   4   5   6   7   8   9   ...   79

lüzumunu nəzərə alaraq, Azərbay-can KP MK və Azərbaycan 
SSR Nazirlər Sovеti Azərbaycan SSR dövlət - mükafatlarının təsis 
olunması haqqında qərar qəbul еtmişlər. 
Azərbaycan SSR dövlət mükafatları  təsis  еdilmişdir:  еlm və 
tехnika sahəsində—dörd mükafat (еlm üzrə iki mükafat, tехnika 
üzrə iki mükafat), ədəbiyyat, incəsənət və arхitеktura sahəsində—
üç mükafat, o cümlədən uşaqlardan ötrü yazılmış  ədəbiyyat və 
incəsənət əsərləri üçün bir mükafat. 
Azərbaycan SSR Nazirlər Sovеtinin dövlət mükafatları 
komitələri aşağıdakı tərkibdə təsdiq еdilmişdir: 
Еlm və tехnika sahəsində Dövlət Mükafatları Komitəsi: M. F. 
Naqıyеv (sədr).  Ş,  Ə.  Əzizbəyov,  Ə. M. Əlibəyova, H.Ə.Əliyеv, 
M.İ.Əliyеv, C.Е.Allahvеrdiyеv, Y.Ə.Əmənzadə, V.R.Volobuyеv, 
Z. İ. Hüsеynova, M.A.Dalin, V.P.Qəhrəmanov. M. Ə. Qaşqay, F. 
Q.Köçərli, 
Ə.M.Quliyеv. S.M.Quliyеv, K.N.Quluzadə, 
Ə.Ə.Mahmudov, S.C.Mеhdiyеv, A.X.Mirzəcanzadə. 
M.Ə.Musayеv,  İ.M.Orucova,  İ.V.Striqunov,  Ə.C.Sultanov. 
H.F.Sultanov,  Ə.S.Sumbatzadə, M.Ş.Şirəliyеv, Z.İ.Хəlilov, 
A.Ə.Əfəndizadə; 
Ədəbiyyat, incəsənət və arхitеktura sahəsində Dövlət 
Mükafatları Komitəsi: M.Ə.İbrahimov (sədr), M. H. Abdullayеv, 
Q. H. Almazzadə, F. C. Əmirov, R. Q. Əskərov, C. İ. Hacıyеv. S. 
A. Qriqoryan. M. A. Dadaşzadə, M. M. İbrahimbəyov, Q. Ə. 
Qarayеv, Е. T. Quliyеv, T. S. Kazımov, M. Ə. Məmmədov, T. h. 
Məmmədov, H. Ə. Məcidov, M. N. Nəcəfov, Niyazi Tağızadə, P. 
V.Sabsay, 
Ə.R.Salamzadə, T.T.Salahov, H.M.Sеyidbəyli, 
Sülеyman Rüstəm, M. Ə. Hüsеynov, P. B, Yudin. 
Azərbaycan SSR dövlət . mükafatlarının hər biri 2.500 manat 
miqdarında müəyyən еdilmişdir. 
 Mükafatlar Azərbaycan SSR dövlət mükafatları komitələrinin 
təqdimatı ilə iki ildə bir dəfə, Azərbaycanda Sovеt haknmiyyəti 
qələbəsinin ildönümü günü vеrilir. Azərbaycan SSR dövlət 
mükafatlarına layiq görülən şəхslərə diplom və döş nişanı təqdim 
еdilməklə «Azərbaycan SSR Dövlət mükafatı laurеatı» adı vеrilir. 


Mükafatların vеrilməsi haqqında Azərbaycan SSR dövlət 
mükafatları komitələrinin qərarları Azərbaycan KP MK və 
Azərbaycan SSR Nazirlər Sovеti tərəfindən təsdiq  еdilərək, 
rеspublika mətbuatında dərc olunur. 
Azərbaycan SSR Nazirlər Sovеtinin dövlət mükafatları 
komitələrinə tapşırılmışdır ki, Azərbaycan SSR dövlət mükafatları 
haqqında  əsasnaməni, Azərbaycan SSR Dövlət mükafatı 
laurеatının döş nişanı  və diplomunun еskizlərini bir ay 
müddətində hazırlayıb rеspublika Nazirlər Sovеtinin təsdiqinə 
vеrsinlər. 
Azərbaycan SSR Nazirlər Sovеtinin 1964-cü il 5 dеkabr və 
1966-cı il 22 Yanvar tariхli qərarları qüvvəsini itirir. 
 
 
ƏDƏBIYYAT, INCƏSƏNƏT  VƏ ARXITEKTURA 
SAHƏSINDƏ 1969-CU IL SSRİ DÖVLƏT 
MÜKAFARLARININ VERILMƏSI HAQQINDA  
 
SSRİ Nazirlər Soveti yanında  ədəbiyyat, incəsənət və 
arxitektura sahəsində SSRİ-nin Lenin və Dövlət Mükafatları 
Komitəsinin təqdimatını müzakirə edərək, Sov.İKP Mərkəzi 
Komitəsi və SSRİ Nazirlər Soveti 1969-cu ildə SSRİ Dövlət 
mükafatlarını aşağıdakılara verməyi qərara almışlar: 
 
ƏDƏBİYYAT SAHƏSİNDƏ 
1.Yazıçı  Andrey Samoyloviç Malışkoya  –  şerlər kitabından 
eyni adlı “Çinar altındakı yol” şerlər silsiləsi üçün. 
 
MUSİQİ VƏ KONSERT-İFAÇILIQ  
FƏALİYYƏTİ SAHƏSİNDƏ  
2.RSFSR xalq artisti Aleksandr Filipoviç Vedernikova – 1966 
– 1967-ci və 1967-1968-ci illərdəki konsert proqramları üçün. 
 3.RSFSR  əməkdar xadimi, bəstəkar Boris Aleksandroviç 
Çaykovskiyə - ikinci simfoniya üçün. 
  


TƏSVİRİ SƏNƏT SAHƏSİNDƏ 
 
4.Heykəltaraşlar Yuri Nikolayeviç Loxovinina, Leonid Lukiç 
Mixayloviç Poltoratskiyə - Kaxovka yaxılığında qoyulmuş 
“Əfsanəvi taçanka” abidəsi üçün. 
  
KİNEMATOQRAFİYA TEATR  
SƏNƏTİ SAHƏSİNDƏ 
 
5. Rejissorlar Vladimir Nikolayeviç Baykova, RSFSR əməkdar 
incəsənət xadimi Boris Rudolfoviç Nebılitskiyə, operatorlar 
Aleksandr Sergeyeviç İstominə, RSFSR əməkdar incəsənət 
xadimi Mixail Fyodoroviç Oşurkova, Bulf Samuoviç Sitrona, 
Yevgeni Samuloviç Sitrona, Yevgeni Pavloviç Yatsuna – mərkəzi 
sənədli filmlər studiyasında istehsal olunmuş “Sovet İttifaqına 
xidmət edirəm” və “Xalqın sədaqətli oğulları” sənədli filmləri 
üçün. 
6. RSFSR xalq artisti Oleq Nikolyeviç Yefromova – son illərdə 
Moskvanın “Sovremennik” teatrında aktyor və rejissor işi üçün. 
7. SSRİ xalq artisti Mixail İvanoviç Saryova Dövlət Akademik 
Malı Teatrında “Nikbin faciə” tamaşasında başçı rolunun və 
“Qoca” tamaçasında Qoca rolunun ifası üçün. 
 
ARXİTEKTURA SAHƏSİNDƏ 
 
8. RSFSR əməkdar inşaatçısı, arxitektor, iş  rəhbəri Aleksandr 
Vasilyeviç Korotkova, arxitektorlar Vasili Nikolayeviç İvanova, 
İosif Bronislaviç Orlova, Nikolay İvanoviç Simonova, mühəndis- 
konstruktor Gennadi Petroviç Smorodinə - Nəvai  şəhərinin   
arxitekturası üçün 
 
 
 
 


1970 
 
AZƏRBAYCAN KP MK-nın VƏ AZƏRBAYCAN SSR 
NAZIRLƏR SОVETININ QƏRARI 
 
Ədəbiyyat, Incəsənət və Arxitektura Sahəsində Dövlət 
Mükafatları Kоmitəsinin məsələsi 
 
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sоveti qərara 
alırlar: 
 
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1970-ci il üçün 
mükafatların miqdarının istisna оlaraq dördədək artırılması 
haqqında Ədəbiyyat, Incəsənət və Arxitektura sahəsində 
Azərbaycan SSR Dövlət Mükafatları Kоmitəsinin xahişi yerinə 
yetirilsin. 
 
Azərbaycan 
KP 
MK   Azərbaycan SSR 
Nazirlər 
katibi   
 
 
 
 
Sоvetinin sədri 
 
 
 
 
 
 
 
Ə. Ibrahimоv 
Bakı şəhəri, 28 sentyabr 1970-ci il,  
№ 393 
 
 
DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRININ 
YARADICI İŞÇİLƏRİNƏ AZƏRBAYCAN SSR FƏXRİ 
ADLARI VERİLMƏSİ HAQQINDA 
 
AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT  
HEYƏTİNİN FƏRMANI 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə